İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə27/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   23   24   25   26   27   28   29   30   ...   76

ƏDƏBİYYAt:
1. Axundov Ş.Ə., Axundov M.Ə. “Bazar iqtisadiyyatının əsasları” Bakı, 2001.
2. Quliyev T.Ə. “Menecmentin əsasları” Bakı, 2001.
3. İmranov A.M., Mustafayev A.M. “Menecmentdə motivləşdirmə” Bakı, 2004.
4. Джей К. Шим Джон Т.Сигел «финансовый менеджмент» 1996
Abstract
ORGANIZAtION OF SWOt ANALYSIS IN PEtROCHEMICAL 
ENtERPRISES
Ganimat SAFAROv
Professor of department of  Industrial Economics and Management
of  Azerbaijan State  Oil and Industry University 
Dilara  AMIRASLANOvA 
Ph.D. student of Sumgait State University 
Key words: factory, analysis, profit, loss, enterprise, financial results, specialist, practice
Internal and external factors directly impact the  final results of the entrepreneuial  acti -
vities. while it is possible to evaluate the enterprise 's internal factors, it is impossible to pre-
dict  the external factors  affecting the enterprises. It results in the decline of the financial
condition of the entreprises. Therefore, advanced analytical methods are used in practice.
Such methods create real conditions to identify the factors which have influenced the activity
of enterprises and for the implementation of app ropriate measures.
Резюме
ПРОВЕДЕНИЕ SWOt-АНАЛИЗА В НЕФТЕХИмИЧЕСКИХ 
ПРЕДПРИЯТИЯХ 
Ганимат САФАРОВ
Зав.кафедры « Экономика промышленности и менеджмент»
Азербайджанского Государственного Университета
нефти и Промышленности 
Дилара АмИРАСЛАНОВА
Докторант Сумгайытского Государственного Университета
Ключевые слова: завод, анализ, прибыль, ущерб, учреждение, финансовые резуль-
таты, специалист, практика
На итоговые результаты деятельности предприятий непосредственно влияют внут-
рикорпоративные и внешнекорпоративные факторы. Если внутрикорпоративные фак-
торы можно проанализировать и оценить, то внешнекорпоративные факторы влияния
заранее прогнозировать невозможно. В результате этого ухудшается финансовое со-
стояние предприятий. Поэтому на практике применяются современные методы ана-
лиза.  Такие    методы  создают  реальные  условия  для  того  чтобы  выявить  факторы,
влияющие на деятельность предприятия и принять соответствующие меры.                      
AZƏRBAYCAN UNİVERSİTETİ
57

İPƏK YOLU 

1/2017


AKtİv MƏŞĞULLUQ SİYASƏtİ vASİtƏLƏRİ 
Balkaya Ceylan MƏHƏMMƏD 
Qərb Universiteti, dissertant 
Rəyçi: i.ü.f.d.,dos. Hacıyeva G.S.
Açar sözlər: məşğulluq, işsizlik, aktiv və passiv məşğulluq siyasəti, əmək bazarı, məşğul-
luq yaratma proqramları 
Giriş.  Qloballaşma  və  inteqrasiya  şəraitində  ölkəmizdə  hökumətlə  birlikdə  ictimai
tərəflərin, məşğulluq və işsizlik probleminin daha çox iqtisadi cəhətdən böyüməsi ilə bağlı
olaraq həll ediləcəyi ön plana çəkilən bir milli məşğulluq siyasətinin olmadığı görünür.
Xüsusilə işsizlik probleminin sıx olaraq gündəmə gəldiyi 1980-ci illərdən günümüzə
qədər Türkiyədə işsizlik və məşğulluq probleminin həll modelinin ortaya  çıxmadığı aydındır.
Beləliklə problemin həllində əhəmiyyətli olduğu düşünülən aktiv məşğulluq siyasəti va-
sitələrinin roluna daha çox diqqət ayrılmalıdır.
Məşğulluq siyasətinə nəzəri baxışlar
İqtisadi böhran dövrlərində daha çox gündəmə gələn məşğulluq siyasətinə müxtəlif yanaş-
malar mövcuddur. Lakin məşğulluq siyasəti anlayışının açıqlanması  üçün əvvəl məşğulluq
anlayışının tərifini verək. Belə ki, məşğulluq- istifadəetmə, iş deməkdir. Bir ölkədə, bir ildəki
iqtisadi fəaliyyətlə məşğul olan insan gücünün istifadə edilməsi, iş və işlədilmə dərəcəsi
məşğulluğu göstərir [1,s.67]. Məşğulluq sadə olaraq işçilərin işlədilməsi və ya istehsal
fəaliyyətində olmalarının təmin edilməsi şəklində təyin oluna bilər.
Geniş mənada məşğulluq iqtisadiyyatda müəyyən bir dövrdə bütün istehsal amillərinin
(əmək, sərmayə, təbii qaynaqlar və təşəbbüskar) texnoloji səviyyəyə görə nə dərəcədə isti-
fadə edildiyidir [1,s.67]. Bu mənada tam məşğulluq iqtisadiyyatda mövcud olan bütün
əməyin, sərmayənin, təbii resursların və sahibkarların istehsala cəlb olunmasından faydalan-
ması  mənasını  verir  [2,  s.203].  Hər  ölkənin  iqtisadi  quruluşu,  siyasi  vəziyyəti,  mədəni
keçmişi və mövcud çətinlikləri bir-birindən çox fərqli olması səbəbindən, işsizliyin ölçüsü
və quruluşu da ölkədən ölkəyə dəyişir. Dövrlər etibarilə azalıb çoxalmasına baxmayaraq
inkişaf etmiş və inkişaf etməkdə olan bütün iqtisadiyyatların ortaq problemi işsizlikdir. Bir
ölkənin məşğulluğu, o ölkənin inkişaf səviyyəsi, əhali və təbii qaynaqları ilə iqtisadi şərtlərinə
bağlıdır. Ölkələrin mədəniyyəti, keçmişi, siyasi fəlsəfə, iqtisadi və ictimai strukturlarının bir-
birindən fərqlənməsi, hər ölkənin öz quruluşuna uyğun məşğulluq siyasəti meydana gətirib,
bu istiqamətdə tədbirlərin görülməsinə səbəb olmuşdur [3,s.81]. Ölkələrin iqtisadi baxımdan
ən ümumi məqsədi, cəmiyyətin və fərdlərin rifah səviyyəsini yüksəltmək üçün lazım olan
iqtisadi siyasəti tətbiq etməkdir. Hökumətlər tərəfindən tətbiq olunan siyasətlər içində məşğul-
luq mövzusu, istehsal faktorlarının ən əhəmiyyətli ünsürü olan əməyin iqtisadi və ictimai
olduğu qədər bəşəri ölçüsü səbəbiylə zəruri bir əhəmiyyətə malikdir.
Məşğulluq siyasəti işsizlik və yoxsulluqla mübarizə siyasətləri arasında əhəmiyyətli bir

İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
58


yer tutur. İnkişaf etməkdə olan ölkələrdə məşğulluq siyasəti iqtisadi və ictimai qaydalara
əsaslanır. Bu mənada məşğulluq siyasəti, bir iqtisadiyyatda artım və sabitliyin təmin edilməsi
ilə birlikdə əməyə tələblə təklifin  tarazlığının qorunmasına və bu tarazlığın pozulmasına
gətirən səbəblərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsinə imkan yaradır.
Məşğulluq siyasəti, hər hansı bir ölkədə iqtisadi inkişafı və sabitliyi təmin edərək rifah
səviyyəsini artırmaq, sosial ədalət və bərabər imkanlar təmin edəcək şəkildə istehsal faktor-
larından səmərəli istifadə edərək  gəlirin bərabər və ədalətli bölgüsünü reallaşdırmaq, kasıblığı
önləmək məqsədiylə işsizliyin səbəb olduğu mənfi nəticələrlə mübarizə etmək və insanların
insan qüruruna yaraşan şəkildə həyatlarını davam etdirmələrinə imkan verən  qanun, qayda
və üsulları əhatə edir.
Türkiyədə məşğulluğun artırılması və genişləndirilməsi öz başına müstəqil bir məqsəd
olaraq gündəmə gəlməmişdir.Yetərli səviyyədə məşğulluq artımının təmin edilməsi, ümumi
mənada iqtisadi böyümənin və xüsusi olaraq da investisiyaların artmasının nəticəsidir. İnkişaf
planlarında mənimsənən ümumi yanaşmada bu istiqamətin olduğu aydındır. İnkişaf plan-
larında əmək çoxluğundan danışılarkən bu mövzuda ümumi və mücərrəd ifadələrdən istifadə
və çox zaman optimist yanaşmalara rast gəlinir [4, s.103]. Türkiyədə məşğulluq siyasətinə
işsizliyə qarşı tədbir kimi baxsaq bu mövzuda Türkiyənin dərhal hər şeyi mübahisə, buna
müqabil çox azını təsirli bir şəkildə tətbiq etdiyini  görürük. Lakin bütün bu səylərə baxma-
yaraq nə Türkiyədə işsizliyin miqdarı və xüsusiyyəti müəyyən edilmiş, nə də bu mövzuda
təqib ediləcək siyasətlər kafi və elmi açıqlıqla ortaya çıxarılmışdır [5, s.371]. Ölkəmiz öz
insan gücündən istifadə edərək iqtisadi sahədə dünyadakı rəqabət mühitində yerə sahib ol-
muşdur [6,s.8]. Türk iş həyatına önəm verməklə öhdəçilik götürən əlaqədar təşkilat və qu-
rumların, bundan sonrakı müddətdə ölkəmizin ehtiyacları istiqamətində əhatəli bir məşğulluq
siyasəti yaratmaq baxımından gördükləri işlər gələcəkdə  böyük əhəmiyyət kəsb edəcək.
İş  bazarında  həyata  keçirilən    tənzimləmələri  bir  məşğulluq  siyasəti  olaraq
qiymətləndirmək mümkündür. Buna görə məşğulluq siyasəti özündə aktiv və passiv məşğul-
luq siyasətlərini birləşdirir. Bu çərçivədə əmək bazarı, onun dinamik quruluşu və digər xü-
susiyyətləri daha yaxından izlənilərək idarə edilməli, müəyyən bir proqram çərçivəsində
istiqamətləndirilməlidir.
Aktiv və passiv məşğulluq siyasəti
Tam bu nöqtədə aktiv və passiv məşğulluq siyasəti əmək bazarına müdaxiləetmənin ən
təsirli vasitələri arasında iştirak etməkdədir. 
Adam başına düşən milli gəlir səviyyəsinin yüksək olduğu xüsusilə liberal iqtisadi sistemi
mənimsəyən Avropa və Amerika qitəsindəki ölkələr, aktiv və passiv məşğulluq siyasəti va-
sitələri ilə əmək bazarlarına müdaxilə etməyi, iqtisadi plan və proqramlarının ayrılmaz bir
parçası olaraq görürlər.
OECD'yə görə işsizlərə yalnız gəlir dəstəyi edilməsinə istiqamətlənən siyasətlər passiv
siyasətlər olaraq qəbul edilərkən, əmək bazarındakı peşə bacarıqlarını inkişaf etdirən və əmək
bazarlarının fəaliyyətini artıran siyasətlər aktiv məşğulluq siyasəti olaraq dəyərləndirilir [8,
s. 46]. Əmək bazarı çərçivəsində işsizliklə mübarizə, məşğulluğun artırılması və işsizliyin
AZƏRBAYCAN UNİVERSİTETİ
59

İPƏK YOLU 

1/2017


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə