İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə42/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   38   39   40   41   42   43   44   45   ...   76


İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
96
hesabına investisiya qoyuluşu zamanı yaranacaq risk müqabilində əldə olunacaq mükafatdır.
İnhisarçı üstünlük imkanları dedikdə xarici investor üçün yerli bazarda hökm sürən qeyri-
mükəmməl rəqabət, həmçinin resurslar bazarında mövcud olan qeyri-mükəmməl rəqabət,
eləcə də, xaricdən yatırılmış investisiyalar üçün əlverişli mühitin yaradılması, müəyyən
güzəştli şərtlərin təminatı və bütün bunların dövlət tərəfindən tənzimlənməsi və s. daxildir
[7,səh-198]. 
Lakin qeyd etmək lazımdır ki, xarici investorlar üçün yerli investorlar üzərində inhisarçı
üstünlüyə malik olması məsələri yalnız investisiyanı qəbul edən ölkənin yerli qanunu imkan
verdiyi halda mümkündür. İnhisarçı üstünlüklər modelinə əsasən kapital axınının sürətli artım,
investisiya qoyuluşunda müşahidə olunan artım əmtəə və xidmətlərin ixracı zamanı firmaların
qarşılaşdığı bir sıra maneələr və risklər, eləcə də yüksək gəlirin əldə olunması üçün firmaların
daim yeni bazarlara daxilolma istəklərindən irəli gəlir.
Əmtəənin Həyat Tsikli modeli: Bu model 1966-cı ildə Vernon tərəfindən işlənib hazırlan-
mış və İkinci Dünya müharibəsindən sonra ABŞ şirkətlərinin Qərbi Avropanın istehsal sə-
nayesinə  yatırdığı    birbaşa  xarici  investisiyaların  izah  edilməsində  istifadə  olunmuşdur.
Vernona görə hər bir əmtəənin həyat tsikli 4 fazadan ibarətdir: innovasiya, inkişaf, yetkinlik
və tənəzzül. Vernona görə birinci fazada ABŞ transmilli şirkətləri daxili bazar üçün yeni in-
novativ  məhsullar  istehsal  edir  və  yerli  tələbat  ödənildikdən  sonra  artıq  məhsul  xarici
bazarlara ixrac olunur. İkinci Dünya müharibəsindən sonra Avropada istehsal məhsullarına
tələbat çoxaldığından ABŞ şirkətləri öz məhsullarını bu bazarlara ixrac etməyə başladılar.
Əgər birinci fazada istehsalçıların yeni texnologiyaların tətbiq olunması kimi üstünlükləri
varsa, həmin məhsulların istehsalında üstünlük əldə olunacaqdır. Yeni əmtəə istehsal olunur,
yerli tələbat ödənir, xarici bazarlara ixrac olunur, daha sonra rəqib firmalar tərəfindən oxşar
məhsulların istehsalına başlanılır, rəqib firmalar öz məhsullarını üçüncü ölkələrin bazarlarına
ixrac edir və bununla məhsulun ilkin ölkədən ixracı azalır. İkinci və üçüncü fazalarda istehsal
xərcəri azalır və bu da əmtəənin qiymətinin aşağı düşməsinə səbəb olur. Bu fazalarda ixrac
imkanları artır və əmətəənin istehsalının xarici ölkələrdə təşkil olunması imkanı yaranır
[6,səh-195]. 
Beynəlmiləlləşmə modeli: Bu model TMK-ların inkişafını və onların birbaşa xarici in-
vestisiyalar etmək motivasiyalarını izah edir. Nəzəriyyə Bakli və Kasson tərəfindən 1976-cı
ildə işlənib hazırlanmış və daha sonra 1982-ci ildə Hennart və 1983-cü ildə Kasson tərəfindən
inkişaf etdirilmişdir. İlkin olaraq, nəzəriyyə Kouz tərəfindən 1937-ci ildə milli kontekstdə və
1976-cı ildə Homer tərəfindən beynəlxalq konteksdə işlənilmişdir. Homerə görə BXİ-in iki
əsas təyinedicisi mövcuddur. Bunlardan biri rəqabətin silinməsi, digəri isə hər hansı bir
fəaliyyətdə firmalar tərəfindən müəyyən üstünlüyün əldə olunmasıdır. Homer firma-məxsusi
üstünlüklər konsepsiyasını işləmiş və göstərmişdir ki, BXİ yalnız fima-məxsusi üstünlüklərin
istismarının xarici fəaliyyətlə bağlı çəkilən xərcləri üstələdiyi halında mümkün ola bilər.
Homerə görə TMK-lar son məhsul bazarında mükəmməl rəqabətdən uzaqlaşmaya səbəb ola-
caq qeyri-mükəmməl bazarlar mövcud olduğu üçün yaranırlar. Homer yerli firmalarla müqa -
yisədə xarici firmaların məlumat xərcləri ilə bağlı problemlərini, dövlətlər tərəfindən müxtəlif


AZƏRBAYCAN UNİVERSİTETİ
97

İPƏK YOLU 

1/2017
üslubda qarşılanmanı, valyuta ilə bağlı riskləri izah etmişdir [5,səh-135]. 
Bakli və Kassona görə TMK-lar öz daxili fəaliyyətini öncə spesifik üstünlüklərin əldə
olunması və daha sonra bu üstünlüklərin istismarı qaydasına əsasən təşkil edirlər. Hennart
isə beynəlmiləlləşmə fikrini iki növ inteqrasiya: vertikal və horizontal inteqrasiya modellərini
inkişaf etdirərək izah etməyə çalışmışdır. Beynəlmiləlləşmənin verdiyi üstünlüklər isə aşağı-
dakılardır:
-  axtarış və danışıqlarla bağlı xərclərdən yayınmaq;
-  mənəvi zərəri aradan qaldırmaq;
-  müqavilələrin yerinə yetirilməməsi halında yarana biləcək xərclərdən azad olmaq;
-  dövlət müdaxilələrindən yayınmaq;
-  istehlak bazarına nəzarət etmək və s.
A.Raqmenin fikrincə, beynəlmilləşmə TNK-ya tədqiqat xarakterli qeyri-maddi aktivləri
mülkiyyətin xüsusi növünə - bilik və informasiya üzərində inhisarçılığa çevirməyə imkan
verir. Beynəlxalq səviyyədə təşkil edilmiş istehsal şəbəkəsi çərçivəsində TNK-ların öz is-
tehsal xərclərini planlaşdırmaq və onlara nəzarət etmək, qiymətlərdə diskriminasiya siyasəti
ilə bazar gücü əldə etmək, dövlət müdaxiləsi ilə bağlı məhdudiyyətləri aşmaq imkanları artır.
Eklektik Paradiqma modeli:
Eklektik nəzəriyyə 3 müxtəlif BXİ nəzəriyyələrinin əsasında Danninq tərəfindən işlənib
hazırlanmışdır. Bu modelə əsasən transmilli şirkətlərin xarici bazarlara məhsulla çıxması
üçün və ya birbaşa investisiyalar yatırması üçün ilkin 3 şərt aşağıdakılardır:
1) Təbii məhdud resurslar, patent və ticarət nişanları üzrə mülkiyyət vasitəsilə bazarlara
çıxış zamanı inhisar üstünlüyü;
2) Texnologiya, biliyə əsaslanan innovativ fəaliyyət;
3) Geniş miqyaslı iqtisadiyyat- miqyaslı və əhatədairəli iqtisadiyyat, maliyyə kapitalına
geniş çıxış.
Modelə  əsasən  ölkələrin  yerləşmə  mövqeləri  trasnmilli  şirkətlərin  fəaliyyətinə  təsir
göstərən əsas amillərdən biridir. Belə ki, ölkələr üzrə spesifik üstünlüklər aşağıdakı 3 növə
ayrılır:
1) İqtisadi fayda istehsalın kəmiyyət və keyfiyyət faktorlarından, nəqliyyat xərclərindən,
telekommunikasiya və bazarın böyüklüyündən və s. asılıdır;
2) Siyasi üstünlüklər: BXİ axınına təsir göstərən ümumi və spesifik hökumət siyasətləri;
3) Sosial üstünlüklər: ev sahibi ölkələr arasında məsafə, mədəniyyət müxtəlifliyi və xari-
cilərə qarşı ölkələrarasında fərqli münasibət.
Eklektik modelin üçüncü xarakteristikası şirkətin məhsul satışı və xidmət təminatı üzrə
imzalanacaq razılaşmaların və müqavilələrin növləri üzrə fəaliyyətini əks etdirir. Belə ki,
şirkət sərhədlərarası beynəlmiləlləşmə geniş olduğundan  şirkətlər lisenziya və ya franşiza
ilə fəaliyyət hüquqları təklif etməkdənsə, xarici istehsalla birbaşa özü fəaliyyət göstərmək
istəyə bilər. Eklektik model investisiya qəbul edən ölkənin sosial, siyasi, və iqtisadi xarak-
teristikasının əks olunmasından və kontekstindən asılı olaraq, şirkətdən şirkətə fərqlənir [8].
Portfel investisiyalar nəzəriyyəsi: Bu nəzəriyyə Harri Markovitz tərəfindən işlənib hazır-


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə