İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə24/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   20   21   22   23   24   25   26   27   ...   76

əhəmiyyət verilir. Bütün bunların həyata keçirilməsi baxımından əhəmiyyətli hesab edilən
təhlil üsullarına marjinal-təhlil və SwOT təhlil üsullarını aid etmək olar.
Fəaliyyətdə  olan  müəssisələrin  inkişaf  perspektivlərinin  müəyyən  edilməsi  onların
fəaliyyət göstərdiyi bazarda mövcud olan situasiyanın hərtərəfli öyrənilməsindən və yaranmış
yeni mühitə uyğunlaşdırılmasından  bilavasitə asılıdır. Çünki, məhz bu zaman mövcud olan
imkanlar və gözlənilən təhlükələr üzə çıxarılır. Bazarda yaranmış imkanlar və müəssisələrin
fəaliyyəti üçün ola biləcək təhlükələr ancaq bunun nəticəsində müəyyən edilə bilər. Ona görə
də müəssisələr təcrübədə sınanmış SwOT analiz üsulundan geniş istifadə etməyə çalışırlar.
Onun köməyi ilə müəssisələrin zəif və güclü tərəflərini sistemli şəkildə müəyyən etmək,
yaranmış potensial imkanları və təhlükələri aydınlaşdırmaq mümkün olur. Bütün bunlar
menecerlər tərəfindən bazarda yaranmış vəziyyətin düzgün müəyyən edilməsindən, tutuşdu-
rulmasından bilavasitə asılıdır. Belə bir müqayisənin nəticəsindən asılı olaraq, müəssisə
fəaliyyətin  hansı  inkişaf  istiqamətinə  yönəldilməsinin  və  resursların  bazarın  hansı  seq-
mentində toplanmasının daha məqsədəuyğun olduğunu müəyyənləşdirir.
SwOT analizin aparılmasının özunəməxsus qaydaları vardır. Onlara əsasən aşağıdakılar
aiddir:
1. Müəssisədə aparılması nəzərdə tutulan SwOT analizin əhatə dairəsinin və başlıca is-
tiqamətlərinin müəyyən olunması. Əksər hallarda müəssisənin bütün biznes fəaliyyəti is-
tiqamətlərini əhatə edən ümumi SwOT analiz aparılır. Belə analizin nəticələri ümumi xarakter
daşıyır və konkret bazarın imkanlarının öyrənilməsi və operativ tədbirlərin işlənməsi baxımın-
dan menecerlərin maraqlarına cavab vermir. Ona görə də SwOT analizin konkret fəaliyyət
sahəsinə və bazar mühitinə yönəldilməsi vacibdir və müəssisənin çox gərəkli olan və zəif
cəhətlərinin, bazar imkanlarının və təhlükələrinin üzə çıxarılmasına şərait yaradır. 
2. SwOT analizin mahiyyətindən irəli gələn təhlil elementlərini, müəssisənin güclü və
zəif olan tərəflərini, müəssisənin imkanlarını, onun bazarda mövqeyini zəiflədən təhlükəli
məqamları düzgün fərqləndirməyi bacarmaq lazımdır. Güclü və zəif cəhətlər müəssisədaxili
təhlilin nəticəsində müəyyən olunduğu üçün müəssisənin menecerləri onların təsirini nəzərə
almaq imkanına malikdir. Bundan fərqli olaraq bazar imkanları və təhlükələri bazarda yaranan
situasiyadan asılı  olduğu üçün müəssisənin menecerlərinin təsir dairəsinə daxil deyildir. Ona
görə də SwOT analizin hər bir elementinin xarakterik cəhətlərini bilmək faydalıdır [1, s.80].
3. Müəssisənin güclü və zəif cəhətlərinə o cəhətlər aid edilir ki, onlar müəssisənin məh-
sullarının istehlakçıları tərəfindən qəbul olunmuşdur. Analiz predmetinə ancaq özünü qabarıq
büruzə verən zəif və üstün cəhətlər aid edilməlidir. Onlar rəqiblərin mövqeyindən baxılıb
təyin olunmalıdır. Güclü cəhətlər o vaxt güclü ola bilər ki, onlar bazarın faktiki vəziyyətindən
irəli gəlmişdir. Məs: müəssisənin məhsulunun keyfiyyətli olmasını əks etdirən güclü tərəfi o
vaxt güclü hesab edilə bilər ki, onun məhsulunun keyfiyyəti rəqiblərin məhsullarının key-
fiyyətindən yüksəkdir və tələbatı dolğun ödəyir. Müəssisənin bu cür güclü və zəif cəhətləri
çox ola bilər və onlardan hansının əsas olduğunu müəyyən etmək çox çətindir. Lakin, buna
baxmayaraq  güclü  və  zəif  cəhətlərini  onun  bazardakı  mövqeyinin  möhkəmləndirilməsi
baxımından ranqlara ayırmaq olar.
AZƏRBAYCAN UNİVERSİTETİ
51

İPƏK YOLU 

1/2017


4. SwOT təhlil obyektiv aparılmalıdır və müxtəlif olan faktiki məlumatlara əsaslan-
malıdır.  Ümumi  tədqiqatlar  aparılmasına  əsaslanan  SwOT  təhlil  nəticələri  o  qədər  də
əhəmiyyətli olmur. Lakin bundan fərqli olaraq çoxcəhətli marketinq tədqiqatlarının aparıl-
masına əsaslanan SwOT analizin nəticələri əhəmiyyətli olur. Eyni zamanda da bir nəfər
tərəfindən  aparılan  SwOT  analizin  nəticələri  qrup  tərəfindən  aparılan  SwOT  analizin
nəticələrindən yaxşı ola bilməz, çünki, bir tədqiqatçının əldə etdiyi təhlil nəticələri geniş
əhatəli və dəqiq ola bilməz. Qrup şəklində müzakirə aparılması  məlumat mübadiləsinin
təşkilini  daha  məqsədyönlü  və  dəyərli  nəticələrin  əldə  edilməsinə  şərait  yaradır.  Onu
nəzərdən qaçırmaq lazım deyildir ki, SwOT analiz menecer tərəfindən sadəcə problemə
olan baxışların sadalanması deyildir. SwOT analiz obyektiv faktlara və konkret tədqiqat
materiallarına söykənməlidir. Ancaq bu halda SwOT analizin nəticələrinə etibar etmək və
ondan müəssisənin inkişaf etdirilməsi məqsədilə istifadə etmək düzgündür. 
5. Geniş əhatəli və ikimənalı fikir söyləməkdən qaçmaq lazımdır. Çünki əksər hallarda
bu səbəbdən SwOT analizin nəticələri zəif olur, biznesin inkişaf edilməsində rolu olmur,
istehlakçıların şirkətdən gözlədiyi nəticələri vermir. SwOT analiz nəticəsində irəli sürülən
fikirlər, tövsiyələr nə qədər dəqiq və əsaslı olarsa aparılmış analizin nəticələri bir o qədər
faydalı olar [2. s.58].
Qeyd etmək lazımdır ki, yuxarıda sadalanan  SwOT analiz qaydalarının tələblərinin
nəzərə alınması konkret iqtisadi mühit amillərinə və müəssisədaxili vəziyyətə adekvat olan
tədbirlərin işlənməsinə imkan yaradır. Bu zaman konkret bazar mühitinin və istehlakçılar
qrupunun tələblərinin nəzərə alınması vacibdir. Ən başlıcası budur ki, müəssisənin fəaliyyə-
tinin müxtəlif tərəflərini xarakterizə edən təhlil materialları toplansın və digər müəssisələrlə
müqayisədə güclü və zəif olan cəhətləri müəyyən olunsun. Bununla əlaqədar olaraq aşağıda
SwOT analizin təşkili zamanı istifadə edilməsi vacib olan kateqoriyalar göstərilir:
1. Yeni məhsul növünün işlənməsi: Belə bir vacib fəaliyyətin təmin olunması müəs-
sisələrin texniki şöbəsi ilə marketinq xidmətinin işinin möhkəm əlaqələndirilməsi hesabına
baş tuta bilər. 
2. Fəaliyyətin operativliyi: Müəssisənin idarəetmə sisteminin istehsal təsərrüfat fəaliyyə -
tinə  çevik  reaksiya  verməsi  və  müvafiq  idarəetmə  qərarlarının  qəbul  edilməsi  vacib
şərtlərdən biri kimi qiymətləndirilməlidir. 
3. İstehsalın səmərəli təşkili: Texnoloji prosesin tələbləri nəzərə alınmaqla istehsalın təşkil
edilməsi vacib məsələlərdən biri kimi baxılmalıdır. 
4. Marketinq və məhsul satışı: Müasir marketinq üsullarından və satışın stimullaşdırılması
mexanizmlərindən istifadə olunması diqqət mərkəzində saxlanmalıdır. 
5. Sövdələşmələr və sifarişlərin yerinə yetirilməsi: Müştərilərlə əlaqələrin yaradılması,
sifarişlərin qəbul edilməsi və vaxtında işlənməsi nəzərdə tutulur. 
6. Heyətin formalaşdırılması və səmərəli idarə edilməsi: Müəssisənin istehsal-təsərrüfat
fəaliyyətindən  irəli  gələn  kadr  potensialının  formalaşdırılması  və  idarəetmənin
səmərəliliyinin təmin olunması mühüm şərtlərdən biri kimi qiymətləndirilməlidir. 
7. Bazarın tələblərinin nəzərə alınmasına yönəldilən tədqiqat işlərinin aparılması və la -
yihələrinin hazırlanması vacib məsələlərdən biri kimi qiymətləndirilməlidir.

İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
52


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə