İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə47/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   43   44   45   46   47   48   49   50   ...   66

Ve günəş doğarkən mən bir gecəni,
Bir uzun gecəni yenə yuxusuz,
Ağrılar içində keçirmişəm.
Düşünmüşəm həsrəti, ölümü,
Səni, məmləkəti və dünyamızı. (9, s. 319)
Şair məmləkətini, vətənini ağarmış saçlarında, alnının qırışlarında axtarır:
Məmləkətim, məmləkətim, məmləkətim!
Nə səndə tikilən papağım qaldı,
Nə yollarını ölçmüş ayaqqabım.
Şilə (Türkiyədə rayon adı) malı, son pencəyim
Köhnəldi, düşdü çiynimdən.
Sən indi qalmısan ancaq
Saçlarımın ağında,
Ürəyimin infarqtında.
Alnımın qırışlarındasan, məmləkətim!
Məmləkətim, məmləkətim! (9, s.335).
Həsrət motivləri Nazim Hikmətin şeir dünyasında paradoksallıq yaradır: «Həsrətin kök-
sümdə tonqal kimidi» deyən şair İstanbul üçün darıxır, onun həsrətini çəkir. «Praqada vaxtlar»
şeirində faustun evinin təsvirində:
Qapını çalıram.
Bu evdə mən də sənət verəcəyəm şeytana.
Mən də qanımla imzaladım sənədi.
Nə qızıl istəyirəm ondan,
Nə ağıl, nə də gənclik.
Həsrət boğaza gəldi,
Mən pəs!
Məni İstanbula aparın bir saatlıq...  (9, s.362).
Şairin şeirlərində vətənə sevgi torpaqdan, təbiətdən ayrı tərənnüm olunmur. sanki təbiət
mənzərələrinin tərənnümündə intizar sədalarının səsi eşidilir:
Orda ən yumşaq, ən sərin
Ən tutumlu, ən comərd.
Ən sevən, ən böyük, ən gözəl qadın;
TOPRAQ
Doğmaq üzrə idi, doğmaq.
Böyük mütəfəkkir şair Azərbaycanla çox bağlı olmuşdur. Bu diyarın şəhərləri, qəsəbələri,
kəndləri, dənizləri və s. onun poetik fikir dünyasında özünə yer edə bilmişdir. Bu tipli poetik
inciləri də Nazim Hikmət şeirlərində ikinci vətənə sevgi hissləri kimi qiymətləndirmək lazım
gəlir.
«Gecə vaxtı Bakı» şeirinə nəzər salaq:
Gecə vaxtı, zil qaranlıqda
Ulduzsuz axır dənizə qədər
AZƏRBAYCAN UNİVERSİTETİ
117

İPƏK YOLU 

2/2014


Günəşli buğda zəmisidir Bakı şəhəri.
Təpədəyəm
Ovuc-ovuc çarpar üzümə işıq dənələri
Havada rast peşrəvi Bosforun suları kimi axar.
Təpədəyəm
Uzaqlaşır ucsuz-bucaqsız ayrılıqda
Bir sal kimi ürəyim,
Gedər xatirələrin gerisinə,
Ulduzsuz, axır dənizə qədər
Zil qaranlıqda (9, s.363).
Vətəndən kənarda məcburi sürgün həyatı keçirən şair:
Vətən, sənə oğul layiq görülsəm,
Kərpiç olub divarına hörülsəm,
Əgər bir vaxt torpağına gömülsən,
Məzar daşım qalxanına dönəcək.
Anam Vətən, adım tutdum annəmlə,
Artdı sevgim bir el qızı-sonamla.
Gərək olsa al qanımdan son damla,
Bayrağında əlvan rəngə çönəcək.
deyərək Bursa həbsxanasından hayqırırdı.
Şairin «İnsan mənzərələri» şeirlərində də vətənə, torpağa sevgi hissi mükəmməl və
əzəmətlidir. o, vətən torpağında keçirdiyi günləri xatırlayır.
Şairin sevgi çələngində Anadolu mühüm yerlərdən birini tutur. o, şeirlərində məmləkəti
əsir edən yadellilərə qarşı milləti döyüşə çağırırdı.
Gözəlik vurğunu Nazim Hikmət həyatda olduğu kimi, şeirlərində də həyatın gerçəklik-
lərini üzə çıxarırdı. «Həbsxanadan məktublar» silsiləsində vətən, məmləkət böyük duyğu-
larla tərənnüm olunur.
vətənin aclarını, fəlakətlərini görəndə Nazim Hikmət dözə bilmir, «Acların göz-bəbək-
ləri»ni  vətən  torpağının  harınlaşmışları  ilə  müqayisə  edir,  qarşılaşdırır.  Anadolu  və
volqaboyu aclarına həsr edilmiş şeirlərində həsrət, ağrılıq motivləri güclüdür:
Hələ onlarda elə bir ağrı var ki,
Onlar
Elə baxarlar ki,
Ağrımaz böyük
Böyük,
Böyük. (11, s.56)
Yaşamağı həm də sevməkdə (şübhəsiz ki, vətəni də sevmək) görən şair həbsdə olduğunun
on birinci ilində Bursa həsxanasından yazırdı ki, cürbəcür şəkildə yaşamaq mümkündü. Həy-
atı  hiss  eləmədən  yaşamaq,  həyatın  böyüklüyünü,  əzəmətini  duymadan  ömür  sürmək.
Bəşərin çox hissəsi belə yaşayır...Yaşamaq xoşbəxtliyini başa düşə –düşə də ömür sürmək

İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
118


mümkündü-  harada  olsan  da,  necə  yaşasan  da  düşünəsən,  oxuyasan,  sevəsən,  mübarizə
aparasan, görəsən, eşidəsən, işləyəsən, əzab çəkəsən, nifrət edəsən. (3, s.112)
«Məhəbbət, sevgi bütöv bir aləmdir!» Şairin kredosu vətənə də, vətənin torpaqlarına,
təbiətinə və sairə də yönəlir. «Düşünərək yaşamaq lazımdır, düşünərək işləmək lazımdır» Bu
hisslərdən kənar adamları şair «vətəni düşünməyənlər» sanırdı. «vətən səni düşünənlər
azalmış; Bu dünyanın işi nədən qaralmış!». «Qara qüvvə» şeirində də yurdun bəlalarına nifrət
yağdırır:
Neçə əsrdən bəri, nə qədər ildən bəri,
Asılıb yurdun üstən bir gecə qaranlığı!
Bu yerin boğazını boğub onun əlləri
Onun qara əlindən bu xalqın qanı axır.  (5, s.168)
Radi fiş «Nazim Hikmət» adlı kitabının altıncı bölümünü «hər əsrdən bir yetişən» şairin
vətənə qayıtmasından bəhs edir. Nazim Hikmətin 1928-ci ildə Bakıda nəşr edilmiş «Günəşi
içənlərin  türküsü»  kitabının  motivlərinə  əsaslanaraq  yazır  ki,  «o,  öz  poeziyasına  hansı
qüvvələrin qovuşduğunu bilirdi. vətənində isə Nazimin təzə şeirlərindən heç kəsin xəbəri
yox idi. vətənə qayıtdıqdan sonra bir neçə ay keçəndən sonra azadlığa çıxa bildi. (4, s. 26)
«Dil və ahəngi ilə əkizlər kimi bir-birinə bənzəyən ölüvay şeirlər arasından Nazim Hik-
mətin səsi mis lövhə üzərinə min at qüvvəsinə madik çəkic zərbəsi dəyən kimi gurlayırdı.
onun şeirləri vətənin azadlığından başqa bir qanun tanımırdı. səsin və hissin azadlığından.
o əsl demokratiyanı şeir dililə səsləndirən yeganə şair idi. Nazim Hikmət təzəlik tərən-
nümçüsü idi» (sədri Ertem).
sədri Ertemin Nazim Hikməti haqqında fikrində hissin azadlığı vətən sevgisinin azadlığı
bir sırada götürülür. Azadlıq vətəndən ayrılmazdır, vətən azadlıqsız nədir?
Şairin 30-cu illərdə çap edilmiş «Bu da üçüncü», «səsini itirmiş bəşər», «Gecəni keçmiş
teleqram» kitablarında vətənə sevgi hissiləri aşılayan parçalar istənilən qədərdir.
orxan Kamal Bursa həbsxanasından öz qadınına yazdığı şeiri örnək göstərərək Nazim
Hikmətin səmimi bir insan olduğunu xatırlayır, onun insana sevgisini qiymətləndirir:
Bu qədər sevmirdik bir-birimizi,
Bəlkə də illərlə uzaq olanda
Sevgi birləşdirib necə də bizi.
Ayrılıq aranı belə alanda
Bütün hər şey hələ qabaqda idi. (5, s. 207)
«Nazim Hikmətin Bursa həbsxanasında on il ərzində göstərdiyi məhəbbət rəşadətinin arx-
asında böyük bədbəxtlik gizlənmişdi, «və ən dəhşətli kədər, ayrılığın möhnəti» sonralar neçə
nəslin oxuyub özünü tanıyacağı, insanlar arasında münasibətlərin ən yüksək forması kimi,
məhəbbətin möcüzəsinə çatacağı, böyük vüqarla özünün insanlığını dərk edəcəyi həmin şeir-
ləri yaratmışdır» (5, s. 222).
Bu sevgini, məhəbbəti yalnız insan münasibətləri ilə məhdudlaşdırmaq doğru olmazdı.
Burda vətən məhəbbəti, ayrılıq motivləri də üstünlüyü ilə fərqlənir. Həbsxanadan yazdığı
məktublarda da vətəndən ayrı düşməyindən sonsuz dərəcədə gileylənir, vətən, ailə üçün
darıxdığını həyat yoldaşına israrlayır. onun məğrur vətən harayı «Dənizə dönmək istəyirəm»
AZƏRBAYCAN UNİVERSİTETİ
119

İPƏK YOLU 

2/2014


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə