www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
İlqar Fəhmi Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
191
191
191
lüzum yoxdur. Şəxsən məni əsəbləşdirən bu idi ki,
bizim rayon camaatı bütün bu işlərin səbəbini biz
bakılılarda görürdü və böyük bir qisminin ürəyində
bakılılara qarşı elə bir nifrət yaranmışdı ki, indiyəcən
bunun əlamətləri özünü büruzə verir. Lakin bu o demək
deyil ki, bizim əsl bakılılarla əyalətdən gələnlər arasında
heç bir konflikt olmurdu. Olurdu və mənim əsl
məqsədim, məhz bu konfliktlərin kökünə getmək,
onların səbəblərini axtarmaqdır. Bunun üçünsə yenə də
öz ailəmizin tarixinə baş vurmalı olacam.
Beşinci fraqment
Bizim ailənin əyalət camaatıyla ilk köklü kontaktı
təxminən altmışıncı illərin əvvəllərində baş vermişdi.
Şəxsən mən özüm o vaxtlar hələ dünyada olmasam da,
hər şey çox yaxşı yadımdadır. Deməli, soyuq bir fevral
axşamıydı və bütün ailəmiz nənəmin yanında yığışıb
həyətdəki boş otaqlardan birini kirayə verib-verməmək
barədə məşvərət keçirdirdilər.
Həyətə kirayənişin buraxmaq ideyası atama
məxsus idi. Ümumiyyətlə, bizim həyətdə iki boş otaq
var idi, birində əvvəllər babamın atası yaşayırdı, o
rəhmətə gedəndən sonra boş qalmışdı və kiçik əmim
buranı özüyçün anbara döndərmişdi, çilingərlik
alətlərini, maşınlarçün az tapılan ehtiyat hissələrini ora
yığırdı. Qarşısında uzun şüşəbəndi olan o biri boş otaq
isə əvvəllər babamın əmisi Ağaverdinin idi, amma
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
İlqar Fəhmi Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
192
192
öncəki yazılarımda danışmışdım ki, hökumət onu Sibirə
sürgün etmişdi və bundan sonra nənəm bu otağa beş-on
dənə toyuq buraxmışdı ki, əlimiz aşağı olanda
yumurtasından, ətindən yeyək.
Atam da məhz bu otağı kirayə vermək fikrinə
düşmüşdü. Neft daşlarında işlədiyi müddətdə Mirsəftər
adlı bir oğlanla dostlaşmışdı. Bu Mirsəftər hansısa
rayondan gəlib burda AZİ-ni bitirmişdi, neçə il idi ki,
atamla bir buruqda qazmaçı işləyirdi, amma hələ
hökumət ona mənzil verməmişdi, yataqxanada qalırdı.
Evli adam idi, ailəvi yataqxanada min cür əziyyət
çəkirdi və atam qərara gəlmişdi ki, nənəmin toyuq
saxladığı həmin otağı boşaldıb mənzil alanacan onlara
verək. Ümumi həyətdə nə qədər narahatçılıq olsa da,
yataqxana qədər olmaz, burda balaca da olsa öz
mətbəxləri, öz soyuducuları, qaz plitələri olacaqdı. Bircə
ayaqyolu ilə hamam ümumi qalacaqdı.
Mirsəftərin özü atamın təklifinə çox sevinmişdi,
amma atam onu da demişdi ki, sənin bizim həyətə
köçməyinçün əvvəlcə gərək atamla anamın razılığını
alım. Atam bir söz deyən deyil, amma anamın xasiyyəti
bir az ağırdı, yola gətirmək asan olmayacaq.
Atam düz deyirdi. Bizim ailədə heç kim həyətə
kənar adamın köçməyinə etiraz etmirdi, üzdə lap açıq
hiss elətdirməsələr də, daxilən hamısı razıydı. Atam öz
yaxın dostunun mənzil şəraitini azca yaxınlaşdırmaqçün
çalışırdı, onun kommunist vicdanı heç cür qəbul
eləmirdi ki, dostu yataqxanada əziyyət çəkdiyi halda
həyətdəki gül kimi otaqda toyuqlar məskunlaşsın
(əlbəttə, əgər toyuqlar da Mirsəftər kimi kommunist
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
İlqar Fəhmi Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
193
193
193
olsaydılar, atam onların öz məskənlərindən dərbədər
düşməyinə razı olmazdı, amma heyvanları kommunist
partiyasına qəbul eləmirdilər və məlum məsələdir ki, əsl
sovet vətəndaşı kimi, atamın nəzərində bakılı olmayan
kommunist bakılı toyuqlardan daha üstün idi). Babam
da Mirsəftərin həyətimizə köçməyinə etiraz eləmirdi,
bu yaxınlarda təqaüdə çıxmağa hazırlaşırdı, bilirdi ki,
bütün günü evdə bekar oturacaq, onunçün də xam
adam axtarırdı ki, darıxanda çənəsinin altına salıb
aramla, tələsmədən qədim xatiratından, nə bilim,
Bakının keçmişindən, köhnə kişilərdən və s. belə
şeylərdən danışıb vaxtını öldürsün. O da məlum
məsələdir ki, qərib adam məskunlaşdığı yerin tarixinə,
adət-ənənəsinə həmişə maraq göstərir, nəyisə
öyrənməyə çalışır, ən azı ona görə ki, yerli camaata asan
qaynayıb qarışsın, başqalarından çox da seçilməsin.
Babam da bunları bilirdi və Mirsəftərə, bir növ, baş-
qulaq aparmaqçün potensial namizəd kimi baxırdı. Bir
az qabağa qaçıb onu da demək istiyirəm ki, bu mənada
Mirsəftər babamın ümidlərini həqiqətən də doğrultdu,
yerli camaatın artıq əzbərdən bildiyi və qulaq asmaq
istəmədiyi söhbətləri Mirsəftər çox həvəslə dinləyirdi,
heç vaxt babamın sözünü kəsmirdi və hərdən haqqında
söhbət gedən hansısa adətin, ənənənin öz rayonlarında
hansı şəkildə olması barədə informasiyalar da əlavə
edirdi ki, bu da onların söhbətini xeyli maraqlı edirdi.
Mən özüm də, uşaq olanda çox oturardım onların
yanında.
O ki qaldı kiçik əmimə, o da öz razılığını atama
bildirmişdi, çünki ona da uyanda, keyfi kök olanda
Dostları ilə paylaş: |