İQTİsadiyyatin təNZİMLƏNMƏSİ SİstemiNDƏ HÜquqi TƏNZİMLƏMƏ aləTİ KİMİ DÖVLƏt proqramlarinin əHƏMİYYƏTİ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix06.02.2018
ölçüsü0,71 Mb.
#26635
1   ...   21   22   23   24   25   26   27   28   29

71 

 

 



 

və dayanıqlılığının təmin edilməsinə, onun aparıcı sahələrinin modernləĢməsinə və 

Ģaxələnməsinə,  sosial  prioritetliyin  saxlanılmasına,  əhalinin  yaĢayıĢ  səviyyəsinin, 

qaçqın  və  məcburi  köçkünlərin,  həssas  sosial  qrupların  sosial  rifahının 

artırılmasına yönəldilmiĢdir. 

Növbəti illərdə qeyri-neft sektorunun inkiĢafının daha da stimullaĢdırılması, 

bu  istiqamətdə  daxilolmaların  artırılması  üçün  orta  və  iri  Ģirkətlərdə  vergi 

öhdəliklərinin  vaxtında  və  tam  həcmdə  yerinə  yetirilməsi,  vergi  borclarının, 

Azərbaycan  Respublikası  Dövlət  Neft  Fondundan  dövlət  büdcəsinə  transferin 

tədricən  azaldılması,  bütövlükdə  vergi  və  gömrük  intizamının  artırılması 

istiqamətində səylərin gücləndirilməsi nəzərdə tutulmalıdır. 

Növbəti illərdə gömrük siyasəti gömrük idarəçiliyinin təkmilləĢdirilməsi və 

Ģəffaflığa  əsaslanan  sistemin  inkiĢaf  etdirilməsinə,  dövlət  büdcəsinə  ödənilməli 

olan gömrük ödəniĢləri üzrə maliyyə intizamının daha da gücləndirilməsinə, bütün 

gömrük  ödəniĢlərinin  nağdsız  qaydada  alınmasının  təmin  edilməsinə,  ölkənin 

iqtisadi  təhlükəsizliyinə  töhfə  vermək  məqsədilə  ticarətin  asanlaĢdırılması  və 

stimullaĢdırılmasına dair ən yaxĢı təcrübələrin tətbiqinə, gömrük nəzarətinin həyata 

keçirilməsinin  səmərəliliyinin  artırılmasına,  beynəlxalq  təĢkilatlarla  və  xarici 

ölkələrin gömrük xidmətləri ilə gömrük iĢi sahəsində əməkdaĢlığın daha da inkiĢaf 

etdirilməsinə, 

müasir 

informasiya-kommunikasiya 



texnologiyalarının 

imkanlarından daha geniĢ istifadə etməklə xarici ticarət iĢtirakçılarına gömrük iĢi 

sahəsində  göstərilən  elektron  gömrük  xidmətlərin  inkiĢaf  etdirilməsinə 

yönəldilməlidir. 

Xüsusi  əhəmiyyət kəsb  edə  biləcək  məsələlərdən  biri  də  ölkəmizdə 

azad iqtisadi zonaların yaradılmasıdır. Bununla bağlı dövlətin müvafiq proqramları 

mövcuddur,  ardıcıl  danıĢıqlar  aparılır  və  müvafiq  hazırlıq  iĢləri  görülür.

 

Pul 



siyasəti  daha  aktiv  olaraq  makroiqtisadi  tarazlığın  və  dayanıqlığın  təmin 

olunmasına  və  eyni  zamanda,  bank  sistemində  maliyyə  sabitliyinin  qorunmasına 

istiqamətlənməlidir.  QoyulmuĢ  məqsədlərə  nail  olmaq  üçün  məzənnə  siyasəti 

xarici amillərdən asılı olaraq çevik tənzimlənməlidir. 




72 

 

 



 

Ölkədə qiymətli kağızlar bazarının inkiĢaf etdirilməsi məqsədilə bu sahədə 

institusional  inkiĢaf,  maliyyə  vasitəçiliyi  və  kollektiv  investisiya  sxemlərinin 

fəaliyyətinin  təĢkili  və  təĢviqi,  tələb  və  təklifin  dəstəklənməsi,  maliyyə 

Ģəffaflığıprinsiplərinin  və  korporativ  idarəetmənin  tətbiqinin  geniĢləndirilməsi, 

normativ- hüquqi bazanın təkmilləĢdirilməsi və eləcə də, məlumatlılığın və peĢəkar 

hazırlığın yüksəldilməsi üzrə tədbirlər həyata keçirilməlidir. 

Azərbaycanın  uzunmüddətli  dövrdə  dayanıqlı  və  tarazlı  inkiĢafının  təmin 

olunmasında iqtisadiyyata investisiyaların cəlb edilməsi xüsusi rol oynayacaq. Bu 

məqsədlə  bütün  investorlar  üçün  daha  əlveriĢli  rəqabət  mühitinin  yaradılması, 

xarici  investisiyalar  üçün  cəlbedici  ölkə  imicinin  formalaĢdırılması,  investisiya 

fəaliyyətinin  hüquqi-normativ  bazasının  daha  da  təkmilləĢdirilməsi,  xüsusi 

mülkiyyətin  qorunması 

və  korporativ  idarəetmənin 

təkmilləĢdirilməsi 

istiqamətində zəruri tədbirlər həyata keçirilməlidir. 

Qeyri-neft məhsullarının ixracının geniĢləndirilməsi və ixrac prosedurlarının 

daha  da  sadələĢdirilməsi  məqsədilə  orta  müddətli  dövrdə  xarici  ticarətin  daha  da 

liberallaĢdırılması və ölkənin ixrac potensialından maksimum səviyyədə istifadənin 

təmin edilməsi, ixracın strukturunun diversifikasiyasına nail olunması və qeyri-neft 

məhsulları  ixracını  inkiĢaf  etdirərək  ixracın  əsas  tərkib  hissəsinə  çevrilməsi  əsas 

vəzifələrdəndir.  Burada  əsas  diqqət  regionlar  da  daxil  olmaqla  innovasiya-

investisiya aktivliyinin  yüksəldilməsinə  yönəldilməlidir. 

Transformasiyanın  yeni  komponentlərinin  nəzəri  və  təcrübi  olaraq  önəmli 

aspektləri  üçbucaqda  yer  alır:  iri  həcmli  kapital  -  regionlar  -  dövlət.  Bunun  üçün 

dövlət-özəl  tərəfdaĢlıq  mexanizminin  formalaĢdırılması  vacibdir.  Sonuncu,  daxili 

və  xarici  bazarlarda  prioritet  imkanların  əldə  edilməsi  üçün  məqbul  ―oyun 

qaydaları‖nı  yaratmaqla  dövlətin  nə  dərəcədə  vacib  strateji  layihələrin  seçimini 

təmin edə bilməsindən birbaĢa asılı olacaq. 

Azərbaycan  Respublikası  bərabərhüquqlu  tərəfdaĢ  kimi  beynəlxalq 

təĢkilatlarla  əməkdaĢlığı  davam  etdirməlo  və  cəlb  edilən  maliyyə,  texniki  yardım 

layihələrinə  əsasən  icrası  davam  edən  layihələrin,  o  cümlədən  yeni  layihələrin 




73 

 

 



 

icrasına  istiqamətlənməlidir.  Ölkədə  sahibkarlığın  inkiĢafı  məqsədilə  biznes 

mühitinin  daim  yaxĢılaĢdırılması,  bu  sahədə  qanunvericilik  bazasının 

təkmilləĢdirilməsi,  yerli  və  xarici  investisiyaların,  müasir  texnologiyaların, 

idarəetmə  təcrübəsinin  cəlb  edilməsi  və  bu  yolla  yüksək  keyfiyyətli,  rəqabət 

qabiliyyətli  məhsulların  istehsal  edilməsi  istiqamətində  tədbirlər  davam 

etdirilməlidir. 

Qeyri-neft  sektorunun inkiĢaf  etdirilməsi yürüdülən siyasətin  əsas prioriteti 

olaraq,  dünya  bazarında  rəqabətqabiliyyətli  olan  altsahələrinin  inkiĢafı,  həmçinin 

müqayisəli  üstünlüklərə  malik  olan  qeyri-neft  məhsullarının  istehsalının 

stimullaĢdırılması  istiqamətində  dövlət  dəstəyi  gücləndirilməli  və  eləcə  də  yeni 

müəssisələrin yaradılması, mövcud müəssisələrin əsaslı yenidənqurulması, xüsusən 

yerli  təbii  resurslara  və  kənd  təsərrüfatı  məhsullarına  əsaslanan  emal 

müəssisələrinin yaradılması sürətləndirilməlidir. Məhsulların rəqabətqabiliyyətli və 

ixrac  yönümlü  olmasının  təmin  edilməsi  məqsədilə  zəruri  tədbirlər  həyata 

keçirilməlidir. 

Bütün regionlarda mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri- 

neft  sektorunun  inkiĢafı,  kommunal  xidmət  və  digər  infrastruktur  obyektlərinin, 

yeni  istehsal  və  emal  müəssisələrinin  yaradılması,  mövcud  müəssisələrdə  istehsal 

fəaliyyətinin geniĢləndirilməsi, rabitə və informasiya  texnologiyalarının tətbiqinin 

sürətləndirilməsi,  sosial  infrastrukturun  yaxĢılaĢdırılması,  o  cümlədən  müasir 

standartlara uyğun təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inĢası, 

yenidənqurulması,  əlillər  və  Ģəhid  ailələri  üçün  yaĢayıĢ  binalarının  tikintisi  üzrə 

kompleks tədbirlər nəzərdə tutulmalıdır. 

Əvvəlki illərdə olduğu kimi, aqrar sektora dövlət dəstəyi növbəti illərdə də 

davam  etdirilməlidir.  Hazırda  ölkənin  ərzaq  təhlükəsizliyini  təmin  etmək  üçün 

baĢlıca məqsəd bitkiçilikdə taxılçılığın, meyvəçiliyin, üzümçülüyün, tərəvəzçiliyin, 

tütünçülüyün, toxumçuluq və tingçiliyin, hevandarlıqda damazlıq-seleksiya iĢinin, 

yemçiliyin,  aqrar  emal  sənayesinin  və  aqromarketinqin,  aqroservis  xidmətlərinin 

və  kənd  yerlərinin  inkiĢaf  etdirilməsindən  ibarətdir.  Sənaye  siyasətinin  əsas 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə