İran İslam İnqilabının rəhbəri cənab Ayətullah Xamenei


İffəti və hicabı sıradan çıxarmaqda sirli əllər



Yüklə 1,54 Mb.
səhifə46/77
tarix06.05.2018
ölçüsü1,54 Mb.
#42356
1   ...   42   43   44   45   46   47   48   49   ...   77

İffəti və hicabı sıradan çıxarmaqda sirli əllər


Bu gün sirli əllər fəaliyyətdədirlər. Bəzi şəxslər düşünülmüş şəkildə hərəkət edirlər, qadınların iffətini, paklığını və hicabını tədricən sıradan çıxarmaq və inqilabdan öncəki vəziyyəti qaytarmaq istəyirlər.

Təlim-tərbiyə naziri və qadın pedaqoji mərkəzlərinin tələbələri ilə görüşdə çıxışdan; 2 may, 1984

İslam Cümhuriyyəti qəzeti

Qadın və kişi münasibətləri

İslamın baxışından qadın və kişi arasında sərhəd


Müsəlman qadın və kişi arasında hicab və sərhəd müəyyənləşdirilmişdir. Qadın və kişinin qarışması, kişilərin bir-biri ilə və qadınların bir-biri ilə qarışması kimi deyil. Buna riayət etmək lazımdır; həm kişi riayət etməlidir, həm qadın. Əgər İslamın kişi və qadın münasibətlərinə, kişi və qadın qarışmasının tərzinə olan həssaslığı riayət olunsa, kişilərin ictimai sahədə görə bildiyi bütün işləri qadınlar da fiziki gücləri, həvəsləri və imkanları daxilində görə bilərlər.

Xuzistan qadınları ilə görüşdə çıxışdan; 11 mart, 1997

Müxtəlif dünya görüşləri - qadın və kişi münasibətlərində baxış fərqlərinin səbəbi


Sizin indi irəli sürdüyünüz mövzu əsasən qadın və kişi münasibətlərinə, əlaqələrinə və rəftar tərzlərinə aiddir. Kişi və qadın münasibətlərində qərblilərin baxışı İslamın İslam dünyagörüşündən qaynaqlanan baxışı ilə fərqlənir. Onların dünyagörüşü insani məsələlərdən qaynaqlanır. Əlbəttə, köklü məsələ deyil, lakin əsas işlərlə sonuclanır. İslamın hicab məsələri barəsindəki görüşü isə çox yaxşı və aydın görüşdür.

Qadınların inqilab rəhbərilə səmimi sual-cavab məclisində söhbətlərdən; 10 oktyabr, 1998

İslamın qadın və kişi münasibətləri üçün məhdudiyyəti


Qərb və onun mədəniyyəti baxımından qadın üçün təsəvvür olunan dəyərlərdən biri budur ki, öz vücudu və şəxsiyyəti ilə digərlərinin ləzzət almasına və bəhrələnməsinə şərait yaratsın. Buna görə biz İslam mədəniyyəti əsasında, İslamın qadın və kişi münasibətləri üçün məhdudiyyət tanıdığını, qadın və kişinin qeyd-şərtsiz əlaqələrini icazəli bilmədiyini elan etdikdə, bizi qadınları təhqir etməkdə ittiham edirlər. Halbuki təhqir Qərb mədəniyyətində qadının şəxsiyyətinə qarşı ediləndir.

"Qadın və qlobal İslam inqilabı" beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

İslam Cümhuriyyəti qəzeti

Uyğun olmayan münasibət


Uyğun olmayan münasibət odur ki, onda xüsusi mədəni və əxlaqi cəhətlər riayət olunmasın.

Cəmiyyətdə qadının rolu" seminarında çıxışdan; 2 mart, 1986



İslam Cümhuriyyəti qəzeti

Qadın və kişi əlaqəsində ilahi təqvaya riayət


İlahi təqvanın bariz nümunələrindən biri, cinsi məsələlərdə və qadın-kişi əlaqələrində ilahi məhdudiyyətlərə və qaydalara riayət olunmasıdır. Bu barədə ilahi təqvaya riayət edin və şübhəsiz, Allah-Taala bu yolda çalışıb zəhmət çəkənlərə böyük mükafat ayırmışdır.

Cümə namazı xütbəsindən; 2 avqust, 1986

Risalət qəzeti

Bəzi qeyri-müsəlmanların İranda müsəlman qadın və kişi əlaqələrinin hüdudları barədə yanlış təsəvvürləri


Bizim müəyyən etdiyimiz hüdudlar – misal üçün, naməhrəm qadın və kişi bir-biri ilə fiziki təmasda olmamalıdırlar, bir-birinə ehtirasla baxmamalıdırlar, bir-biri ilə qeyd-şərtsiz münasibətləri olmamalıdır, bağlı və xəlvət otaqda yalqız qalmamalıdırlar - dünyanın bəzi yerlərində digər xalqlar arasında bəzən pis qarşılanır. Bizim düşmənlərimiz də bu yanlış təsəvvürü qızışdırırlar. Biz misal üçün, bir yerdə, yaxud rəsmi bir toplantıda bir qadına əl vermiriksə, bunu qadına, yaxud xüsusi olaraq o qadına hörmətsizlik kimi izah edirlər.

Cümə namazı xütbəsindən; 10 oktyabr, 1986

İslam Cümhuriyyəti qəzeti

Pozğun rabitə - qadının əxlaqi məsələlərdən, siyasi və mədəni səhnələrdən uzaqlaşması amili


Qərb mədəniyyətinin məzmunu qadınların məqamına təhqirlə doludur. Bu gün dünyanın bir çox yerlərində qadın və kişi əlaqələri bayağı və əyləncə formasına düşmüşdür. Bu, qadının əxlaqi məsələlərdən, siyasi və mədəni səhnələrdə fəal iştirakdan uzaqlaşmasına bais olmuşdur. Təbiidir ki, İslam buna qarşıdır.

"Qadın və qlobal İslam inqilabı" beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

İslam Cümhuriyyəti qəzeti

Qadın və kişi münasibətində fəsaddan uzaqlaşmaq


İslam baxışından qadın və kişi münasibətlərində əsas prinsip budur ki, İslam cinsi fəsad və pozğunluqla və bu gün dünyada adı cinsi azadlıq qoyulan məsələ ilə kəskin müxalifdir.

Əgər qadın və kişi ailədən kənarda, cəmiyyətdə, təhsil, iş və digər qeyri-qanuni yerlərdə öz cinsi ləzzətləri ilə məşğul olsalar, vücuda gələn ən böyük tələfat budur ki, qadın və kişi arasında və ailədə olan güclü bağlılıq qırılıb məhv olacaq.



Tehranın cümə namazı xütbəsindən; 10 oktyabr, 1986

İslam Cümhuriyyəti qəzeti

Cəmiyyətdə hicabı qorumaqla qadın və kişinin həmkarlığı


İslam məktəbində qadın və kişi arasında bir qoruyucu və hicab vardır. Bunun mənası o deyil ki, qadınların kişilərdən fərqli bir aləmləri var. Xeyr, cəmiyyətdə birgə yaşayırlar, iş yerində birgə yaşayırlar, hər yerdə birgədirlər. İctimai problemləri qadınlar və kişilər birgə həll edirlər. Müharibəni qadınlar və kişilər birgə edirlər və etdilər. Ailəni birgə idarə edirlər və yetişdirirlər, övladları tərbiyə edirlər. Lakin ev və ailədən bayırdakı qoruyucu və hicab mütləq qorunur. Bu, İslamın model qurmasında əsas məqamdır. Əgər bu məsələyə riayət olunmasa, bu gün Qərbin düçar olduğu pozğunluq qarşıya çıxacaq. Əgər bu məsələyə riayət olunmasa, qadın İslam İranında görünən vəziyyətdən, yəni dəyərlərə sarı hərəkətdə öncüllükdən qalacaq. Qərblilər bütün gücləri ilə bu məsələyə təsir göstərmək istəyirlər; hər bir yerdə və hər bir kəsə qarşı bir yolla.

Xalqın müxtəlif təbəqələri və feldşerlərlə görüşdə çıxışdan; 13 noyabr, 1991

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə