İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə36/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   32   33   34   35   36   37   38   39   ...   76


İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
80
kredit qoyuluşlarının səviyyəsindən, bank kapitalının təmərküzləşməsindən, kreditlər və de-
pozitlər üzrə orta faiz dərəcəsinin dəyişməsindən, resursların cəlb edilməsi qabiliyyətindən
və bir çox parametrlərdən birbaşa asılıdır [7,s.31].  Ötən illər ərzində bir tərəfdən bankların
iriləşməsi və birləşməsi prosesi getmiş, digər tərəfdən isə bir sıra zəif kapitallaşan banklar
bağlanılmışdır. Bu istiqamətdə görülən işlər kimi bankların məcmu kapitalına olan minimum
tələbin miqdarı Mərkəzi Bank tərəfindən artırılmışdır. Belə ki, Azərbaycan Respublikası
Mərkəzin Bankının İdarə Heyətinin 23 dekabr 2005-ci il tarixli protokol qərarı ilə “Banklar
haqqında Azərbaycan Respublikası Qanunu”nun tələbinə uyğun olaraq fəaliyyətdə olan bank -
lar üçün məcmu kapitalın minimum miqdarına (xarici bankların yerli filialları üçün məcmu
kapitala bərabər tutulmuş vəsaitin minimum miqdarına) qarşı tələbləri 01 iyul 2007-ci il ta -
rixdən 10 milyon manat kimi müəyyən edilmişdir. Özəl bankların konsolidasiya olunması,
kapitallaşması və digər tədbirlər hesabına onların sağlamlaşdırılması istiqamətində müəyyən
tədbirlər görülmüşdür [8,s.41].  Bank sferasında sağlam rəqabət proseslərini gücləndirmək
məqsədilə xarici kapitalın yerli bank sistemində iştirak rejimi daha da liberallaşdırılmışdır.
Adekvat pul-kredit siyasəti probleminin araşdırılması nəticəsində gəldiyimiz qənaət bundan
ibarətdir  ki,  bu  siyasət  ən  ümumi  şəkildə  mötədil  inflyasiya  və  real  sektorun  in-
vestisiyalaşdırılması tədbirləri nəticəsində formalaşmalıdır. Müasir şəraitdə prioritet, əvvəla
istehsalı stimullaşdıran faiz siyasətindən, ikincisi Mərkəzi Bankın açıq bazar əməliyyatlarında
iştirakının genişləndirilməsindən, üçüncüsü isə pul tədavülünün cari tənzimlənməsi üçün,
məcburi ehtiyatların rolunun artırılmasından ibarət olmalıdır. İnflyasiya tempi nəzərə alın-
maqla kreditlər üzrə orta faiz dərəcələrinin bir qədər azalmasına baxmayaraq, onlar hələ də
sahibkarlar üçün əlverişli səviyyədə deyildir. Faiz dərəcələrinin yuxarı olması ilk növbədə
kredit bazarında təklifin tələbdən az, cəlb olunmuş vəsaitlərin maya dəyərinin yüksək, xarici
maliyyə mənbələrinin məhdud olması, həmçinin kredit əməliyyatları üzrə bank marjasının
yüksək olması ilə izah olunur.
ƏDƏBİYYAt:
1. Abbasov Y., Məmmədov Z., Rzayev Р., Şəmişəyeva Ş. “Bank işi və Elektron bankçılıq”.
Bakı, 2013.
2. Abbasov A.Ş., “Azərbaycanda maliyyə bazarının formalaşması və bazar iqtisadiy yatında
Maliyyə-kredit sisteminin problemləri” . Bakı 2003.
3. Аббасов И. Ханкишиев Б.  “Коммерческий банк в условиях перехода к рыночной
экономике”. Баку 1998. 
4. Abdullayev Ş., “Azərbaycanda bank sistemi və bank resurslarının idarə olunması”. Bakı
2001. 
5. Əliyev M.F., “Bank islahatları və vahid reytinq sistemi ilə qiymətləndirmə. Ekspert
jur nalı, 2001-ci il, №3-4.
6. “Auditor xidməti haqqında ” Azərbaycan Respublikasının Qanunu. 
7. Azərbaycanin vergi xəbərləri. Vergi Jurnalı 3/2011.
8. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu.


AZƏRBAYCAN UNİVERSİTETİ
81

İPƏK YOLU 

1/2017
9. Azərbaycan Respublikasının Mərkəzi Bankının 2012-2015-ci illər üzrə aylıq və rüblük
bülletenləri. 
10. Bağırov М.М., Banklar və Bank əməliyyatları. Bakı 2003.
11. “Мərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanunu. 
12. Əliyev M.F., Bankın inkşafında daxili nəzarət sisteminin rolu. İqtisadiyyat və audit
jurnalı, 2002-ci il, №7. 
Abstract
MEtHODICAL BASE FOR IMPROvEMENt OF BANK MANAGEMENt
Ayxan AYvAZLI
Ph.D. student of the Institute of Eastern Studies, ANAS
Key words: bank sector, globalization, commercial banks, innovative principles, eco-
nomic reforms
The global changes going in the world gave way to the innovative changes in financial
institutions and it resulted in the accelerated development of bank sector to meet modern
requirements.
Therefore, the research on the development of bank sectors activity in market economy,
especially in the context of globalization is still important.
Резюме
мЕТОДОЛОГИЧЕСКИЕ ОСНОВы СОВЕРШЕНСТВОВАНИЯ 
УПРАВЛЕНИЯ КОммЕРЧЕСКИмИ БАНКАмИ
Айхан АЙВАЗЛы
докторант Института Востоковедения имени З. Буньятова, нАнА
Ключевые слова: глобализация, банковский сектор, коммерческие банки, иннова-
тивные принципы, экономические реформы 
Глобальные изменение, происходящие в мире, открыли путь к инновационным из-
менениям, в финансовых институтах, являющихся одним из основных механизмов
информационной экономики, оказывали значительное влияние ускоренному развитию
банковского сектора и  их специализацию в соответствии современным требованям. 
Поэтому, изучение проблем, развитие и совершенствование банковской деятельно-
сти в условиях рыночной экономики и особенно в условиях глобализации, всегда яв-
ляется актуальным. 



İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
82
Проводимые экономические реформы, в соответствии с требованиями новых эко-
номических условий требуют совершенствование банковской деятельности в Турции
и Азербайджане, приведение их деятельности современным стандартам в свете инно-
вативных принципов. Проводимые реформы обеспечивает, не только стабильность бан-
ковской системы, но и также создает благополучные конкурентные условия для их
динамичного развития. 


AZƏRBAYCAN UNİVERSİTETİ
83

İPƏK YOLU 

1/2017
BEYNƏLxALQ vALYUtA FONDUNUN (BvF) QLOBAL MALİYYƏ
BÖHRANLARI DÖvRÜNDƏKİ (1998-2010) ÖHDƏÇİLİYİ
Elşən ORUCOv
Azərbaycan Universiteti, doktorant
Rəyçi: i.e.d., prof. Rövşən Quliyev
Açar sözlər: qloballaşma və Joseph E. Stiglitz, Beynəlxalq Valyuta Fondu (BVF), qlobal
maliyyə böhranları, 1997-ci il Asiya böhranı, 2007-2008-ci illər qlobal maliyyə böhranı 
Giriş. XXI əsr tarixə keyfiyyətcə yeni bir mərhələyə yüksələn qloballaşma əsri kimi daxil
olmuşdur. İqtisadi, siyasi və mədəni-mənəvi proseslərdə özünü göstərən dərin qloballaşma
təmayülü iqtisadi qloballaşmada daha böyük sıçrayışla gedir. Təsadüfi deyildir ki, artıq
siyasət getdikcə daha çox iqtisadiləşmişdir. İqtisadi qloballaşma isə iqtisadiyyatın, yalnız
beynəlmiləlləşməsi demək deyildir, həmin prosesin yeni və yüksək mərhələsidir. Qlobal-
laşma digər sahələrdə olduğu kimi iqtisadiyyata da yüksək inkişafla yanaşı, həm də mənfi
nəticələrə gətirib çıxarır.
Son dövrlərdə dünya iqtisadiyyatında, xüsusən maliyyə - valyuta bazarlarında baş verən
proseslər - qlobal spekyulativ kapital axınları və köpüklərin yaranması və bunlarla əlaqəli
olan Asiya maliyyə böhranı (1997-1998), Rusiya defoltu (1998), son qlobal maliyyə böhranı
(2008) və  müxtəlif ölkələrdə xarici iqtisadi fəaliyyət sahəsində aparılan liberallaşdırmanın
həm müsbət, həm də neqativ təcrübələri (məsələn Argentina böhranı - (2001-2002), habelə
qloballaşmanın böhran fazasına daxil olması barədə səslənən fikirlər qlobal maliyyə-iqtisadi
inteqrasiya prosesinin heç də rahat olmadığını göstərir. 
Dünya iqtisadiyyatı son onilliklərdə nəzərə çarpacaq dərəcədə inteqrasiya olunub. Dünya
ölkələri də bir-biri ilə sıx qarşılıqlı əlaqədə olub, dünya iqtisadiyyatının tərkib hissəsi kimi
müəyyən istiqamətlərdə dünya iqtisadiyyatı ilə inteqrasiyadadır və beynəlxalq aləmdə baş
verən iqtisadi-siyasi tendensiyalar, xüsusilə böyük dövlətlərin iqtisadi-siyasi həyatında baş
verən dəyişikliklər digər ölkələrə də öz təsirini göstərir. Digər tərəfdən, dünya konyuk-
turasındakı dəyişmələrlə birlikdə kompüter sahəsindəki sürətli inkişaf nəticəsində artan in-
teqrasiya, bir bölgədə yaşanan böhranın digər ölkələrə təsirinin daha sürətlə artmasına səbəb
olur.
Bu araşdırmada əsas məqsəd dünya iqtisadiyyatı və milli dövlətlərin maliyyə sistemində
aparıcı rola malik olan Beynəlxalq Valyuta Fondunun (BVF) 1997-2010-cu illər arasında
baş verən iki qlobal maliyyə böhranı ərəfəsi, maliyyə böhranları dövrü və ondan sonrakı
dövrdəki fəaliyyətini araşdırmaqla qlobal maliyyə böhranları ərəfəsi və böhranlar dövründə
bu böhranların qarşısını almaq üçün gördüyü tədbirlər, bu tədbirlərin böhranların qarşısının
alınmasında oynadığı rolunu araşdırmaq və nəyə görə BVF-nin yenidən bu cür böhranların
baş verməsinin qarşısını ala bilməməsini aşkara çıxarmaqdır.


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə