77
Konsepsiyada nəzərdə tutulmuĢ vəzifələrə nail olunması ölkəmizin qüdrətinin daha
da artmasını, beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsini və əhalinin
rifahının daha da yaxĢılaĢmasını təmin edəcəkdir.
78
NƏTİCƏ VƏ TƏKLİFLƏR
Azərbaycanda demokratik dövlət quruculuğu, dövlət ərazi idarəetmə
sisteminin inkiĢafı ilə, digər tərəfdən isə regionların inkiĢafında olan fərqlərlə
bağlıdır. Ġqtisadiyyatın dövlət tənzimlənməsi və idarə olunması ilə əlaqədar nəzəri-
metodoloji məsələlərin respublikamızın Ģəraitinə uyğun tədqiq edilməsi və
öyrənilməsi xüsusilə vacibdir. Səmərəli iqtisadi siyasətin, iqtisadiyyatın dövlət
tənzimlənməsi və idarə olunması mexanizminin iĢlənib-hazırlanması və həyata
keçirilməsi üçün ilk növbədə yüksək ixtisaslı kadrlara, mütəxəssislərə kifayət
qədər bilik və üstünlük vermək lazımdır. Həmçinin, daxili iqtisadi siyasətin
aparılması üçün müvafiq normativ hüquqi bazanın yaradılmaması iqtisadi
problemlərin həllinə mane olur. Belə bir vəziyyətdə səmərəli iqtisadi siyasətin
həyata keçirilməsi və səmərəli tənzimlənməsinə nail olunması üçün mükəmməl
hüquqi mexanizmin və təkmil normativ hüquqi bazanın formalaĢdırılması zəruri
Ģərtə çevrilmiĢ olur. Ölkədə son illərdə həyata keçirilən islahatların baĢlıca
məqsədi demokratik və güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulmasından
ibarət olmuĢdur. Ġqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı
mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin geniĢləndirilməsinə, yerli və xarici
investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə
təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin,
yeni iĢ yerlərinin yaradılmasına və nəticə etibarilə ölkənin iqtisadi qüdrətinin
artırılmasına yönəlmiĢdir. Uğurlu neft strategiyasının həyata keçirilməsi
nəticəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə
iqtisadiyyatın tarazlı inkiĢafına nail olmaq son illər Azərbaycan dövlətinin
qarısında duran ən mühüm vəzifələrdən biri olmuĢdur. Bu baxımdan iqtisadi
inkiĢafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin baĢlıca hədəflərindən biri
kimi müəyyənləĢdirilmiĢdir. Mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi
potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun
inkiĢafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləĢdirmək, əhalinin
79
məĢğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu
yeniləĢdirmək, əlveriĢli investisiya Ģəraiti, müasir tipli müəssisələr, yeni iĢ yerləri
yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə
regionların bilavasitə davamlı sosial-iqtisadi inkiĢafını nəzərdə tutan - 2004-2008,
2009-2013 və 2014-2018-ci illəri əhatə edən iki proqram hazırlanmıĢ, birinci və
ikinci proqram reallaĢdırılaraq uğurla baĢa çatdırılmıĢ, üçüncü proqram da eyni
uğurla reallaĢdırılmaqdadır. Regionlarda infrastrukturun yenidən qurulması ilə
bağlı həyata keçirilməsi zəruri olan tədbirlərin hamısı hər üç proqramda tam olaraq
öz əksini tapmıĢdır. Bu gün tam əminliklə demək mümkündür ki, Azərbaycan
regionlarının bügünkü sosial - iqtisadi inkiĢafı və canlanması bilavasitə adıçəkilən
proqramların qəbul edilməsi və reallaĢdırılması ilə bağlı olmuĢdur. Sonuncu, 2014-
2018-ci illəri əhatə edən dövlət proqramlarında regionlarda, mövcud potensialdan
daha səmərəli istifadə etməklə sosial sfera sahələrinin, kommunal xidmət və digər
infrastruktur obyektlərinin, yeni istehsal və emal muəssisələrinin yaradılması,
mövcud muəssisələrdə istehsal fəaliyyətinin geniĢləndirilməsi, rabitə və
informasiya texnologiyalarının tətbiqinin surətləndirilməsi, sosial infrastrukturun
yaxĢılaĢdırılması, o cumlədən müasir standartlara cavab verən təhsil, elm, səhiyyə,
mədəniyyət və idman obyektlərinin inĢası, yenidən qurulması, əlillər və Ģəhid
ailələri üçün yaĢayıĢ binalarının tikintisi uzrə kompleks tədbirlər nəzərdə
tutulmuĢdur.
Azərbaycan Respublikasının sosial-iqtisadi inkiĢafı sahəsində qəbul edilmiĢ
dövlət proqramları çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər ölkədə
makroiqtisadi sabitliyi təmin etmiĢ, iqtisadiyyatın dinamik inkiĢafına təkan vermiĢ,
əhalinin həyat səviyyəsini xeyli yaxĢılaĢdırmıĢdır. Ölkə iqtisadiyyatın inkiĢafı ilə
bağlı qəbul edilmiĢ müxtəlif dövlət proqramları çərçivəsində nəzərdə tutulmuĢ
tədbirlərin həyata keçirilməsi Bakı Ģəhərində də abadlıq-quruculuq iĢlərinin
sürətlənməsinə, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin
yaxĢılaĢmasına, ümdə məsələlərin həlli istiqamətində irimiqyaslı iĢlər görülməsinə
Ģərait yaratmıĢdır. Belə ki, Bakı Ģəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi
80
inkiĢafı sahəsində ―Bakı Ģəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-
iqtisadi inkiĢafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı‖ və Azərbaycan
Respublikasının Prezidentinin 4 may 2011-ci il tarixli, 1490 nömrəli Sərəncamı ilə
―2011-2013-cü illərdə Bakı Ģəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi
inkiĢafına dair Dövlət Proqramı‖ təsdiq edilmiĢdir.
Əvvəlki Tədbirlər Proqramının məntiqi davamı olan ―2011-2013-cü illərdə
Bakı Ģəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkiĢafına dair Dövlət
Proqramı‖nda Bakı Ģəhəri və onun qəsəbələrində elektrik enerjisi, qaz, su və
kanalizasiya, istilik təchizatı sahəsində davamlı iĢlərin aparılması, yolların və digər
infrastruktur obyektlərinin inĢası, yenidən qurulması və inkiĢafı layihələrinin
həyata keçirilməsi, ekoloji vəziyyətin yaxĢılaĢdırılması, sosial-mədəni infrastruktur
obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və s.) beynəlxalq
standartlara uyğun yenidən qurulması və inkiĢafı, yeni iĢ yerlərinin və yeni
müəssisələrin açılması və digər iĢlər nəzərdə tutulmuĢdur. Ümumilikdə Dövlət
Proqramında 16 müxtəlif sahəni əhatə edən 817 tədbirin icrası nəzərdə tutulmuĢdur
ki, bunlardan da 22-si ümumərazi inkiĢaf tədbirlərini, 779-u Bakı Ģəhərinin
rayonlarını və 16-sı isə AbĢeron rayonunu əhatə edir. Proqrama əsasən müəyyən
edilmiĢ tədbirlərin icrası paytaxt və onun qəsəbələrinin davamlı inkiĢafına,
infrastrukturun yeniləĢdirilməsinə səbəb olmaqla yanaĢı, təbii və iqtisadi potensial-
dan, əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, əhalinin məĢğulluğunun
artırılmasına və ölkədə yoxsulluq səviyyəsinin daha da azaldılmasına təkan
verəcəkdir.
Beləliklə, regionların sosial-iqtisadi inkiĢafına dair dövlət proqramları
çərçivəsində həyata keçirilmiĢ tədbirlər nəticəsində infrastruktur təminatı
yaxĢılaĢmıĢ, sahibkarlıq fəaliyyəti üçün imkanlar daha da geniĢlənmiĢ,
bölgələrimizin siması dəyiĢmiĢ və investisiya cəlbediciliyi artmıĢdır. Bu da
regionlarda rəqabət qabiliyyətli və ixrac yönümlü məhsullar istehsal edən, müasir
texnologiyalara əsaslanan müəssisələrin yaradılmasına Ģərait yaradır. Regionlarda
istehsal olunan bir çox məhsullar artıq Avropa və Amerika bazarlarına da ixrac
Dostları ilə paylaş: |