İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə44/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   40   41   42   43   44   45   46   47   ...   76


İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
100
Резюме
мЕЖДУНАРОДНОЕ ДВИЖЕНИЕ КАПИТАЛА: ЭмПИРИЧЕСКИЕ 
ИССЛЕДОВАНИЯ
Арзу ГАДЖИЕВA
Азербайджанский Государственный Университет Экономики, докторант 
Ключевые слова: капитал, международное движение капитала, концептуальные
теории, транснациональные корпорации 
После Второй мировой войны движение капитала между странами приобрело важ-
ное место в международной экономике. Различные теоретические исследования пото-
ков капитала привели к лучшему пониманию экономического механизма. Для того,
чтобы понять, внутренние и наружные потоки капитала нужно сначала понять основ-
ные мотивы, которые вызывают движение капитала по странам. Целью данного иссле-
дования является изучение основных элементов и форм капитала, который играет
важную роль в экономическом развитии стран мира и выявление основных тенденций
в теории капитала и подчеркивание как были разработаны эти теории. Хотя некоторые
исследователи пытались объяснить феномен движение капитала, мы не можем сказать,
что есть общепринятой теории; потому что каждая новая мысль добавляет некоторые
новые элементы и критику в предыдущую.


AZƏRBAYCAN UNİVERSİTETİ
101

İPƏK YOLU 

1/2017
AUDİtOR FƏALİYYƏtİNDƏ MƏLUMAt MƏNBƏLƏRİNİN 
SİStEMLƏŞDİRİLMƏSİ PROBLEMLƏRİ
Aynur  HACIYEvA 
Azərbaycan Dövlət İqtisad Universiteti, dissertant 
Rəyçi: i.e.d., prof. Dünyamalı Vəliyev, Azərbaycan Universiteti
Açar sözlər: audit, informasiya, maliyyə hesabatı, iqtisadi təhlil, analitik prosedurlar
Məqalədə kommersiya təşkilatlarında maliyyə hesabatlarının dürüstlüyünün yoxlanması
məqsədi ilə auditin təşkili və aparılması qaydası şərh olunmuşdur. Yekun auditor rəyinin
tərtib olunmasında auditor sübutlarının toplanması ilk növbədə auditin obyektləri üzrə dürüst
və şəffaf informasiyanın mövcud olmasını tələb edir. Məqalədə həmin informasiyaların sis-
temləşdirilməsi  problemləri  və  onların  həlli  ilə  bağlı  zəruru  prosedurların  aparılması
əsaslandırılmışdır.  
Aparılmış auditin və iqtisadi təhlilin keyfiyyəti və nəticələrinin etibarlığı onun zəruri in-
formasiya ilə təmin olunmasından çox asılıdır. Auditor yoxlanmasında göstəricilərin  qeyri-
tipik davranışının aşkar edilməsi, eləcə də fəaliyyətin fasiləsizliyi ehtimalının və işlərin
aparılmasının səmərəliliyinin qiymətləndiirlməsi müvafiq analitik prosedurlar vasitəsi ilə
həyata keçirilir ki, bu da zəruri informasiyanın mövcudluğunu tələb edir. İnformasiya toplan-
mış, işlənmiş, qruplaşdırılmış, ümumiləşdirilmiş və idarəetmədə istifadə üçün yararlı olan
məlumatlardır, daha doğrusu təsərrüfat subyektinin istehsal-maliyyə fəaliyyəti haqqında
məlumatlar  sistemidir.  İqtisadi  subyektin  idarə  olunması  prosesində  iqtisadi  qərarların
əsaslandırılması və qəbul edilməsi üçün istifadə olunan iqtisadi informasiya xarakterindən,
məqsədindən və təyinatından asılı olaraq müxtəlif mənbələrdən əldə olunur. Audit yoxlan-
masında iqtisadi təhlilin informasiya mənbələri, eləcə də iqtisadi subyektin əmlak, maliyyə
vəziyyəti və fəaliyyətinin son nəticələrinin qiymətləndirilməsinə imkan verən maliyyə əm-
salları  onun  rolu  və  məqsədinə  müvafiq  müəyyən  edilməlidir.  Məsələyə  bu  aspektdən
yanaşaraq belə bir fikir formalaşdırmaq olar ki, auditin mühüm elementi kimi onun məqsə -
dinə nail olmaqda iştirakçı və vasitəçi rolunu oynayan informasiya auditor fəaliyyətinin hə -
yata keçirilməsi gedişatında müvafiq metodiki əsasa malik olmalıdır. 
İnformasiyanın  riyazi  nəzəriyyəsi  informasiyanın  müəyyən  edilməsi  və  onun  ki-
fayətliliyinin qiymətləndərilməsi üsullarını, onların saxlanması və ötürülməsi proseslərini
tədqiq edir. Plan, normativ, statistik, mühasibat, operativ məlumatların axınını, onların
saxlanmasını, işlənməsini və istifadəsini elmi əsaslarla və informasiyanın riyazi nəzəriyyəsi
əsasında təşkil etmək mümkündür. Auditin mühüm elementi kimi və onun keyfiyyətinin
yüksəldilməsini təmin edən səmərəli informasiya axınının yaradılması ilə əlaqədar problem-
lərdən biri də mövcud informasiyanın   keyfiyyəti ilə bağlıdır. Bu baxımdan informasiya
təminatı üzrə bir sıra tələblərin– informasiyanın analitikliyi, onun dürüstlüyü, operativliyi,
müqayisəliliyi, rasionallığı kimi  tələblərin irəli sürülməsi başa düşüləndir.
İnformasiyanın  analitikliyi bütün iqtisadi inqformasiya sisteminin təsərrüfat fəaliyyətinin
təhlilinin  tələblərinə  və  vəzifələrinə  uyğun  olmasını,  daha  doğrusu,  amillərin  müfəssəl



İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
102
öyrənilməsi, ehtiyatların aşkar edilməsi və idarəetmə qərarlarının hazırlanması üçün zəruri
olan məlumatların əldə olunmasını nəzərdə tutur. Tədqiq olunan hal və proseslər obyektivliyin
təmin olunması və qəbul ediləcək qərarın əsaslandırılmasında istifadə olunan informasiyanın
dürüst olmasını tələb edir. Belə ki, təhlil prosesində qeyri dürüst məlumatlardan istifadə onun
nəticələrinin  həqiqətə  uyğunluğuna  və  bununla  da  hazırlanmış  təkliflərə  mənfi  təsir
göstərəcəkdir.
İqtisadi təhlilin operativliyi və tədqiqat əsasında hazırlanmış təkliflər üzrə nəticələrin tez
əldə  olunması  informasiyanın  operativliyindən  çox  asılıdır.  İnformasiyanın  operativliyi
təhlilin operativliyi və təsirliliyinin artırılması tələbindən irəli gəlir. Belə ki, baş vermiş təsər-
rüfat prosesləri haqqında informasiya nə qədər tez daxil olarsa, bu, təhlilin operativliyini,
çatışmazlıqların aradan qaldırılması imkanlarını artırmış olar.
İnformasiyanın müqayisəliliyinin təmin olunması təhlil prosesində təsərrüfat əməliyyat-
larının, iqtisadi göstəricilərin zaman kəsiyində qiymətləndirilməsinin zəruriliyindən irəli gəlir.
İnformasiyaya olan tələblərdən biri də onun  səmərəli olmasıdır, daha doğrusu artıq və lazım-
sız  məlumatları  aradan  qaldırmaqla  informasiyanın  məqsədəuyğunluğunun  təmin  olun-
masıdır. Fikrimizcə, auditin informasiya təminatının yaxşılaşdırılması, iqtisadi təhlilinin
təsirliliyinin və səmərəliliyinin yüksəldilməsi məqsədi ilə informasiya sistemi yuxarıda qeyd
olunan tələblər nəzərə alınmaqla formalaşdırılmalı və təkmilləşdirilməlidir. 
Qeyd edək ki, digər meyarlarla yanaşı təhlilin informasiya mənbələri iqtisadi təhlilin təs-
nifatının əsasını təşkil edir. İqtisadi ədəbiyyatda auditə yaxın xidmət növü kimi iqtisadi təhlilin
informasiya  mənbələrinin  sistemləşdirilməsi  problemləri  müəyyən  dərəcədə  işıq-
landırılmışdır. Belə ki, iqtisadi təhlilin informasiya mənbələri şərti olaraq üç qrupa- norma-
tiv-plan, uçot xarakterli, uçotdan kənar [1, s.234-235], bəzi mütəxəssislər isə informasiyanın
tədqiqat obyektinə münasibətdə, onun predmetinə, informasiyanın daxil olması müddətinə,
işlənmə prosesinə və  mərhələlərinə görə [2, s. 36], ümumi iqtisadi, maliyyə informasiyası,
mühasibat, idarəetmə və vergi uçotu məlumatları, firmadaxili norma və normativlər kimi [3,
s. 68] təsnifləşdirilməsini təklif edir. M.İ. Bakanov, A.D. Şeremet daha yığcam qruplaşdır-
manın aparılmasını məqsədə uyğun hesab edərək əldəolunma mənbəyinə görə daxili və xarici
informasiyaları fərqləndirirlər və təhlilin informasiya təminatında daxili informasiyanın ro -
lunu xüsusi qeyd edirlər [4, s.61-72]. 
Fikrimizcə, auditin informasiya təminatı üzrə yuxarıda nəzərdən keçirilən təsnifat auditor
qarşısında duran vəzifələrin tam həllini  təmin etmir. Bu baxımdan, Kovalevin auditdə iqtisadi
təhlilin informasiya bazasını dörd iri kompleksdə (mühasibat uçotu məlumatları; vergi uçotu
məlumatları; statistik məlumatlar; sistemdən kənar məlumatlar) təsnifləşdirilməsi təklifi ilə
razılaşmaq olar. Həmin təsnifat qruplarının həcminə, sistemləşdirmə dərəcəsinə, əldəolun -
ma mənbələrinə, yenilənmənin nizamlığına və s. əlamətlər üzrə fərqləndiyi qeyd olunmaqla
ilkin sənədlərdən, registr və daxili hesabatdan, mühasibat hesabatından ibarət mühasibat kom-
pleksi daha yüksək sistemləşdirilmiş hesab olunur [5, s. 12-14]. M.V.  Melnik və  V.Q. Koq-
denko  analitik  prosedurların  informasiya  təminatı  qismində    göstəriciləri  beş  qrupda
birləşdirməyi təklif edir: makroiqtisadi göstəricilər; sahə göstəriciləri; regional göstəricilər;
bazar göstəriciləri; təşkilatın göstəriciləri [6, s. 37-43].
Yuxarıda qeyd olunan fikirlərin ümumiləşdirilməsi əsasında belə bir nəticəyə gəlmək olar


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə