İran İslam İnqilabının rəhbəri cənab Ayətullah Xamenei


Qadın və kişi həmkarlığının icazəli olması ilə yanaşı cinsi fitnədən qorunmaq



Yüklə 1,54 Mb.
səhifə48/77
tarix06.05.2018
ölçüsü1,54 Mb.
#42356
1   ...   44   45   46   47   48   49   50   51   ...   77

Qadın və kişi həmkarlığının icazəli olması ilə yanaşı cinsi fitnədən qorunmaq


Sizin bu gün Qərbdən təsirlənmiş qeyri-qərb dünyasında və hətta bir çox Qərb ölkələrində gördüyünüz qadın və kişi məsələsi, yəni bu pozğunluqlar əsl Qərb mədəniyyətindən deyil. Əsl Qərb mədəniyyətində iki cinsin İslamda da göstərilən çəkinməməsi var. Onun bir hissəsi onların məsihilik haqda yanlış düşüncələrinə aiddir, bir hissəsi də tarixi və coğrafi məsələlərə.

Qeyri-qərb dünyasında siz dünyanın hansı bir yerinə baxsanız, görərsiniz ki, iki cinsin bu ayrılığı və bir-birindən çəkinməsi mövcuddur, təkcə İslama məxsus deyil. Lakin İslam bunun üçün çərçivə müəyyənləşdirmişdir. Hər yerdə var. Hər yerdə bir formada var. İslamda da bizim bildiyimiz formadadır. Həmçinin bizim məhrəm və naməhrəm adlandırdığımız məsələdə bunun mənası bir cinsin olduğu yerə başqa bir cinsin daxil olmaması deyil, onların bir-biri ilə ünsiyyətdə olmaması deyil, onların bir-biri ilə həmkarlıq etməməsi deyil. Bu sizin müqəddəs şəriətdə bildiyiniz xüsusi mənadadır: cinsi fitnə yaradan olmasın. Sanki müqəddəs İslam şəriətində bu meyar bilinmişdir. Doğrudan da pis və təhlükəli olan, insanların düçar olduğu cinsi fitnə bir ölkəyə, iki ölkəyə, dünyanın bu yerinə, yaxud o yerinə məxsus deyil. Hər hansı yerdə və hər hansı bir səviyyədə qadın və kişi bu fitnəyə düçar olsalar, onlar üçün azğınlıq, qəflət və yoldan çıxma vücuda gələcək. Müqəddəs İslam şəriəti bu bataqlığı qurutmaq istəyir. Yolu da budur. Buna görə siz görürsünüz ki, naməhrəm qadın və kişinin bir yerdə olması, hətta bir otaqda yalqız qalması bəzən haram, bəzən də məkruhdur. Ümumiyyətlə şərt qoymayıblar, baxmaları, yaxud baxmamaları, yaxud paltarlarının filan formada olması ilə şərtləndirməyiblər. Baxın, işarə bunadır. Halbuki həmin naməhrəm qadın və kişi əgər küçədə və başqa bir yerdə heç kim olmasa, bağlı yer olmasa, qıfıllı yer olmasa, bir yerdə də olsalar, birgə olmalarının eybi yoxdur, danışsınlar, söhbət etsinlər.



Tibbi şəriət meyarları ilə uyğunlaşdırma qrupunun üzvləri ilə görüşdə çıxışdan; 7 noyabr, 1995

Keyhan qəzeti

Qadınların qadın həkimə getməsini asanlaşdırmaq üçün hökumətin proqram hazırlamasının zəruriliyi


Birinci mərhələdə elə edin ki, İslam Respublikası quruluşunda hər hansı bir xəstə qadın əgər qadın həkimə getmək istəsə, onun üçün mümkün olsun. İkinci mərhələdə işi elə edin ki, əgər bir qadın kişi həkimə müraciət etmək istəsə, problemə düşsün. İndi demirik ki, qadağan olsun. Yox, hər halda, bu, şəriətə uyğun olan digər işlər kimi bir işdir. İnsanlar azaddırlar. Siz hökumət olduğunuzdan elə tərbiyə edin ki, halal işi asanlaşdırın, haram, məkruh, yaxud haramlıq və məkruhluq təhlükəsində olan işləri çətinləşdirin.

Tibbi şəriət meyarları ilə uyğunlaşdırma qrupunun üzvləri ilə görüşdə çıxışdan; 7 noyabr, 1995

Keyhan qəzeti

Kişi və qadının həkimlikdə dini əxlaqa və rəftara riayət etməsi


İslam bunun qarşısını almaq istəyir. Keçmişdə universitet Qərb mədəniyyətinin təbliği üçün bir mərkəz idi. Buna görə dindar adam da universitetə gedəndə dinsiz olurdu. Əlbəttə, səbəbi də belə şeylər idi. Çox aydındır ki, bizim o siyasəti - yəni qadın və kişinin həkimlikdə dini əxlaqa və rəftara riayət etməməsi məsələsini istər təhsil dövründə, istərsə də praktika və icra mərhələsində silib İslam və İslam əsaslarını gətirməyimiz çox təbii idi. Biz əslində gec başladıq. İndi o buyurur ki, mən 88-ci ildə demişəm. Əlbəttə, mən 88-ci ildən sonra da indiyə qədər bu yeddi-səkkiz ildə Səhiyyə Nazirliyinin məsul şəxslərinə dəfələrlə tövsiyələr etmişəm. Həkim və mütəxəssis cənablar gəlib otursunlar, orta və mümkün bir hədd tapsınlar.

Tibbi şəriət meyarları ilə uyğunlaşdırma qrupunun üzvləri ilə görüşdə çıxışdan; 7 noyabr, 1995

Keyhan qəzeti

Universitetdə əxlaq problemləri


Həqiqət budur ki, universitet xüsusi yaşlarda olan gənclərin, qadın və kişilərin çoxluğuna görə müxtəlif maraqların və qeyri-sağlam əxlaqi və mədəni təmayüllərin təhlükəsi qarşısında olan bir mərkəzdir.

Fəqih rəhbərin ölkə universitetlərində nümayəndələrinin mərkəzi şurası ilə görüşdə çıxışdan; 30 sentyabr, 1990

Beynəlxalq medianın qız və oğlan əlaqələrinin qeyri-münasib tərzini göstərməyə çalışması


Qız və oğlanların, qadın və kişilərin küçə və xiyabanlarda geyim tərzi və bəzənməsi elə olmalıdır ki, xalqın - şəhid vermiş xalqın duyğuları ilə ziddiyyət təşkil etməsin. Bütün dünyanın informasiya və digər vasitələri xalqlar üzərində işləyir, qadın və kişinin geyimi məsələsində onların taleyi üçün təhlükəli olan əxlaq və üsulu sırımağa çalışırlar.

Tehranın cümə namazı xütbəsindən; 19 aprel, 1985

İslam Cümhuriyyəti qəzeti

Qız və oğlanın qarışması beynəlxalq sionizmin təsir vasitələrindən biri kimi


Beynəlxalq sionizmin xalqların istismarı və zəncirlənməsi üçün işlətdiyi yollardan biri budur: fəsadı və pozğunluğu yaymaq, qız və oğlanları qarışdırmaq, cinsi münasibətləri azad etmək, nəcib cinsi əxlaqı ələ salmaq. Bu elə məsələlərdəndir ki, beynəlxalq hegemonluq dünya səviyyəsində məhv etmək üçün siyasi bir alət kimi ondan istifadə edir. Gəncləri müharibə və quruculuq cəbhəsində belə fədakarlıq göstərən inqilabçı bir xalqın arasında bir qrup adamın küçələrə pozğun şəkildə çıxıb, inqilabdan sonrakı müqəddəs və nəcabətli İslam ab-havasını ləkələmələrinə necə icazə verə bilərik?! Bəllidir ki, belə bir şey olmaz.

Tehranın cümə namazı xütbəsindən; 19 aprel, 1985

İslam Cümhuriyyəti qəzeti

İslam nəzərindən qadın və kişi münasibətlərini izah etməyin zəruriliyi


Biz fəsad, pozğunluq, qadın və kişi münasibətlərinin məhdudiyyətlərinin İslam baxımından izah edilməsinin lazım olduğunu dedikdə, bu təkcə dünya xalqı üçün deyil, bizim öz xalqımız üçün də belədir. Həqiqət budur ki, bizim İslam cəmiyyətimizdə cinsi özbaşınalıq məsələsi və cinsi fəsad və pozğunluğun qadağan olunması üzərində lazımi mədəni iş görülməmişdir.

Əlbəttə, bizim ümumi xalqımız hicaba və İslamın təyin etdiyi lazımi qoruyuculara kamil iman bəsləyir. Lakin hələ də hicab məsələsinin, qadın və kişi münasibətlərinin məhdudiyyətinin izah olunmadığı və aydınlaşmadığı bəzi şəxslər var. Buna görə, bu mövzunu öz xalqımıza izah etməyə də borcluyuq.



Tehranın cümə namazı xütbəsindən; 31 oktyabr, 1986

Risalət qəzeti

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə