İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə45/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   41   42   43   44   45   46   47   48   ...   76

AZƏRBAYCAN UNİVERSİTETİ
103

İPƏK YOLU 

1/2017
ki, informasiya təminatının audit və iqtisadi təhlilin məqsədləri üçün təsnifləşdirilməsində
prinsipal fərq yoxdur. Belə ki, audit və iqtisadi təhlilin aparılması zamanı praktiki olaraq
bütövlükdə müxtəlif spektrli informasiyalardan istifadə olunur, lakin təsərrüfat hadisələrini,
prosesləri  və  onların  nəticələrini  daha  dolğun  əks  etdirən  mühasibat  uçotu  və  hesabatı
sənədləri, daha doğrusu, ilkin sənədlər, mühasibat uçotu registrləri və mühasibat (maliyyə)
hesabatı məlumatlarına üstünlük verilir. Bu, digər informasiya mənbələri ilə müqayisədə
onların informasiya tutumunun  yüksək olması ilə əlaqədardır. 
Mühasibat (maliyyə) hesabatı müəyyən olunmuş  formada təşkilatın əmlak və maliyyə
vəziyyyəti və onun təsərrüfat fəaliyyətinin nəticələri haqqında məlumatların vahid sistemi
kimi səciyyələndirilir. Təşkilatın mühasibat hesabatı mühasibat balansından, mənfəət və
zərər haqqında hesabatdan, kapitaldakı dəyişikliklər haqqında hesabatdan, pul vəsaitlərinin
hərəkəti haqqında hesabatdan, onlara normativ aktlarda nəzərdə tutulmuş əlavələrdən, izahlı
qeydlərdən, təşkilatın mühasibat hesabatının dürüstlüyünü təsdiq edən auditor rəyindən (əgər
qanunvericiliklə həmin təşkilat mütləq auditor yoxlanmasından keçməlidirsə) ibarətdir.
Maliyyə uçotu və hesabatı məlumatlarının üstünlükləri onunla səciyyələnir ki, onlar baş
vermiş hadisələri əks etdirir, eyni zamanda, qrup üzrə göstəricilər kəmiyyətcə ifadə olun-
muşdur.  Bununla  yanaşı  maliyyə  uçotu  və  hesabatı  informasiyasının  formalaşmasının
əsaslandığı prinsip və qaydaların tam başa düşülməsi, eləcə də müəssisənin resurslarının,
onların yaranma mənbələrinin, gəlirlərinin və xərclərinin müəyyən olunmasında şərtilik və
ehtimallar həmin informasiyanın təhlili üçün əsas hesab olunur. 
Fikrimizcə, informasiya mənbələrini auditin mərhələləri üzrə sistemləşdirmək məqsədə
uyğun olardı ki, bu, auditor yoxlamasının  müxtəlif mərhələlərində analitik prosedurların
tətbiqinin spesifikasını tam açmağa imkan verər (Şəkil 1).
Auditor fəaliyyəti haqqında «Analitik prosedurlar» BAS  520-də qeyd olunur ki, auditin
planlaşdırılması mərhələsində tətbiq olunan analitik prosedurlarda maliyyə və qeyri maliyyə
informasiyasından istifadə edilməsi məqsədə uyğundur. Əgər nəzərə alsaq ki, bu mərhələdə
tətbiq olunan analitik prosedurlar müştərinin biznesi ilə tanışlığı, mümkün risk zonalarının
müəyyən edilməsinə imkan verir, onda bütün informasiya mənbəyi spektrindən, daha çox
kənar məlumatlardan – makroiqtisadi, sahə, bazar, region üzrə göstəricilərdən, az dərəcədə
təşkilatın hesabatından istifadə olunacaqdır.
Şəkil 1. Məlumat mənbələrinin 
auditor yoxlamasının  mərhələləri 
üzrə sistemləşdirilməsi
.
.
.
-



İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
104
Mahiyyət üzrə auditin aparılması zamanı əsasən daxili informasiya mənbələrindən – ilkin
uçot sənədləşməsinin, mühasibat uçotu,  statistik uçot və hesabatı,  operativ uçot və hesabatı,
vergi  hesabatı  və  maliyyə  hesabatı  məlumatlarından  istifadə  olunur.    Bununla  yanaşı
yoxlanılan təşkilat haqqında digər mənbələrdən də (məsələn, həmin təşkilatın məlumatları
ilə keçmiş iş təcrübəsi, audit olunan şəxsin əməkdaşlarından – bölmə rəhbərləri və mütəxəs-
sislərdən, həmin təşkilatın daxili auditorlarından və onların hesabat sənədlərindən, ona xidmət
göstərmiş digər auditorlardan, hüquqşünaslardan və məsləhətçilərdən, təşkilatın əməkdaşı
olmayan mütəxəssislərdən –müvafiq sahə üzrə dövlət və ya qeyri-dövlət tənzimlənməsini
həyata keçirən orqanların nümayəndələrindən, sifarişçilərindən, malgöndərənlərindən, analoji
təşkilatlardan əldə edilən informasiyalar, həmin fəaliyyət sferasına aid nəşrlərin – dövlət sta-
tistik, analitik, iqtisadi qəzet və jurnalların, bank və qiymətli kağızlar bazarı iştirakçıları
tərəfindən hazırlanmış hesabatın  məlumatlarından, normativ hüquqi aktlardan, direktorlar
şurasının iclaslarının protokollarından, səhmdarlara göndərilmiş və ya səlahiyyətli dövlət
hakimiyyəti orqanlarına təqdim olunmuş materiallardan, ötən illərin hesabatlarından, müha-
sibat uçotunun aparılması və daxili nəzarət sistemi üzrə qaydalardan, mühasibat uçotunun
hesablar planından, marketinq və satış planlarından) istifadə oluna bilər.
Auditin  yekun  mərhələsində  auditor  tərəfindən  tətbiq  olunan  analitik  prosedurların
məqsədi müəssisənin fəaliyyətinin nəticələri, onun işinin vəziyyəti və mühasibat hesabatına
daxil edilmiş bütün digər informasiyaların  bir-biri ilə və biznes haqqında auditorda for-
malaşan fikirlə üst-üstə düşüb düşmədiyini müəyyən etmək, müəssisənin fəaliyyətinin fasilə-
sizliyi ehtimalının qiymətləndirilməsidir. Bu zaman təşkilatın fəaliyyəti göstəriciləri və bazar
göstəriciləri baza rolunu oynayır. 
Təcrübə göstərir ki, istehsal prosesində müəssisənin fəaliyyətinə təsir göstərən bəzi mühüm
amillər  haqqında,  ümumiyyətlə,  məlumat  yox  dərəcəsindədir.  Məsələyə  bu  aspektdən
yanaşsaq, fikrimizcə, auditor təşkilatının  (müstəqil auditorun) zəruri və kifayət dərəcədə in-
formasiya ilə təmin olunması probleminin həlli iki istiqamətdə mümkündür:
1. Mühasibat hesabatının tərtib olunması üzrə tələblər gözlənilməklə mühasibat hesabatı
göstəricilərinin artırılması;
2.  Mühüm  məlumatların  əlavə  məqsədli  qruplaşdırılması  əsasında  auditor  tərəfindən
mühasibat uçotu və hesabatı  üzrə hazırlanmış  törəmə göstəricilərinin sayının, seçimlərin
həcminin artırılması. 
Aparılan tədqiqat göstərir ki, aktivlərin, öhdəliklərin, gəlirlərin, xərclərin bəzi növləri və
kapitalın tərkibi haqqında uçot məlumatları onların mühümlüyündən asılı olaraq hesabatda
ayrıca göstərilə bilər (bu tələb audit prosesində formalaşan törəmə informasiyaya da şamil
olunur) və bununla bağlı auditorun qərarı həmin göstəricinin məzmunundan, həcmindən,
xarakterindən, formalaşmasının konkret şəraitindən asılı olmaqla iqtisadi subyektin auditi
qarşısında qoyulmuş məqsədlərin həlli üçün müvafiq təyinata cavab verməlidir. Əgər ak-
tivlərin,  öhdəliklərin, gəlirlərin və xərclərin bəzi növləri üzrə informasiya müəssisənin
maliyyə vəziyyəti və ya onun fəaliyyətinin maliyyə nəticələrinin qiymətləndirilməsi üçün
əhəmiyyətli deyildirsə, onda həmin göstəricilər mühasibat hesabatına, mənfəət və zərərlər
haqqında hesabata şərhlərdə, yaxud izahlı qeydlərdə təfərrüatı ilə açıqlanmaqla  mühasibat
balansında və mühasibat hesabatında ümumi məbləğdə əks etdirilə bilər. 


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə