İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə15/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   11   12   13   14   15   16   17   18   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
72 
72 
 
 
Bir çox hallarda isə, götürülən mətnin məzmununa uyğun 
şəkil  çəkilirdi.  Misalçün,  əgər  Şiri-Xuda  (  allahın  şiri) 
ləqəbli  həzrət  Əlinin  şücaətindən  bəhs  edən  bir  hədis, 
yaxud  kəlam  götürüləndə,  təbii  ki,  hərflərdən  şir  şəkli 
çəkilirdi,  yaxud  Nuh  peyğəmbərin  gəmisi  haqqında 
Quran  ayəsi  yazılırdısa,  təbii  ki,  hərflərin  vasitəsiylə 
gəmi təsviri yaradılırdı.  
Bu  cür  təsvirlər  həm  kitab  səhifələrini  bəzəməkçün 
istifadə  olunurdu,  həm  də  böyük  ölçüdə  çəkilib, 
çərçivəyə  çalınır,  divarlardan  asılırdı.  İndinin  özünə 
qədər  müsəlman dünyasında bu cür pannoları dini tədris 
mərkəzlərində,  mədəniyyət  ocaqlarında,  ən  nəhayət  isə 
dindar insanların evlərinə görmək mümkündür.   
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
73 
73 
73 
 
Epiloq 
 
 
«Elm Çində də olsa, onu öyrənməyə gedin» - Məhəmməd 
peyğəmbərin  bu  kəlamı  ümumilikdə  islam  aləmində 
tədrisə, elmə verilən yüksək qiymətin göstəricisidir. Elm, 
təhsil  isə  ilk  əvvəl  yazıdan  başlayır,  belə  demək  olarsa 
yazı elmin açarıdır.  
«Alimin  mürəkkəbi  şəhidin  qanı  qədər  qiymətlidir»  - 
yenə  də  yazı,  yenə  də  mürəkkəb  –  adi  mürəkkəb  yox, 
şəhid qanı qədər ali, uca tutulan mürəkkəb. Əgər şəhidlik 
adi  insanı  yüksək  şücaət  mərtəbəsinə  qaldırırsa, 
mürəkkəbdən,  kağızdan  keçən  elm,  təhsil  də  mənəvi-
ruhani kamilik bəxş edir. 
Əlbəttə ki, kiçik bir yazıda şərq xəttatlığı kimi böyük bir 
inəsənət  sahəsini tam əhatə etmək  mümkün deyil. Lakin 
hal  hazırda  haqsız  olaraq  kölgədə  qalmış,  bu  sənət 
haqqında oxucularda azacıq da olsa təəssürəat yaratmağa 
çalışdıq.  Hər  halda  yüzilliklər  boyu  əcdadlarımızın,  ulu 
babalarımızın  zəhmətinin  ,  istedadının,  təxəyyülünün 
məhsulu  olan  bir  gözəl  sənət  sənət  növünü  unutmaq 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
74 
74 
haqsızlıq olardı. Tarix unudanları sevməz. Necə deyərlər, 
unutma ki, unudulmayasan.
      
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
75 
75 
75 
 
 
 
III Bölüm 
 
 
 
Bakı tarixindən 
kollaj 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
76 
76 
Birinci kitab 
 
Mən indi öz şəhərimi yalnız yuxularda görə bilirəm.  
Bəxtimdən son vaxtlar əməlli yatmaq da olmur.  
Yuxusuzluq axırıma çıxacaq. 
 
 
Gecələr göydə səni çox gəzib axtardı yuxum 
 
Zülmətin bağrını ağ eşqi ilə yardı yuxum. 
 
Gəlməyirsən yuxuma xeyli zamandır, bəlkə 
Hüsnünün hədsiz olan nuru üçün dardı yuxum? 
 
 
Gah buludlu göy olur, gah dəli, tufanlı dəniz, 
 
Gah da qəm ətri verən laləli gülzardı yuxum. 
 
            Ağlayıb yalvarıram hər gecə ki, rəhm eləyib 
   
Səni bir anlığa bəlkə mənə qaytardı yuxum. 
 
 
Gözümə xeyli zamandır ki, görünmür, utanır 
 
Tapa bilmir səni, qarşımda günahkardı yuxum. 
 
Sən ki, getdin, o zamandan da yuxum qeyb olmuş, 
Ayrılıq sanki günəşdi, əriyən qardı yuxum. 
 
 
Vardı günlər ki, görərdi yuxuda Fəhmi səni, 
 
Necə xoşbəxt zamanlardı, hələ vardı yuxum. 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
77 
77 
77 
 
Oxunması vacib olmayan 
müqəddimə 
 
Ceyms  Coys  İtaliyada,  Triyest  şəhərində  oturub 
Dublin  haqqında  romanını  yazırdı,  qələminin  belinə 
minib  İrlandiya  paytaxtının    köhnə  kvartallarını, 
küçələrini  gəzirdi,  hər  məhəllənin  keçmişinə,  tarixinə 
baş  vururdu,  hər  tikilinin  tarixçəsində  eşələnirdi.  Buna 
baxmayaraq  uzaqdaydı  öz  şəhərindən.  Bəlkə  ona  görə 
gəlib  əsərini  İtaliyada  yazırdı  ki,  hər  hansı  bir  predmet 
içəridən bir cür, kənardan isə tamam başqa cür görünür 
və Coys da öz Dublininə kənardan baxmaq istəyirdi. 
Orxan 
Pamuk 
Amerikada 
– 
Nyu-Yorkun 
«Kolumbiya  universiteti»ndə  oturub  «Qara  kitab»ı 
yazırdı, yaratdığı obrazın cildinə girib İstanbulun köhnə 
məhəllələrini,  dükan  bazarını  gəzirdi,  qayığa  minib 
Bosforda  üzürdü,  köhnə  İstanbul  əhlinin  xarakterini 
açırdı.  
Qəribə də olsa, mənə elə gəlir ki, həm adıçəkilən 
iki  əsərin,  həm  də  oxşar  taleli,  oxşar  məzmunlu  başqa 
əsərlərin  uğur  qazanmasına  səbəb  istedad  faktoru  ilə 
bərabər  yazıçının  öz  şəhərinə  bir  qədər  aralıdan  baxa 
bilməsi olub və bu uzaqlıq yazıçıya öz doğma şəhərinin 
bir  çox  spesefik  xüsusiyyətlərini  açmaqda  yardımçı 
olub. Hər halda, mən belə düşünürəm. 
Mən    Bakının  göbəyində,  yəni  Respublika 
Sarayının  arxasındakı  evlərin  birində  rahatca  oturub 
Bakı  tarixi  haqqında  nəsə  yazmaq  istəyirəm,  amma 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə