İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə73/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   69   70   71   72   73   74   75   76   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
vam  edir.  Həm  də  heç  bir  zaman  olmadığı  qədər  sürətli  və 
qeyri‐müəyyən şəkildə... 
Son  söz  əvəzi  olaraq,  bu  yazının  qələm  sahibinə  olduqca 
maraqlıdır,  görəsən  elmdəki  bu  paradiqma  dəyişikliyi  Azər‐
baycandan, xüsusilə də siyasi partiya və elm çevrələrindən ne‐
cə görünür və yaxud görünürmü?... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 281 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 282 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Kuhn paradiqmaları və ya 
Aristotel niyə liberal deyildi?
*
 
Natiq Sabiroğlu 
 
Paradiqma  məfhumunu  ən  pik  zirvəsinə  çatdıran  Thomas 
Kuhna  görə,  dar  mənada  paradiqma  bir  elmi  topluluqdakı 
üzvlərin və sadəcə onların paylaşmış olduğu dəyərlər sistemi‐
dir. Daha geniş mənada isə paradiqma, bir cəmiyyətdəki kiçik 
bir elitanın (idarəçilər, aydınlar, elm adamları və s.) paylaşdığı 
dəyər və normalar topluluğudur. Bu baxımdan elmi paradiq‐
ma,  hər  elmi  nəzəriyyənin  təməlində  yatan  və  birindən  digə‐
rinə keçildiyi zaman elmin inkişafını təmin etməkdədir. Bir el‐
mi  paradiqma  nəzəri  və  praktiki  elmi  araşdırmanın  maraqla‐
nacağı  problemləri,  istifadə  edəcəyi  metodları  və  qəbul  edilə 
biləcək cavabları müəyyənləşdirib məhdudlaşdıran bir tərkibə 
sahibdir. Hər hansı bir elmi sahədə paradiqma, bir dəfə ümu‐
mi  qəbul  gördükdən  sonra,  elm  adamları  artıq  o  paradiqma‐
nın cızdığı sərhədlər daxilində normal elm icra etmə səylərinə 
girişirlər. 
Paradiqma  mövcud  çərçivəsi  daxilində  tədqiqatçıları  yeni 
problemlərə yönəltdiyi müddətcə önəmini və keçərliliyini qo‐
ruyur. Bir elmi paradiqmanın yeni problemləri həll etmə qabi‐
liyyətinin zəifləməsi isə, o sahədəki elmi böhranın əsasını ha‐
zırlayır.  Fəqət  qurulduğu  zaman  olduqca  mütərəqqi  bir  rola 
sahib olan paradiqma, bu mərhələdə, “bu günün inqilabçıları 
sabahın  mühafizəkarlarıdır”  deyimini  isbat  edərcəsinə,  gerici 
bir davranış sərgiləyərək qatı bir ortodoksluğa bürünür. Əgər 
bir sınaq mövcud elmi nəzəriyyələrlə tərs düşərsə, elm adam‐
ları bu nəticələri gizlədirlər, çünki bu nəticələr mövcud düzən 
                                                 
*
 4 iyun 2005. 
 
‐ 283 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
baxımından dekonstruktivdir. Elmi anormallıqlar artıq göz ar‐
dı edilə bilməyəcək bir nöqtəyə çatdığında ancaq o zaman, zə‐
min  yeni  bir  elmi  inqilab  üçün  hazır  hala  gəlir.  Elmi  böhran‐
lardan çıxışın üç yolu mövcuddur: 
‐  Böhranın  mövcud  paradiqma  içində  normal  elmi  fəaliy‐
yətlərlə həll edilməsi; 
‐ Böhranın həllinin sonrakı bir tarixə ertələnməsi; 
‐ Elmi inqilab və yeni bir paradiqmanın doğması. 
Qısaca paradiqmatik dəyişikliklər prosesini aşağıdakı kimi 
göstərə bilərik: 
Elm  Öncəsi  =>  Normal  Elm  =>  Böhran  ‐  İnqilab  =>  Yeni 
Normal Elm => Yeni Böhranlar 
Ümumi olaraq sosial elmlərdə, xüsusilə də iqtisad elmində 
yeni bir paradiqmanın köhnənin yerini ala bilməsi texnik elm‐
lərə  nəzərən  daha  çətindir.  Bunun  başlıca  səbəbi,  sosial  feno‐
menlər  dünyasında  fərd,  qrup  və  dövlətlərin  mənfəətlərinin 
də işə qarışmasıdır ki, belə bir paradiqma dəyişikliklərinin bö‐
yük  ölçüdə  siyasi  və  sosial  inqilablarla  eyni  mənaya  gəlməsi‐
dir. 
Paradiqmalar  seçkin  elm  adamlarına  xitab  edərkən,  sadə 
xalqa da mövcud elmin sərhədləri ideologiyalar vasitəsilə çat‐
dırılır.  Yəni  ilk  başda  ideologiyalar  da, elmi  paradiqmalar  ki‐
mi,  ictimai  həyatda  mütərəqqi  bir  rol  oynayırlar.  Lakin  daha 
sonra,  elmi  paradiqmadakı  geriləməyə  paralel  olaraq,  ideolo‐
giya da totalitar və avtoritar bir hal alır. Yəni ortaya çıxış mər‐
hələsində milliyyətçilik, dinçilik və s. ideologiyaların oynadığı 
müsbət rol göz ardı edilməməlidir. 
Günümüzdə  yeni  paradiqma  kvant  elmidir.  İdeologiyası 
da sosial‐demokrat və ya liberal‐demokrat kimi ideologiyalar‐
dır. Elmin inkişafını əngəlləyən köhnə qatı, radikal, mütləqiy‐
yətçi və doqmatik ideologiyalar artıq tarixə qarışmaqdadır. Fə‐
qət  ideoloji  çağdan  fərqli  olaraq  yeni  ideologiyalar  mütləq 
 
‐ 284 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
doğruların  olmadığından  hərəkətlə  daha  elastik  bir  quruluşa 
sahibdir. Bu baxımdan yeni ideologiyalar daimi qarşılıqlı təsir 
içərisində və bir‐birilərinin tamamlayıcısı durumundadırlar. 
İqtisadın  formalist  (şəkilçi)  tərifinə  görə  iqtisad,  məhdud 
ehtiyatların  qeyri‐məhdud  insan  tələbatlarını  təmin  etmək 
üçün müxtəlif istifadə sahələri arasında ən optimal bölgüsü ilə 
əlaqədar fəaliyyətləri araşdıran elmdir. 
Substantivist  tərifə  görə  isə  iqtisad  elmi,  insanla  çevrəsi 
arasında, insanlar tərəfindən qurulmuş (instituted) bir proses‐
dir.  Bu  proses  insan  tələbatlarını  qarşılayan  maddi  istehsalın 
davamlılığını təmin edir. 
Karl Polanyi iqtisadın substantivist tərifindən yola çıxaraq 
iqtisadi  düzənin  təməlində  yer  alan  üç  əsas  davranış  prinsi‐
pini  müəyyənləşdirmişdir.  Qarşılıqlılıq  (reciprocity),  yenidən 
bölgü (redistribution) və mübadilə (exchange). Bu üç davranış 
prinsipinin  simmetriya  (symmetry),  mərkəzləşmə  (centricity) 
və sərbəst bazar (market) kimi üç institusional düzənləmənin 
yanında yer aldığını söyləməkdədir. 
Qarşılıqlılıq, qohum‐əqrəbalıq münasibətlərində olduğu ki‐
mi,  bir‐birilərinə  qarşı  sahib  olduqları  sosial  mövqenin  məc‐
buriyyəti ilə müəyyən məsuliyyətlər daşıyan simmetrik qrup‐
lar arasındakı münasibətləri ifadə etməkdədir. Yenidən bölgü, 
mal  və  xidmətlərin  bir  mərkəzdə  toplanıb  sonra  yenidən  cə‐
miyyətin müxtəlif təbəqələrinə bölgüsünü təmin edən bir mər‐
kəzi idarə sistemini ifadə edir. Mübadilə isə, sərbəst bazar sis‐
temi  çərçivəsində,  anonim  fərdlər  arasında  əl  dəyişdirən  mal 
və xidmətlərin hərəkətini açıqlamaqda istifadə edilməkdədir. 
Qarşılıqlılıq,  qəbilə  toplumlarında  həm  ailə  yaşamında, 
həm də istehsalın davamlılığında yardımçı olan bir prinsip idi. 
Məsələn, hər kişinin bacısına və onun ailəsinə baxmaqla məsul 
olduğu  Qərbi  Melanezyanın  Trobriand  adalarındakı  kimi... 
Yəni hər kişi bacısının ərinə qarşılıqsız bir xidmət verirdi. 
 
‐ 285 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə