İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə41/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   37   38   39   40   41   42   43   44   ...   76


İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
94
marjinal məhsuldarlığı aşağı olan ölkələrdən yüksək olan ölkələrə axın edir. Olin ilk iqti-
sadçıdır ki, ölkədə yüksək vergidən və daxili investisiyalarda kəskin azalmadan qaçmaq üçün
kapital ixracını əsəs amil olaraq göstərmişdir. 
R. Nurkse kapitalın beynəlxalq hərəkətinin əsas dinakimasını kapitalın tələb və təklifinə
təsir göstərən şərtlər tərəfindən təyin edilən faiz dərəcələrində olan fərqlərin təşkil etdiyini
nəzərə almışdır. Nurksenin fikirincə ölkənin əmtəə ixracı artdıqca, kapitala olan tələbat artır
və bununla, həmin ölkə kapital idxalatçısına çevrilir. K. İversen beynəlxalq kapitalın mobil-
liyinin məhdudlaşdırılması konsepsiyasını irəli sürmüşdür: belə ki, bir ölkənin digər ölkələrə
görə kapitalın həm ixracatçısı, həm də idxalatçısı hesab olunduğunu izah edən fakt - kapitalın
qeyri-bərabər mobilliyidir [2,səh-132].
Lakin  neoklassik  nəzəriyyəsinin  sonrakı  inkişaf  mərhələləri  göstərir  ki,  birbaşa  in-
vestisiyaların  öyrənilməsi  prosesində  bu  nəzəriyyə  geniş  istifadə  olunmur;  belə  ki,
nəzəriyyənin əsası olan mükəmməl rəqabətin mövcudluğu bu məktəbin davamçılarının firma-
məxsusi üstünlükləri (iqtisadi nəzəriyyədə inhisar olaraq baxılır) təhlil etməyə imkan vermir. 
XX əsrdə ingilis iqtisadçısı Con Maynard Keyns və onun davamçılarının kapital axını və
tədiyyə balansı arasındakı əlaqə ilə bağlı fikirləri geniş maraq kütləsinə səbəb oldu. Keyns
inanırdı ki, ölkə yalnız ixrac idxalı üstələdikdə və xarici investisiya ixracatçı ölkənin müsbət
ticarət  balansı  tərəfindən  dəstəkləndiyi  halda  real  kapital  ixracatçısına  çevrilə  bilər,  bu
vəziyyət pozulduğu halda hökumətin müdaxiləsi vacibdir [3,səh-154].
Neo-keyns nəzəriyyəsi konsepsiyasında bu fikirlər öz əksini tapmışdır (F. Machlup, R.
Harrod və s.). F. Machlupun fikrincə idxal edən ölkə üçün ən xeyirlisi borc təşkil etməyən
birbaşa investisiya axınıdır. R. Harroda görə kapital ixracı və tədiyyə balansında artım iqtisadi
inkişafı stimullaşdırır ki, bu da investisiyanın dəyərindən asılıdır.  Yığım investisiyadan çox
olduğu halda iqtisadi artım azalır və kapital ixracı stimullaşır [4,səh-198].
Neo-keyns nəzəriyyəsi və modellərinin kontekstində kapital ixracı likvidlik prinsipinə
əsaslanır ki, bu, investorlar tərəfindən öz resurslarının bir hissəsinin yüksək likvid (aşağı
marja) formada və digər hissəsinin aşağı likvid (lakin gəlirli) formada saxlanılması tenden-
siyasını ifadə edir. Beləliklə, Amerikan iqtisadçısı Ceyms Tobin portfel likvidliyi konsepsiyası
təklifini irəli sürdü. Bu konsepsiyaya əsasən gəlirlilik, likvidlik və riski ölçərək investisiya
portfelini  diversifikasiyalaşdırma  istəyi  investorun  davranışına  əsasən  təyin  ediləcəkdir
[5,səh-198].  
Marksist nəzəriyyəsinin banisi Karl Marksa görə kapital ixracının əsas səbəbi ixrac edən
ölkədə kapitalın nisbi artıqlığındandır. Kapitalın nisbi artıqlığı dedikdə, Marks həmin kapitalın
ölkədə istifadəsi nəticəsində gəlir normasının aşağı düşməsi fikrini nəzərdə tutur. Nisbi artıq
kapital üç formada: mal, istehsal və pul formasında təzahür edir. XIX əsrin sonlarında inhi -
sarların fəal yüksəlişi kapital ixracını stimullaşdırdı və bununla, Lenin kapitalı imperializm
üçün əsas iqtisadi baza adlandırdı. Yüksək gəlir əldə olunan regionlarda dünyanın “artıq ka -
pital”nın ixracı ilə inhisar gəlirlərinin artırılması istəyi getdikcə artırdı. Kapital ixracı zəif
millətlərin maliyyə təzyiqi üçün əsas baza hesab olundu [4,səh-527].
Marksist nəzəriyyəsinin davamçıları, nisbi artıqlıqla yanaşı kapital ixracına səbəb olan bir


AZƏRBAYCAN UNİVERSİTETİ
95

İPƏK YOLU 

1/2017
neçə faktorları da göstərirdilər. İqtisadi cəhətdən inkişaf etmiş, eləcə də inkişaf etməkdə olan
ölkələr tərəfindən kapitala olan tələbatın artmasına gətirib çıxaran bu faktorlar istehsalın
beynəlmiləlləşməsi,  inhisarlar  arasında  mövcud  rəqabətin  güclənməsi,  iqtisadi  artım
tempinin  sürətlənməsidir.  Marksist  məktəbinin  nümayəndələri  qeyd  edirdilər  ki,  İkinci
Dünya müharibəsindən sonra iqtisadi artımın tempinin yüksəkliyi sənaye ölkələrində inhi -
sarların kapital ixracı üçün maliyyə və təşkilatı imkanlarını yüksəltdi. Lakin Marksın kapital
ixracı ilə bağlı fikri Marksist nəzəriyyəsinin əsasını təşkil etməkdə davam etdi [5,səh-29].   
Müasir TMK nəzəriyyələri: 90-cı illər, XX əsrdə inkişaf etməkdə olan ölkələrə özəl ka -
pitalın massiv axını müşahidə olunmuşdur. Ön cəbhədə transmilli korporasiyalar (TMK)
tərəfindən həyat keçirilən birbaşa xarici investisiyalar dururdu. TMK-lar tərəfindən kapital
ixracı konsepsiyası yüksək gəlirlər əldə etməyə imkan verəcək yerli rəqiblər üzərində əlavə
üstünlüyə sahib olmaq fikrinə əsaslanırdı. Bu fikir kapitalın beynəlxalq hərəkəti üzrə yaran-
mış bir sıra modellərin əsasını təşkil etmişdir. XX əsrin ortalarından TMK-ların sürətlə art-
ması  onları  iqtisadçıların  əsas  diqqət  mərkəzinə  çevirdi.  İlkin  olaraq,  TMK-lara  firma
çərçivəsində baxılırdı, daha sonralar onların öyrənilməsi üçün ayrıca konsepsiyalar hazır-
lanmağa başladı. Onların əsasında ilk öncə amerikan iqtisadçısı S. Xaymerin xaricə birbaşa
investisiyaların axınını həyata keçirməkdə yerli rəqiblərin üzərində üstünlüyə malik ol-
maqları bağlı fikirləri və R. Kouzun böyük korporasiyalar daxilində spesifik bazarların
mövcudluğu ilə bağlı fikirləri, eləcə də, R. Vernonun məhsulun həyat tsikli konsepsiyası
çərçivəsində TMK anlayışını milli inhisarların öz xarici rəqiblərinə gözlənilməz zərbə vur-
maq niyyəti kimi izah etməsi durur [6,səh-192]. 
Marksist konsepsiyasına təsir göstərən iqtisadçılardan biri də C. Helbreyt olmuşdur. Onun
fikrində TMK-ların özülü texnoloji səbəblərlə şərtlənir. Belə ki, müasir əmtəələr XIX əsrlə
müqayisədə daha mükəmməl və kompleks olduğu üçün onların təklifi və xaricdə xidməti
firmadan xaricdə əmtəə və xidmət şəbəkəsi yaratmağı tələb edir. Marksist nəzəriyyəsinə
görə TMK- istehsalın beynəlmiləlləşməsi prosesinə mərkəzləşmənin və kapitalyönümlü
təmərküzləşmə prosesinin nəticəsidir.  TMK-ların əsas xüsusiyyəti əmtəə və xidmətlərin
xaricdə istehsalının təmin edilməsi və birbaşa xarici investisiyaların yatırılmasıdır. Bu baxım-
dan TMK nəzəriyyəsi çərçivəsində bir neçə birbaşa xarici investisiya modelləri hazırlan-
mışdır ki, onlardan ən məşhurları aşağıdakılardır:
İnhisarçı Üstünlüklər Modeli: Bu model S. Xaymer tərəfindən işlənib hazırlanmış və
daha  sonra  Ç.P.Kindleberq,  R.E.Keyvz,  Q.C.  Conson  və  R.  Lakru  tərəfindən
genişləndirilmişdir. Onların fikirlərinə əsasən xarici investor investisiya yatıracağı ölkənin
bazarını yaxşı tanımır və bu bazardakı “oyunun qaydaları” barədə kifayət qədər məlumatı
yoxdur, geniş əlaqələr qurmaqda çətinlik çəkə bilər, həmçinin xarici investor daşınma kimi
əlavə xərclər ödəməyə məcburdur və müxtəlif risklərlə qarşılaşa bilər ki, bütün bunlar xarici
investorun yerli investorlarla müqayisədə daha əlverişsiz vəziyyətdə olmasının göstəri-
ciləridir. Bu səbəbdən xarici investorun yüksək gəlir əldə etməsi üçün yerli rəqib üzərində
inhisar üstünlüyünə malik olması labüddür. Bu gəlir E.Çembellin tərəfindən hazırlanmış
konsepsiyaya  əsasən    inhisarçı  rəqabət  fəaliyyəti  zamanı  mövcud  üstünlük  imkanları


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə