İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə19/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   15   16   17   18   19   20   21   22   ...   76

Резюме
СОВРЕмЕННыЕ АСПЕКТы РАЗВИТИЯ НАцИОНАЛЬНОЙ 
ЭКОНОмИКИ В АЗЕРБАЙДЖАНЕ
малахат ПАНАХАЛИЕВА
Сумгайытский Государственный Университет, зав. каф. 
“Мировой Экономики”, к.э.н., доц  
Ключевые слова: Азербайджан, национальная экономика, современные аспекты,
экономическое развитие, приоритетные направления, эффективность, конкурентоспо-
собность  
Современные аспекты развития национальной экономики в Азербайджане отли-
чаются рядом трудностей под влиянием финансового кризиса в мире. Необходимо
обеспечить сбалансированное и устойчивое развитие национальной экономики в усло-
виях глобальных угроз. Требуется ускорение развития традиционных и более эффек-
тивных  сфер  экономики  страны.  Нуждается  в  ускорении  применения  новейших
технологий, форм управления и интенсификации инноватизации национальной эконо-
мики. В статье исследованы современные проблемы развития национальной экономики
в нынешних условиях. 
AZƏRBAYCAN UNİVERSİTETİ
39

İPƏK YOLU 

1/2017


MÜASİR ŞƏRAİtDƏ ÖLKƏ SƏNAYESİNİN 
REStRUKtURİZASİYASININ ƏSAS İStİQAMƏtLƏRİ
Ərzuman HÜSEYNOv 
Azərbaycan Dövlət İqtisad Universiteti, i.ü.f.d.
Rəyçi: i.ü.f.d. Vüsal Həsənov, Azərbaycan Universiteti, “Biznes və menecment”  fakül -
təsinin dekanı
Açar sözlər: Sənaye, şaxələnmə, restrukturizasiya, özəlləşdirmə, rəqabətqabiliyyətlilik
Giriş. XX əsrin sonunda və XXI əsrin əvvəllərində sürətli inkişafa nail olmuş ölkələrin
(məsələn, Cənubi Koreya, Malayziya, Sinqapur  və s.) təcrübəsi sübut etdi ki, ölkənin
rəqabətqabiliyyətli iqtisadiyyata nail olması və davamlı inkişaf mərhələsinə keçməsi üçün
sənayenin sürətli və çoxşaxəli inkişafı mühüm əhəmiyyət kəsb edir. 
Son illərdə respublikamızda sənayenin ölkə iqtisadiyyatındakı rolu artmaqdadır. Lakin,
bu sürətli artım əsasən ölkədə həyata keçirilən uğurlu neft strategiyasının və neft sektorunun
hesabına baş verir: 2015-ci ildə ölkədə istehsal edilən ÜDM-in 28,2 faizi neft sektorunda
yaradılıb və sənaye məhsullarının 60,3 faizi  neft sənayesinin payına düşür [1, səh-31]. Bu
isə özlüyündə respublikamızda sənayenin sahə quruluşunun mükəmməl olmadığını göstərir.
Hazırda Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifə qeyri-neft sektorunun
inkişafının və iqtisadi şaxələnmənin təmin edilməsidir. Sənayedə şaxələnməyə nail olmağın
və qeyri-neft sənayesinin inkişafının mühüm istiqamətlərindən biri ölkə sənayesinin restruk-
turizasiyasına nail olmaqdır. Belə ki, sənayedə restrukturizasiya prosesinin düzgün həyata
keçirilməsi ölkə sənayesində mülkiyyət münasibətlərinin dəyişdirilməsində, sənayenin sahə
və ərazi strukturunda yaranmış birtərəfliyin aradan qaldırılmasında, sənaye müəssisələrinin
maddi-texniki bazasının müasirləşdirilərək gücləndirilməsində, sənayenin peşəkar kadr
potensialının formalaşmasında, sənayedə innovativ inkişafa nail olunmasında və ümumilikdə
sənayenin rəqabətqabliyyətliliyinin yüksəldilməsində mühüm rol oynayar.
Ölkə sənayesinin restrukturizasiyası Azərbaycan Respublikası Prezidentinin 2012-ci il
29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf
Konsepsiyasında, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərən-
camı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-
ci illər üçün” Dövlət Proqramında və hökumətin digər bir sıra mühüm proqram sənədlərində
və əsas vəzifələrindən biri kimi müəyyən edilmişdir.  Bütün bunlar isə sənayenin restruk-
turizasiyası prosesinin elmi cəhətdən araşdırılmasını və bu sahəyə yönəlik elmi əsaslara
söykənən təklif və tövsiyələrin hazırlanmasını zəruri edir.
1. Sənayenin restrukturizasiyasının mahiyyəti və formaları 
Müasir  dövrdə  ölkə  qarşısında  duran  başlıca  vəzifələrdən  biri  əhalinin  sosial  rifah
səviyyəsinin daim yüksəldilməsinə xidmət edən və dünya təsərrüfatına səmərəli inteqrasiya
olunan milli iqtisadiyyat formalaşdırmaqdır. Səmərəli milli iqtisadiyyatın qurulması, iqtisadi

İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
40


geriliyin  aradan  qaldırılması  bazar  münasibətlərinə  keçid  istiqamətində  islahatların
sürətləndirilməsini, struktur dəyişiliklərinin həyata keçirilməsini tələb edir. Qeyd edilən
məsələlərin həlli və iqtisadiyyatda transformasiya proseslərinin sürətləndirilməsi ölkədə bazar
münasibətlərinin tələblərinə cavab verən iqtisadiyyatın sahələrinin, xüsusilə də ölkə sə-
nayesinin inkişaf etdirilməsindən asılıdır.  
Ölkə iqtisadiyyatının bazar münasibətlərinə keçidi ölkə sənayesinin yeni tələblərə uyğun-
laşmasını zəruri edir. Müasir dövrdə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik, dövlət əm-
lakının  özəlləşdirilməsi  və  köklü  islahatla  yanaşı  sənayenin  restrukturizasiyası  bazar
münasibətlərinə keçid prosesində həyata keçirilən dəyişiliklərin əsas tərkib hissəsidir. 
İngilis dilindən tərcümədə restrukturizasiya (restructring) - nəyinsə strukturunun yenidən
qurulmasını  ifadə  edir.  Latın  sözü  olan  struktur  (srtructura)  qayda,  yerləşmə,  quruluş
deməkdir. Ümumilikdə restrukturizasiya prosesi müxtəlif əlamətlərə görə təsnifləşdirilir. Bu
əlamətlərə aşağıdakıları aid etmək olar: 
 Dəyişikliklərin miqyasına görə restrukturizasiyanın iki forması mövcuddur: mikro və
makrosəviyyəli restrukturizasiya;  
 Dəyişikliklərin  xarakterinə  görə  operativ  və  strateji  restrukturizasiya  bir-birindən
fərqləndirilir. Restrukturizasiyanın bu növləri əsasən mikro səviyyədə yəni müəssisə
səviyyəsində həyata keçirilir. Operativ restrukturizasiya müəssisənin ödəmə qabiliyyə-
tinin yaxşılaşdırılması məqsədilə onun strukturunun dəyişdirilməsidir. Operativ restruk-
turizasiya maddi aktivlərin və borc öhdəliklərinin restrukturizasiyasını nəzərdə tutur
[2, səh-8]. Strateji restrukturizasiya - müəssisənin investisiya cəlbediciliyinin yük-
səldilməsinə,  onun  xarici  maliyyə  vəsaitlərinin  cəlb  edilməsi  imkanlarının  geniş -
ləndirilməsinə və dəyərinin artırılmasına yönəldilmiş struktur dəyişilikləri prosesidir.
Bu tip restrukturizasiyasının reallaşdırılması uzunmüddətli nəticələrin əldə edilməsinə
istiqamətlənir. Onun müvəffəqiyyətlə həyata keçirilməsi müəssisənin rəqabət qabiliyyə-
tinin artmasına və xüsusi kapitalının bazar dəyərinin yüksəlməsinə səbəb olur;
 Dəyişikliklərin istiqamətinə görə restrukturizasiya prosesinin iki növü - daxili və xarici
restrukturizasiya fərqləndirilir;
 Tətbiq olunan strategiyanın yaratdığı dəyərə görə cari, investisiya və maliyyə restruk-
turizasiyası fərqləndirilir.
Səviyyə baxımdan restrukturizasiyanın əsas növlərindən biri də şübhəsiz ki, sənayenin re-
strukturizasiyasıdır. Sənayenin restrukturizasiyası -  işçi qüvvəsi, əmtəə, kapital bazarında
baş verən əsasən keyfiyyət dəyişikliyi bazasında istehsalın yenidən qurulması kimi başa
düşülür. Başqa sözlə, təsərrüfat subyektlərinin dəyişən şəraitə uyğunlaşdırılması başa düşülür
[3, səh-40]. 
Bir çox elmi araşdırmalarda sənayenin restrukturizasiyasının aşağıda qeyd edilən növləri
fərqləndirilir [3, səh-(41-42)]:
 regional restrukturizasiya; 
 sahənin restrukturizasiyası; 
 müəssisə səviyyəsində restrukturizasiya.
AZƏRBAYCAN UNİVERSİTETİ
41

İPƏK YOLU 

1/2017


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə