İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə43/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   39   40   41   42   43   44   45   46   ...   76


İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
98
lanmışdır. Nəzəriyyəyə əsasən riskə meyilli investorlar risk amilinin yüksək mükafat əldə et-
mənin ayrılmaz hissəsi fikrinə dayanaraq mövcud bazar riski ilə gözlənilən gəliri maksimuma
qaldırmaq və optimallaşdırmaq üçün portfellər yarada bilərlər. Bu portfel investorlar üçün
əsas olan faktorlar isə aşağıdakılar hesab olunur:
-  Xarici istiqrazlar və qiymətli kağızların gəlirlilik səviyyələri;
-  Qarşıya çıxa biləcək risklərin səviyyəsi;
-  Xarici qiymətli kağızlarla investorun portfelinin diversifikasiyaolunma imkanı [5,səh-142].
Kapital qaçışı nəzəriyyəsi: Son dövrlərdə kapital axınının əhəmiyyətli dərəcədə artmasına
baxmayaraq, digər nəzəriyyələr ilə müqayisədə bu nəzəriyyə nisbətən az inkişaf etdirilmişdir.
“Kapital qaçışı” ifadəsi müxtəlif cür izah edilə bilər. D. Kaddinqton kapital qaçışını qısamüd-
dətli kapitalın qeyri-qanuni ixracı ilə izah edir. M.Dooleyin fikrincə kapital qaçışı müxtəlif
ölkələrin vətəndaşları vergidə mövcud və gözlənilən fərqlərdən zəif faydalandıqda baş verir.
Yerli kapital sahibləri əlverişsiz investisiya mühitində fəaliyyət göstərirlərsə, bu halda kapi-
talın daha əlverişli investisiya mühitinə qaçışı baş verir. Hazırda kapitalın leqal olaraq qaçışı
MDB ölkələrində kommersiya banklarının xarici aktivlərinin artırılması və xarici qiymətli
kağızların alınması yolu ilə həyata keçirilir. Eyni zamanda kapitalın qeyri-leqal qaçışı isə
qeyri-qanuni ixrac, valyuta idxalı və ixracının gizlədilməsi və s. formalarda baş verir [7,səh-
198].
Ümumiyyətlə, Eklektik Paradiqma modeli Əmtəənin Həyat Tsikli modeli, İnhisarçı Üstün-
lüklər modeli və beynəlmiləlləşmə modeli ilə müqayisədə kapital hərəkətinin daha təkmil
formada izah edir. Belə ki, bu model beynəlxalq istehsalın faydalılığı izah edərkən ölkəyə
məxsus,  mülkiyyətə məxsus və beynəlmiləlləşmə faktorlarını birgə cəmləyərək inkişaf etdirir.
İndiki beynəlxalq biznes mühitinin və TMK-ların fəaliyyətinin öncəki illərdən fərqlənməsinə
baxmayaraq, bu model ilk yarandığı gündən etibarən BXİ-nin baş vermə səbəbini və TMK-
ların  yüksək  gəlirlərinin  hardan  əldə  edildiyini  izah  etməkdə  əhəmiyyətlidir.  Digər
nəzəriyyələr kimi Eklektik Paradiqma Modelinin də müəyyən məhdudiyyətləri vardır. İlk
növbədə, bu model TMK-lar tərəfindən fərqli resurslar və bacarıqlar kimi mülkiyyət məxsusi
üstünlüklərinin beynəlxalq istehsal zamanı necə yerləşdirildiyini və istismar edildiyinin adek-
vat şəkildə ifadə etmir. Bu resurslara malikolma əhəmiyyətli dərəcədə vacibdir. Lakin TMK-
lar xarici istehsal və fəaliyyətlərində malik olduqları resursları effektiv şəkildə yerləşdirməsə,
düzgün bölgü aparmasa və səmərəli istifadə etməsə, yüksək gəlir əldə etməyəcəkdir [9,səh-
25]. Eyni zamanda, Paradiqma beynəlxalq istehsalın davam edən inkişaf prosesini aydın şə -
kildə ifadə etmir. BXİ özlüyündə resurs öhdəliklərinin, istehsal həcminin və investisiya
yanaşmasının zamanla dəyişdiyi dinamik bir prosesdir. Həmçinin, əmtəənin həyat tsikli
nəzəriyyəsi BXİ prosesinin dinamikasını təsvir etməkdə zəifdir. 
Nəticə.
Bütün nəticələr onu göstərir ki, kapitalın axını ilə əlaqədar vahid bir nəzəriyyə mövcud
deyil  və  belə  bir  nəzəriyyənin,  konsepsiyanın  yaranacağı  da  sual  altındadır.  Neoklassik
nəzəriyyə TMK-ların mövcud olması məsələsini izah etməkdə geri qalır, portfel investisiyaları
nəzəriyyəsi ölkələr arasında gəlirlilik dərəcələrində olan fərqləri izah etməkdə üstünlük təşkil


AZƏRBAYCAN UNİVERSİTETİ
99

İPƏK YOLU 

1/2017
edir. Ən son konseptual nəzəriyyə işi olaraq isə Danninqin Eklektik Paradiqma nəzəriyyəsi
qəbul olunmuşdur.
ƏDƏBİYYAt:
1. Atkeson, A., and H. Cole, 2005, “A dynamic theory of optimal capital structure and
executive compensation”, working paper, NBER 11083. 
2. Borensztein, E., J. De Gregorio, and J.w. Lee (1998): “How Does Foreign Direct In-
vestment Affect Economic Growth?” in Journal of International Economics 45, p.115–135.
3. Caves, R.E. (1996): “Multinational Enterprise and Economic Analysis”, 2nd ed. Cam-
bridge:Cambridge University Press
4. Hosseini H. (2005): “An economic theory of FDI: A behavioural economics and his-
torical approach”, The Journal of Socio-Economics, 34, p 530-531. 
5. Hymer, S., 1976 (1960 dissertation): “The International Operations of Nation Firms:
A Study of Foreign Direct Investment”, Cambridge, MLT Press. p.13–36.
6. Vernon R. (1966), “International investment and international trade in the product
cycle”. Quarterly Journal of Economics 80, pp. 190-207.
7. Mundell, R A. (1957): “International Trade and Factor Mobility,” American Economic
Review, Vol.47. p.175–230.
8. http://www.investmentsandincome.com/investments/oli-paradigm.html
9. Dunning, John H. 1977. “Trade, Location of Economic Activity and the MNE: A Search
for an Eclectic Approach.” In Bertil Ohlin, Per-Ove Hesselborn, and Per Magnus wijkman,
eds., The International Allocation of Economic Activity. London: Macmillan
Abstract
INtERNAtIONAL MOvEMENt OF CAPItAL: EMPIRIC vIEWS
Arzu HAJIYEvA
PhD. student of Azerbaijan State University of Economics (UNEC)
Key words: capital, international movement of capital, conceptual theories, transnational
corporation
After the Second world war, the movement of capital across countries got an important
place in the international economy. Different theoretical studies on capital flow have led to
a better understanding of the economic mechanism. To understand inward and outward ca -
pital flows one must first understand the basic motivations that cause capital movement
along countries. The purpose of this study is the investigation of the essential elements and
forms of capital which plays a major role in economic development of world countries and
identification of main trends in capital theory and highlighting how these theories were deve -
loped. Although several researchers have tried to explain the phenomenon of capital move-
ment, we cannot say there is a generally accepted theory; because every new thought is
adding some new elements and criticism to the previous ones.


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə