İran İslam İnqilabının rəhbəri cənab Ayətullah Xamenei


Pəhləvi quruluşunda və Qərb mediasında hicabın təhqir edilməsi və ələ salınması



Yüklə 1,54 Mb.
səhifə55/77
tarix06.05.2018
ölçüsü1,54 Mb.
#42356
1   ...   51   52   53   54   55   56   57   58   ...   77

Pəhləvi quruluşunda və Qərb mediasında hicabın təhqir edilməsi və ələ salınması


Tağut rejimi dövründə hicabı ələ salan şəxslərin təlxək və veyil rəftarlarından keçirik. O dövrdə universitetlərdən hicabı qoruyan azsaylı xanım və qızlar masqara olunur və ələ salınırdı. O rəftar qeyri-insani, yelbeyin və səhv bir rəftar idi. İnsanın özünün qəbul etmədiyi bir işə istehza etməsi işini bu gün eynilə Qərb mediası görür. O dövrdə belə şəxslər yelbeyin işlər görürdülər. Bu ümumiyyətlə söhbətin mövzusu deyil. Lakin belə yelbeyinliklərə malik olmayan düşüncə və məntiq adamları, yerində danışan və yerində fikirləşən adamlar inanmırdılar ki, qadın İslam məsələlərinə, o cümlədən hicab məsələsinə etiqad bəsləsin və eyni zamanda elmi dərəcələr əldə edib alim ola bilsin. Belə bir şəxsin siyasi və ictimai məsələlərdə bir şəxsiyyət olmasına da inanmırdılar, fəal inqilabçı bir ünsür olmasını da düşünmürdülər.

Ölkənin qadın həkimləri ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Qadınların məlumatsızlığı və hicabın açılması təxribatının uğuru


Bu böyük və təhlükəli təxribatın uğuru böyük həddə bu faciənin baş verdiyi zaman iranlı qadının İslam qadını örnəyi haqda aydın, gözəl, məntiqli və imana arxalanan təsvirinin olmamasına görə idi. Əgər o zaman cəmiyyətdə elmin və savadın genişlənməsi başlansaydı, İslamın belə bir örnəyi ictimai fikrin, xüsusən də qadınların ixtiyarında qoyulsaydı, o təxribat asanlıqla uğur qazanmazdı.

Cəmiyyətdə qadın rolunun araşdırılması" seminarında çıxışdan; 2 mart, 1986



İslam Cümhuriyyəti qəzeti

Hicabın açılması əleyhinə mübarizədə iranlı qadının fəaliyyəti


İnqilabın möcüzəsi belə oldu: 1978-ci ildə, zalım rejimin aparatı bütün təbliğatları ilə hicabsızlığın başlanmasını, həqiqətdə iranlı və müsəlman qadının iffət və paklığının uçurulmağa başlanmasını elan etdikləri gün – yəni yanvarın 7-də qadınların bir qrupu hərəkət etdi, yürüşə çıxdı, şüar verdi, iranlı qadının hegemonçu rejim qarşısında ciddi və dərin mübarizə fəaliyyətini elan etdi. İmam o zaman öz müraciətində də müsəlman qadınların və bacıların bu hərəkətinə toxunmuşdu. Onlar bu iş üçün çox əhəmiyyətli bir günü seçmişdilər. Bu hadisədən təxminən bir il sonra Tasua və Aşura nümayişlərində insan baxdıqda bu qadın nümayişçilərin əzəmətli izdihamını görürdü. Çadralı və İslam hicablı bu qadınların bəzisi uşaqlarını əllərində tutmuşdular. Yüz minlərlə müsəlman qadın bütün şəhərlərin küçələrini doldurmuşdular və kişilərdən də güclü səslə şüar verirdilər. Hiss edirdik ki, uzun illər boyu biz necə böyük tələfat vermişik. İranlı müsəlman qadını sıradan çıxarmışdılar. Əhalinin yarısını birinci mərhələdə və o biri yarısını, yəni kişiləri ikinci mərhələdə düşünmək və cəmiyyətin ciddi işləri ilə məşğul olmaq meydanından çıxarmaq istəyirdilər. Təəssüf ki, böyük həddə uğur da qazanmışdılar.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

Hicabsızlıq – siyasi bir hərəkət


Bizim ölkəmizdə siyasi bir hərəkət qadınları hicabsızlığa, yəni cinsi özbaşınalığa çəkdi və bizim qadınlarımız tərəfindən bir inqilabi hərəkət qabaqkı hərəkəti zərərsizləşdirdi, qadını hicaba sarı və tüfeylilikdən uzaqlaşmağa sövq etdi. Bizim cəmiyyətimizdə tüfeylilik hərəkəti şübhəsiz, inqilab əleyhinə bir hərəkətdir; elə bir hərəkətdir ki, dünyanın siyasi ideoloqları onu idarə edirlər.

Təlim-tərbiyə naziri və qadın pedaqoji mərkəzlərinin tələbələri ilə görüşdə çıxışdan; 2 may, 1984

İslam Cümhuriyyəti qəzeti

İslamın təmiz mühitinin hicabsızlıqla ləkələnməsi


Bizim xalqımız gərək öz gözünü və qulağını açsın. Bizim inqilabçı və islamçı cəmiyyətimizdə mənfur və əskik Qərb mədəniyyətinə qayıdış qeyri-mümkün və qadağandır. Bizim xalqımızın və inqilabın məsul şəxslərinin xalqın rəftarının və yaşayışının yenidən fəsadlı Qərb mədəniyyətinin köçürdüyü və zorla bu xalqa sırıdığı səmtə getməsinə icazə vermələri imkansızdır.

Bizim cəmiyyətimizdə mənfur Pəhləvi xanədanının vasitəsi ilə qadınların hicabsızlığa və çılpaqlığa daxil olmasının tarixçəsini oxuyan şəxslər, yaxud yaşlarının çox olmasına görə o günləri görənlər bilirlər ki, hicabsızlığı, hədd və sərhəd tanımamanı, kişi və qadının qarışmasını ölkə daxilinə necə gətirdilər və xalqa necə sırıdılar.

Bizim xalqımız asanlıqla bu məsələni qəbul etmədi, amma təəssüf ki, İslam inqilabının qələbəsinə qədər Pəhləvi xanədanının ağır və mənfur sayəsi altında iki-üç nəslin dəyişməsi səbəbindən bəziləri bu mədəniyyətlə dünyaya gəldilər, onun pisliyini dərk etmədilər, əsl İslam mühitinin sağlamlığını və paklığını anlamadılar.

Bizim təbliğat qurumlarımız da Qərb mədəniyyətinin nöqsanlarını onlara göstərmək gücündə deyildi.



Həkimlər, feldşerlər, ölkənin ali tibb mərkəzlərinin işçiləri ilə görüşdə çıxışdan; 6 dekabr, 1989

Hicabsızlıq – İslam Respublikası əleyhinə siyasi hərəkət


Bu gün bizim ölkəmizdə bəzi şəxslərin vasitəsi ilə zərərli formada izlənilən antihicab hərəkəti İslam Respublikası əleyhinə siyasi bir hərəkətdir.

İncəsənət işçisi olan qadınlarla görüşdə çıxışdan; 31 may, 1984

Xəbis adamlarla qətiyyətli mübarizə


Hicabsızlıq sahəsində xəbislik edən bir qrupa qarşı qətiyyətli tədbir görməliyik və görəcəyik.

İncəsənət işçisi olan qadınlarla görüşdə çıxışdan; 31 may, 1984

Doqquzuncu fəsil: Qadın və tənəzzül amilləri

Qərb mədəniyyətinin yayılması


Məsələ belə idi ki, bu məmləkətdə Qərb mədəniyyətini, istehlakçılıq mədəniyyətini, dəbdəbəçilik mədəniyyətini, bərbəzək mədəniyyətini, qadını şəhvətpərəstlik oyuncağı etmək mədəniyyətini və kişini fəsad uçurumuna çəkmək, cəmiyyətin əsas məsələlərini cinsi cazibələrin kölgəsi altında saxlamaq mədəniyyətini planlaşdırmaq istəyirdilər və təəssüf ki, özlərinin bir neçəillik səyləri ilə çox həddə müvəffəqiyyət də qazandılar.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

İslam Cümhuriyyəti qəzeti

Bəzi ailələrdə Qərb təlimlərinin təsiri


Bizim xalqımıza qarşı bu işi mənfur Pəhləvi xanədanının şahlığından qabaq başlamışdılar. Amma o mənfur rejimin dövründə bu prosesi gücləndirdilər. Müstəmləkəçilik və hegemonluq bu muzdur ailənin şahlığı dövründə cəmiyyətdə Qərb mədəniyyətinin genişləndirilməsinə çox çalışdılar və təəssüf ki, müvəffəq də oldular. Bu gün ölkə daxilindəki bəzi iranlı ailələrin o ənənələrə, işvələrə, geyim və davranışa təmayül göstərdiyini görürsünüzsə, həmin rəzil və xəyanətkar qərbli müəllimlərin təlimlərinin nəticəsidir. Bu proses bu ölkədə on illər boyu davam etmişdir.

İnqilab baş verib xalqın mədəniyyətində və təsəvvürlərində əzəmətli yenilik, dəyişiklik vücuda gətirsə də, hələ də ürəkləri Qərb həyatının həyat tərzinin ab-havasında olan bir çox şəxslər təəssüf ki, bulaşıq və çirkin bataqlıq olan Qərb mədəniyyətinin fəsadlarından, ailə, qadın və kişinin insani şəxsiyyəti kimi prinsipial bəşəri özüllərin heç birinin sağlam qalmadığı fəsadlardan xəbərsizdirlər.



Xalqın müxtəlif təbəqələri, həkimlər, feldşerlər və ölkənin ali tibbi təhsil mərkəzlərinin işçilərilə görüşdə çıxışdan; 6 dekabr, 1989

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə