İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə35/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   31   32   33   34   35   36   37   38   ...   76


İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
78
reytinqinin qurulması tutur. Fransa Bankı məlumat bazasına daxil edilmiş fiziki və hüquqi
şəxslərə “üç işarəli ranq” təsis edir. Təsis edilən ranq, müstəsna olaraq Fransa Bankına icazə
verilmiş  informasiyaların  toplanılması  əsasında  müəyyən  edilir.  Eyni  zamanda  bu  ranq
qiymətləndirmənin ümumi ifadəsi kimi çıxış edir. Müəssisələrin reytinqinin formalaşması
real sektorda resursların yerləşdirilməsi zamanı, bank resurslarının qiymətləndirilməsi üçün
zəruridir. Reytinq həmçinin bütün müəssisələrin qruplaşdırılması aləti olub, makroiqtisadi
təhlil  və  istehsalın  inkişafının  proqnozlaşdırılması  üçün  də  zəruridir.  Qeyri-maliyyə
agentlərinə təsis olunan reytinq, bir neçə meyarlar əsasında formalaşdırılır. Bunlar işgüzar
fəallığın səviyyəsi, müəssisənin kredit alıcısı kimi qiymətləndirilməsi, ödəniş qabiliyyətinin
səviyyəsi, transparentlik (şəffaflıq) səviyyəsi və rəhbərliyə olan ictimai inamın səviyyəsidir. 
Kredit alıcılarının qiymətləndirilməsində aşağıdakı meyarlar nəzərdən keçirilir:– müəs-
sisənin maliyyə vəziyyətinin və rentabelliyinin təhlili. Burada bir sıra fəaliyyət növlərinin
spesifik xasiyyəti, eləcə də qeyri-tipik sektorların xüsusiyyətləri də nəzərə alınır;-müəssisə
rəhbərlərinin, səhmdarların və törəmə müəssisələrin qiymətləndirilməsi;– ödənişlərdən tam
və ya qismən imtina olunma faktları [1,s.15]. 
Bir sıra müəssisələr əhəmiyyətli qiymət əvəzinə, “identifikasiya kodu” alırlar. Kredit
alıcısının  qiymətləndirilməsindən  asılı  olaraq,  müəssisələr  5  qrupa  bölünürlər.  Kredit
alıcılarının  bu  və  ya  digər  qrupa  aid  edilməsini  məlumat  bazası  modulunda  tapmaq
mümkündür ki, bunun da bir və bir neçə səbəbi ola bilər: mühasibat balansı, mənfəət və zərər-
lər hesabı, ödənişlərdən qismən və ya tam imtina halları, xüsusi kapitalın həcminin azalması,
müəssisənin fəaliyyət göstərdiyi iqtisadi mühit, məhkəmə halları [2,s.151]. 
Müəssisələr ödəniş qabiliyyətinin qiymətləndirilməsindən asılı olaraq, üç qrupa bölünürlər:
– müəssisələr son altı ay ərzində müntəzəm olaraq ödənişlərini həyata keçirirlər; – müəssisələr
pul vəsaitlərinə ehtiyac hiss etmirlər və onlara kredit verilməsində şübhələrə heç bir əsas yox-
dur; – ödənişlərdən qismən və ya tam imtina edən müəssisələr, hansı ki, onların ödəniş qa-
biliyyəti təhlükə altındadır. Müəssisələrin maliyyə vəziyyətinin şəffaflığı göstəricisi, öz
kreditorları ilə informasiya mübadiləsi edən müəssisələr üçün təsis edilir. Yəni son bir il
ərzində müəssisə maliyyə vəziyyətini müzakirə etmək üçün öz kreditorları ilə müntəzəm
görüşməlidir. 
Müəssisənin reytinqinin formalaşması üçün meyarlar sisteminə – maliyyə vəziyyətinin
qiymətləndirilməsi (kredit qabiliyyəti və ödəniş qabiliyyəti), istehsal fəaliyyətinin miqyası
və rəhbərin ictimai vəziyyətinin qiymətləndirilməsi daxil edilir. Bu zaman xüsusi olaraq
müəssisənin informasiya şəffaflığına daha çox diqqət yetirilir. Təcrübə göstərir ki, müəssisələr
ciddi maliyyə çətinlikləri hiss edən kimi özləri haqqında informasiyanı bağlayırlar. Müəs-
sisələrin onların reytinqindən asılı olaraq qruplaşdırılması, real sektorda maliyyə vəziyyətinin
strukturuna  baxmağa,  onun  resurs  bazarını,  kreditlərə  olan  tələbini,  kredit  və  maliyyə
risklərini təhlil etməyə imkan verir [3,s.21].
İqtisadi inkişafın proqnozlaşdırılmasında bank qiymətləndirilməsinin istifadə imkanlarını
araşdırmaq üçün aşağıdakı parametrlərdən istifadə edilir: – inflyasiya gözləmələri; – əhalinin
yığımlara meyililiyi; – fyuçers sövdələşmələrinin kursu; – xarici ticarət dövriyyəsi; – in-


AZƏRBAYCAN UNİVERSİTETİ
79

İPƏK YOLU 

1/2017
vestisiya gözləmələri; – real sektorun gəlirləri. Bütün göstəricilər tətbiq olunan proseslərin
özünəməxsus ölçüləri hesab edilsələr də, lakin mütləq mənada reprezentativ iddiaçı rolunda
çıxış edə bilməzlər. Ancaq bununla belə qeyd olunan göstəricilər bir neçə on illiklərdir ki,
beynəlxalq təcrübədə müvəffəqiyyətlə istifadə edilirlər. 
Maliyyə bazarının təhlili, inflyasiya gözləmələri ilə milli valyutanın məzənnəsinin, habelə
REPO və SwOP sövdələşmələri üzrə kredit stavkalarının dəyişmələri arasındakı müqa -
yisələri özündə birləşdirir. Ticarət həcmləri və kurs dəyişmələri haqqında birja informasiyası
konkret iqtisadi agentlərin davranışı ilə tam əlaqədar deyildir. Bu səbəbdən də bank sorğuları
vasitəsi ilə əldə olunan əlavə informasiya arbitraj sövdələşmələrinin iqtisadi konyukturaya
təsirini ölçüb-biçməyə imkan verir. Bir neçə il ərzində bank qiymətləndirilmələrinin dinamik
sıralarının yığılması, növbəti qısamüddətli dövrdə iqtisadi və maliyyə konyukturunda baş
verə biləcək dəyişiklikləri ehtimal səviyyəsində interpretasiya etməyə şərait yaradır. Əhalinin
yığımlara meyililiyi operativ bank qiymətləndirilməsi ilə müqayisə oluna bilər. Bu göstərici
hesablaşma göstəricisi olub, gəlirlərdə yığımların xüsusi çəkisini faizlə ifadə edir və əhalidən
cəlb olunmuş vəsaitlərin həcminin dəyişməsi kimi xarakterizə olunur [4,s.11]. 
İnvestisiya  aktivliyi  iqtisadi  inkişafın  başlıca  göstəricilərindən  biridir.  Təcrübədən
məlumdur ki, real sektoru kreditləşdirən bankların çəkisinin artımı, birbaşa investisiyaların
artımına müvafiq olmalıdır. Bu göstərici gələcəkdə də üst-üstə düşməli, real sektorun kre -
ditləşməsində bank qiymətləndirməsinin artımı birbaşa investisiyaların həcmini artırmalıdır.
Real sektorda gəlirlərin artımı ümumi iqtisadi konyukturanı xarakterizə edən göstəricilərdən
biridir. Burada əsas məsələ, müəssisələrin maliyyə vəziyyətinin yaxşılaşması, xüsusilə də
mənfəətlə işləyən müəssisələrin çəkisinin artımı dinamikasında baş verən dəyişikliklərlə
əlaqədardır. Xarici ticarət dövriyyəsində isə bank qiymətləndirməsinin əsas meyarı, idxal-
ixrac əməliyyatlarının bank kreditləşməsi və ixrac hasilatı ilə real əməliyyatların vəziyyəti
hesab edilir [5,s.55].
Bank fəaliyyətinin təkmilləşdirilməsinin əsas istiqamətləri - hər bir müstəqil iqtisadiyyatın
real ünsürlərindən biri olan bank sisteminin, səlis idarə olunan bank sferasına ehtiyac vardır.
Dəqiq idarə olunan bank sistemi müəyyən mənada real iqtisadiyyatın barometridir. Məhz
bu baxımdan inzibati amirlik idarəetmə metodlarından, təsərrüfatçılığın yeni iqtisadi metod-
larına  keçildiyi  bütün  ölkələrdə  bank  sisteminin  idarə  olunması  mexanizminin  təkmil-
ləşdirilməsinə  xüsusi  yer  verilməlidir.  İstehsal  münasibətlərinin  dinamizminin  yüksək
səviyyəsi, əmtəə-pul-bazar münasibətlərinin formalaşmasına xüsusi diqqət, müasir pul-kredit
siyasətinin və bank işinin idarə olunması üzrə dəqiq taktika və strategiyanın işlənilib hazır-
lanmasını zəruri edir [6, s.115].
İnflyasiya prosesi, iqtisadiyyatın “dollarlaşma” səviyyəsinin artması, istehsalın rentabel-
liyinin artımına xidmət etməyən dövlət dotasiyaları, investisiyaların aşağı səmərəliliyi və s.
kimi neqativ meyillər bir daha hələ də ölkənin (Azərbaycan) bank sisteminin tam səviyyədə
makro  və  mikroiqtisadi  proseslərin  tənzimlənməsi  funksiyalarının  dolğun  yerinə  yeti -
rilmədiyini göstərsə da artıq müvafiq strukturlar tərəfindən bu sahədə konkret tədbirlər
görülür.  Müasir təhlil göstərir ki, pul-kredit siyasətində təşkilati iqtisadi problemlərin həlli,


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə