İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə40/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   36   37   38   39   40   41   42   43   ...   76


İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
92
genişlənməyə başlamışdır. XX əsrin 50-60-cı illərindən kapital ixracı təkamülünün üçüncü
mərhələsi başlayır. Lakin bu mərhələdə baş verən proseslər kapital ixracından daha geniş
miqyaslı olduğundan bu dövrü “kapitalın beynəlxalq miqrasiyası” anlayışı ilə ifadə etmək
daha məqsədəuyğundur. Təkamülün üçüncü mərhələsində kapital hərəkət prosesinə inkişaf
etməkdə olan ölkələr də qoşulmuş və kapitalın həm ixracatçısı, həm də idxalatçısı kimi çıxış
etmişlər. 1850-1929-cu illər arasında, Böyük Britaniya illik olaraq ÜDM-in 3.5%-i qədər,
bəzi illərdə isə 8-9% -i qədər dünya ölkələrinə kapitalın xalis təminedicilərindən idi. I Dünya
müharibəsindən sonrakı dövrdə illik olaraq 1.9% ticarət saldosu ilə 1970-ci ilin ortalarınadək
tədricən dünyanın əsas kapital ixracatçısına çevrildi. 1980-ci ildə Yaponiya və Almaniya da
öz növbəsində əsas kreditorlardan sayılırdı. Sonrakı mərhələdə isə qlobal struktur digər bir
transformasiyaya məruz qaldı. Yeni sənaye ölkələri olan Şərqi Asiya ölkələri əsas neft ixra-
catçıları ilə birlikdə dünya ölkələrinin əsas kapital təminedicilərinə çevrildilər. Kapitalın əsas
qəbulediciləri kimi ABŞ, bir sıra Latın Amerikası ölkələri, Afrika və Avropa ölkələri idi. Son
mərhələdə kapital ixracı öz növbəsində kapitalın əks axınına - digər maliyyə axınlarına, səhm-
lərə görə dividendlər, kreditlərə görə faizlərin axınına səbəb olmuşdur.
Beləliklə, kapitalın beynəlxalq hərəkəti beynəlxalq ticarətin maliyyə tərəfi kimi kapitalın
artıq olduğu ölkədən kapitalın azlıq təşkil etdiyi ölkəyə axını olub, iqtisadi-sosial inkişaf
səviyyəsindən asılı olmayaraq, dünya ölkələri arasında kapital sahiblərinə əlavə gəlir gətirən
kapitalın qarşılıqlı hərəkəti prosesidir [1,səh-78].
Kapitalın ixracatçıları və idxalatçıları olaraq dövlət və özəl strukturlar, o cümlədən mərkəzi
və yerli hökumət orqanları, digər hökumət təşkilatçıları, özəl şirkətlər, beynəlxalq və regional
təşkilatlar və fiziki şəxslər çıxış edə bilərlər. Hökumətlər kreditorlar qarşısında dövlətlərin
borclanmasına və dövlət zəmanəti olan fiziki şəxslərin borclanmasına görə öhdəlik daşıyırlar.
Prioritet olaraq, suveren öhdəlik – mərkəzi orqanların öhdəlikləri götürülür. 
Kapitalın beynəlxalq hərəkətinə səbəb olan və onu stimullaşdıran əsas faktorlar aşağı-
dakılardır:
- Yerli iqtisadiyyatların qeyri-bərabər inkişafı: kapital tənəzzülə uğrayan iqtisadiyyatdan
yüksək artım tempi və daha çox gəlirlilik norması olan stabil iqtisadiyyata doğru hərəkət
edir;
- Cari ödəmə balanslarında uyğunsuzluq: kapitalın cari hesablar üzrə aktiv saldo olan
ölkələrdən mənfi saldo olan ölkələrə axını baş verir;
- Ölkələrarası kapitalın miqrasiyası yerli kapital bazarlarının liberallığı ilə stimullaşır;
- Beynəlxalq kreditin, valyuta və fond bazarlarının inkişafı və genişlənməsi kapitalın iri -
miqyaslı beynəlxalq hərəkətinin artmasına kömək edir;
- Kapitalın beynəlxalq hərəkəti transmilli şirkətlərin və bankların aktiv fəaliyyəti ilə sıx
əlaqəlidir; bank olmayan və qeyri-maliyyə təşkilatlarının maliyyə fəaliyyəti daxil ol-
maqla; insitutsional və fərdi investorların resurs miqdarının artması ilə;
- Dövlətin daxili və xarici borclarının ödənilməsi məqsədilə daxili investisiyalarının hə -
yata keçirilməsi üçün əlverişli şərtlərin yaradılması ilə xarici kapitalı cəlb edən ölkələrin
iqtisadi siyasəti.
Dünya miqyasında kapitalın beynəlxalq hərəkətinə təsir edən amillər əsasən iqtisadi və


AZƏRBAYCAN UNİVERSİTETİ
93

İPƏK YOLU 

1/2017
siyasi xarakter daşıyır. İqtisadi amillərə bunları şamil etmək olar:
- Ölkələrdə yerli istehsal prosesinin təşkili və inkişafı, eləcə də ölkənin iqtisadi artım
templərinin dəstəklənməsi;
- Elmi-texniki inqilab, nou-hau və dünya xidmət bazarının inkişafı ilə dünya iqtisadiy -
yatının strukturunda baş verən dəyişikliklər;
- Beynəlxalq əmək bölgüsünün dərinləşməsi;
- Transmilliləşmə prosesinin genişlənməsi;
- İstehsalın beynəlmiləlləşməsinin genişlənməsi və inteqrasiya proseslərinin dərinləşməsi.
Siyasi amillərə aşağıdakılar aiddir:
- Beynəlxalq kapital hərəkətinin (ixrac və idxal) liberallaşdırılması və bu istiqamətdə
müəyyən güzəştlər tətbiq olunacaq zonaların – xüsusi iqtisadi zonalar, ofşor zonaların
yaradılması və s.;
- “Üçüncü dünya” ölkələrində sənayeləşdirmə siyasətinin həyata keçirilməsi;
- İqtisadi  islahatların  həyata  keçirilməsi.  Bu  istiqamətdə  dövlət-özəl  əməkdaşlığın
yaradılması,  dövlət  müəssisələrinin  özəlləşdirilməsi,  özəl  sektorun,  sahibkarlıq
fəaliyyətinin stimullaşdırılması;
- Ölkə iqtisadiyyatında diversifikasiyalaşmanın tətbiqi və bunun nəticəsi olaraq məşğul-
luq səviyyəsinin artırılması istiqamətində siyasətin həyata keçirilməsi.
Konsept baxışlar 
Beynəlxalq  kapital  hərəkətinin  səbəbləri  bir  sıra  iqtisadi  məktəblər  tərəfindən  təhlil
edilmiş və dünya iqtisadiyyatı, eləcə də ümumi iqtisadiyyat inkişaf etdikcə o da inkişaf et-
mişdir.  Kapitalın  idxal  və  ixracının  əsas  səbəbinin  kökü  ənənəvi  nəzəriyyələrdə  durur.
Ənənəvi nəzəriyyələr dedikdə beynəlxalq kapital axının neoklassik, neo-Keyns və Marksist
nəzəriyyələri nəzərdə tutulur. Kapitalın beynəlxalq hərəkəti sualına ilk dəfə olaraq XVIII
əsrin  sonunda  İngilis  klassik  məktəbinin  nümayəndələri Adam  Smit  və  David  Rikardo
tərəfindən baxılmışdır. Onlar göstərdilər ki, kapital ixracı ilə bağlı məhdudiyyətlərə əsasən
pulun məbləği ölkədə faktiki tələbatı üstələdiyindən məzənnədə azalma, qiymətlərdə isə
artım müşahidə olunur. Bu halda, Adam Smit heç bir şeyin pulun ölkədən xaricə çıxarıl-
masına mane ola bilməyəcəyini bildirdi. Beləliklə o, ölkədə pulun miqdarı, faiz dərəcələri,
əmtəə qiymətləri və pulun yüksək alıcılıq qabiliyyəti ilə ölkələrə kapital axını “döyüşü”
arasında bir əlaqə yaratdı.
Rikardo, müqayisəli üstünlüklər ilə qiymətlərdəki fərqləri nəzərə alaraq, biznes kapitalının
və əmək qüvvəsinin ölkəyə axını imkanını göstərdi. Rikardonun davamçısı Mill kapital
ixracının ticarətin genişlənməsinə və ölkələrin səmərəli istehsal üzrə ixtisaslaşmasına səbəb
olduğu fikrini irəli sürdü. Bunun üçün mütləq şəkildə əlavə motivasiyası vacibdir: kapital
yüksək gəlir əldə etmək perspektivliyi baxımından hərəkət etdiyinə görə iki ölkə arasında
gəlir normasında mövcud olan əhəmiyyətli fərqlər vardır [2,səh-129].
XIX əsrdə Neoklassik məktəbin davamçıları (E. Hekser və B. Olin., Dane R., Nurkse K.
İversen) bu konsepsiyanı inkişaf etdirməyə başladılar. Onların fikrincə kapitalın beynəlxalq
hərəkatına təkan verən faiz dərəcəsi və kapitalın marjinal məhsuldarlığıdır: belə ki, kapital


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə