İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə46/66
tarix08.07.2018
ölçüsü2,31 Mb.
#54602
1   ...   42   43   44   45   46   47   48   49   ...   66

Toxuma, torpağa, dənizə inan,
İnsana hamısından əvvəl.
Buludu, maşını, kitabı sev,
İnsanı hamısından əvvəl.
Quruyan budağın,
sönən ulduzun,
Şikəst heyvanın 
kədərini duy.
Amma hamısından əvvəl insanın.
Sevindirsin səni qoy bütün nemətlər,
Sevindirsin səni qoy qaranlıq və aydınlıq,
Sevindirsin səni qoy dörd mövsim,
Amma hamısından əvvəl qoy insan sevindirsin səni,
Məməd,
Məmləkətlər içində bir şirin məmləkətdir
Türkiyə,
Bizim məmləkət (9, s.251).
«Məmləkət», «vətən» kəlmələri eyni məna yükünü daşıyır. Bir məmləkət kimi böyük
Türkiyə sevgi dünyasında insanların güvənc yerinə çevrilir, poetik duyumlar damla-damla
ruhlara hopur.
Nazim  Hikmətdə  vətən  sevgisi  sonsuzdur.  onun  şeirlərinin  birini  çap  edən  həftəlik
«Maqazin» qəzeti onun vətən sevgisini bu cür yazmışdır: «Bu məmləkət və bu məmləkətin
insanlarının məhəbbətini bu qədər dərindən əks etdirən bir şeir oxuyubsuz? Barmaq şairləri
hecaçılar, failatun dümbəkçiləri və böyük şair Nazim...» (2, s. 84).
Nazim  Hikmət  dəmir  barmaqlıqlar  arasında  düşünərkən,  Məmədə  yazdığı  son  mək-
tubunda da öz həsrətini gizlətmir.
Məməd,
Mən dilimdən, 
Nəğmələrimdən,
Duzumdan, çörəyimdən
uzaqda,
Sənə həsrət, anana həsrət,
Yoldaşlarıma, xalqıma həsrət
Öləcəyəm  (9, s.252).
Vətəni yuxularında görən şair:
Amma sürgündə yox,
Qürbət ellərdə yox,
Öləcəyəm röyalarımın ölkəsində  (9, s.252)
Başqa bir şeirində Nazim Hikmət «həsrət» anlayışını bədii cəhətdən təyinləşdirərək güclü
epitet yaradır:

İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
114


Qarşı sahil məmləkət,
Səsləyirəm Varnadan:
Eşidirsənmi
Məməd, Məməd?
Qara dəniz axır durmadan,
Dəli həsrət, dəli həsrət...
Oğlum, səni səsləyirəm, eşidirmisən, 
Məməd, Məməd?  (9, s.294).
Buradakı «dəli həsrət» müqəyyəd epitetdir. Epitetin təkrarı şeirin emosionallığını bir daha
artırmışdır.
«Məni şam ağacından bir tabutda, Anadolu yaylasında basdırılmağımı istəyirəm» deyən
şair vətənini nə qədər sevir, yad ellərdə olanda da, ömrün sonunu öz torpağında başa vurmağı
diləyir, arzulayır. «Dəniz haqqında» şeirində bu fikri, bu istəyi səsləndirən şair başqa bir
şeirində - «vəsiyyət» şeirində də eyni istəyi, arzunu oxucuların diqqətinə çatdırır:
Yoldaşlar, qismət olmazsa görmək o günü.
Ölərsəm qurtuluşdan əvvəl yəni,
Aparın
Anadoluda bir kənd qəbristanlığında basdırın məni!
Poetik mətninin başlanğıcında da eyni misra sonda da öz ifadəsini tapır:
Yoldaşlar, ölərsəm o gündən əvvəl yəni,
-elə də görünür,-
Anadoluda bir kənd qəbristanında basdırın məni
Və təsadüfən
başımın üstündə bir çinar olarsa 
daş-maş da istəməz  (9, s.247).
Belə bir ustalıq poetik mətnin qurulmasında, təşkilində Nazim Hikmət ustalığı təkcə
vətənin-  doğma  yurdu  hərtərəfli  tərənnüm  etməklə  bitmir,  həmçinin  də  mətnyaradıcı
funksiyaları, imkanları çox gözəl bilməsi, əlaqələndirməsi ilə də xarakterizə oluna bilir.
Böyük,  milli  şairin  vətən  sevgisi  dövrün  tanınmış  yazarların  da  diqqətindən  yayın-
mamışdır.  Bu  xüsusda  Zəki  Baştimar  yazır:  «Şairin  sevgisi  Məcnunu  Kərəmi  yandıran
sevgidən daha ülvi, daha dərindir. Bu sevgi milyonları aparan vətən sevgisi qədər təyyarəsi
və bombaları ilə düşmən toplarının ortasında patlayan Qastellonun sevgisi qədər əsl ölçüsüz
bir sevgidir. Bu bir həyat sevgisidir ki, ölümə gözəllik verir... Həyata, vətənə qarşı tükənməz
sevgi Nazimə daima yeni qalmanın, daima yeni yaratmanın tilsimini vermişdir...» (1946)  (2,
s. 100).
Nazim Hikmət «İstiqlal» şeirində Misirli qardaşına müraciət edir, torpağa susayan, qana
susayanlarla barışmaz mövqe tutduğunu nəzərə çatdırır, vətənin azadlığını önə çəkir, azadlıq
sevgilimiz kimidir, bir dəfə aldatdınmı, bir də çətin dönər.-deyir və belə bir nəticəyə gəlir:
İnsanın yurdu bir qat daha özünün olur
Torpağına, suyuna qarışanda qanı.
Yaşadım,
AZƏRBAYCAN UNİVERSİTETİ
115

İPƏK YOLU 

2/2014


deyə bilməz
Azadlığı sevməyi bacarmayan millət,
Vətəni üçün ölməyi bacarmayan millət!... (9, s.282)
sonuncu misra vətəni üçün ölməyi bacarmaq lazımdır kimi ali fikri təlqin edir, insanları
buna hazır olmağa səsləyir.
Ayrılıq! Ümid! Zaman-zaman bu anlayış Türkün manilərində, bayatılarında, başqa folklor
örnəklərində vəsf olunub. «Aman ayrılıq!»
Vətən deyib ağladım,
Ürəyimi dağladım.
Dedilər, yol açılır,
Ümidə bel bağladım.
Şairin «Memetə son məktub»unda ayrılıq, qəriblik notları «boy göstərir»:
Anan...
Ayrıldıq bir səhər 
görüşək deyə,
Görüşə bilmədik.
Ölümdən, oğlum, qorxmuram mən,
Amma nəçə olsa da
iş üstündə bazən,
diksinib birdən,
Yahud yalnızlıklarında akşam saatlarının
çətin olur günləri saymak. (9, s.251)
Nazim Hikmətin obrazlılığı, dərin assosiasiya yaratması ilə seçilən «Dağın üstündə»
şeirində vətən ayrılığı tərənnüm obyektinə çevrilir:
Dağın üstündə...
Axşam günəşi ilə yüklü bir bulud var
Dağın üstündə...
Bu gün də...
Sənsiz, yəni yarı yarıya, dünyasız keçdi
Bu gün də..
Bir azdan açar
Qırmızı-qırmızı...
Bir azdan açar kecə çiçəkləri qırmızı-qırmızı.
Daşıyar havamızda səssiz, igid qanadlar
Vətən ayrılığına bənzəyən ayrılığımızı (9, s.308).
Ümidə bel bağlayan şair «Ümid» şeirində günəş doğarkən ümidlərin göyərməsinə işarə
edir, hər şeydən öncə öz doğma məmləkətini də düşünür:
Günəş doğarkən quşlar ötüşər
Günəş doğarkən, günəş doğarkən
Gənc bir ana görpəsini əmizdirər.

İPƏK YOLU 

2/2014
AZƏRBAYCAN UNİVERSİTETİ
116


Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə