İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə38/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   ...   34   35   36   37   38   39   40   41   ...   76


İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
86
səbəb BVF və Qərbin inkişaf etmiş ölkələrinin maliyyə yardımı oldu və bu proses digər
ölkələrin bankları və digər beynəlxalq təşkilatların köməyi ilə baş verdi. 2007-ci ildə dünya
iqtisadiyyatında daha bir maliyyə böhranı başladı. Əvvəlki böhranların əsas səbəbi valyuta
sistemində yaranan problemlərlə əlaqədar idisə, sonuncu maliyyə böhranının əsasında bank
sektorunda  yaranan  problemlər  dayanır.  Bütün  bunlar  dünya  iqtisadçı  və  siyəsətçilərini
yenidən düşündürməyə başladı və bu böhrandan çıxış yolları axtarılır. Hətta, bu böhranın
dünya iqtisadiyyatına 1929-1933-cü illərdə olan “Böyük Durğunluq” dövrü qədər dağıdıcı
təsir gücünə malik olduğunu deyənlər də az deyil.
1997-ci ildə investorların Çənub-Şərqi Asiya ölkələrindən gedişi baş vermiş, Asiya böhranı
isə yaxın tarixin miqyaslı böhranları sırasındadır. Onun nəticəsində dünya ÜDM-i 2 trilyon dol-
lar azaldılmışdır. Asiya böhranı ilə yanaşı 1997-ci ildə Rusiyada da iqtisadi böhran tuğyan et-
mişdir. Bu böhran müasir Rusiya tarixində ən ağır fəsadlı iqtisadi böhranlardan biri olmuşdur.
BVF-nin kreditləşmə həcminin 250 mln. ABŞ dolları həcmində müəyyənləşdirilməsinə
baxmayaraq,  2008-ci  ilin  iqtisadi  böhranından  sonra  bu  məbləğ  750  mln.  dollara  çat-
dırılmışdır. 1997-1998-ci illərdəki Asiya maliyyə böhranı zamanı BVF qəti tədbirlər görərək
Cənubi  Koreyaya  öz  ehtiyatlarını  möhkəmlətməkdə  kömək  etdi.  BVF  böhranın  aradan
qaldırılmasında iqtisadi islahatlar aparmaq, maliyyə və korporasiya sektorlarının strukturunu
dəyişdirmək, iqtisadi tənəzzülün qarşısını almaq üçün həmin ölkəyə 21 milyard ABŞ dolları
verəcəyini öhdəsinə götürdü. 4 il ərzində Cənubi Koreya bu kreditləri qaytarmaq, eyni za-
manda öz ehtiyatlarını bərpa etmək məqsədilə iqtisadiyyatda yetərincə yüksəlişə nail oldu.
BVF-nin kredit proqramından istifadə etməklə Türkiyə də dərin böhrandan çıxa bildi. Bu il-
lərdə BVF İndoneziya, Filippin, Tayland kimi bir sıra ölkələrə də böyük məbləğdə kreditlər
verdi. 2008-ci ilin dərin iqtisadi böhranından BVF bir neçə ölkəyə kreditlər vermiş və böhran-
dan çıxmaqda onlara kömək göstərmişdir. 2008-2009-cu illərdə fondun kreditlərindən Er-
mənistan, Gürcüstan, Macarıstan, İslandiya, Latviya, Pakistan, Belarus, Ukrayna və bir sıra
digər ölkələr də istifadə etmişdir.
Cədvəl 1. Qlobal maliyyə böhranları dövründə BvF tərəfindən verilən əsas kredit
və istiqrazlar


AZƏRBAYCAN UNİVERSİTETİ
87

İPƏK YOLU 

1/2017
2008-ci ildə başlanmış qlobal maliyyə böhranı bir çox dövlətlərin maliyyə həyatına
sarsıdıcı zərbə vurmuş və dünya maliyyə sisteminin qeyri-sabitliyini artırmışdır. Bu böhranın
aradan  qaldırılması  üçün  2009-cu  il  aprelin  1-də  Londonda  keçirilmiş  20-liyin  görüşü
nəticəsində ölkə liderləri böhrana qarşı mübarizənin 6 əsas istiqamətini müəyyən etmiş və
1,5  il  ərzində  5  trilyon  dollar  həcmində  vəsaitin  ayrılması  barədə  razılığa  gəlmişdilər.
Ayrılmış 5 trilyon dollardan 1,1 trilyon dollarının (təqribən beşdə biri) BVF və digər maliyyə
institutlarına verilməsi nəzərdə tutulur. BVF-ə ayrılmış 1,1 trilyon dollardan 750 milyard
dollarının kreditləşmə prosesinin bərpasına, iqtisadi artımın təmin edilməsinə və yeni iş yer-
lərin açılmasına, o cümlədən 250 milyard dolların ölkələrin tədiyyə balanslarının tənzim-
lənməsinə yönəldilməsi nəzərdə tutulur. Böhrana qarşı tədbirlərin görülməsi və vəsaitlərin
ayrılması belə deməyə əsas verir ki, tezliklə dünya iqtisadiyyatında artım 4 faiz səviyyəsində
olacaq.
BVF-nin antiböhran tədbirləri kimi aşağıdakılar nəzərdə tutulmuşdur:
 BVF ehtiyatlarının artırılması və böhrandan ən çox əziyyət çəkmiş ölkələrə yardım
edilməsi;
 “Vergi oazislərə” qarşı mübarizə;
 Müflis olmuş şirkətlərin və bankların rəhbərliyinə bonus ödəmələrinin tənzimlənməsi;
 Ölkələr səviyyəsində stimullaşdırıcı tədbirlər;
 Maliyyə bazarları nəzarətinin gücləndirilməsi;
 Milli iqtisadiyyatların sabitliyinin təmin edilməsi. 
BVF  bir qayda olaraq, qlobal maliyyə böhranları zamanı dövlətlərə kredit verməklə
yanaşı, aşağıdakı vacib məsələləri də dövlətlərin üzərinə öhdəlik kimi qoyur:
-  xarici öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
-  milli valyutaların qiymətdən düşməsini məhdudlaşdırmaq;
-  maliyyə balansını bərpa etmək;
-  inflyasiyanın yüksəlməsinə hədd qoymaq;
- xarici valyuta ehtiyatlarını bərpa etmək;
-  bank sektorunda islahat aparmaq;
-  real sektorda islahat aparmaq;
-  marketlərdə hökumətlərə olan etibarı bərpa etmək;
-  istehsalatdakı azalmanı məhdudlaşdırmaq.
Nəticə.
Beynəlxalq maliyyə institutları dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən
və maliyyə resurslarının bölgüsünü təmin edən, beynəlxalq səviyyədə kapital təminatının
ən mühüm institutlarıdır. Müasir dövrdə ölkə iqtisadiyyatının inkişafında beynəlxalq maliyyə
institutları mühüm rol oynayır. Beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq demək olar
ki, bütün ölkələrin iqtisadi siyasətinin əsas prinsiplərindən birinə çevrilmişdir.
Adətən böyük iqtisadi böhranlar maliyyə böhranları ilə başlayır. Maliyyə böhranının
səbəbləri müxtəlifdir. İlk növbədə, bunun səbəbləri əsassız makroiqtisadi siyasət, dövlət
köçürmə-ödəmə münasibətləri sisteminin kökündən pozulması, inflyasiyanın güclənməsi,



İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
88
bank sektorunda çaxnaşma, zəif milli maliyyə sistemi, əlverişsiz xarici şərtlər (milli ixrac
mallarının qiymətinin düşməsi, idxal mallarının qiymətinin qalxması), düzgün olmayan
mübadilə kursu, siyasi qeyri-sabitlikdir.
Göründüyü kimi, qloballaşma daha fəal beynəlxalq əməkdaşlığın inkişafını tələb edir və
öz növbəsində bu əməkdaşlığı təşkil edən beynəlxalq maliyyə institutlarının üzərinə əlavə
məsuliyyət qoyur. Beynəlxalq münasibətlərin müasir inkişaf mərhələsi və qloballaşmanın
dərinləşməsi mövcud maliyyə-kredit institutlarında islahatlar aparılmasını, həmçinin ciddi
struktur dəyişikliklərinin edilməsini tələb edir.
Cədvəl 2. İqtisadi artım üçün BvF-nin qiymətləndirmə və proqnozları
Təcrübə göstərir ki, beynəlxalq iqtisadi böhranların qarşısını almaq, yaxud belə böhran-
lardan az itki ilə çıxmaq mümkündür. Bu işdə dünya dövlətlərinin iqtisadiyyatında mühüm
rol oynayan BVF-nin göstərməli olduğu fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Belə ki,
dünya iqtisadiyyatında onilliklərlə proqnozlaşdırmanı verən BVF bu böhranın baş verməsini
əvvəlcədən bilməli və buna müvafiq tədbirlər görülməli idi. Dünya maliyyə sisteminin saxlan-
masını təmin edən BVF-nin bu işdə səmərəsizliyi onu göstərdi ki, bu təşkilat yenidən qurul-
malı və yaxud strukturunda köklü dəyişikliklər etməlidir.
ƏDƏBİYYAt:
1. Vəliyev D. Ə.,  Beynəlxalq maliyyə. Bakı, 2000
2.  Azərbaycan  Mərkəzi  Bankı.  Texniki  yardım  proqramları  və  layihələr  haqqında
http://www.cbar.az/pages/international-relations/support-programs/20111115-01/ (AMB-nin
internet səhifəsi)
3. Bang Nam Jeon. From the 1997-1998 Asian Financial Crisis to the 2008-2009 Global
Economic Crisis: Lessons from Korea’s Experience. Seoul, 2010 
4. Edwin M. Truman. The IMF and the Global Crisis: Role and Reform (Dallas Committee
on Foreign Relations). January 23, 2009 
5. International Monetary Fund. “From crisis to recovery in the Emerging Market Eco-
nomicies”. world Economic Outlook. washington D.C., 1999 


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə