İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə4/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   2   3   4   5   6   7   8   9   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
18 
18 
mədəniyyət  incilərinin  gələcəyi  üçün  çox  narahat  idi. 
çünki  Hüseyn  Bayqaranın  varisi  Bədiəzzaman  mirzənin 
və başqa şahzadələrin öz atalarından fərqli olaraq çox dar 
düşüncəyə  malik  olduqlarını,  yalnız  eyş-işrət  barədə 
düşündüklərini görürdü.  
Sənətkarın  narahatçılığı  əbəs  deyildi.  Hökmdar  vəfat 
edəndən  bir  neçə  il  sonra  özbək  hökmdarı  Şeybani  xan 
Herata hücum edəndə şahzadə Bədiəzzaman mirzənin və 
o  biri  şahzadələrin  heç  ordu  toplamağa  da  fərasəti 
çatmadı, ölkəni işğalçının ümidinə qoyub hərəsi bir yana 
qaçıb dağılışdı.  
Kamaləddin Behzad da Şeybani xanın əlinə keçdi. 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
19 
19 
19 
 
Təbriz məktəbi 
 
Şeybani  xan  1510-cu  ildə  Mərv  yaxınlığında  Şah 
İsmayıla  məğlub  olandan  sonra  Kamaləddin  Behzad  da 
şagirdləriylə  bir  yerdə  Təbrizə  Səfəvi  şahının  yanına 
gəldi  və  Şah  İsmayıl  onu  yenicə  yaratmağa  başladığı 
kitabxanaya götürdü.   
Taxta çıxandan sonra Şah İsmayıl da, özünə ustad bildiyi 
Hüseyn  Bayqara  kimi  öz  sarayına  şairləri,  rəssamları, 
xalçaçıları,  xəttatları  toplamışdı.  Təbriz  sarayında  yeni 
kitablar  hazırlanır,  gözəl  miniatürlər  çəkilir,  əvəzsiz 
xalçalar toxunur və nəhayət ziqiymət şeirlər yazılırdı.   
Hətta  Təbriz  civarında  müsəvvirlərin  (rəssamların), 
xəttatların,  kitab  cilçilərinin  yaşadığı  ayrıca  məhəllə  də 
salınmışdı. 
Kamaləddin  Behzad  Təbrizə  gələndə  burada  artıq  yeni 
yaranmış  Səfəvi  mədəniyyəti  öz  çiçəklənmə  dövrünü 
yaşamaqdaydı  və  artıq  ruhdan  düşmüş  Behzad  burada 
sanki ikinci vətənini tapmış oldu , yenə də böyük səylə öz 
sənətini davam etdirməyə başladı. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
20 
20 
İndinin  özünə  qədər  bir  çox  Avropa  və  rus  incəsənət 
tarixçiləri  Təbriz  miniatür  məktəbinin  banisi  kimi  məhz 
Heratlı Kamaləddin Behzadı görürlər.  
Lakin  bu  fikir  o  qədər  də  inandırıcı  görünmür.  Düzdür, 
Behzad  Təbriz  rəssamlarının  yaradıcılığına  müəyyən 
qədər  təsir  göstərmişdi,  lakin  nəzərə  almaq  lazımdı  ki 
onun  gəlişindən  də  əvvəl  artıq  Təbrizdə  miniatür 
rəssamlığı  tam  sürətlə  inkişaf  edirdi  və  xatıradaq  ki, 
Behzadın  özünün  də  ustadlarından  biri  şahzadə 
baysunqur  tərəfindən  məhz  Təbrizdən  dəvət  olunmuş 
rəssam Seyil Əhməd Nəqqaş olmuşdu.  
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
21 
21 
21 
 
İsa nəfəsli qələm 
 
İsa  peyğəmbərin  nəfəsi  ölüləri  dirildirdi.  Klassik    şərq 
divan  ədəbiyyatında  «Dəmi-İsa»  -  İsa  nəfəsi  obrazı  
həddən artıq işlənən bədii obrazlardan biridir.  
Məşhur  Təbriz  rəssamı  Sultan  Məhəmməd  haqqında  da 
belə deyirdilər: Onun qələmi İsa dəminə bərabərdir, onun 
fırçasının  altından  çıxan  hər  bir  təsvir  sanki  dirilir, 
canlanır.      
Müasir  Avropada  mütəxəssislərin  arasında  söhbət 
düşəndə    klassik  şərq  klassik  şərq  miniatür 
rəssamlarından  əsasən  iki  adamın  adı  çəkilir:  Heratlı 
Kamaləddin Behzad və Təbrizli Sultan Məhəmməd. 
Yaşca  Behzad  Sultan  Məhəmməddən  xeyli  böyük  olsa 
da,  hər  iki  rəssam  təxminən  on  ilə  yaxın  bir  müddətdə 
Təbrizdə   Səfəvilər sarayındakı kitabxanada  çiyin-çiyinə 
çalışmışlar və məhz onların birgə səyi nəticəsində Təbriz 
miniatür məktəbi görünməmiş zirvələrə qalxmışdı. 
Əgər  əvvəllər  bir  çox  hallarda  miniatür  rəsmlər  yalnız 
illüstrasiya  edilən  kitablardakı    mövzuları  əks 
elətdirirdisə,  Təbriz  müsəvvirləri,  nəqqaşları  daha  çox 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
22 
22 
müstəqil mövzularda işləməyə üstünlük verirdilər. Sultan 
Məhəmmədin  yaratdığı  ov  səhnələri,  döyüş  epizodları, 
sevgililərin portretləri, real təbiət peyzajları o qədər təbii, 
o qədər əlvan alınırdı ki, insanın gözünün sanki məcburi 
şəkildə  özünə  çəkir,  insan  baxışlarını  sığallayır,  ruhunu 
dincəldirdi. 
Sultan Məhəmməd də daxil olmaqla Təbriz rəssamlarının 
ən  böyük  üstünlüyü  isə  həm  kompazisiya,  həm  də  rəng 
həlli  baxımından  şərq  miniatür  sənətini  hədsiz  dərəcədə 
zənginləşdirməkləri oldu.    
Kitab  səhifəsi  boyda  bir  rəsmə  rəssamlar  kütləvi 
səhnələri,  onlarla  insan  obrazını,  yüzlərlə  rəng  çalarını 
yerləşdiməyə  müvəffəq  olurdular.    Əvvəlki  donuq 
dekorativlik  yavaş-yavaş  əriyib  gedir,  əvəzinə  daimi 
hərəkət,  sonsuz  dinamika  yaranır,  bu  da  rəsmi 
canlandırırdı. Bir səhifəlik şəkil öz içinə sanki böyük bir 
dünyanı,  reallığın  daim  hərəkətdə  olan  bir  parçasını 
sığışdırırdı.   
Məhz  bu  səbəbdən  Təbrizdə  istehsal  olunan  kitabların 
şöhrəti İstanbuldan tutmuş Hindistana qədər bütün islam 
ölkələrinə  yayılmışdı.  Bir  çox  hökmdarlar  da  öz 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə