İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə3/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   2   3   4   5   6   7   8   9   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
13 
13 
13 
son  günlərini  yaşayan  zəifləmiş  Abbasilər  xilafəti    qısa 
bir müddət  içində tarixin qaranlıq girdabında ədəbi  yox 
oldular. Onların əvəzində demək olar ki bütün yaxın şərqi 
əhatə  edən    bir  dövlət  –  Çinqiz  xanın  nəvəsi  Hülakü 
xanın  yaratdığı  Hülkülər  dövləti  formalaşdı.  Çiçəklənən 
bağları  qaratikan basdı, par par yanan şəhərlər xarabalığa 
çevirldi.  Bəzi  islam  tarixçiləri  monqolların  hücumunu 
taxıl zəmisinə üz verən çəyirtkə selinə bənzədirdi. Lakin 
çəyirtkədən  fərqli  olaraq 
monqollar  xarabazara 
çevirdikəri  bir  mədəniyyətin  üstündə  yeni  və  ruhən 
tamam  başqa  bir  mədəniyyət  formalaşdıra  bildilər.  Yeni 
yaranmağa  başlayan  bu  mədəniyyətin  əsas  qolu  isə 
miniatür  rəssamlığı,  onların  öz  diliylə  desək  nəqqaşlıq 
oldu. 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
14 
14 
 
İlk cizgilər, ilk rənglər 
 
Hülakü  xan  yaxın  şərq  ərazilərini  bir  bayraq  altında 
birləşdirəndə  hələ  müsəlman  deiyldi,  sonradan  islamı 
qəbul  etdi  və  yaratdığı  dövlət  də  islam  dövləti  oldu. 
Lakin  hakimiyyətinin  ilk  illərindən  onun  məmurları, 
katibləri arasında  müsəlmanlar az deyildi. Bunlar əsasən 
Çinin  şimalında  yaşayan  və  islamı  artıq  neçeə  əsrlər 
bundan  əvvəl  qəbul  etmiş  uyqurlar  idi.  hülakü  xan 
hakimiyyətinin  ilk  illərində  hələ  yerli  müsəlman 
əyanlarla  sıx  əlaqələr  qurmamışdan  əvvəl    müsəlman 
uyğur  katiblərinin  yardımından  çox  istifadə  edirdi,  yerli 
müsəlman  əhali  ilə  necə  dil  tapmağı,  onlarla  necə  yola 
getməyin  üsullarını  məhz  özüylə  gətirdiyi  uyqurlardan 
öyrənirdi. 
 Lakin  uyğurların  xidməti  təkcə  mirzəlik,  katiblikdən 
ibarət  deyildi.  Məsələ  ondaydı  ki.  uyqurlar  Çinin 
şimalında,  əsasən  Qaşqarda  yaşadıqlarından  Çin 
mədəniyyətiylə  sıx  ünsiyyətdə  olurdular  və  çinin  qədim 
rəssamlıq 
sənətinə 
də 
çox 
böyük 
ustalıqla 
yiyələnmişdilər.  Və  Hülakü  xanla  birgə  yaxın  şərq 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
15 
15 
15 
torpaqlarına  qədəm  qoyduqdan  sonra  məhz  uyqur 
rəssamlarının    köməyiylə  müsəlmanlar  rəngkarlıq 
sənətiylə tanış olmağa başladılar. Belə demək olarsa, orta 
əsr  şərq  miniatür  sənətinin  əlifbasını  uyqur  rəssamları 
yaratmışdılar.  Məhz  bu  səbəbdən  həmin  dövrlərdə  
müsəlman  rəssamlarının  əsərlərində  qədim  Çin 
rəssamlığının  çox  güclü  təsiri  hiss  olunurdu.  müsəlman 
rəssamları  da  çin  rəssamları  kimi  solğun  rənglərdən 
istifadə  edir,  kağızın  böyük  hissəsini  boş  saxlayır,  əsas 
təsvir olunan bir-iki obyekti diqqətə çəkirdilər. 
Lakin müsəlman rəssamları sadəcə çin rəssamlıq sənətini 
təqlid etməklə kifayətlənmədilər. Əlli il., yüz il, yüz əlli il 
–  və  yavaş  yavaş  müsəlman  rəssamlığı  çin  təsirlərindən 
azad olmağa başladı və Hülakü xanla uyqur rəssamlarının 
yaxın  şərqə  gəlməsindən  iki  yüz  il  sonra  şərq  miniatür 
məktəblərindən ən maraqlı və mükəmməlləri – Təbriz və 
Herat miniatür məktəbi yarandı.  
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
16 
16 
 
İlahi üçlük 
 
Xristianlardan fərqli olaraq üç rəqəmi islamda müqəddəs 
sayılmır. Lakin qısamüddətli omlasına baxmayraq tarixə 
əbədi  həkk  olunmuş  Herat  mədəniyyəti  öz  varlığına. 
Əzəmətinə  görə  demək  oar  ki,  üç  nəfərə  borclu  olub; 
humanist ədalətli hökmdar Hüseyn Bayqara, məşhr vəzir 
və  dünya  şöhrəti  şair  Mirəlişir  Nəvai  və  qızıldan  da 
qiymətli  barmaqları  olan  rəssam,  nəqqaş  Kamaləddin 
Behzad.  Təbriz  və    Herat  miniatür  məktəbinin 
formalaşmasınan  əvvəl  islam  ölkələrində  adda  Budda 
yaranan rəssamlıq nümunələri daha çox yaxın regionların 
rəssamlığının  kölgəsiydi  :  Əfqanıstan,  Hindistan 
regionundakı  miniatürlər  Hindistanın  qədim  rəssamlıq 
nümunələrini  xatırladır,  Suriya,  və  Anadoludakı 
rəssamların əl işləri isə Bizans freskalarına bənzəyirdi.  
Lakin  əvvəlcə  Təbriz,  daha  sonra  Herat  rəssamlarının 
səyi nəticəsində şərq islam rəssamlığı öz həqiqi simasını, 
öz identifikasiyasını tapa bildi. 
Sultan  Hüseyn  Bayqaranın  kitabxanasının  rəisi  olan 
məşhur  rəssam  Ağamirək  tərəfindən  kitabxanaya 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
17 
17 
17 
şəyirdliyə  götürülən  Behzad  qısa  müddət  ərzində, 
Təbrizdən  dəvət  olunan  Seyid  Əhməd  Nəqqaşdan,  Xoca 
Əli Müsəvvirdən  rəssamlığın incəliklərini öəyrənərək  öz 
sənətini  yüksək  səviyyəyə  qaldırıb  incəsənət,  ədəbiyyat 
himayədarı  olan  Sultanın  rəğbətini  qazana  bildi  və 
nəhayət onu saray kitabxanasına rəis təyin etdilər. 
1488-1505 illərdə Heratın saray kitabxanasında Behzadın 
rəhbərliyi ilə bir neçə dünya şöhrətli kitab hazırlanmışdı. 
Bunlaran 
birincisi 
hal 
hazırda 
Qahirə 
dövlət 
kitabxanasında  saxlanılan  Sədinin  «Bustan»  poemasıdır. 
Bu  kitab  bir  neçə  il  hazırlanmış,  və  içinə  əllidən  çox 
bənzərsiz  miniatür  yerləşdirilmişdir.    Bundan  başqa 
həmin  dövrdə  kitabxanada  Nizaminin  «Xəmsə»si  ( 
London.  Britaniya  muzeyi)  və  Şərafəddin  Yəzdinin 
«Zəfərnamə»  kitabları  da  hazırlanmışdı.  Hər  üç  kitabda 
çox  gözəl  xəttat  işindən  istifadə  olunmuş,  mətnə  uyğun 
miniatürlər  çəkilmiş,  kitablar  çox  nəfis  şəkildə 
cildlənmişdi. Hal hazırda dünyanın məşhur kitabxana və 
muzeylərində  saxlanılan  bu  ziqiymət  kitablar  şərq 
mədəniyyətinini incilərindən hesab olunur.  
Hüseyn  Bayqaranın  sarayında  özünü  hədsiz  dərəcədə 
xöşbəxt  hiss  etməsinə  baxmayaraq,  Behzad  bu 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə