İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə31/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   27   28   29   30   31   32   33   34   ...   66


İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
78
Dünya iqtisadiyyatının qloballaşmasına uyğun olaraq ölkələrin sosial, iqtisadi və demoq -
rafik  inkişafının  əsas  amillərindən  birini  də  işçi  qüvvəsinin  beynəlxalq  miqrasiyası  və
əhalinin yerdəyişməsi təşkil edir. Xarici iqtisadi əlaqələrin əsas formalarından biri olan işçi
qüvvəsinin beynəlxalq hərəkəti-əmək qabiliyyətli əhalinin iqtisadi səbəblərdən bir dövlətdən
digər dövlətə hərəkətidir.
Dövlətlər arasında işçi qüvvəsinin miqrasiyası ilə bağlı yaranan iqtisadi əlaqələr im-
miqrantların ölkələrinə göndərdikləri pul, işçi qüvvəsini ixrac edən ölkələrə subsidiya və
kompensasiyaların ödənilməsi də daxil olmaqla mal və kapitalın axını ilə müşayiət olunur.
Xaricdən olan işçi qüvvəsi daha ucuz başa gəldiyindən qəbul edən ölkə üçün bu istehsal et-
diyi məhsulun rəqabət qabiliyyətliliyini artırır.
Ümumilikdə, isə işçi qüvvəsinin ixracının əsas mübət cəhəti onunla izah olunur ki, onun
ixracı ölkəyə valyuta daxilolmalarının mühüm mənbələrindən biri kimi qiymətləndirilir.
Qərb mütəxəssislərinin qənaətinə görə şəxsi köçürmələrin rolu, xüsusilə orta səviyyəli
ölkələr üçün böyükdür. Belə ölkələr üçün işçi qüvvəsinin ixracı valyuta daxilolmalarının
mühüm mənbələrindən birini təşkil edir, hətta bəzi illərdə xarici iqtisadi əlaqələrin digər
növlərindən gələn daxilolmaları ötür. Məsələn, son 15 il ərzində Pakistan xaricdə işləyən
vətəndaşlarından daxil olan valyuta ölkənin mal və xidmət ixracından gələn daxilolmaların-
dan 5 dəfə çox olmuşdur.
Ümumilikdə, qəbul edən ölkələr üçün işçi qüvvəsinin miqrasiyası müsbət qiymətləndirilir.
Bu ölkələr onlardan xüsusilə iqtisadiyyatın yerli işçilərin cəlb olunmadığı sahələrində istifadə
edirlər. İmmiqrantlar əksər ölkələrdə ağır, ziyanlı, az əməkhaqqı ödənilən, adətən yerli iddia
etmədikləri fəaliyyətə cəlb olunurlar. Qərbi Avropanın bəzi ölkələrində belə işlərdə bəzən
xarici işçilərin payının 70%-ə qədər olduğu müşahidə edilmişdir. Hətta bir sıra hallarda milli
iqtisadiyyatın bəzi sahələrində-tikinti, avtomobil sənayesi, xidmət sahələrində immiqrant-
larsız normal fəaliyyət mümkün deyildir.
Təsərrüfat  həyatının  beynəlmiləlləşdirilməsi  dövlətlər  arasında  təkcə  əmtəə  və  işçi
qüvvəsinin yerdəyişməsini deyil, eyni zamanda kapitalın da iştirakını tələb edir. Kapitalın
beynəlxalq hərəkəti müasir beynəlxalq iqtisadi münasibətlərin mühüm tərkib hissəsi və əsas
formalarından biridir. Kapital ixracı yerli sənaye, xammal və əmək resurslarından istifadə
etməklə sistematik olaraq əlavə gəlir əldə etmək məqsədilə kapitalın ölkə sərhədlərindən
kənarda yerləşdirilməsini ifadə edir. Kapitalın hərəkəti əmtəənin hərəkətindən fərqlənir.
Xarici ticarət adətən malların istehlak dəyəri ilə mübadiləsini nəzərdə tutur. Kapital ixracı
(xarici  investisiya  qoyuluşu)  isə  ölkənin  milli  dövriyyəsindən  kapitalın  bir  hissəsinin
çıxarılıb, digər ölkədə mal və ya pul formasında istehsal prosesinə keçirilməsidir. İlk əvvəl
kapital ixracı bir sıra sənaye cəhətdən inkişaf etmiş dövlətlər tərəfindən həyata keçirilirdi
və əsasən də müstəmləkə imperiyalarından müstəmləkə ölkələrinə doğru yönəlirdi. Burada
kapitalın ölkə daxilində və xaricdə gəlirlilik səviyyəsi arasındakı fərq mühüm rol oynayırdı
[3,s.97].
Dünya təsərrüfatının inkişafı kapital miqrasiyasının sərhədlərini əhəmiyyətli dərəcədə
genişləndirmişdir.  Hazırda  kapital  ixracı  istənilən  inkişaf  edən  iqtisadiyyatın  başlıca


AZƏRBAYCAN UNİVERSİTETİ
79

İPƏK YOLU 

2/2014
funksiyalarındandır. Belə ki, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan, xüsusilə Yeni
sənayeləşdirilmiş Ölkələr (YsÖ) kapitalı ölkədən kənara çıxarırlar.
Bununla bərabər qeyd edilməlidir ki, 70-ci illərdən yüksək inkişaf etmiş ölkələrə kapital
ixracı daha da güclənmişdir. Bu proses əsasən qeyd olunan ölkələrdə ciddi siyasi və iqtisadi
böhranların olmaması ilə əlaqədardır.
XX əsrin ikinci yarısından etibarən kapital ixracı daim artır. Kapital ixracı artım tempinə
görə həm əmtəə ixracını, həm də inkişaf etmiş ölkələrin Ümumi Daxili Məhsulunun  (ÜDM)
həcmini üstələyir. Hazırda kapitalın başlıca ixracatçıları yüksək inkişaf etmiş ölkələr, ilk
növbədə  “Böyük Yeddilik” ölkələri, eləcə də Yaxın Şərqin neft dövlətləridir. İqtisadi Əmək-
daşlıq və İnkişaf  Təşkilatının (oECD) hesablamalarına görə 2012-ci ildə inkişaf etmiş öl -
klələrdən kapital ixracının həcmi 800-900 milyard dollar olmuşdur. Eyni zamanda qeyd
edilməlidir ki, yüksək inkişaf etmiş ölkələrin öz aralarında da kapitalın fəal miqrasiyası
aparılır. Bu ölkələr arasında Amerika Birləşmiş Ştatları-Qərbi Avropa ölkələri-Yaponiya
üçlüyü xüsusi yer tutur. Ümumilikdə, bütün xarici investisiyaların 70 %-i sənaye cəhətdən
inkişaf  etmiş  ölkələrin  payına  düşür.  Əsas  kapital  idxal  edənlər  isə  Mərkəzi  və  Şərqi
Avropanın, Müstəqil Dövlətlər Birliyinin (MDB), eləcə də Amerika və Asiyanın inkişaf et-
məkdə olan ölkələridir. Bununla belə, inkişaf etmiş ölkələrdən ilk növbədə ABŞ, Böyük Bri-
taniya, fransa,Yaponiya bu baxımdan da liderliyi əldə saxlayır.
Azərbaycan Respublikası hazırda kapital idxal edən ölkədən artıq kapital ixrac edən ölkəyə
çevrilmişdir.  Keçid  dövrünün  ilk  illərində  iqtisadi  problemləri,  o  cümlədən  yeni
texnologiyaların tətbiqi, daha çox xərc tələb edən sənaye sahələrinin restruktizasiyası üçün
daxili ehtiyatlar kifayət etmirdi. Bu səbəbdən iqtisadiyyatın bütün sahələrinə, ilk növbədə isə
neft sektoruna iri həcmli xarici investisiya cəlb olunmağa başlamışdı. Bunun nəticəsində
ölkəmizin neftdən gələn gəlirləri ildən-ilə artmaqdadır. Məhz bu gəlirlərdən səmərəli istifadə
etmək üçün yaradılan Dövlət Neft fondunun vəsaitlərini düzgün istiqamətləndirməklə poten-
sial kapital ixracatçısına çevrilmişdir.
Beynəlxalq miqyasda kapital ixracının əsas səbəbləri dünya təsərrüfatının müxtəlif yer-
lərində kapitala olan tələblə təklifin uyğunsuzluğu və ölkələr arasında təbii sərvətlərin və
əmək resurslarının qeyri-bərabər bölgüsüdür.
Dünya ölkələrində kapital daha ucuz xammal və işçi qüvvəsi olan yerə ixrac edilir. Belə
ki, əlverişli investisiya mühiti, xüsusi iqtisadi zonalarda güzəştli investisiya rejimi, qəbul
edən ölkənin kapitalın donoru olan ölkədən daha aşağı ekoloji standartlara malik olması
şərtləri əsas götürülür.
Kapital ixracı xarici bazarlar uğrunda mübarizədə ölkələrin iqtisadi və siyasi mövqeyini
möhkəmləndirmək  məqsədilə  həyata  keçirilir.  Beynəlxalq  kapital  hərəkəti  müxtəlif  for-
malarda reallaşır. Yaranma mənbəyinə görə kapital ixracının dövlət və xüsusi formaları ola
bilər. Müasir dövrdə kapital ixracı üçün dövlət büdcəsinin vəsaitinin xeyli hissəsi sərf edilir.
Dövlət kapital ixracı əsasən göndərilən malları kreditləşdirmək vasitəsi kimi istiqrazlar və
xarici bankların cari hesablarına qoyuluşlar şəklində ixrac olunur.
Dünya ölkələrində kapitalın hərəkəti birbaşa investisiyalar; portfel investisiyaları (xarici


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə