İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə11/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   7   8   9   10   11   12   13   14   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
53 
53 
53 
sahibi öz xəttinin başqalarından gözəl olmasına çalışırdı. 
Lakin məhz Müsəlman dünyasında bu kiçik sənət, sadəcə 
katib  əyləncəsi  çərçivəsini  sındırıb  çıxaraq,  dünyanın 
üçdə  birini  əhatə  edən  möhtəşəm  bir  sivilizasiyanın  
aparıcı  incəsənət  vasitəsinə  çevrilmişdi.  Bunun  isə  bir 
neçə obyektiv səbəbi var idi. 
1.  İslamdan  qabaqkı  dinlərin  hər  birində  insanların 
şüurundakı  Tanrı  obrazı  müəyyən  konkret  atribubtlarla 
asossiasiya 
yaradırdı. 
Məsəlçün, 
tanrı 
dedikdə 
buddistlərdə  göz  önünə  Buddanın  heykəlləri  gəlir.  
Xaçpərəstlərdə isə tanrı konkret insanın, yəni İsa Məsihin 
şəxsiyyətində  maddiləşib.  Müsəlmanlarda  isə  Allah 
obrazının  yeganə  təzahürü  Qurandı.  Yəni  Allahla  insan 
arasında vasitə kimi başqa formalar yox, məhz kitab çıxış 
edir,  allah  kəlamının  yazıldığı  kitab.  Müsəlman 
dünyasında kitaba, yazıya olan xüsusi qayğının bir səbəbi 
də budur. 
2.  İslamın  yarandığı  ilk  yüzilliklərdə  insanların  içində 
yenidən  bütpərəstlik  meyllərinin  yaranmasına  yol 
verməmək  üçün  heykəl  düzəltmək,  şəkil  çəkmək  İslam 
ideoloqları tərəfindən rəsmi surətdə qadağan olunmuşdu. 
Məhz  bu  səbəbdən  yaradıcı  insanların  içindəki  estetik 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
54 
54 
duyğuların  böyük  hissəsi  məhz  xəttatlıq  sənətində  öz 
təzahürünü  tapırdı.  Başqa  sözlə  desək,  islamın  ilk 
yüziliklərində xəttalıq həm də rəssamlığı əvəz edirdi. 
3.      Xəttatlığın  məhz  islam  ölkələrində  geniş  təşəkkül 
tapmasının  bir  səbəbi  də  ərəb  dili,  daha  dəqiq  desək 
yazışmada  işlənən  ərəb  əlifbası  idi.  Məlum  faktdır  ki, 
başqa  əlifbalardan  fərqli olaraq, məhz  ərəb  əlifbası daha 
çox  dekorativ  xarakter  daşıyır,  hərflərin  bir  neçə  yazılış 
forması  var.  Ərəb  əlifbası  özü  özlüyündə  naxışı, 
ornamenti  xatırladır  və  buna  görə  də  yaradıcı  insanın 
təfəkkürü,  fantaziyası  üçünərəb  qrafikasında  geniş 
meydan açılır. 
Məhz  bu  səbəblərə  görə  müsəlman  aləmində  xəttalıq  ən 
ali incəsənət növü hesab olunur, Ən böyük hökmdarlar da 
ustad  xəttatların  qarşısında  baş  əyirdilər.  Şahzadələrin  , 
əmirzadələrin ibtidai tədris proqramında hüsn-xətt ( gözəl 
xətt)  ən  əhəmiyyətli  dərslərdən  hesab  olunurdu.  Tarix 
boyu  bir  çox  məşhur  hökmdarlar  özləri  də    xəttatlardan 
dərs  almış,  çox  gözəl  xəttat  olmuşlar.  Misalçün  bir  çox 
mənbələrdə  Həzrət  Əli  Əleyhüssəlamın  çox  gözəl  xəttə 
sahib olduğu qeyd olunurdu.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
55 
55 
55 
Yaxud  XVIII  əsr  Osmanlı sultanı II  Mustafanın hər  gün 
iki  saat  ərzində  böyük  həvəslə  hüsn-xətt  məşqləri 
keçməsi  tarixi  mənbələrdə  qeyd  olunur.  II  Mustafa 
xəttatlıq  dərsini  dövrünün  ən  məşhur  xəttatı  Hafiz 
Osmandan almışdı. Sultan öz  ustanının sənətinə o qədər 
valeh idi ki, onun dəvatı (mürəkkəbqabı) yerə qoymasını 
rəva  görməzdi,  ustadının  yazdığı  müddət  ərzində  dəvatı 
şəxsən  öz  əlində  saxlardı.  Bir  dəfə  ustadının  növbəti 
yazısından vəcdə gələn Sultan həyəcanla demişdi:  
-Hafiz Osman kimi ustad xəttatlar daha dünyaya gəlməz. 
Xəttat  isə  hökmdarın  bu  sözündən  təsirlənərək  cavab 
vermişdi: 
-Fikir  çəkməyin,  əlahəzrət.  Nə  qədər  ki  dünyada 
müəlliminin  mürəkkəbqabısını  öz  əlində  saxlayan 
hökmdarlar var, Hafiz Osmanlar da çox olacaq. 
 
 
   
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
56 
56 
 
İlk hərflər, ilk xəttlər 
 
 
İslamın yarandığı ilk  yüzilliklərdə ərəblərdə əsasən kufi 
xətt  adlanan xətt növündən istifadə olunurdu (xəttin adı 
Kufə şəhərindən götürülüb). Kufi xətt sonra yarancaq xətt 
növlərindən  maili  formaların  çox  az  olması  ilə 
fərqlənirdi.  Bütün  hərflər  düz  xətlərin  birləşməsindən 
yaranan düzbucaqlı formaları xatırladırdı, nöqtələrdən də 
istifadə  edilmirdi.    Ümumiyyətlə  kağızın  icad 
olunmasından  qabaq  təkcə  ərəblərin  yox.  bir  çox 
xalqların əlifbası məhz bu cür düzxətli formalar əsasında 
qurulmuşdu.  O  dövrlərdə  yazılar  papirusu  çıxmaq 
şərtiylə,  əsasən  bərk  materiyalar  (  ağac  qabıqları,  daş 
lövhələr,  qurudulmuş  dərilər  və  s)    üzərində  yazılırdı. 
Bərk  materiya  üstündə  isə  maili  xətləri  çızmaq  çətin 
olduğundan  hərflər  də  qeyd  edildiyi  kimi  düz  xətlərin 
müxtəlif  variasiyalarda  kəsişməsindən  təşkil  olunurdu. 
Çin,  yapon,  qədim  hind,  slavyan,  yunan  əlifbaları  buna 
əyani  sübutdur. 
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə