İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə12/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   8   9   10   11   12   13   14   15   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
57 
57 
57 
 
  
İlk  Quran  nüsxələri  də  məhz  kufi  xəttlə  yazılmışdı.  
Zaman  keçdikcə  kufi  xəttin  də  müxtəlif  versiyaları  – 
Bəsrə  xətti. Mədinə xətti, Məkkə  xətti  yaranmışdı, lakin 
bunlar  mahiyyət  etibariylə  kufi  xəttdən  o  qədər  də 
fərqlənmirdilər.      
Müxtəlif xətt  növlərinin  yaradılmasından sonra  kufi xətt 
əl  yazısından  sıxışdırılıb  çıxarılmışdı.  Lakin  bərk 
materiyaların  üstündə  yazmaq  asan  olduğundan,  bir  çox 
sahələrdə,  misalçün  memarlıqda,  daş  və  taxta  üzərində 
oymalarda  kufi  xətt  növü  hətta  bizim  dövrümüzə  qədər 
aparıcı mövqedə olmuşdu.  
 IX  əsrə  yaxın  ərəb  xilafati  artıq  əvvəlki  kimi  təkcə 
Ərəbistan  yarımadasından  ibarət  deyildi,  İspaniyadan, 
Şimali  Afrikadan  tutmuş,  Hindistana,  Çinə  qədər  böyük 
ərazilər  bir  mərkəzdən  idarə  olunurdu.  Belə  bir  böyük 
dövləti  isə  mükəmməl  bürokratik  apparat  olmadan  idarə 
etmək  mümkün  deyildi.  Tədricən  çoxsaylı  divanlar, 
vəzirliklər,  şuralar  yaradılır,  sənədləşmələr,  yazışmalar 
aparılırdı.  Məhz  bu  zaman  kufi  xəttin  surətli  yazı  üçün 
əlverişli  olmadığı  meydana  çıxdı.  Yalnız  düzxətli 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
58 
58 
hərflərdən  ibarət  olan  bu xəttdə  yazmaqla  katiblər çoxlu 
vaxt  itirirdilər,  bir  adamın  görə  biləcəyi  işi  beş  adam 
görürdü.  Daha  asan  yazıla  bilən,  katiblərin  əlini 
yormayan  yeni  xətt növlərinə  ehtiyac  var  idi. Yazımızın 
əvvəlində  qeyd  etdiyimiz  Xətti-sittə  –  Altı  xəttin 
yaranması məhz bu dövrə təsadüf edir. 
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
59 
59 
59 
 
İbn Müqlə – dahi xəttat, fitnəkar vəzir 
 
 
Kütləvi  kitab  nəşri  epoxasından  əvvəl  bir  çox  tarixi 
mətnlərlə,  tarixçilərin  kitablarıyla  yalnız  dar  çərçivədə 
olan insanlar faydalana bilirdilər. Məhz bu səbəbdən Əbu 
Əli  ibn  Müqlənin  adı  orta  əsrlərdə  xəttaların,  katiblərin, 
mirzələrin  arasında  əfsanə  kimi  dolanır,  müxtəlif 
rəvayətlərdə  o    yarı  real-yarı  əfsanəvi  şəxsiyyət  kimi 
təqdim olunurdu. Yalnız on doqquzuncu  əsrdən  etibarən 
qədim  ərəb  tarixçilərinin  əsərləri  kütləvi  nəşr  olunmağa 
başlayandan  sonra,  təəssüflər  olsun  ki,  İbn  Müqlənin 
kimliyinə aydınlıq gətirildi.   
Bəs  kim  idi  İbn  Müqlə?  Tarixi  mənbələrdə  onun  miladi 
tarixlə  886-cı  ildə  doğulduğu  qeyd  olunur.  Mədrəsə 
təhsili  alandan  sonra  Bağdadda  məşhur  vəzir  İbn  əl-
Furatın  dəftərxanasında  mirzəliyə  başlayan  İbn  Müqlə 
kiçik  zaman  kəsiyində  böyük  sürətlə  mənsəb 
pilləkənləriylə  qalxmağa  nail  olmuş  və  VIII  əsrin 
əvvəllərində 
Xəlifə 
əl-Müqtədirin 
vəziri 
təyin 
olunmuşdu.  Hələ  adi  katib  işlədiyi  dövrlərdə  İbn  Müqlə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
60 
60 
kufi xətlə yazmağın çətinliklirini hiss etmiş, asan yazılan 
və eyni zamanda gözəl zahiri görünüşü olan xətt növləri 
yaratmaqçün  böyük  əziyyətlər  çəkmişdi.  Nəhayətdə  ,  o, 
əvvəlki  dağınıq  xətt  növlərini    təkmilləşdirərək  əsas  altı 
xətt növünü – nəsx, süls, mühəqqəq, reyhani, rüqə, tövqi 
xətlərini  yaratmışdı.  Bundan  savayı  İbn  Müqlə  hərflərin 
simmetriyasını,  dəqiq  ölçülərini  də  müəyyənləşdirmişdi, 
başqa  sözlə  desək  xəttatlıq  sənətini  ilk  dəfə 
sistemləşdirən  məhz  o  olmuşdur.  Bu    səbəbdən  də  Əbu 
Əli İbn Müqlə şərq xəttalığının banisi hesab olunur. 
Tarixdə  belə  paradokslara  da  rast  gəlinir.  Böyük  bir 
incəsənət növünün yaradıcısı hesab olunan bu dahi xəttat 
real həyatda heç də sevilən şəxs olmamışdı. Tarixçilərin 
hamısı birağızdan onu çox rəhmsiz, tamahkar, rüşvətxor, 
fitnəkar, cahü-cəlal sevən bir şəxs olduğunu təsdiq edir.. 
Abbasi  xəlifələrinin  sarayındı  həmişə  öz  fitnəkarlığı  ilə 
seçilən  ibn  Müqlə  üç  dəfə  vəzirlikdən  uzaqlaşdırılmış, 
lakin  müxtəlif  intriqalar  nəticəsində  yenə  öz  vəzifəsinə 
qayıda  bilmişdi.  Kobud  dillə  desək,  onu  birdəfəlik 
yıxmaq  o  qədər  də  asan  iş  deyildi.  Abbasi  xəlifəsi  əl-
Qahir  932-ci  ildə  taxta  çıxandan  sonra  ibn-Müqləni 
vəzifəsindən  kənarlaşdırmağa  çalışmış,  lakin  ibn-Müqlə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
61 
61 
61 
saraydakı  türk  qvardiyasının  başçısı  əl-Mənsurla 
birləşərək  xəlifəni  devirmiş,  xilafət  taxtına  əl-Qahirin 
qohumu  əl-Radini  çıxartmışdı.  Lakin  ibn-Müqlə  yeni 
xəlifəni də öz intriqalarıyla bezdirmiş, nəhayət xəlifə ər-
Radi  böyük  əziyyət  bahasına  da  olsa,  vəziri  yıxmağa 
müvəffəq  olmuşdu. Vəzir  olarkən  törətdiyi bəd  əməllərə 
görə İbn-Müqlənin əvvəlcə əlləri kəsilmişdi, lakin o yenə 
də xəlifənin əleyhinə fitnə-fəsadlar törətdiyindən dilini də 
qopartmışdılar. 
Onun 
həmmüasiri 
olan 
ərəb 
tarixçilərindən  biri  ömrünün  son  günlərində  ibn-
Müqlənin qələmi gah kəsilmiş biləyinə sarıtdırdığını, gah 
da  dişiylə  sıxaraq  yenə  də  xəttatlıqla  məşğul  olduğunu 
xatırlayırdı. 
Beləliklə,  Abbasilər  xilafətinin  ən  fitnəkar  vəzirlərindən 
biri  kimi  tanınan  İbn-Müqlənin  sayəsində  şərq  aləminin 
ən  möhtəşəm  incəsənət  növü  olan  xəttatlığın  əsası 
qoyuldu.  
 
 
 
 
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə