İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə34/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   30   31   32   33   34   35   36   37   ...   66

AZƏRBAYCAN UNİVERSİTETİ
85

İPƏK YOLU 

2/2014
də hər bir müstəqil dövlətin özünü daxili imkanları hesabına ərzaq məhsulları ilə təmin etməsi
çox vacibdir [3, s.261]. 
Yeyinti  məhsullarının  istehsalı  ərzaq  təhlükəsizliyi  probleminin  mühüm  tərkib
hissələrindən biridir. Buna görə də ərzaq təhlükəsizliyinin təmin olunmasında qarşıda duran
əsas məsələlərdən biri ölkədə yeyinti məhsulları bazarının mövcud vəziyyətinin təkmil-
ləşdirilməsidir. 
Respublikamızın  və  xarici  ölkə  alimlərinin  əsərlərinin  çox  böyük  nəzəri  və  təcrübi
əhəmiyyətini azaltmadan qeyd edək ki, yeyinti məhsulları bazarının inkişaf perspektivləri
xüsusi məqalə predmeti olmamışdır. Bütün bunlar məqalə mövzusunun seçilməsi zəruriliyini
şərtləndirmişdir.
2. AZƏRBAyCANIN yEyİNtİ SƏNAyESİ 
Müstəqil Azərbaycan mövcud sosial-iqtisadi həyatın bütün sahələrində hərtərəfli, geniş
və dinamik inkişaf yolundadır. Artıq ölkə ərzaq, enerji və nəqliyyat təhlükəsizliyini təmin
edərək öz siyasi və iqtisadi müstəqilliyinə nail olmuşdur. Lakin müasir qloballaşma prosesi
daim irəli getməyi tələb edir. odur ki, elmin nailiyyətlərinin və innovasiyaların geniş tətbiqinə
nail olmaqla, dayanıqlı inkişaf etmək və gələcək iqtisadi-siyasi prosesləri görmək, orada baş
verən dəyişikliyə uyğun təşkilati-iqtisadi xarakterli kompleks tədbirlərin işlənilməsi və həyata
keçirilməsinə nail olmaq həlledici şərtdir [2, s. 2].
2.1 Dövlət Proqramı  
İqtisadiyyatın liberallaşdırılması, əmtəələrin, kapitalın və texnologiyaların sərbəst hərəkəti
qloballaşma prosesinin xarakterik xüsusiyyətləri kimi şərtlənməklə bir sıra hallarda planlı
təsərrüfatdan yeni iqtisadi sistemə keçən ölkələrdə strateji maraqların qorunması baxımından
ziddiyyətli təzahürlər doğurur. Elə buna görə də həmin ölkələrdə iqtisadi təhlükəsizlik prob-
lemləri aktuallaşır [6, s.317]. Qloballaşma prosesinin doğurduğu neqativ meyillər daxili və
xarici rəqabətin əlverişsiz təzahürlərinə səmərəli reaksiya verməyi çətinləşdirdikcə, ayrı–ayrı
istehsal sahələrinin qeyri-tarazlı inkişafı, istehsalın yetərincə stimullaşdırılması, daxili bazarın
çevik və səmərəli şəkildə qorunmaması, aqrar sahədə qloballaşma prosesinin doğurduğu
destruktiv təzahürlər milli ərzaq təhlükəsizliyi problemini aktuallaşdırmışdır. Bu prosesdə
baş verə biləcək neqativ halların qarşısını almaq, ölkədə etibarlı ərzaq təminatı yaratmaq
məqsədi ilə hələ 7 il əvvəl “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilmiş və həmin proqram uğurla həyata
keçirilməkdədir. Başqa sözlə, Azərbaycan əhalisinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi
siyasətinin başlıca istiqamətlərindən biridir. Adı çəkilən proqram çərçivəsində ölkəmizdə bir
sıra  önəmli  investisiya  layihələrinin  həyata  keçirilməsi,  kənd  təsərrüfatı  istehsalçılarına
yardım mexanizminin formalaşması, beynəlxalq təşkilatlarla regional layihələrin icrası res -
publikamızda kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalının əhəmiyyətli dərəcədə art-
masına təminat yaratmışdır [5, s.138].
Dövlət Proqramının əsas məqsədi ölkənin hər bir vətəndaşının sağlam və məhsuldar həyat
tərzi üçün onun qəbul edilmiş normalara uyğun ərzaq məhsulları ilə tam təmin edilməsinə
nail olmaqdır. Bu məqsədə nail olmaq üçün Dövlət Proqramı çərçivəsində aşağıdakı və -
zifələrin yerinə yetirilməsi nəzərdə tutulub:



İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
86
 ölkədə ərzaq məhsulları istehsalını artırmaq;
 əhalini təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək;
 ərzaq təminatı sahəsində risklərin idarə olunmasını təmin etmək;
 ərzaq təminatı sisteminin institusional inkişafını həyata keçirmək və sahibkarlıq
mühitini yaxşılaşdırmaq.
Qeyd olunan vəzifələrin yerinə yetirilməsi üçün bu sahədə həyata keçirilmiş tədbirlər
ölkədə  sabit  və  adekvat  ərzaq  təklifinin  formalaşdırılmasına,  səmərəli  istehsal  və  satış
infrastrukturunun yaradılmasına, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin tək-
milləşdirilməsinə  və  hər  bir  vətəndaşın  ərzaq  məhsullarına  çıxışının  təmin  olunmasına
yönəldilmişdir [4, s.295].
2.2 Azərbaycanın yeyinti Sənayesinin Statistik Xülasəsi
Azərbaycan Respublikası Dövlət statistika komitəsinin rəsmi məlumatlarına görə, təkcə
2000-2010-cu illər ərzində bütün təsərrüfat kateqoriyaları üzrə ümumi məhsulun həcmi 3,7
dəfə artmışdır. Həmin dövrdə kənd təsərrüfatı müəssisələrinin sayı 8,1 dəfə, fərdi sahibkarlar,
ailə - kəndli və ev təsərrüfatlarının sayı 3,6 dəfə artmışdır. 2011-ci ildə əvvəlki ilə nisbətən,
kənd təsərrüfatında ümumi məhsulun həcmi 5,8 %, o cümlədən bitkiçilik məhsulları 8%,
heyvandarlıq məhsullarının istehsalı isə 3.5 % artmışdır. Bütün bu naliyyətlərə baxmayaraq,
təkcə 2006-2010-cu illərdə ölkəmizə gətirilən (idxal olunan) hazır ərzaq məhsullarının, spirtli
və spirtsiz içkilər, sirkə, tütün və s. həcmi 2,6 dəfə artmış və onların idxaldakı xüsusi çəkisi
2006-cı ildə 5,2 % dən 2010-cu ildə 9,3 % -ə çatmışdır. 2010-cu ildə ölkə idxalında bütün
növ  yeyinti  məhsullarının  xüsusi  çəkisi  18,6  %  təşkil  etmişdir  ki,  bu  da  2006-cı  illə
müqaisədə 8% çoxdur [1, s.8]. 
2009-cu ildə qida məhsullarından şəkər istehsalı 16.5 faiz artaraq 314.9 min ton, çay 8.3
faiz artaraq 7.7 min ton, ət 2.8 faiz artaraq 159.5 min ton, süd 3.0 faiz artaraq 61.7 milyon
dkl, kərə yağı 0.9 faiz artaraq 14.2 min ton, şampan şərabı 17.7 faiz artaraq 42.2 min dkl,
pivə 9.5 faiz artaraq 3.5 milyon dkl, araq 15.6 faiz artaraq 865.5 min dkl olmuşdur. 2010-cu
ildə emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 2,4%, içki istehsalı 11,8%
artmışdır. 2011-ci ildə emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 6.3 faiz,
içki istehsalı 10.2 faiz artmışdır [4, s.297].
ARDsK-nin məlumatlarına görə, 2011-ci ildə həmin kateqoriyadan olan məhsulların
idxalı xeyli azalmışdır. Bütün bu faktlar onu göstərir ki, hələ də ölkəmizdə yeyinti məh-
sullarına olan təlabat yerli istehsal hesabına tam təmin edilmir. Digər tərəfdən, dünyada
davam edən iqtisadi və maliyyə böhranı, dünya ərzaq bazarında müşahidə olunan qeyri-
sabitlik  Azərbaycanda  da  yeyinti  məhsullarının  qiymətinə  öz  təsirini  göstərir.  Belə
vəziyyət daxili yeyinti bazarının idxaldan asılılığının maksimum dərəcədə azaldılmasını
və müvafiq ehtiyatların yaradılmasını tələb edir ki, buna da sahədə formalaşan mövcud
çeşid siyasətinin və yeyinti məhsullarının keyfiyyətinin idarəedilməsi mexanizminin tək-
milləşdirilməsi yolu ilə nail olmaq mümkündür. Beləliklə, ölkəmizin yeyinti sənayesində
qeyd edilən istiqamətlərdə dərin və kompleks xarakterli elmi tədqiqatların aparılması
əsasında əməli xarakterli təklif və tövsiyələrin işlənib hazırlanmasına zəruri ehtiyac duyulur
[6, s.319].


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə