İQTİsadiyyatin təNZİMLƏNMƏSİ SİstemiNDƏ HÜquqi TƏNZİMLƏMƏ aləTİ KİMİ DÖVLƏt proqramlarinin əHƏMİYYƏTİ



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə25/29
tarix06.02.2018
ölçüsü0,71 Mb.
#26635
1   ...   21   22   23   24   25   26   27   28   29

74 

 

 



 

məqsədlərini 

ölkədə 

sənayenin 



modernləĢdirilməsi 

və 


strukturunun 

təkmilləĢdirilməsi,  qeyri-neft  sənayesinin  gücləndirilməsi  və  ixrac  potensialının 

artırılması,  enerjidən  səmərəli  istifadə  edən,  yüksək  əlavə  dəyər  yaradan 

rəqabətqabiliyyətli  sənaye  istehsalının  geniĢləndirilməsi,  elmtutumlu  və  innovativ 

istehsalın  geniĢləndirilməsi  və  yeni  istehsal  sahələri  üçün  ixtisaslı  kadrların 

hazırlanması  iqtisadi  artım  bazasının  yaradılması,  inkiĢafı  və  keyfiyyətcə 

yeniləĢdirilməsi,  istehsalın  və  ixracın  diversifikasiyasının  sürətləndirilməsi 

istiqamətlərində  sistemli  və  ardıcıl  tədbirlərin  həyata  keçirilməsi,  rəqabət 

qabiliyyətli  və  ixrac  yönümlü  innovativ  əsaslı  texnologiya  və  malların  istehsalı 

təĢkil edilməlidir. 

Bazar  iqtisadiyyatı  olan  ölkələrin  təcrübəsi  də  təsdiq  edir  ki,  dövlət 

proqramları tətbiq etmədən ölkə iqtisadiyyatını gücləndirmək, eləcə də məhsuldar 

qüvvələri  təkmilləĢdirmək  qeyri-mümkündür.  Hazırda  dövlət  proqramları 

formalaĢdırılması və əsaslarının iĢlənib hazırlanması milli iqtisadiyyatın pozitiv və 

tarazlaĢdırılmıĢ  inkiĢafını  təmin  etməyin  baĢlıca  istiqamətidir.  Hər  bir  dövlətin 

reallaĢdırdığı  iqtisadi  siyasətin  son  məqsədi    əhlisinin  həyat  səviyyəsinin 

yüksəldilməsinə  nail  olmaqdır.  Əhalinin  həyat  səviyyəsi  respublikanın 

iqtisadiyyatının inkiĢafının və səmərəliliyinin əsas göstəricisidir. Ġqtisadi imkanlar 

nə qədər yüksək olursa sosial inkiĢaf və həyat səviyyəsi üçün maddi imkanlar bir o 

qədər  çox  olur.  Həyat  səviyyəsinin  daha  yüksək  olması  iqtisadiyyatın  inkiĢafına 

təsir edir, əmək məhsuldarlığını artırır. Milli gəlirin, milli məhsulun artımına təsir 

edir.  Həyat  səviyyəsinin  öyrənilməsi  onun  tənzimlənməsi  üçün  əsas  yaradır.  Bu 

mənada  iqtisadi  inkiĢafının  təmin  edilməsi  və  bu  sahələrdə  davamlı  inkiĢafa  nail 

olunması hər bir dövlətin əsas vəzifələri sırasında dayanan məsələlərdəndir. Həmin 

sahələrin davamlı inkiĢafının təmin edilməsi zəngin tənzimləyici normativ-hüquqi 

bazanın  formalaĢdırılmasını  tələb  edir.  Təbii  ki,  normativ-hüquqi  baza  dedikdə, 

yalnız  məhdudiyyətlər  yaradan  direktiv  sənədlər  deyil,  müəyyən  istiqamətlərdə 

fəaliyyət  norma  və  standartları  müəyyənləĢdirən  istiqamətverici  sənədlər  də 

nəzərdə tutulur. Dünya təcrübəsi də sübut edir ki, idarəetmə və inkiĢaf tədbirlərinin 

əvvəlcədən qəbul edilmiĢ,  mövcud Ģəraiti nəzərə alan və elmi cəhətdən hərtərəfli 




75 

 

 



 

əsaslandırılmıĢ 

normativ 

sənədlərin 

tələbləri 

əsasında 

reallaĢdırılması 

uzunmüddətli  və  daha  səmərəli  nəticələrin  əldə  edilməsinə  Ģərait  yaradır.  Bütün 

bunlar  isə  dövlət  proqramları  sahəsində  dövlət  tənzimləməsinin,  yəni  iqtisadi 

proseslərə dövlətin mümkün  müdaxiləsinin  zəruriliyini  müəyyənləĢdirir. Məhz  bu 

inkiĢafın təmin edilməsinin hüquqi tədbirlər sisteminin əsasını təĢkil edən məqsədli 

dövlət  proqramlarının  əhəmiyyəti  böyükdür.  Son  illərdə  dövlət  tərəfindən 

regionların  sosial  -  iqtisadi  inkiĢafına  və  ayri-ayrı  sahələrin  inkiĢafəna  yönəlmiĢ 

çoxlu  sayda  dövlət  proqramları  iĢlənib  hazırlanmıĢ  və  hal-hazırda  da 

reallaĢdırılmaqdadır  ki,  bu  proqramlar  da  regional  inkiĢafın  və  bu  inkiĢafa 

yönəlmiĢ  dövlət  siyasətinin  hüquqi  əsasını  təĢkil  etməkdədir.  Ġqtisadi  inkiĢaf 

proqramları  hazırlanarkən  xarici  bazara  daha  çox  rəqabət  qabiliyyətli  məhsul 

çıxarılması, əhalinin sosial problemlərinin həlli, yerli məhsullar hesabına tələbatın 

ödənilməsi  səviyyəsinin  yüksəldilməsi,  istehsal  potensialından  səmərəli  istifadə, 

iqtisadiyyatın sahə və ərazi quruluĢunun təkmilləĢməsi ön plana çəkilir. Regional 

inkiĢafın dövlət proqramları əsasında davamlı inkiĢafının təmini istiqamətində ilk 

ciddi  addım  2004-cü  ildə  prezidentin  müvafiq  sərəncamı  ilə  təsdiq  olunmuĢ 

―Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkiĢafı  Dövlət  Proqramı 

(2004-2008-ci  illər)‖  ilə  qoyulmuĢdur.  I  regional  inkiĢaf  proqramı  çərçivəsində 

nəzərdə tutulmuĢ tədbirlərin uğurla reallaĢdırılması nəticəsində regionların iqtisadi 

potensialı  hərəkətə  gətirilmiĢ,  buradakı  əmək  ehtiyatları  dövriyyəyə  cəlb 

olunmuĢdur.  Bir  sözlə,  ölkənin  davamlı  və  tarazlı  inkiĢafına  yönəldilmiĢ  bu 

proqramın  icrasına  baĢlanılması  ilə  Azərbaycanda  regional  inkiĢafın  təməli 

qoyulmuĢ,  bölgələrdə  iqtisadi  fəallıq  xeyli  dərəcədə  canlanmıĢ,  insanlarda 

təĢəbbüskarlıq hissi güclənmiĢdir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu 

il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiĢ ―Azərbaycan Respublikası 

regionlarının  2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkiĢafı  Dövlət  Proqramı‖nın 

icrası  ölkə  iqtisadiyyatının  inkiĢafında  mühüm  əhəmiyyət  kəsb  etməklə, 

makroiqtisadi 

sabitliyin 

təmin 


olunmasında, 

sahibkarlıq 

fəaliyyətinin 

geniĢlənməsində, yeni müəssisələrin və iĢ yerlərinin yaranmasında, infrastruktur və 




76 

 

 



 

kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində, yoxsulluq həddinin 

aĢağı  düĢməsində  və  əhalinin  rifah  halının  yaxĢılaĢdırılmasında  müstəsna  rol 

oynamaqdadır.  1-ci  və  2-ci  regional  inkiĢaf  proqramları  çərçivəsində  nəzərdə 

tutulmuĢ  tədbirlərin  uğurla  reallaĢdırılması  nəticəsində  regionların  iqtisadi 

potensialı  hərəkətə  gətirilmiĢ,  buradakı  əmək  ehtiyatları  dövriyyəyə  cəlb 

olunmuĢdur.  ―Azərbaycan  Respublikası  regionlarının  2014-2018-ci  illərdə  sosial-

iqtisadi inkiĢafı  Dövlət  Proqramı‖nın icrasına  baĢlanılması  ilə ölkəmizin davamlı 

və  tarazlı  inkiĢafı  yeni,  daha  sürətli  mərhələyə  qədəm  qoymuĢdur.  Adıçıkilən 

sənədlərlə yanaĢı Azərbaycan regionlarının kompleks 

inkiĢafını  nəzərdə  tutan 

―2008—2015-ci  illərdə  Azərbaycan  Respublikasında  əhalinin  ərzaq  məhsulları 

ilə  etibarlı  təminatına  dair  Dövlət  Proqramı‖  kimi  sənədlər  də  Azərbaycan 

regionlarında sosial sahələrin inkiĢafının hüquqi əsasını təĢkil etməkdədir. 

Azərbaycanın  inkiĢafının  hazırkı  mərhələsində  qarĢıya  qoyulmuĢ  əsas 

hədəflər  çoxĢaxəli,  innovasiya  yönümlü  iqtisadiyyatın  formalaĢdırılması,  əhalinin 

rifahının davamlı olaraq yaxĢılaĢdırılması, elmin, mədəniyyətin inkiĢafında, ictimai 

həyatın  bütün  istiqamətlərində  yeni  nailiyyətlərin  əldə  olunmasıdır.  Dövlət 

baĢçısının  29  dekabr  2012-ci  il  tarixli  fərmanı  ilə  təsdiq  edilmiĢ,  Heydər  Əliyev 

ideyalarından  güc  alan  "Azərbaycan  2020-  gələcəyə  baxıĢ‖  ĠnkiĢaf  Konsepsiyası 

qarĢıya  qoyulmuĢ  vəzifələrin  yerinə  yetirilməsində  mühüm  rol  oynayacaqdır. 

Konsepsiyada  nəzərdə  tutulmuĢ  tədbirlərin  icrası  sayəsində  2020-ci  ilədək  ölkədə 

qeyri-neft  sektorunun  inkiĢafı  hesabına  ÜDM-in  həcminin  iki  dəfə  artırılması 

nəzərdə tutulub. Rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması sahəsində innovasiya 

fəaliyyətinin  geniĢləndirilməsi  üçün  müvafiq  qanunvericilik  bazasının  və  zəruri 

mexanizmlərin  yaradılması  davam  etdiriləcəkdir.  Bunun  üçün  həlledici  Ģərtlərdən 

biri  kimi  çıxıĢ  edən  insan  kapitalının  davamlı  olaraq  inkiĢaf  etdirilməsi  əsas 

istiqamətlərdən  biri  olaraq  qalacaqdır.  Həmin  dövrədək  Azərbaycanın  Dünya 

Bankının adambaĢına düĢən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli 

ölkələr"  arasında və BMT ĠnkiĢaf Proqramının Ġnsan ĠnkiĢafı ilə bağlı təsnifatına 

görə "yüksək insan inkiĢafı" ölkələri qrupunda üst sıralara yüksəlməsi hədəflənir. 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə