İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə16/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   12   13   14   15   16   17   18   19   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
78 
78 
şəhərin  ortasında  olsam  da,  özümü  Bakıdan  o  qədər 
uzaqda  hiss  edirəm  ki,  bu  uzaqlığın  yanında  Dublinlə 
Triyest,  İstambulla  Nyu-York  arasındakı  məsafə  insan 
ömrü  qədər  qısa,  balaca  görünür.  Çünki  bu  şəhərlər 
arasındakı  məsafə  yalnız  kilometrlərlə  ölçülürdüsə, 
mənim  Bakımı  məndən    varlıq-yoxluq  sərhəddi  ayırır, 
yəni  mən  varam,  Bakım  isə  artıq  varlıq  çərçivəsindən 
kənardadır. 
Bəli,  mən  təsvir  etmək  istədiyim  Bakıdan  çox 
uzaqdayam,  hərçənd  ki,  zaman  etibarilə  bizi  cəmi  bir 
neçə onillik ayırır. İyirmi-iyirmi beş il bundan əvvələcən 
sürünə-sürünə də olsa mənim Bakım hələ yaşayırdı, çox 
qocalsa  da,  haldan  düşsə  də,  görkəmi  çox  dəyişsə  də 
diqqətlə baxanda hiss olunurdu ki, bu, mənim Bakımdır, 
bu,  həmin  Bakıdır;  həyətləri  qır  iyi  verən,  asfalt 
yollarının 
qıraqlarında 
sınıq 
limonad 
şüşələri 
parıldayan,  dəniz  sahillərində  neft  qalıqları  yığılan,  
qağayılarının  da  rəngi  neftdən  qaralan,  toz-torpağı 
adamın ağız-burnuna dolan, xəzrisi əldən çanta, başdan 
papaq qapan (bu siyahını sonsuzluğa qədər uzatmaq da 
olar) bizim Bakı. 
Amma  indi  həmin  Bakı  yoxdur,  nənəm 
demişkən,  pişik  apardı.  Mənim  Bakımı    «Yevroremont 
mütəxəssisləri»  fasilə  vermədən,  gecə-gündüz  böyük 
həvəs  və  şövq  ilə  ütüləyirlər-əhəngləyirlər,  ütüləyirlər-
əhəngləyirlər  və  bir  azdan  Bakı  tarixi  ağappaq,  hamar 
bir  kəfənə  çevriləcək  ki,  mənim  kimi  kiflənmiş  köhnə 
bakılıları  ağuşuna  alıb  aparacaq  ora,  bütün  gərəksiz 
məxluqların atıldığı yerə, yəni, o dünyaya< 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
79 
79 
79 
Hərdən  mənə  elə  gəlir  ki,  şəhərlərin  də  öz 
kainatları,  o  dünyaları-bu  dünyaları,    cənnətləri-
cəhənnəmləri 
olur; 
yaranırlar, 
inkişaf 
edirlər, 
böyüyürlər,  sonra  da  yavaş-yavaş  tənəzzülə  uğrayırlar, 
məhv  olub  gedirlər.  Dünya  tarixində  bir  çox  şəhərlər 
olub  ki,  onlardan  indi  yalnız  xarabalıqlar  qalıb.  Bu 
nöqteyi-nəzərdən  yanaşsaq,  mənim  Bakım  bu  saat 
Bərzəx  aləmindədi,  yəni,  o  dünyanın  astanasındadı  və 
sakitcə  oturub  cənnətə,  yaxud  cəhənnəmə  düşəcəyi 
barədə  dərin,  monumental  düşüncələrə  dalıb,  bu 
dünyada  etdiyi  əməlləri  götür-qoy  edir,  günahlarına 
görə Allaha nə cavab verəcəyini düşünür< 
Kimlərsə  etiraz  edib,  deyə  bilər  ki,  Bakı  heç  də 
uçulub-dağılmır, əksinə, günü-gündən böyüyür, inkişaf 
edir,  gözəlləşir,  təmizlənir  və  s.  Yox,  əzizlərim,  xahiş 
edirəm  diqqətli  olun,  çünki  indi  hamımızın  gördüyü 
Bakı,  mənim  haqqında  danışmaq  istədiyim  Bakı  deyil, 
onun oğludur. Ümumiyyətlə, insanların ailə şəcərəsi ilə 
şəhərlərin taleyi arasında da oxşarlıq çoxdur və müxtəlif 
paralellər  aparmaqçün  saysız-hesabsız  faktorlar  var. 
Fərq isə məncə bircə bundan ibarətdir ki, insan ailəsində 
övlada adətən valideynlərin adını qoymurlar. Şəhərlərin 
taleyi isə başqa cürdür, övladın adı çox vaxt valideynin 
adıyla  üst-üstə  düşür,  yaxud,  yalnız  cüzi  dəyişikliyə 
uğrayır.  Bu  mənada  şəhərləri  rus  ailələrinə  bənzətmək 
olar, onlarda uşağa valideynin adını qoymaq praktikası 
çox  yayılıb,  məsəlçün,  İvan  İvanoviç,  Pyotr  Petroviç  və 
s.  
İndiki  Bakını  da,  məncə,  Bakı  Bakıyeviç 
adlandırmaq  düzgün  olar.  Oğul  Bakı  hamımızın  indi 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
80 
80 
gördüyü  şəhərdir,  mən  isə  bu  şəhərin  atası,  babası  və 
ümumiyyətlə,  əcdadları  barədə  danışmaq  istəyirəm. 
Məni buna vadar edən isə aşağıdakı səbəblərdir. Adətən 
hər oğul atasından yadigar olaraq həmişə nə isə saxlayır 
-  şəkillər,  hansısa    məişət  predmetləri,    daha  nə  bilim 
nələr. Şəxsən mənə rəhmətlik atamdan  bir albom şəkil, 
mal  sümüyündən  düzəlmiş  iki  təsbeh,    bir  qutu 
saatsazlıq  alətləri  və  beş  dəftər  fəlsəfi  rübai  (əlbəttə  ki, 
bu  rübailər    gecə-gündüz  Xəyyamı  oxuyub  «Staliçnı» 
araqdan gillədən köhnə bir bakılının sayıqlamalarından 
başqa  bir  şey  deyil,  yoxsa  indiyəcən  çoxdan  onları  çap 
eləmişdim)  və  bir  neçə  başqa  şey  qalıb  ki,  hal  hazırda 
mənə  lazım  olmasalar  da  onları  az  qala  göz  bəbəyim 
kimi  qoruyuram,  çünki  rəhmətlik  atamla  surətbəsurət 
söhbət etmək, öz dərdimi bölüşmək, məsləhət almaq, bir 
sözlə,  öz  əslimə  qayıtmaq  istəyəndə  bu  predmetlər 
mənə  yardımçı  olur,  onlara  toxunmaqla,  əlimə  götürüb 
diqqətlə  ora-burasını  nəzərdən  keçirməklə  elə  bil, 
mənimlə  rəhmətlik  atam  arasındakı  keçilməz  sədd 
əriyib itir, arada mistik bir pəncərə açılır və mən atamı, 
onun 
vasitəsiylə 
babamı, 
ümumiyyətlə, 
bütün 
əcdadlarımı açıq aydın görürəm.  
Normal şəhərlər də belədir. Müasir Roma öz ata- 
babasından  yadigar  kimi  müqəddəs  Pyotr  kilsəsini, 
Paris Luvr sarayını, London Biq-Beni, Milan «La-skala» 
operasını,  Moskva  «Vasili  Blajennı»  məbədini,  Nyu-
York<        Yox  Nyu-York    heç  nəyi  saxlamayıb,  çünki 
saxlamalı  bir  şeyi  yoxdur,  əgər  olsaydı  onu,  atam 
demişkən: «qəzet eliyib soxardı gözümüzə», bu şəhərin 
atası-anası  bilinmir,  bir  sözlə,  Nyu-York  bicbala 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə