İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ


n  İPƏK YOLU  n  1/2017 ЛИТЕРАТУР



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə34/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   30   31   32   33   34   35   36   37   ...   76

AZƏRBAYCAN UNİVERSİTETİ
75

İPƏK YOLU 

1/2017
ЛИТЕРАТУР:
1. А.М. Бабашкина Государственное регулирование национальной экономики. М.:
финансы и статистика, 2007, 256 c.
2. Y.A. Kəlbiyev Fiskal siyasət və milli iqtisadiyyatın tənzimlənməsi problemləri. Monoq -
rafiya. Bakı: “Elm”, 2005, 468 s.
3. F.Ə. Məmmədov. Vergilər və vergitutma. Bakı: 2010, 512 s.
4. Ə.X. Nuriyev “Regional siyasət və idarəetmə”, Bakı: 2004, 348 s.
5. з.А Самедзаде. “Этапы большого пути - Экономика Азербайджана за полвека, её
новые реалии и перспективы”, Баку: “НУРЛАР”, 2004, 936 с. 
6. Azərbaycan Respublikasının Vergi Məcəlləsi.
7.  “Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı”
(2009-2013), Bakı, 2009.
8. Т.М. Гараев. Роль государственного регулирования в развитии экономики регио-
нов. «Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması: təhlil və nəticələr. Milli
inkişaf modelinin formalaşması problemləri.» Respublika elmi-praktiki konfransın materi-
alları. Bakı.2010.
9.  T. M.Qarayev. Azərbaycan sənayesinin innovasiyalı inkişafının bir sıra problemləri.
İpək Yolu, №3, Bakı, 2011.
10. М.Портер. Конкурентная стратегия. Альпина. Москава.2005.464 с.
xülasə
REGİONAL İNKİŞAFDA vERGİ tƏNZİMLƏNMƏSİNİN ROLU
tahir QARAYEv 
i.f.d., müəllim, Azərbaycan Universiteti
Açar sözlər: regional iqtisadiyyat, regionların iqtisadi inkişafı, vergi tənzimlənməsi, vergi
güzəştləri
Məqalədə regionlarda sahibkarların və əhalinin iqtisadi fəallığının stimullaşdırılmasının
vergi tənzimlənməsi məsələlərinin tədqiqi aparılmışdır. Müəllif regional inkişafın vergi tən -
zimlənməsi mexanizminin səmərəliliyinin yüksəldilməsi tədbirlərinin hazırlanmasında elmi
mənbə kimi istifadəsini nəzərdən keçirmişdir. Məqalədə regional inkişafda vergi tənzimlən-
məsinin stimullaşdırıcı rolunun artırılması istiqamətlərinin müəyyən edilməsi və elmi cəhət-
dən əsaslandırılması verilir.
Abstract
tHE ROLE OF tAx REGULAtION IN REGIONAL DEvELOPMENt 
tahir GARAYEv
Ph.D., instructor, Azerbaijan University
Key words: regional economy, regional economic development, tax regulation, taxes
discounts 



İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
76
The article researches the questions of the tax regulation, stimulating economic activity
of businessmen and the population in regions. The author considers the role of tax regulation
in the  development of regions, and promotes scientifically well-founded offers on mainte-
nance of effective mechanisms. The article gives definition and a scientifically based direc-
tions on increase of the stimulating role of tax regulation of regional development.


AZƏRBAYCAN UNİVERSİTETİ
77

İPƏK YOLU 

1/2017
KOMMERSİYA BANKLARININ  İDARƏ EDİLMƏSİNİN 
tƏKMİLLƏŞDİRİLMƏSİNİN MEtODOLOJİ ƏSASLARI
Ayxan AYvAZLI
Azərbaycan Milli Elmlər Akademiyasının Z.M. Bünyatov adına 
Şərqşünaslıq İnstitutunun dissertantı
Rəyçi: İqtisad üzrə elmlər doktoru, prof.  Dünyamalı Vəliyev
Açar sözlər: qloballaşma, bank sektoru, kommersiya bankları,  innovativ prinsiplər, iqti-
sadi islahatlar
Bazar münasibətləri və xüsusən qloballaşma şəraitində bank fəaliyyətinin problemlərinin
öyrənilməsi, daha da inkişaf etdirilməsi və təkmilləşdirilməsi həmişə aktualdır. Yeni iqtisadi
şəraitin tələblərinə müvafiq olaraq, aparılan iqtisadi islahatlar Türkiyə və  Azərbaycanda
bank fəaliyyətinin daha da təkmilləşdirilməsini, onların yeni müasir standartlara uyğunlaş-
ması  üzrə  innovativ  prinsiplərə  əsaslanaraq,  mütəşəkkil  şəkildə  qurulmasını  tələb  edir.
Aparılan islahatlar nəinki Türkiyə və  Azərbaycanın bank sisteminin sabitliyini, həmçinin
dinamik inkişafının təmin edilməsi üçün əlverişli iqtisadi rəqabət şəraiti yaradır. 
Bazar iqtisadiyyatı şəraitində bankların davranış ssenarisinin işlənib hazırlanmasında
proq nozlaşdırma, riyazi statistik metodlardan, həmçinin ekspert rəylərinə əsaslanan model-
lərdən istifadə olunur. Stabil iqtisadiyyat şəraitində mərkəzi banklar öz inkişaf strategiyalarını
bir qayda olaraq 5-10 il əvvəldən müəyyənləşdirir və iqtisadi konyukturadan asılı olaraq hər
il, yaxud hər rüb strategiyada dəyişikliklər edərək, onu həyata keçirirlər. Müəssisələrin
konyuktur sorğularının çoxillik tarixi Fransa Bankına məxsusdur. Sorğuda əsasən istehsal
və ticarət sahələrindəki müəssisələr əhatə olunur. Bunun əsasında standart ümumavropa
metodikası dayanır. Sorğularda qoyulmuş əlavə suallar müəssisələrin reytinqini nəinki təsər-
rüfat konyukturunun dəyişməsi əmsalı, habelə digər əsaslar üzrə də müəyyənləşdirməyə
imkan verir. Fransa Bankı maliyyə müəssisələri, kreditlər və yığımlar üzrə monitorinq
tədqiqatlarını hər ay aparırdı. Lakin 1993-cü ildən başlayaraq monitorinq tədqiqatları hər
rüb yerinə yetirilir. Sorğuların məqsədi bir tərəfdən kredit müəssisələrinin kreditləşmə və
yığım  sferasında,  digər  tərəfdən  isə  onların  kontragentlərinin  maliyyə  davranışlarının
təhlilidir.  Kredit  müəssisələri  nəinki  onların  öz  xüsusi  iqtisadi  davranışları  nöqteyi-
nəzərindən, həmçinin müəssisələrin və fiziki şəxslərin iqtisadi davranışlarına onlar tərəfindən
verilən qiymətləndirmə baxımından da sorğuya cəlb edilirlər. 
Sorğular nəticəsində fiziki şəxslər üçün daha cəlbedici yığım növləri, habelə sərt rəqabət
şəraitində  bu  və  ya  digər  maliyyə  agentləri  tərəfindən  uzunmüddətli  əmanətlərin  cəlb
edilməsi üzrə proqnozlar müəyyənləşdirilir. Tədqiqatların nəticələri həm bütövlükdə ölkə,
həm də ayrı-ayrı regionlar üzrə rəsmi rəqəm və şərhlər şəklində təqdim olunur. Sualların ək-
səriyyəti əvvəlki inkişafın qiymətləndirilməsinə və kapitalın yerləşdirilməsi proqnozuna
yönəldilir. Bu tədqiqatlarda mərkəzi yerlərdən birini kredit müəssisələri üçün müəssisələrin


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə