İqtisadiyyata giriş fənni üzrə suallar və cavablar



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix17.04.2022
ölçüsü0,51 Mb.
#85556
1   ...   18   19   20   21   22   23   24   25   26
IQTiSADI-NAZARIYYA-2

2.

 

İqtisadiyyatda institutların rolu. Transaksiya xərcləri.

 

 

İqtisadiyyatda  institutların  rolu  nəinki  iqtisadi  subyektlərə  əməl  edilməsi  lazım  gələn 

iqtisadi  seçimin  asanlaşdırılmasından    ibarətdir.    İqtisadi  institutlar  həmçinin  iqtisadiyyatın 

səmərəliliyinin  yüksəldilməsinə  səbəb  olur,  belə  ki,  onlar  transaksiya  xərclərini  ixtisar  etməyə 

imkan  verir.  Transaksiya  xərcləri-  mülkiyyət  hüquqlarının  verilməsilə  əlaqədar  mübadilə 

sferasındakı  xərclərdir.  Onlar  informasiya  axtarışı  ilə  bağlı  xərcləri,  danışıqların  aparılmasına, 

müqavilələrin  baglanmasına,  bu  müqavilələrin  icrasına  nəzarətə  çəkilən  məsəəfləri  və  sairəni 

özünə daxil edir. 

Transaksiya xərcləri əgər iqtisadi institutlar kifayət qədər inkişaf  etmiş olmursa, son dərəcə 

yüksək  olur,  çünki  iqtisadi  institutların  zəifliyi  fırıldaqçılıq,  informasiyanın  təhrif  olunması, 

bağlanmış    sazişlərin  pozulması  üçün  əlverişli  şərait  yaradır.  Transaksiya  xərcləri  o  yerdə 

xüsusən böyük olur ki, orada mükliyyət hüquqları dəqiq müəyyənləşdirilmiş olmur. Qeyd etmək 

lazımdır ki, bəzən iqtisadi subyektlərin hüquqlarının və  onların müstəqilliyini məhdudlaşdıranı 

müxtəlif  inzibati  baryerlər  yaradan,  bürokratiyanın  genişlənməsinə  şərait  yaradan  güclü 

institutlar  da  tansaksiya  xərclərinin  artmasına  səbəb  ola  bilər.  Bura  görə  də  institutlar 

iqtisadiyyatda  və bütövlükdə cəmiyyətdə baş verən dəyişikliklərə uyğun olaraq inkişaf etməli  və 

dəyişməlidir. 

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə