İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə74/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   70   71   72   73   74   75   76   77   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
Polanyi bu düzənin xüsusilə, ibtidai toplumlarda keçərli ol‐
duğunu  söyləyərkən,  fikrimizcə  ölkəmizə  ciddi  bir  haqsızlıq 
etməkdədir. Çünki bu münasibətlər Azərbaycanda hələ də iq‐
tisadi  münasibətlər  sistemində  olduqca  müəyyənləşdirici  bir 
rola  sahibdir.  Məsələn,  qız  ərə  gedərkən  ona  cehiz  verilməsi, 
toylarda  pul  atılması,  xaricdə  yaşayan  həmvətənlərimizin  öz 
ailələrinə mütəmadi pul göndərmələri və s. bu qəbildəndir. 
Tarixdə önəmli rol oynamış böyük imperiyalar və sosialist 
ölkələr, yenidən bölgü prinsipinin keçərli olduğu toplumların 
tipik  nümunələrini  təşkil  edirlər.  Burada,  ya  bütün  istehsal 
dövlət tərəfindən gerçəkləşdirilməkdə, ya da güclü bir mərkə‐
zi  sistemə  bağlı,  inkişaf  etmiş  bir  bürokratiyanın  idarə  etdiyi 
vergi  yığma  və  bunlardan  istifadə  iqtisadi  fəaliyyətin  ən 
önəmli yönünü təşkil etməkdədir. 
Bu deyilənlərdən yola çıxaraq Polanyi, Aristotelin yaşadığı 
cəmiyyətdə (e.ə. IV əsr), iqtisadi münasibətlərin açıqlanmasın‐
da qarşılıqlılıq və yenidən bölgü prinsiplərinin müəyyənləşdi‐
rici olduğunu, fəqət mübadilə prinsipinin çox da önəmli olma‐
dığını önə sürməkdədir. Dolayısilə, iqtisadi olanla siyasi olan 
iç‐içə keçmişdir. 
Əslində  Aristotelin  yaşadığı  dövrdə  Afinada  bazarlar  bö‐
yük əhəmiyyət qazanmaya başlamışdı. Aristotel də, buna pa‐
ralel  olaraq,  qiymətin  əmələ  gəlməsi  ilə  bağlı  düşünmüşdür. 
Fəqət bu düşüncə onu, bazarda yaranmış “təbii qiymət” yeri‐
nə dövlət tərəfindən süni olaraq müəyyənləşdirilmiş “ədalətli 
qiymət”  (just  price)  prinsipinə  aparmışdır.  Yəni  Aristotel  za‐
manının  “yenidən  bölgü”çü  və  “simmetrik”  praktik  paradiq‐
masından  hərəkətlə  buna  uyğun  bir  ideoloji  norma  (“ideal 
dövlət”) formalaşdırmışdır. Bu norma da, siyasətin iqtisadi sa‐
həyə müdaxilə etmədiyi bir liberalizm ideologiyasının təməli‐
ni təşkil edən mübadilə prinsipini rədd edirdi. İqtisadi müna‐
sibətlər tarixindən məlumdur ki, mübadilə önəmli hala gəlmə‐
 
‐ 286 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
dikcə kapital yığımı, genişlənən təkrar istehsal prosesi başlaya 
bilməzdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 287 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 288 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Alternativsizlik böhranı?!
*
 
Natiq Sabiroğlu 
 
Dünya tarixi özünü əvəzedilməz və yeri doldurulmaz zənn 
edən  insan,  zümrə  və  qurum  örnəkləri  ilə  doludur.  Bu  xüsu‐
siyyətlərin paradiqmaların daxili quruluşundan irəli gəldiyini 
qeyd  edən  Thomas  Kuhna  görə,  böhran  dönəmlərində  para‐
diqmalar  qatı  bir  avtoritar  şəklə  bürünür.  Hətta  düşünür,  bu 
avtoritar  meyllərin  müsbət  olduğunu  söyləməkdədir.  Çünki 
bu  meyllər  yeni  və  daha  üstün  bir  paradiqmanın  doğuşunun 
xəbərçisidir.  Özünü  “müxalif”  adlandıran  paradiqma  isə,  hə‐
qiqətdə  hakim  paradiqmanın  yerini  ala  biləcək  daha  yüksək 
səviyyəyə çatmadığı üçün müxalifətdədir. Fəqət müxalif para‐
diqmanın  mövcudsuzluğundan  üzülməyə  dəyməz.  Çünki 
gec‐tez mövcud paradiqmanın yetərsizliklərini ortadan qaldı‐
racaq  daha  təkmil  bir  paradiqma  ortaya  çıxacaqdır.  Zamanın 
uzun və ya qısalığı isə biz insanların fiziki gücündən çox zehni 
səylərinə bağlıdır. 
Ümumi olaraq sosial elmlərdə, xüsusilə də politologiya və 
iqtisad elmində yeni bir paradiqmanın köhnənin yerini ala bil‐
məsi  texnik  elmlərə  nəzərən  daha  çətindir.  Bunun  başlıca  sə‐
bəbi,  sosial  fenomenlər  dünyasında  fərd,  qrup  və  dövlətlərin 
mənfəətlərinin də işə qarışmasıdır. Buradakı paradiqma dəyi‐
şiklikləri, böyük ölçüdə və müsbət mənada, siyasi, sosial və iq‐
tisadi inqilablarla eyni mənaya gəlməkdədir. Bu məqalədə pa‐
radiqma inqilabının çox çətin olduğu iqtisad elmindəki metod 
mübahisələri  təklif‐tələb  yönü  nöqteyi‐nəzərdən  təhlil  edilə‐
cəkdir. 
Bilindiyi  kimi,  Klassik  iqtisadçılar  iqtisadiyyatın  əsasən 
təklif  tərəfinə  daha  çox  əhəmiyyət  verməkdə  idilər.  Bu  feno‐
                                                 
*
 20 yanvar 2006. 
 
‐ 289 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
men ən yaxşı şəkildə “Hər təklif öz tələbini yaradır” şəklində 
konspektləşdirilə bilən “Say Qanunu”nda ifadəsini tapmışdır. 
“Məxrəclər  Qanunu”  olaraq  da  bilinən  bu  qanuna  görə,  sər‐
bəst bazar iqtisadiyyatında tələb yetərsizliyindən və ya ifrat is‐
tehsaldan dolayı geniş bir qeyri‐iradi işsizliyin ortaya çıxması 
mümkün  deyildir.  Bir  mal  və  xidmət  istehsal  edildiyi  zaman 
sadəcə bir təklif yaradılmış olmamaqda, eyni zamanda, isteh‐
sal edilən mal və xidmət miqdarı qədər də bir tələb yaradılmış 
olmaqdadır.  Dolayısilə  iqtisadiyyatda  məcmu  tələb  daima 
məcmu təklifə bərabər olacaq, əldə satılmayan mal və xidmət 
artığı qalmayacaqdır. 
Klassik iqtisada alternativ olaraq ortaya çıxan Marksist iqti‐
sad da təməldə təklif yönümlüdür. Karl Marx da, iqtisadiyyat‐
da təklif tərəfinin tələb tərəfinə görə mütləq üstünlüyünü qə‐
bul etməklə birlikdə, təklifin məhsuldar qüvvələri (ehtiyatları) 
baxımından Klassiklərdən ayrılmaqdadır. Belə ki, Marxa görə, 
istehsalın,  eyni  zamanda  təklifin,  yeganə  əsas  faktoru  əmək‐
dir. Və dəyəri yaradan bu əmək istismar edilməkdədir (Əmək‐
Dəyər  Nəzəriyyəsi).  Klassiklərin  qəbul  etdiyi  digər  istehsal 
faktorları (torpaq, kapital və təşəbbüs) da əmək olmadan mə‐
nasızdır. Belə ki, təşəbbüskar əmək istismarçısıdır, kapital isə 
daha  öncə  bu  istismar  nəticəsində  yığılmış  əməkdir.  Dola‐
yısilə,  əmək  bu  günü,  kapital  da  dünəni  təmsil  etməkdədir. 
Çünki Marksizmdə bütün kapital (dünən) əməyin bu günü və 
sabahı  üçün  istifadə  edilməkdədir.  Kapitalizmdə  isə,  əməyin 
(bu gün) məqsədi kapital yığımını (dünəni) artırmaqdır. Yəni 
Marksizm  mütərəqqi,  kapitalizm  isə  mürtəcedir.  Qısacası 
Marksizm kapitalizmi öz silahı ilə vurmuşdur. 
Bu  zərbə  Klassikləri  yeni  arayışlara  yönəltmişdir.  Bu  pro‐
ses, 1870‐ci illərdə iqtisadiyyatın tələb tərəfinə üstünlük verən 
marjinalizm  (Neo‐Klassik  Model)  axımının  (Walras,  Jevons, 
Menger və s. öndərliyində) ortaya çıxışına səbəb olmuşdur. Bi‐
 
‐ 290 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə