İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ


n  İPƏK YOLU  n  2/2014 İQtİSADİyyAtIN RASİONALLIQ MƏSƏLƏSİ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə28/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   24   25   26   27   28   29   30   31   ...   66

AZƏRBAYCAN UNİVERSİTETİ
71

İPƏK YOLU 

2/2014
İQtİSADİyyAtIN RASİONALLIQ MƏSƏLƏSİ
Ağanemət AĞAyEv
İqtisad üzrə fəlsəfə doktoru
Rəyçi: 
Açar sözlər: iqtisadiyyat, iqtisadi münasibətlər sistemi, iqtisadi davranış
Kamil iqtisadi davranışların platforması
İqtisadi sistem bütövlükdə iqtisadi davranışların rasional təşkilindən asılıdırsa, iqtisadi
davranışların özü onların reallaşdığı platformadan irəli gəlir. Yəni, şəxsin (bəsit anlamda in-
sanın, nisbətən mürəkkəb anlamda firmanın) iqtisadi davranışının oblastı onun sosial-iqtisadi
təbiətini və nəticələrini müəyyən edir.
İnsan elə bir əqli potensiala sahibdir ki, o, təkcə “olar”larla “olmaz”lar, yəni yaxşı ilə pis
arasında seçim etmək istedadına malik deyildir. o, həm də çoxlu “olar”lar arasında ən rasi -
onalını, başqa sözlə yaxşılar arasında ən yaxşısını (ən azından ən yaxşıya yaxın olanını) seçə
bilmək qüdrətinə malikdir. Bu, insanı digər canlılardan fərqləndirən ən ali xüsusiyyətlərdən
biridir.
Məhz, yaxşılardan ən yaxşısını seçə bilmək istedadı, insanı yaxşılardan ibarət oblasta
aparır. Başqa sözlə, bu oblasta fərdin davranış funksiyası həmişə müsbət qiymət alır, yaxud
bu oblasta fərdin davranış funksiyasının mənfi qiymət alması şansı sıfra bərabərdir. Bu plat-
formada insanın davranışlarının, o cümlədən iqtisadi davranışlarının nəticəsi mütləq yaxşıdır:
minimum yaxşı, maksimum isə ən yaxşı.
Məhz bu oblast və ya platforma rasional və ya kamil iqtisadi davranışların platforması ad-
lana bilər.
İnsan və iqtisadiyyat
XiX-XX əsrlərdə yaşamış rus filosofu Nikolay Aleksandroviç Berdyayevin iqtisadiyyata
yanaşması xüsusilə diqqəti çəkir. 
filosof iqtisadiyyata ictimai münasibətlər sistemində belə yanaşır: “Çətin ki, iqtisadiyyat
yeni insan formalaşdıra bilsin. İqtisadiyyat həyatın məqsədi deyil, vasitələri sırasına aiddir.
Nə vaxt ki, onu həyatın məqsədinə çevirirlər, o zaman insaniyyətin tənəzzülü başlayır” [1].
Bu yanaşmadan görürük ki, müəllif iqtisadi münasibətlər sisteminə insani münasibətlər
sisteminin üst elementlərindən biri kimi baxır. Ən əsası da odur ki, iqtisadi münasibətləri so-
nuncu üçün köməkçi, tamamlayıcı hesab edir.
Əslində, bu, iqtisadiyyata daha üstün insani dəyərlər (hansı ki, biz bunu çox ümumi ifadə
ilə əxlaq adlandıra bilərik) çərçivəsində yanaşmanın bariz misalıdır. Deməli, iqtisadi müna-
sibətlər sistemi, o cümlədən onun bazis hərəkətverici elementi olan iqtisadi davranışlar öz
formasını əxlaqi çərçivədə müəyyən etməlidir.
Müəllifə görə, əks halda bu, insaniyyətin tənəzzülü ilə nəticələnəcəkdir. Başqa sözlə ifadə
etsək, iqtisadi davranış və onun mahiyyəti insaniyyət üçün, onun həqiqi məqsədləri üçün ya
köməkdir, ya da maneə, üçüncü hal yoxdur.



İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
72
Necə ki, XiX-XX əsrlərdə yaşamış tanınmış fransız siyasi xadimi Jan Jores iqtisadiyyat
haqqında yazırdı: “İnsanda belə bir vəhdət mövcuddur: insan özü ilə iqtisadi mühitinin
qarşılıqlı vəhdətindədir. Hansı ki, insanın iqtisadi həyatını onun mənəvi həyatından ayırmaq
mümkün deyildir. İnsanın mövcudiyyətini iki hissəyə - ideal həyata və iqtisadi həyata ayır-
maq mümkünsüzdür” [1].
İqtisadiyyatın, onunla bağlı münasibətlər sisteminin təbiəti barəsində təqdim olunan bu
yanaşmaları ümumiləşdirsək, deyə bilərik ki, insanın iştirak etdiyi iqtisadi münasibətlər sis-
temi onun mənəvi (qeyri-iqtisadi) münasibətlər sistemini daim təqib edir. Təbiətən ayrılmaz
olan bu hissələr yalnız və yalnız insani norma və çərçivələr, başqa sözlə əxlaq dairəsində
sağlam sinerjiyə malik ola bilərlər. Əks halda onlar bir-birlərini puç etməklə, ümumilikdə
insaniyyətin tənəzzülü ilə nəticələnəcəklər.
İqtisadi davranışın əsas rasionallıq şərti
İqtisadiyyata və ya iqtisadi münasibətlərə belə bir tərif vermək də doğru olardı: iqti-
sadiyyat ehtiyac və istəklərin reallaşması üçün resursların əldə edilməsi və istifadə edilməsi
ilə bağlı münasibətlərdir.
Bu prizmadan yanaşsaq, resursların əldə edilməsi və istifadəsi məsələlərinin, yəni iqti-
sadiyyatın rasionallığı ehtiyac və istəklərin rasionallığı ilə bağlıdır. Təbii ki, iqtisadiyyata
daha geniş anlamda baxdığımızda. fikrə misalla konkretlik gətirək. Məsələn, şəxs başqasının
bank hesabında olan böyük miqdarda vəsaitin ələ keçirilməsi, oğurlanması yolu ilə varlan-
maq istəyinə sahibdir. Bunun üçün o, ən qabaqcıl informasiya texnologiyaları ilə bağlı bi-
liklərə malik olmalı olduğunu anlayır. o, ən mötəbər mənbələrdən təlim almaq, savadlanmaq
qərarına gəlir, leqal, doğru yolla pul əldə etmək məqsədilə çalışmağa başlayır. 
İllər keçir, o, ağır zəhmətlə, əzmlə savad qazanır. Nəhayət, bir gün “böyük” planının re-
allaşdırılması zamanı gəlir. o, illərlə əldə etdiyi savadının müqabilində arzularında yaşatdığı
cinayəti  həyata  keçirir.  Bir  müddətdən  sonra  yaxalanır  və  ömrünü  dəmir  barmaqlıqlar
arasında haçansa azadlığa qovuşmaq, bir daha həmin cinayəti təkrarlamaqla firavan həyata
sahib olmaq arzusu ilə sona yetirir.
Konkret bu misalda şəxsin davranışına, bu davranışın tərkib hissəsi olan iqtisadi müna-
sibətlərə rasionallıq və qeyri-rasionallıq tərəflərindən qiymət versək, görürük ki, savad və
təhsil qədər ali insani dəyərlərin özü belə, bu dəyərlərə sahib olmaq üçün zəruri resurslara
sahib olmaq məqsədilə çalışmaq belə, qeyri-rasionaldır, puçdur. 
Əcəba, nədir bu ali dəyərləri qeyri-rasional edən? Cavab isə sadədir: son hədəf, son
niyyət. Aralıq hədəflər, aralıq niyyətlər isə davranışlara qiymət vermək üçün yetərli deyildir.
Burada önəmli olan əməl və hərəkətlərin, habelə onlardan da daha bazisdə yerləşən
ehtiyac və istəklərin təbiətidir. Bu baxımdan iqtisadi münasibətlərin rasionallığı insanın
ehtiyac və istəklərinin kamilliyindən bilavasitə asılıdır. Başqa sözlə, iqtisadi davranışın ra-
sionallıq dərəcəsi ruhun, niyyətin, hədəfin kamillik dərəcəsindən birbaşa asılı kəmiyyətdir,
deyə bilərik. Məhz, bu asılılıq iqtisadiyyatı mənəviyyat və mənəviyyatsızlıq, halal və haram,
“olar”lar və “olmaz”lar, pislər və yaxşılar təzadında öyrənməyin zəruriliyini sübuta yetirir. 
İstedad - kamil iqtisadi davranışın səbəbi və nəticəsi kimi
Burada istifadə olunan əsas məfhum kimi “istedad” anlayışına tərif verək:


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə