İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə46/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   42   43   44   45   46   47   48   49   ...   76

AZƏRBAYCAN UNİVERSİTETİ
105

İPƏK YOLU 

1/2017
Auditor yoxlanmasında lüzumsuz informasiyanın toplanması məqsədə uyğun deyildir.
Təcrübə göstərir ki, bəzi hallarda yoxlamanın keyfiyyətini artırmaq məqsədi ilə həddindən
artıq informasiya toplanır, lakin auditin aparılması prosesində  həmin məlumatlardan ya ki-
fayət qədər istifadə olunmur yaxud da yoxlamanın yekun sənədlərində məntiqsiz, bir- birini
tamamlamayan məlumatlar yer alır. Bu, həm də auditin prinsiplərinə ziddir və sifarişçinin
auditor şirkətinə münasibətinə mənfi təsir göstərə bilər. Bu məqsədlə, auditor yoxlamasının
gedişatında auditin məqsədi və istiqaməti üzrə istifadə oluna biləcək informasiya toplan-
malıdır.
Auditor tərəfindən öz nəticələrinin və qərarının əsaslandırılması üçün istifadə etdiyi
mühasibat hesabatında minimum maddələr qrupu üzrə məlumatlar açıqlanmalıdır. Həmin
açıqlamalar bilavasitə blanklarda və hesabat formalarında və ya ayrıca əlavələrdə verilə bilər.
Bu zaman auditor auditin məqsədinə görə informasiyanın qiymətləndirilməsi zamanı onun
əhəmiyyətlilik meyarının aşağı səviyyəsinin qəbul olunması haqqında qərar qəbul edə bilər.
Auditin informasiya təminatı ilə əlaqədar bir məsələni də qeyd etmək yerinə düşər ki,
uçot və hesabat məlumatlarının müqayisəliliyinin təmin olunmasında müəssisənin maliyyə
vəziyyətinə, pul vəsaitlərinin hərəkətinə, maliyyə nəticələrinə, xammal-materialların, əsas
vəsaitlərin dəyərinə, xərclərin və gəlirlərin həcminə, hesabat tarixindən sonrakı hadisələrin
nəticələrinə,  kapitala,  onun  ehtiyatlarına  və  öhdəliklərinə  ciddi  təsir  göstərə  bilən  uçot
siyasətində dəyişikliklərə xüsusi önəm verilməlidir. İnformasiyanın müvafiq açıqlanması
hesablama, xüsusi ilə analitik göstəricilərin, cədvəllərin, şərhlərin bilavasitə mühasibat
hesabatına və ya izahlı qeydlərə daxil edilməsi ilə həyata keçirilməlidir.
Beləliklə, analitik prosedurların məqsədindən asılı olaraq onun məlumat mənbələrinin
sitemləşdirilməsinin təklif etdiyimiz qaydası yoxlanılan iqtisadi subyektin fəaliyyətinin
fasiləsizliyi  ehtimalının  gözlənilməsinin  və  rəhbərliyin  işinin  səmərəliliyinin
qiymətləndirilməsi kontekstində yoxlamanın hər bir mərhələsində auditora bütün infor-
masiya massivindən təşkilatın fəaliyyətini dərk etmək,  «zəif nöqtəni», qeyri-adi tərəddüdləri
və göstəricilər üzrə kənarlaşmaları aşkar etmək üçün zəruri olan informasiyanı seçməyə və
nəticədə informasiyanın axtarılması müddətini azaltmaqla auditorun işinin asanlaşdırıl-
masına və bütövlükdə aparılan iqtisadi təhlilin və auditin keyfiyyətinin yüksəlməsinə imkan
verəcəkdir.
ƏDƏBİYYAt:
1. Экономический анализ : учебник для вузов / [под ред. JI.T. Гиляров-ской]. - М.:
ЮНИТИ-ДАНА, 2001. - 527 с
2. Банк
В.Р. финансовый анализ : учеб. пособие / В.Р. Банк, C.B. Банк, B.Тарас-
кина. - M. : Проспект, 2006. - 344 с. 
3. Коваленко Г.В. Аналитические процедуры финансовой устойчивости в системе
внутреннего аудита : монография / Г.В. Коваленко, Е.Ю. М.: ЮРГУЭС, 2006. - 95 с.
4. Баканов М.И., Шеремет А.Д.. Теория экономического анализа.- М.: финансы и
статистика. 2000. 416 с. 
5. Ковалев В.В. Анализ хозяйственной деятельности предприятия / В .В. Ковалев,
О.Н. Волкова. -М.: ПБОЮЛ, 2001. - 424 с.



İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
106
6. Мельник М.В. Эконо-мический анализ в аудите. М.: ЮНИТИ-ДАНА, 2012, 543
с.
Abstract
tHE SYStEMAtIZAtION OF DAtA BASES IN AUDItING
Aynur HACIYEvA
Ph.D. student, Azerbaijan State Economic University
Key words: audit, information, financial reporting, economic analysis, analytical proce-
dures
The quality of auditing and conducted economic analysis and the reliability of its results
mainly depends on its provision with the necessary information. Finding out of the non-
typical behavior of indicators in audit inspection, as well as assessing the probability of con-
tinuity of action and the effectiveness of performing of the works is carried out through the
relevant procedures that it demands the existence of the necessary information. Therefore,
special attention was paid to the accuracy of the internal and external information used.
Резюме
ПРОБЛЕмы СИСТЕмАТИЗАцИИ ИНФОРмАцИОННыХ 
ИСТОЧНИКОВ В АУДИТОРСКОЙ ДЕЯТЕЛЬНОСТИ
Айнур ГАДЖИЕВА
диссертант Азербайджанского Государственного Экономического Университета
Ключевые слова: аудит, информация, финансовая отчетность, экономический ана-
лиз, аналитические процедуры
Качество проведенного аудита и экономического анализа, а также достоверность ре-
зультатов во многом зависит от обеспечения необходимой информацией. Выявление
нестандартных показателей в аудиторской проверке, а также оценка допущения непре-
рывности деятельности и эффективности работы проводится с соответсвуюущими ана-
литическими  процедурами,  которые  требуют  наличие  необходимой  информации.
Поэтому должно быть уделено особое внимание на объективность использованных
внутренних и внешних информации.


AZƏRBAYCAN UNİVERSİTETİ
107

İPƏK YOLU 

1/2017
ALİ tƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ FƏNLƏRİN tƏDRİSİNDƏ
İNtERAKtİv tƏLİM ÜSULLARINDAN İStİFADƏNİN tƏŞKİLİ
Esmira KAZIMOvA
baş müəllim, Azərbaycan Universiteti
Rəyçi:  Bakı  Biznes  Universiteti,  “Marketinq  və  menecment”  kafedrasının  dosenti
S.B. Məmmədova
Açar sözlər: kurikulum, interaktiv təlim üsulları, qiymətləndirmə, sillabusların tərtibi
Azərbaycanın təhsil sisteminə 90-cı  illərdən başlayaraq yeni pedaqoji terminologiya
daxil olmuşdur. Bu, “Kurikulum”, “İnteraktiv təlim üsulları” pedaqoji  terminologiyası idi.
Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə
əks etdirən  konseptual sənəddir. Kurikulumun əsasını tərtib, tətbiq, qiymətləndirmə, təhlil
təşkil edir. Kurikulum islahatlarını zəruri edən bir sıra səbəblər vardır ki, onlara cəmiyyətdə
yeni ictimai münasibətlərin yaranması, dünya təhsil sisteminə inteqrasiya, müasir infor-
masiya əsrinin tələbləri, təhsilin məqsədi və vəzifələrinə yeni baxış və yanaşmaların for-
malaşması, bu gün mövcud olan təhsil proqramlarının müasir tələblərinə cavab verməməsi
aiddir. Lakin müasir  kurikulumun ənənəvi təhsil proqramından bir sıra üstünlükləri var.
Bu fərq nədən ibarətdir?
- Ənənəvi təhsil proqramı bilikyönümlü, müasir kurikulum isə şəxsiyyətyönümlüdür;
- Ənənəvi təhsil proqramı müəllimyönümlüdür, müasir kurikulum isə tələbə (şagird)
yönümlüdür;
- Ənənəvi təhsil proqramında fəndaxili və fənlərarası əlaqə məqsədyönlü və sistemli
xarakter daşımır. Müasir kurikulumda isə  inteqrativlik  əsas prinsip kimi götürülür;
- Ənənəvi təhsil proqramı  təklifyönümlüdür, kurikulum isə tələbyönümlüdür;
- Ənənəvi təhsil proqramı fənyönümlü, kurikulum isə nəticəyönümlüdür.
Fəal interaktiv təlim metodlarının tətbiqini zəruri edən ən mühüm amillərdən biri odur
ki, həmin metodlar tələbələrdə daim dəyişməkdə olan dinamik şəraitə uyğunlaşdırmaqla
sosial bacarıqları formalaşdırır, təfəkkürün çevikliyini təmin edir, qrup, kollektiv şəkildə
fəaliyyət göstərməyi, əməkdaşlıq etməyi onlara öyrədir.
Beləliklə, mən də bu yazımda kurikulumun islahatının zəruriliyini nəzərə alaraq “Müha-
sibat uçotu” fənnindən “Mühasibat balansı və onun əhəmiyyəti” mövzusunda yeni üsulla
tədris olunan dərs nümunəsini verməyə səy göstərmişəm.
Mövzu: Mühasibat balansı və onun əhəmiyyəti
Məqsəd:
1. Balansın quruluşu, növləri,  informasiya mənbəyi  kimi əhəmiyyəti haqqında bilikləri
əldə etmək;
2. Balans növlərini fərqləndirmək;
3. Balansın tərtibi qaydaları ilə tanış olmaq;
4. Balans tərtib etmək;


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə