İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə23/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   19   20   21   22   23   24   25   26   ...   66

sülh və insanlıq əleyhinə ictimai təhlükəli əməllər beynəlxalq cinayətlərdir (məsələn, tə-
cavüzkar müharibə aparma, soyqırımı, əhalini məhv etmə, köləlik, işgəncə, aparteid, yəni
irqi ayrı seçkilik, hərbi soyğunçuluq və s.). Beynəlxalq xarakterli cinayətlərə gəldikdə isə,
qeyd etməliyik ki, beynəlxalq müqavilələrdə nəzərdə tutulan və beynəlxalq cinayətlərə (sülh
və insanlıq əleyhinə, müharibə cinayətlərinə) aid olunmayan, lakin dövlətlər arasında nor-
mativ münasibətlərə qəsd edən, müxtəlif sahələrdə (iqtisadi, sosial-mədəni, əmlak və digər
sahələrdə) dinc əməkdaşlığa zərər vuran, habelə təşkilat və vətəndaşlara ziyan yetirən ictimai
təhlükəli əməllər beynəlxalq xarakterli cinayətlər adlanır; belə cinayətlərə görə ya beynəlxalq
müqavilələrdə müəyyən olunmuş normalara, ya da bu müqavilələrə uyğun olaraq milli Qa-
nunvericilik maddələrinə əsasən cəza təyin edilir. Müəlliflərdən İ.İ.Karpes beynəlxalq xarak-
terli cinayətləri xarakterizə edən əsas cəhətləri müəyyənləşdirməyə təşəbbüs göstərmişdir.
Müəlliflərdən A.v.Naumov beynəlxalq xarakterli cinayətləri (qeyd edək ki, beynəlxalq
müqavilələrdə nəzərdə tutulduğuna görə onlara həm də konvension cinayətlər deyilir) beş
qrupa bölür ki, bank fəaliyyəti əleyhinə törədilən cinayətlərin bu və ya digər növü həmin
qruplardan birinə iqtisadi xarakterli cinayətlər qrupuna aid edilir (15, 124). Məsələn, bank
fəaliyyəti əleyhinə törədilən cinayətlərin növlərindən biri olan saxta pul hazırlama kimi əməl
iqtisadi xarakterli cinayətlərə aiddir ki, həmin cinayətlər beynəlxalq xarakterli cinayətlərin
növü (qrupu) hesab edilir. saxta pul hazırlama və ya pul nişanlarının saxtalaşdırılması kimi
əməl o halda beynəlxalq xarakterli cinayət (beynəlxalq xarakterli iqtisadi cinayət) hesab
edilə bilər ki, həmin əməldə xarici element iştirak etsin. Əgər saxta pul hazırlama əməlində
xarici element iştirak edərsə, həmin əməl transmilli cinayətlər sırasına aid olunur. “Transmilli
cinayətlər” termini informasiyaların, pulların, şəxslərin, fiziki obyektlərin və digər vasitələrin
dövlət sərhədləri vasitəsilə hərəkətetmə prosesini xarakterizə edir.
BMT-nin sənədlərində qeyd olunur ki, transmilli cinayətlərin törədilməsi heç də dövlət
sərhədlərini keçmə kimi məsələ ilə bağlı olmaya da bilər (6). Məsələn, qanunsuz (saxta) mal
hər hansı müəyyən ölkə ərazisində istehsal olunur və yalnız onların yayılması beynəlxalq
miqyasda həyata keçirilir. Digər misalda saxta pul nişanları bu və ya digər dövlətin ərazisində
hazırlanır və yalnız onların satışı digər dövlətlərdə həyata keçirilir. Xarici elementli (trans-
milli) saxta pul hazırlama kimi beynəlxalq xarakterli cinayət əməli ilə beynəlxalq hüquq
çərçivəsində mübarizə aparılır. Bu cinayətlə dövlətdaxili (milli) hüquqi məkanda effektiv
mübarizə aparmaq mümkünsüzdür, çünki xarici elementli (transmilli) saxta pul hazırlama
beynəlxalq xarakterli cinayətdir və bu cinayət iki və daha çox dövlətin maraqlarına toxunur.
Həmin cinayətlə beynəlxalq hüquqi məkanda mübarizə aparmaq üçün dövlətlər tərəfindən
konvension əməkdaşlıq həyata keçirilir ki, bu (konvension əməkdaşlıq) qeyd etdiyimiz kimi,
cinayətkarlıqla beynəlxalq hüquq səviyyəsində mübarizədə dövlətlərin həyata keçirdikləri
əməkdaşlığın əsas istiqamətlərindən (növlərindən) biri sayılır.
Xarici elementin (transmilli) saxta pul hazırlama cinayəti ilə mübarizə işində dövlətlərin
əməkdaşlığı müvafiq beynəlxalq Konvensiya əsasında həyata keçirilir. söhbət “Pul nişan-
larının saxtalaşdırılması ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyadan gedir ki, həmin

İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
60


Konvensiya 1929-cu ildə Cenevrə şəhərində qəbul edilmişdir. sözü gedən Konvensiya, eləcə
də ona əlavə olunmuş protokol (1929) pul nişanlarının saxtalaşdırılması kimi cinayət əməli
ilə mübarizədə dövlətlərin həyata keçirdikləri əməkdaşlığın beynəlxalq-hüquqi əsası və bazası
sayılır. Konvensiyada göstərilir ki, iştirakçı dövlətlərin (Konvensiyaya qoşulan dövlətlərin)
Qanunvericiliyində milli və ya xarici pul nişanlarına münasibətdə törədilən cinayətlərə görə
cəza verilməsində fərq müəyyən edilməməlidir (4). Belə ki, Konvensiya üzvü olan dövlətlərin
Qanunvericiliyi həm milli, həm də xarici pul nişanlarının saxtalaşdırılmasına görə məsuliyyət
nəzərdə tutan, müvafiq cinayət-hüquqi sanksiyalar müəyyənləşdirməli, bu məsələdə ayrı-
seçkiliyə yol verməməli və fərq qoymamalıdır. Məsələyə bu cür yanaşma öz ifadəsini bir sıra
dövlətlərin cinayət Qanunvericiliyində tapmışdır. Məsələn, Rusiya federasiyasının Cinayət
Məcəlləsinin 186-cı maddəsi həm milli valyutanın (Rusiyanın pul nişanlarının), həm də xarici
valyutanın (xarici ölkələrin pul nişanlarının) saxtalaşdırılmasına görə məsuliyyət nəzərdə
tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (irəlidə - AR CM) 204-cü maddəsinə
görə, AR-nin milli valyutasını (manatı) və ya xarici ölkələrin pul nişanlarını (xarici valyutanı)
saxtalaşdıran şəxslər fərq qoyulmadan və ayrı-seçkiliyə yol verilmədən eyni cinayət-hüquqi
sanksiyalarla cəzalandırılır (1). Deməli, cinayətkar şəxslər (saxta pul hazırlayanlar) onların
milli pul nişanlarını və ya xarici valyutaları saxtalaşdırmasından asılı olmayaraq məsuliyyətə
cəlb edilirlər. Belə göstərişin əsasını “Pul nişanlarının saxtalaşdırılması ilə mübarizə haqqında
beynəlxalq Konvensiya”nın 5-ci maddəsi təşkil edir (4). Məhz bu maddədən məlum olur ki,
həm milli valyutanın, həm də xarici pul nişanlarının saxtalaşdırılması cinayət məsuliyyətinə
səbəb olur. 
Qeyd  etməliyik  ki,  pul  nişanlarını  saxtalaşdırma  cinayəti  pul  tədavülü  və  dövriyyəsi
sahəsində yaranan ictimai münasibətlərə qəsd edir, dövlətin iqtisadi əsaslarını sarsıdır, eləcə
də  kredit  tənzimetməsini  həyata  keçirilməsini  pozur.  odur  ki,  o,  beynəlxalq  xarakterli
cinayətlərin təhlükəli növlərindən biri sayılır. Bu səbəbdən dövlətlərin pul nişanlarını saxta-
laşdırma cinayətinə qarşı birgə mübarizə aparmaq istəyi 29 aprel 1929-cu il tarixində Cenevrə
şəhərində sözügedən beynəlxalq Konvensiyanın bağlanmasına səbəb oldu. Şübhəsiz, Cenevrə
Konvensiyası  pul  nişanlarını  saxtalaşdırma  cinayəti  ilə  mübarizədə  böyük  rol  oynayır.
Bununla yanaşı qeyd etməliyik ki, sözügedən Konvensiyada qiymətli kağızların (veksellərin,
çeklərin, istiqraz vərəqələrinin, akkreditivlərin və qiymətli kağızların digər növlərinin) sax-
talaşdırılması və satışı haqqında heç nə deyilmir. Konvensiyaya görə saxtalaşdırmanın pred-
meti yalnız pul nişanları ola bilər. Başqa sözlə, Cenevrə Konvensiyası ancaq pul nişanlarına
aid olub, onların saxtalaşdırılması ilə beynəlxalq-hüquqi mübarizəyə həsr edilmişdir. Bu isə
onu göstərir ki, beynəlxalq münasibətlərin müasir inkişaf dövrünə və maliyyə-iqtisadi pro -
seslərin dövlətdaxili vəziyyətinə rəğmən Cenevrə Konvensiyasının obyekti qeyri-müəyyən
dərəcədə məhduddur. Lakin unutmaq olmaz ki, qiymətli kağızların saxtalaşdırılması pul
nişanlarının saxtalaşdırılması kimi ictimai təhlükəli əməldir. Nəzərdən qaçırmaq olmaz ki,
qiymətli kağızları saxtalaşdırma əməlinin ictimai təhlükəliliyi heç də az deyildir. Bu əməl
sirr deyil ki, qiymətli kağızların tədavülü sahəsində yaranan ictimai münasibətlərə qəsd edir,
bazar institutlarının fəaliyyətinin, dövlətin maliyyə sabitliyinin və iqtisadi təhlükəsizliyinin
AZƏRBAYCAN UNİVERSİTETİ
61

İPƏK YOLU 

2/2014


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə