İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»



Yüklə 152,03 Kb.
səhifə56/56
tarix11.05.2022
ölçüsü152,03 Kb.
#86462
1   ...   48   49   50   51   52   53   54   55   56
1-11

Beynəlxalq Əmək Təşkilatı –1919-cu ildə «Millətlər cəmiyyəti» çərçi­vəsində Versal sülh müqaviləsinə əsasən yaradılmışdır. Bey­nəlxalq Əmək Təşkilatı ilə BMT arasında əlaqələrin yaradıl­ması haqqında razılaşma 14 dekabr 1946-cı ildə təsdiq edilmiş­dir və bu təşkilat BMT ilə əlaqədə olan iki ixtisaslaş­mış müəs­sisə olmuşdur.

Aİ on beş üzv dövlətdən təşkil edilmişdir: Avstriya, Belçika, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Lüksemburq, Hollandiya, Portuqaliya, Birləşmiş Krallıq, Finlandiya, Fransa, İsveç. Onların hamısı imzalamanın iştirakçıları idilər yaxud sonradan 1957-ci ildə Roma müqaviləsinə, 1986-cı ildə vahid Avropa aktına, 1992-ci ildə Avropa ittifaqı haqqında Maastrixt müqaviləsinə, 1997-ci ildə Amsterdam müqaviləsinə, eləcə də daxil olma və assosiasiya yaratmaq haqqında regionun müxtəlif ölkələri üçün daxil olma şəraiti və gələcəkdə üzvlük perspektivləri təklif edən müxtəlif müqavilələrə qoşuldular. İslandiya, Lixtenşteyn və Norveç ilə birlikdə iştirakçı ölkələr on səkkiz dövlətin hamısının sənaye mallarının, kapitalın, xidmətlərin və adamların sərbəst hərəkəti üçün Avropa iqtisadi məkanını təşkil etdilər. Aİ həm də Türkiyə ilə azad ticarət zonasını yaratdı və 1996-cı ildə Barselona konfransının qərarlarına əsaslanaraq İordaniya da daxil olmaqla Avro-Aralıq dənizi regionunun on iki dövləti ilə danışıqlar apardı.

II dünya müharibəsindən dərhal sonra ABŞ və İngiltərə dövlətlərinin başçılığı ilə 1944-cü il 1-22 iyul tarixləri arasında ABŞ vilayətinin Bretton Vuds qəsəbəsində Birləşmiş millətlər təşkilatının pul və maliyyə konfransı keçirildi. Konfransda 55 ölkənin nümayəndəsi iştirak etmiş, müharibədən sonra beynəlxalq iqtisadi münasibətlərin yenidən tənzimlənməsi, yeni bir ödəmələr sisteminin əsasları  və ticarətin sərbəst bir şəkildə inkişaf etdirilməsi və iqtisadi əməkdaşlığın saxlanması kimi mövzularda önəmli qərarlar verilmişdir. Konfransda Beynəlxalq Valyuta Fondunun qurulması haqqında qərar qəbul edilmişdir.
Yüklə 152,03 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə