İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə20/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   16   17   18   19   20   21   22   23   ...   76

Sənayecə inkişaf etmiş ölkələrin təcrübəsindən məlum olur ki, sənayenin restrukturizasiya
prosesi çərçivəsində əsasən aşağıdakı dəyişikliklər baş verir:
• Ölkə sənayesində mülkiyyət münasibətlərinin dəyişdirilməsi;
• Ölkə sənayesinin bazar prinsipləri əsasında inkişafına nail olunması;
• Ölkə sənayesinin rəqabətqabiliyyətlilik səviyyəsinin yüksəldilməsi;
• Sənaye  müəssisələrinin  maddi-texniki  bazasının  yeniləşdirilməsi  və  təkmil-
ləşdirilməsi;
• Sənaye istehsalının sahə və ərazi strukturunun təkmilləşdirilərək müasir iqtisadi sis-
temin tələblərinə uyğunlaşdırılması;
• Ölkə sənayesinin investisiya cazibədarlığının yüksəldilməsi;
• Ölkə sənayesində innovativ inkişafa nail olunması;
• Sənayenin ölkənin sosial-iqtisadi inkişafındakı aparıcı rolunun gücləndirilməsinə nail
olunması.
2. Azərbaycanda sənayenin restrukturizasiyasının əsas istiqamətləri
Qeyd  edildiyi  kimi,  müasir  şəraitdə  ölkə  sənayesinin  restrukturizasiyasının  əsas  is-
tiqamətlərindən biri mülkiyyətin restrukturizasiyasıdır. Bu istiqamətdə həyata keçirilən is-
lahatların mühüm istiqamətlərdən biri dövlət mülkiyyətində olan sənaye müəssisələrinin
özəlləşdirilməsidir. Ölkədə xüsusi sahibkarlığın inkişaf etdirilməsi və rəqabətli mühitdə
fəaliyyət göstərən sərbəst əmtəə istehsalçılarının formalaşması bazar mexanizminin təşəkkül
tapmasının zəruri şərtidir. Bu baxımdan, milli iqtisadiyyatda bazar prinsiplərinin bərqərar
olması, azad sahibkarlıq mühitinin formalaşması dövlət mülkiyyətinin özələşdirilməsi ilə
sıx əlaqədardır. Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına görə 1996-cı ildən 2015-
ci ilin sonuna kimi kiçik özəlləşdirmə mərhələsində 46759 kiçik dövlət müəssisəsi, obyekt
və avadanlıq özəlləşdirilib [8]. Bunların 2,1 faizini sənaye müəssisələri və avadanlıqlar təşkil
etmişdir.  Azərbaycanda  orta  və  iri  müəssisələrin  özəlləşdirilməsi  üçün  onlar  səhmdar
cəmiyyətinə çevrilir, səhmləri buraxılır, hərrac və investisiya müsabiqəsi yolu ilə satılır. Son
illərdə  ölkədə  səhmdar  cəmiyyətlərinin  əksəriyyəti  dövlət  müəssisələrinin  səhmdar
cəmiyyətlərinə çevrilməsi nəticəsində yaradılmışdır. 
Qeyd etmək lazımdır ki, ölkədə özəlləşdirilən orta və iri müəssisələrinin əksəriyyətində
istehsalın texniki-iqtisadi səviyyəsi və menecmentin keyfiyyəti aşağıdır. Belə şəraitdə ölkədə
dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilərək kütləvi şəkildə ixtisaslaşdırılmış
çek və pul hərracları vasitəsilə özəlləşdirilməsi onların fəaliyyətinə əhəmiyyətli dərəcədə
müsbət  təsir  göstərmir. Araşdırmalar  göstərir  ki,  pul  və  çek  hərracları  vasitəsilə  özəl-
ləşdirilməyə nisbətən investisiya müsabiqələri vasitəsilə özəlləşdirmə daha səmərəlidir. Belə
ki, “Holcim” (Azerbaijan) ASC və digər müəssisələr investisiya müsabiqələrində özəl-
ləşdirilmiş və səmərəli şəkildə fəaliyyət göstərirlər. İnvestisiya müsabiqələrinin səmərəli ol-
ması özəlləşdirilən müəssisələrin strateji investorlara satılması ilə əlaqədardır ki, onlar da
həmin müəssisələrə investisiya qoymaqla yenidən qururlar. Fikrimizcə, orta və iri müəs-
sisələrin səhmdar cəmiyyətinə çevrilməsi yolu ilə onların təşkilati restrukturizasiyasının
səmərəli olmaması səhmdar cəmiyyətlərin mahiyyətindən irəli gəlir. 

İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
42


Fikrimizcə, sənaye müəssisələrinin özəlləşdirilməsi prosesində müəssisələrin yenidən təş -
kilinin birləşmə formasından geniş istifadə edilməsi məqsədəuyğundur. Belə birləşmə həm
sahə baxımından, həm də funksional baxımından oxşar olan müəssisələrin birləşməsi əsasında
həyata keçirilə bilər. Belə birləşmə istehsalın miqyasının artımı hesabına istehsal edilən məh-
sulların və göstərilən xidmətlərin maya dəyərini aşağı salmağa imkan verir. Belə ki, ölkədə
ayrı-ayrı sahələrdə istehsalın aşağı düşməsi nəticəsində satış bazarının həcminin azalması və
strukturunun dəyişməsi ümumi istehsal gücü bazarın tələbindən əhəmiyyətli şəkildə çox olan
çoxlu sayda müəssisələrin mövcud olmasına gətirib çıxarmışdır. Belə şəraitdə mövcud müəs-
sisələrin bazardakı tələbin həcminə uyğunlaşdırmaq və mövcud əsas fondlardan və kadrlardan
səmərəli istifadə etmək məqsədilə bu müəssisələrin birləşdirilməsi məqsədəuyğun olur. 
Bütövlükdə, dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində onların əsaslı şəkildə re-
strukturizasiyasına ehtiyac vardır. Belə ki, bəzi müəssisələrin bərpa imkanları olduğu halda,
yeni sahiblərinin onları inkişaf etdirmək üçün zəruri vəsaitlərə və imkanlara malik olmadığın-
dan belə müəssisələrin fəaliyyəti bərpa edilmir. Buna görə də, dövlət müəssisələrinin özəl-
ləşdirilməsi məqsəd deyil, onların pespektiv inkişafını təmin edən vasitəyə çevrilməlidir.
Qeyd olunduğu kimi, ölkə sənayesinin restrukturizasiyasının əsas istiqamətlərindən biri
və ən başlıcası ölkə sənayesində struktur dəyişikliklərin aparılmasıdır. Sənayenin sahə quru-
luşu iqtisadiyyatın ümumi səmərəliliyini, cəmiyyətin sosial-iqtisadi və strateji məqsədlərini,
əhalinin həyat səviyyəsini və beynəlxalq əmək bölgüsündə ölkənin rolunu müəyyən edir.
Lakin keçmiş SSRİ-nin vahid xalq təsərrüfatı kompleksinin üzvi tərkib hissəsi kimi for-
malaşmış  Azərbaycan  iqtisadiyyatının,  habelə  sənayenin  strukturu  bütünlükdə  İttifaqın
tələblərinə uyğunlaşdırıldığından müasir dünya iqtisadiyyatına səmərəli inteqrasiya olunmaq
istəyən müstəqil dövlətimizin milli iqtisadiyyatının maraqlarına cavab vermir. Belə ki, 1990-
cı ildən sonra sənayedə baş vermiş geriləmələr nəticəsində yanacaq-energetika kompleksinin
sənaye məhsulunun həcmində xüsusi çəkisi 1990-cı ildə 15,8 faizdən 2015-ci ildə 60,3 faizə
qədər artmışdır [1, səh-31]. Xüsusilə, elmi-texniki tərəqqinin inkişafını müəyyən edən və
elmtutumlu mürəkkəb məhsulların – elektrotexnika, neft maşınqayırması, mineral gübrələr,
bitkilərin kimyəvi mühafizə vasitələri, kaustik soda və s. bu kimi məhsulların istehsalı kəskin
şəkildə azalmışdır. Nəticədə, 1987-1990-cı illlərdə orta hesabla bir ildə ölkə ixracının təqribən
12 faizi yanacaq-energetika sahəsinin payına düşürdüsə, 2015-ci ildə 86,5 faizi neft və neft
məhsullarının payına düşmüşdür. 
Ölkə sənayesinin milli maraqlara cavab verən və bu yöndə iqtisadi təhlükəsizliyi təmin
edə bilən, rəqabətqabiliyyətli məhsul istehsalına istiqamətlənmiş strukturunu formalaşdırmaq
üçün sənayenin əsas proritetləri olaraq aşağıdakı istiqamətlərin ön plana çəkilməsi və onların
inkişafı üçün zəruri tədbirlər kompleksinin həyata keçirilməsi nəzərdə tutulmalıdır:
- Neft sektoru – bu sahə hələlik ölkənin başlıca proriteti olaraq qalır. Lakin onun indiki
kimi birtərəfli deyil, kompleks inkişafına nail olunmalıdır. Neft hasilatı ilə yanaşı, həm
də neft emalının, neft-kimya sənayesinin, neft maşınqayırmasının inkişafı təmin edilmə-
lidir. Bunun üçün həmin sahələrin müəssisələri yenidən qurulmalı, müasir texnologiya
ilə  təmin  edilməli,  onların  məhsuluna  sifariş  yaradılmalı,  satış  bazarlarının
genişləndirilməsi üçün konkret tədbirlər həyata keçirilməlidir.
AZƏRBAYCAN UNİVERSİTETİ
43

İPƏK YOLU 

1/2017


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə