İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»


Mülkiyyət anlayışı və onun məzmunu



Yüklə 152,03 Kb.
səhifə14/56
tarix11.05.2022
ölçüsü152,03 Kb.
#86462
1   ...   10   11   12   13   14   15   16   17   ...   56
1-11

Mülkiyyət anlayışı və onun məzmunu

Mülkiyyət bütün iqtisadi sistemlərin əsasıdır. Mülkiyyət münasibətlər sistemidir. Dünyanın görkəmli elm xadimləri mülkiyyətin fəlsəfi, iqtisadi, hüquqi mahiyyətini və onun cəmiyyətin həyatında oynadığı rolunu açıb göstərmişlər. Mülkiyyət əşya, predmetlərlə bağlı olsa da o, əşya, şey deyildir. O, insanlar arasında sosial-iqtisadi münasibətdir. İqtisadiyyat elmi mülkiyyətə çox mühüm bir kateqoriya, münasibət kimi baxır.

Mülkiyyət – istehsal vasitələri və istehsalın nəticəsi olan məhsullar (nemətlər) və xidmətlərin müəyyən ictimai formada mənimsənilməsidir. İctimai formada mənimsəmənin müxtəlif formalarda olduğunu başa düşmək üçün aşağıdakı sualların cavablarına fikir vermək lazımdır. Bu müəssisə kimindir? –Mənimdir! Bu müəssisə kimindir? – Sahibkarındır! Bəs bu müəssisə kimindir? – Bizimdir! O müəssisə kimindir? – Dövlətindir və s. Burada mənimdir, sahibkarındir, bizimdir və dövlətindir ifadələri mənimsəmənin (mülkiyyətin) müxtəlif formalarda olduğunu ifadə edir.

Mülkiyyət həm də hüquqi kateqoriyadır. Bu müəyyənlikdə mülkiyyət sahib olmaq, sərəncam vermək və istifadə etmək kimi hüquqi anlayışlarda ifadə olunur.

Mənimsəmə - mülkiyyət obyektinin digər subyektlərdən ayrılaraq hüquqi sənədlər əsasında xüsusi mülkiyyətə kiminsə sahibliyinə keçməsidir.

Sahibolma – tam və natamam ola bilər. Tam sahiblikdə mülkiyyətçi mütləq mənimsəmə hüququna malik olur. Natamam sahiblikdə isə torpaq, müəssisə, xidmət obyekti mülkiyyətçisi öz obyektinin yalnız bir hissəsinə sahiblik edərək, digər hissəsini başqasına verə bilər.

İstifadə - əmlak və əşyalardan öz təyinatına görə faktiki istifadə edilməsidir, həmçinin mülkiyyətin, sahibolmanın həyata keçirilməsi reallaşdırılması formasıdır. Deməli, sahibolma mülkiyyətin funksiyasıdır, istifadəetmə isə sahibolmanın funksiyasıdır.

Sərəncam – mülkiyyət obyektinin fəaliyyətinə göstəriş vermək barədə sahibkarın yaxud onun tapşırığı ilə digər şəxsin qərar qəbul etməsidir. Bu zaman sərəncam verən, mülkiyyət formasından asılı olaraq dövlət məmuru, xüsusi şəxslər, fiziki və hüquqi şəxslər ola bilər.

Hər bir cəmiyyətdə qanunvericilik əsasında mülkiyyətin formaları sistemi təsdiq edilir. Mülkiyyətin mənimsənilməsi üsuluna uyğun olaraq onun fərdi, kollektiv və dövlət formaları vardır.

Mülkiyyət formaları bir vəziyyətdən digərinə keçə və müxtəlif tiplərdə reallaşdırıla bilər. Bu baxımdan, aşğıdakı prosesləri qeyd etmək vacibdir: milliləşdirmə, yaxud nasionalizasiya, özəlləşdirmə, yaxud privatizasiya (lat. privatus – özəl).

Milliləşdirmə (ing. nationalization) – xüsussi mülkiyyətin dövlət mülkiyyətinə (torpaq, nəqliyyat, sənaye) keçməsidir.

Özəlləşdirmə (ing. privatization) isə, əksinə dövlət mülkiyyətinin xüsusi mülkiyyətə verilməsi prosesidir. Hüquqi və fiziki şəxslər tərəfindən, müəyyən şərtlər əsasında dövlət mülkiyyətinin əldə edilməsi kimi reallaşdırılır.

Özəlləşdirmə iqtisadiyyatın dövlət bölməsinin özəlləşdirilməsi kimi irimiqyaslı prosesin tərkib hissəsidir. Iqtisadiyyatın dövlət bölməsinin özəlləşdirilməsi isə dövlətin iqtisadiyyatda rolunun məhdudlaşdırılmasına istiqamətlənmiş və dövlət mülkiyyətinin özəl mülkiyyətə keçməsi kimi təzahür edən tədbirlərin məcmusudur. Lakin dövlət mülkiyyətinin özəl mülkiyyətə keçməsi dövlətin iqtisadi sferadan geri çəkilməsi demək deyil. Danılmaz faktdır ki, müasir istehsal prosesi dövlət tənzimlənməsi olmadan effektli və uğurlu şəkildə inkişaf edə bilməz. Dövlət mülkiyyətinə əsasən hərbi müdafiə və strateji obyektlər, dəmir yolları, mühüm mədənlər, rabitə sistemləri, inzibati binalar, mədəni abidələr, gəliri az olan, riskli və çox vəsait tələb edən sahələr, habelə digər mühüm tikintilər daxildir.





  1. Yüklə 152,03 Kb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə