İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə28/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   24   25   26   27   28   29   30   31   ...   76

mənfi nəticələrinin kompensasiyası istiqamətində müxtəlif siyasətlər inkişaf etdirilmişdir.
Bu siyasətlər ümumi mənada passiv məşğulluq siyasəti və aktiv məşğulluq siyasəti olaraq
iki başlıq altında reallaşdırılır. Passif məşğulluq siyasəti işsizlik və iş axtarış müddətində
gəlir itkisinin kompensasiyası ilə əlaqədar olarkən, aktiv məşğulluq siyasəti əmək bazarına
inteqrasiya ilə əlaqədardır. Geniş mənada passiv məşğulluq siyasəti ictimai transferə qarşı
yönəlir. Bunun əleyhinə olaraq aktiv məşğulluq siyasəti ümumiyyətlə əmək bazarına integ -
rasiyada  çətinliklərlə qarşılaşan gənclər, yaşlılar, qadınlar və əlillər kimi xüsusi qrupları
hədəfə alır. Aktiv məşğulluq siyasəti gəlir itkisi kompensasiyası siyasətini özündə əks etdirir
[9, s. 3] Hələ də ölkəmizdə passiv məşğulluq siyasəti olaraq Davamlılıq təzminatı, Həyəcan
Təzminatı, İşsizlik sığortası, özəlləşdirmə nəticəsində işsiz qalanlara ödənilən İş zərər təzmi-
natı, Ödəniş Zəmanət Fondu, Qısa İş ehtiyat tətbiqləri qüvvədədir.
OECD aktiv məşğulluq siyasətinin inkişafına 1960-cı illərdən başlamışdır. II Dünya
müharibəsindən əvvəl əmək bazarları ilə əlaqədar çoxlu sayda işyaratma və peşə təhsil proq -
ramları mövcud olmaqla, bu siyasətlər "aktiv məşğulluq siyasəti" olaraq anlaşılır.1948-ci
ildə iki İsveçli iqtisadçı Gösta Rehn və Rudolph Meidner ilk dəfə aktiv məşğulluq siyasətinə
tam  məşğulluq  məqsədini  reallaşdırarkən  inflyasiyanı  nəzarət  altında  saxlayan  ictimai
demokratik bir strategiyanı müəyyən etmişlər [10, s. 698]. Aktiv məşğulluq siyasəti tam
məşğulluğu hədəfləməyi, işsizliyi azaltmağı və işini itirənlərin işsizlik müddətini qısaldaraq
onların məşğulluğa qatılmalarını məqsəd qoyan proqramlardır [7, s.1].
Tətbiq olunan aktiv məşğulluq siyasəti arasında işçi qüvvəsinin xüsusiyyətini yüksəlt-
məyə istiqamətli təhsil proqramları, işə yerləşdirmə və məsləhət xidmətləri, məşğulluq
yaratma proqramları, işsizliyin sıx olduğu bölgələrdə iş yerlərinin maliyyə baxımından
dəstəklənməsi, sahibkarlığın təşviq edilməsi kimi vasitələr var.
Hazırkı dövrdə dövlətə aid müəssisələrin özəlləşdirilməsi, özəl sektor sərmayələrinin
qeyri-kafiliyi, hər il əmək bazarına qatılan çox sayda gənc əhali, texnoloji inkişaflar, sıx is-
tehsal formasının cəlbediciliyi əmək bazarında dəyişməyə səbəb olan faktorlar arasındadır.
İşsizlərin yenidən əmək bazarına daxil olmasını təmin edən və məşğul olanları artıran aktiv
məşğulluq siyasətinin, xüsusilə günümüzdə işsizlik dövrünün qısaldılmasında və struktur
işsizliyin qarşısının alınmasında çox əhəmiyyətli rolu vardır.
Varçının təsnifinə görə, ümumi məşğulluq xidmətləri, kütləvi işdən çıxarmalara qarşı xid-
mətlər, sıx iş axtarış proqramları və regional əmək hərəkətlərinin təşkil edilməsi xidmətləri
müvəqqəti işsizliklə bağlı siyasətlərdir. İşgüzar yetişdirmə proqramları, işə təhsil proqramları
və ödənişlərin sübvanse edilməsi struktur işsizliyə qarşı siyasətlərdir. Məşğulluq yaratma
siyasəti isə kiçik müəssisə inkişaf proqramları, ictimai fayda iş proqramları, yerli iqtisadi
inkişaf proqramlarından ibarətdir. Son olaraq İşgüzar bazar uyğunlaşma siyasəti altında
davamlı işin artması, iş müddətinin qısaldılması, elastik iş ilə iş təhlükəsizliyi və əməklə
bağlı tənzimləmələri özündə birləşdirir. 
Türkiyədə getdikcə artan uzundövrlü işsizlik və struktur işsizlik problemi mövzusunda
doğru həll edilə biləcək hərəkətlərə, türk əmək bazarının quruluşuna daha uyğun təsnifatın
işgüzar  arzunu  artıran  programlar,  işgüzar  tələbini  artıran  programlar,  məşğulluq  xid-

İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
60


mətlərinin aktivləşdirilməsi istiqamətli programlar şəklində qoşulması  fayda verməkdədir. 
Belə ki, əmək bazarında ixtisassız əməyə olan tələb azaldıqca o sahədə tələbin olmaması
səbəbindən    məşğulluq  edə  bilmirlər.  İşgüzar  tələbi  ilə  təchizatın,  işçi  qüvvəsinin  xü-
susiyyətlərindən ötəri makro səviyyədə təmin edilməsi və ya dəyişən şərtlər qarşısında işçi
qüvvəsinin xüsusiyyətinin aşağı olması, ictimai məşğulluq ofislərinə təşəbbüsü inkişaf et-
dirərək bu mövzuda aktiv proqramları inkişaf etdirməyə yönəltməlidir [7, s.33-34]. İşgüzar
təhsil proqramları vasitəsilə, əmək bazarının ehtiyacları istiqamətində əmək bazarına yeni
daxil edilən və işsizlərə yeni bacarıqlar qazandırılarak iş tapmalarını asanlaşdırmaq hədəflən-
mişdir  [11,  s.6].  Dəyişən  iqtisadi  və  texnoloji  şərtlər  qarşısında  işçi  qüvvəsinin  xü-
susiyyətlərinin qeyri-kafi qalması səbəbi əmək tələbi və təklifinin uyğun olmamasındadır.
Bu vəziyyətdə əmək təhsil proqramlarının təşkil edilməsinə ehtiyac duyulur. Sözü gedən
proq ramlar uzundövrlü işsizlər, gənclər, qadınlar kimi  qruplara istiqamətli olaraq tətbiq
edilməlidir.
Əmək təhsil proqramları
İş  yerində  əmək  təhsil  proqramlarının  əmək  təhsil  proqramlarına  nisbətən  daha  çox
məşğulluq imkanlarını təmin etmək potensialına malik olub, real iqtisadiyyat baxımından da
olduqca əhəmiyyətlidir.
İşgüzar təhsil proqramları ilə iş yerində əmək təhsil proqramları birlikdə reallaşdırılır. Təh-
sil proqramı tərkibində nəzəri və praktiki təhsilin hər ikisinin də olması vəziyyətində, plan-
laşdırılan praktiki təhsil iş yerində tətbiq edilir. Beləliklə işsizin çalışacağı peşə ilə əlaqədar
nəzəri və praktik məlumatları birlikdə öyrənmə-tətbiqetmə imkanı olduqda, məşğulluq da ar-
tacaqdır. 
İşsizlərə istiqamətli iş təhsil proqramları, əmək tələbinin yüksək olduğu dövrlərdə müəs-
sisələrdə daha təsirli və məhsuldar olaraq aparılır, beləliklə proqramın müvəffəqiyyət şansı
artar. İşyerlərinin bu dövrlərdə ictimai məşğulluq təşkilatına qarşı məşğulluq öhdəliklərini
yerinə yetirməsi daha asan ola bilər.
Praktikanın nəticəsi olaraq işsizlərə istiqamətli təşkil edilən iş yeri təhsil proqramları
mövzusunda, ictimai məşğulluq təşkilatının əvvəldən edəcəyi əmək bazarı təhlili, sektoral
vəziyyətin təhlili, iş yeri ziyarətləri və firmanın texniki təhlili olduqca əhəmiyyətlidir. Bütün
dövrlərdən müstəqil olaraq bu proqramların xüsusilə yeni investisiya yatıran, tutum artımında
olan,  malhizmet  istehsal  artımını  hədəfləyən  və  məşğulluq  təmin  potensialı  olan  müəs-
sisələrdə tənzimləməsi halında daha müvəffəqiyyətli nəticələr alına bilər.
İşçilərə dair iş yerində işgüzar təhsil proqramında ictimai məşğulluq təşkilatları, müəs-
sisələrlə əməkdaşlıq edərək mövcud çalışan işçilərin məhsuldarlığını artırması və ya çalışılan
iş yerinə daha çox əlavə dəyər təmin etməsi üçün işçiyə peşəinkişaf və peşədəyişdirmə
imkanını təmin edir. 
Təcrübədə hökumət işə götürənlərə proqram vasitəsilə dəstəkləndiyi sənədləşdirilmiş
işçiləri işəalma qarşılığında, ödənişin müəyyən bir qisminin qarşılayacağını və ya bu işə
götürənlərin ödəyəcəkləri vergilərdən endirim edəcəyini bildirir. Edilən bu xərc ümumiyyətlə
müəyyən bir maksimum miqdar və müddət ilə əlaqədardır. Bu proqramlar, yaxından nəzarət
AZƏRBAYCAN UNİVERSİTETİ
61

İPƏK YOLU 

1/2017


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə