İqtisadiyyata giriş fənni üzrə suallar və cavablar


Milliləşdirmə və özəlləşdirmə. Azərbaycanda özəlləşdirmə prosessi və  onun xüsusiyyətləri



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə26/26
tarix17.04.2022
ölçüsü0,51 Mb.
#85556
1   ...   18   19   20   21   22   23   24   25   26
IQTiSADI-NAZARIYYA-2

5.Milliləşdirmə və özəlləşdirmə. Azərbaycanda özəlləşdirmə prosessi və  onun xüsusiyyətləri.

 

 

Müəssisələr özünün mülkiyyət formasını özəlləşdirmə və ya milliləşdirmə yolu ilə dəyişdirə 

bilər.  Müəssisələrin  xüsusi  mülkiyyət  formasından  dövlət  mülkiyyət  formasına  keçidi 

milliləşdirmə  adlanır.  Dövlət  mülkiyyət  formasında  xüsusi  və  ya  kollektiv  mülkiyyət 

formalarına keçid özəlləşdirmə adlanır. 

Özəlləşdirmə  müxtəlif  üsullarla  aparılar  bilər:  dövlət  mülkiyyətinin  əvəzsiz  və  ya  pulla 

(adətən  hərraclar  yolu  ilə)  müəssisələrin  səhmdarlaşdırılması,  çek  özəlləşdirilməsi  və  s.  yolla 

xüsusi mülkiyyətə verilməsi. 

Özəlləşdirmə  inzibati  –  amirlik  sistemindən  bazar  tipli  iqtisadiyyata  keçidi  prosesində 

mühüm  mərhələdir.  Azərbaycanda  özəlləşdirmə  prosessi  1995-ci  ildə  qəbul  edilmiş  Dövlət 

özəlləşdirmə  Proqramı  əsasında  keçmişdir.  Azərbaycan  Respublikasında  özəlləşdirmənin 

səciyyəvi  xüsusiyyəti  bu  olmuşdur  ki,  o  əhaliyyə  özəlləşdirmə  çeklərinin  verilməsi,  həmçinin 

hərraclarda (istər  çek, istərsə də həmçinin pul) müəssisələrin satışı yolu ilə baş vermişdir. 2000 

–ci ildə ikinci özəlləşdirmə proqramı fəaliyyətə başladı. Dövələt  özəlləşdirmə Proqramına uyğun 

olaraq  orta  və  iri  müəssisələrin  özəlləşdirilməsi    zamanı  səhmdar  cəmiyyətinin  səhmləri 

aşağıdakı satış tipləri üzrə  belə bölünmüşdür: 

-kollektivə  güzəştli satış-15%; 

-çek hərracları (investisiya müsabiqələri və sövdələri -55%  dən  olmamaqla). 

Kiçik  müəssisələrin  özəlləşdirilməsi  zamanı  obyektin  dəyərinin  -15%-i  əmək  kollektivinin 

üzvlərinə özəlləşdirmə çeklərilə satılmışdır, 85% -i açıq pul hərraclarına çıxarılmışdır. 

Azərbaycanda özəlləşdirmənin ən səciyyəvi cəhətlərindən biri  onun aparılması modelləri ilə 

bağlıdır. 

Azərbaycanda özəlləşdirmənin xüsusiyyətlərinə onun kənd  təsərrüfatından başlanmasını aid 

etmək olar. 

Azərbaycanda  özəlləşdirmənin  xarakterik  cəhətlərinə  özəlləşdirmənin  dünya  ölkələrinin 

üzünə açıq olmasıdır. 




20 

 

Azərbaycanda  özəlləşdirmə 



modelinin  fərqləndirici  cəhətlərindən  biri də dövriyyəyə 

buraxılan özəlləşdirmə çeklərinin nominal qiymətə malik olmasıdır. 



 

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə