İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə37/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   33   34   35   36   37   38   39   40   ...   76


İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
84
İqtisadi qloballaşma və maliyyə böhranları
İqtisadi qloballaşmanın təsirləri haqqında elmi ədəbiyyatda uzun müddətdən bəri davam
edən  müzakirələr  aparılmaqdadır.  Təbiidir  ki,  müxtəlif  iqtisadçılar,  hansı  “pəncərədən”
baxdıqlarından asılı olaraq, qloballaşmanın ya xeyrinə, ya da əleyhinə mövqelər ortaya
qoyurlar. Bu gün çox az iqtisadçı uzun müddətdə ticarətin sərbəstləşdirilməsinə və birbaşa
xarici  investisiyalar  nəticəsində  istehsalın  sərbəstləşməsinə  qarşıdır.  Əsasən  qızğın
mübahisələr beynəlxalq kapital hərəkətlərinin sərbəstləşdirilməsi mövzusu ətrafında toplan-
mışdır.
İqtisadi sərhədlərin getdikcə ortadan qalxdığı bir dünyada, milli dövlətlərin iqtisadi həyata
himayəçi (proteksionist) və keyfi müdaxilələri iqtisadi baxımdan bir məna kəsb edirmi?
Bunun üçün dünyada 4 fərqli faktordakı dəyişmələri incələmək lazımdır:
Birincisi, inkişaf etmiş ölkələrin kapital bazarında investisiya üçün ifrat miqdarda kapital
ehtiyatları mövcuddur. Məsələn, Yaponiya 10 trilyon dollarlıq bir kapital ehtiyatına malikdir.
Əsas məsələ bu kapitalın olduğu ölkələrdə yetərincə investisiya fürsətinin olmamasıdır. Ona
görə də bunu başqa ölkələrdə dəyərləndirmək üçün müxtəlif mexanizmlər ortaya atılır.
İkincisi, sənayelərin on il öncəsi ilə müqayisədə daha da qlobal hala gəlməsidir. Bu gün
Amerika və Avropa şirkətləri Çin və Hindistana öz gələcəklərini orada gördüklərinə görə
gedirlər. Hissələrinin 80 faizi idxala dayanan bir amerikan məhsulunun sadəcə bu ölkəyə
mənsub olması da mübahisəlidir.
Üçüncüsü, inkişaf edən informasiya texnologiyası firmanın, hər ölkədə ayrı bir müəssisə
qurmadan, dünyanın istənilən yerində işlərini yürüdə bilməsini təmin edir.
Dördüncüsü isə istehlakçıların zövq və davranışlarının da qlobal hala gəlməsidir. Milli
hökumətlərin yerli malların satın alınmasıyla bağlı çağırışları da daha diqqətə alınmır və is-
tehlakçılar getdikcə haradan gəlirsə-gəlsin daha keyfiyyətli, eyni zamanda ucuz mal və xidmət
tələb edirlər.
Son illərdə Dünya Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının fəaliyyətinə yönə-
lik tənqidlər güclənmişdir. Xüsusilə Amerikada bu təşkilatlara soyuq münasibət bəsləyən
cumhuriyyətçilərin iqtidara gəlməsi ilə birlikdə tənqidlərin dozası da yüksəlmiş oldu. Bu
yaxınlarda ABŞ Konqresinin Ortaq İqtisad Komitəsində təşkil olunan toplantıda da, BVF və
Dünya Bankının fəaliyyətləri ciddi tənqid hədəfi oldu.
Ümumiyyətlə bu vaxta qədər BVF-yə yönəldilən tənqidləri üç əsas başlıq altında cəm-
ləşdirmək mümkündür:
Birincisi, kredit ala bilmək üçün üzv ölkələr BVF-nin irəli sürdüyü şərtləri yerinə yetir-
məlidirlər. Həmin şərtlərin üzv ölkələrin problemlərinə bir mənada müdaxilə xüsusiyyəti
daşıması, bu ölkələrdə hər zaman ciddi mübahisələr predmeti olmuşdur. 
İkincisi, BVF bir çox ölkələrin problemlərinin oxşarlığından çıxış edərək standart təkliflər
irəli sürür. Lakin problemlər nə qədər bir-birinə bənzəsə də yerli şərtləri nəzərə almadan hə -
yata keçirilən proqramlarla ciddi nəticələr əldə etmək mümkün deyil. Argentina başda ol-
maqla, Latın Amerikası ölkələrində və Türkiyədə tətbiq olunan proqramlar buna sübut kimi
göstərilir.


AZƏRBAYCAN UNİVERSİTETİ
85

İPƏK YOLU 

1/2017
Üçüncüsü, BVF bu gün də beynəlxalq pul sisteminin tənzimlənməsindən səlahiyyətli
olan əsas təşkilat xüsusiyyətini daşıyır və beynəlxalq pul münasibətlərinin sistemli və uyum
içərisində inkişafını nəzarət altında saxlamaq onun əsas vəzifələrindən biridir. Ona görə də
bir böhran ortaya çıxdığı zaman ilk tənqid hədəfi BVF olur.
Dünya iqtisadi böhranlarına nəzər saldığımız zaman əksəriyyətinin neft qiymətlərindəki
sıçramalarla  müşayiət  olunduğunu,  ya  da  birbaşa  bu  sıçramaların  nəticəsində  ortaya
çıxdığının şahidi oluruq. Bu baxımdan, 2001ci ildən bu tərəfə neft qiymətlərinin 3 dəfədən
çox bahalaşması növbəti qlobal iqtisadi böhranının baş verəcəyi və ya baş verməli olduğu
ehtimalını ortaya çıxarmaqdadır. Amma bu illər ərzindəki dünya iqtisadiyyatının konyuktu-
runa baxdığımız zaman qlobal ÜDM (ümumi daxili məhsul) kifayət dərəcədə artmış, infl -
yasiya isə özünü daha təmkinli aparmışdır.
Yeni iqtisadiyyatın əlamətləri dünya birjalarında daha yaxşı hiss olunmaqdadır. 10 il bun-
dan  əvvəl  dünyanın  ən  böyük  bazar  dəyərinə  malik  20  şirkətinin  arasında  informasiya
sahəsində fəaliyyət göstərən 2-3 şirkət var idi. Bu gün isə tamamən fərqli vəziyyət yaranıb.
İndi artıq bu siyahının başında “Microsoft”, “İntel”, “Oracle” kimi yeni iqtisadiyyatın əsas
şirkətləri yerləşib və 20 ən böyük dəyərə malik şirkətlərin 17-si informasiya sahəsində
fəaliyyət göstərən şirkətlərdir.
Dünya sürətlə yeni iqtisadiyyatın qanunlarına uyğunlaşır və şirkətlər bu istiqamətdə
özlərini yeniləyirlər. Artıq rəqiblərindən bir addım önə keçmək üçün şirkətlər informasiyanın
əldə edilməsi, emalı və ötürülməsi ilə daha sıx əlaqədə olmalıdır.
Beynəlxalq valyuta Fondunun (BvF) maliyyə böhranlarının 
qarşısını alma tədbirləri
1997-1998-ci illərdə Asiya Böhranın mənfi nəticələrinin aradan qaldırılmasında və eləcə
də, 2007-ci ildə ABŞ-da “mortgage” (əmlak) kreditləri sahəsində böhranın yaranması ilə
başlayan və hal-hazırda davam etməkdə olan dünya iqtisadi böhranının ağır nəticələrinin
qarşısının alınmasında əsas öhdəlik dünya iqtisadiyyatında dövlətlərin əlaqələrinin tənzim-
lənməsində başlıca rola malik olan beynəlxalq maliyyə institutlarının üzərinə düşür. Bu işdə
başlıca yeri BVF tutur. Belə ki, BVF-nin əsas məqsədi beynəlxalq valyuta əməkdaşlığının
stimullaşdırılması, beynəlxalq ticarətin tarazlaşdırılmış inkişafına köməklik edilməsi, üzv
ölkələrin tədiyyə balanslarında kəsrin aradan qaldırılmasında və valyuta kurslarının stabil-
liyinə nail olunmasına yardım göstərilməsidir. Bundan əlavə, maliyyə böhranları zamanı
BVF-nin bu böhranın təsirinin aradan qaldırılmasında ayırdığı kreditlər də əvəzolunmazdır.
İkinci Dünya müharibəsindən sonrakı onilliklər ərzində dünya iqtisadiyyatında və val -
yuta-maliyyə sistemində rifah halının yaxşılaşdırılmasında BVF-nin əvəzedilməz rolu ol-
muşdur. 1997-ci ildə Cənub Şərqi Asiya böhranının (Tailand, Filippin, İndoneziya, Cənubi
Koreya və s.) baş verməsi bu region ölkələrinə böyük vəsait yatıran sənaye dövlətləri üçün
həyəcan siqnalı oldu. Onların buradan neft, xammal və digər malların idxalına ehtiyacı var
idi. Bu baxımdan həmin dövlətlər böhranın aradan qaldırılmasına xidmət etməyə hazır idilər.
Böhranın kəskinliyi bir ildən sonra səngidi və əsas iqtisadi göstəricilər yaxşılaşdı. Buna


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə