|
İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»
|
səhifə | 55/56 | tarix | 11.05.2022 | ölçüsü | 152,03 Kb. | | #86462 |
| 1-11125. Beynəlxalq iqtisadi təşkilatlar
50-ci illərdə dünya ictimaiyyətinin keçmiş yüzilliyi aydın göstərdi ki, ən kasıb inkişaf etməkdə olan ölkələr inkişaf üçün lazım olan borc maliyyəsini Ümumdünya Bankının, qrup dövlətlərin şərtləri əsasında almaq imkanına malik deyillər. Bu zaman bankın üzvləri kasıb ölkələrə uzun müddətə güzəştli əsaslarla vəsait verə bilən agentliklərin yaradılmasını təklif etdilər.
Yeni institutu Beynəlxalq Inkişaf Cəmiyyəti – BIC adlandırmaq qərara alındı. Lakin təsisçilər BIC-nin iş prinsiplərini qəti olaraq Ümumdünya Bankının qaydalarında aparılmasını istəyirdilər. Bu mühakimədən çıxış edən ABŞ prezidenti Duayt Ezenhauer qalan iştirakçıların tərəfdar olduğu BIC-nin Ümum¬dünya Bankının tərkibinə daxil olmasının vacibliyini təklif etdi.
AYIB-nın quruluşu tipik olaraq inkişaf banklarının quruluşu kimidir.
AYIB-nın ali rəhbər orqanı Rəislər və Direktorlar Şurasıdır. Rəislər Şurası AYIB-nın baş qanunverici orqanı olmaqla Bankın hər bir iştirakçısının nümayəndələrini rəis və ya onun müavini olmaqla özündə birləşdirir. O, bankın səlahiyyətinə daxil olan prinsipial məsələləri həll etmək səlahiyyətinə malikdir. Bu səlahiyyətlərə ilk növbədə yeni üzvlərin qəbul edilməsi, onların qəbul şərtlərinin müəyyən edilməsi, kapitalın artırılması, balansın təsdiq edilməsi, gəlirin bölüşdürülməsi və digər məsələlər aiddir.
Mərkəzi və Şərqi Avropanın sosialist ölkələrinin iqtisadi və siyasi həyatında ciddi dəyişikliklərlə əlaqədar olaraq Avropa dövlət və hökumət dairələrində yeni regional inkişaf banklarının yaradılması ideyası yarandı. 80-ci illərdə sosialist dövlətlərində siyasi sistem dağılmağa başlayır, mürəkkəb problemlər baş qaldırır, iqtisadiyyatın bazar modelinə keçməsi, iqtisadiyyatın planlı-amirliyi yenidən qurulur, struktur dəyişikliklər baş verir. Keçmiş sosialist ölkələrində dərin iqtisadi böhranların baş verməsi, sosial gərginliklərin sürətlənməsi və mürəkkəbləşməsi bunların həllini çətinləşdirir.
Dostları ilə paylaş: |
|
|