İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə152/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   148   149   150   151   152   153   154   155   ...   180

______________Milli Kitabxana_______________

Ilə Çürük yəqin bilirdilər ki, Sultandan qalan sovxalan göz bəbəyi kimi qoruyub

saxlayan  Gülgəzin  sandığındakı  boz  kitelin  yan  cibindəki  bloknotdan  cırılıb,

dörd  qatlanıb  həmin  kitelin  döş  cibinə qoyulmuş  bir  parça  kağızda  vəsiyyət

Sultanın öz dəst-xətti ilə yazılmışdı və tamamilə aydındı ki, ölüm ayağında, son

nəfəsdə yazılmışdı. Sağlığında Sultanın bircə Varisi vardı, o da Səməddi, ikincisi

yoxdu. Qocaları dəhşətə gətirən də elə bu idi ki, yazı Səmədlə Səmədin yetirdiyi

Varisı - Mədədə aiddi.  O  Səmədə ki,  dünyaya  göz  açdığı  gündən  Sultanın

keçindiyi  günə qədər əmisinə "İdealım"  demişdi,  Sultanın  keçindiyi  gündən

indiyə qədər - otuz  dörd  il  müddətində isə vaxtilə Arazın  o  tayından  gəlmiş

mühacir  Demokratların  sadiq  pənahı  AdıPünhan  general  Məhərrəmovun  "əlinin

altında  işləyə-işləyə"  ömrünü  yeddi  yüz əlli  cildlik  "Vərəsə"  kitabxananın

tədqiqinə həsr  eləmişdi  və əmisinin  yeganə övladı  Mədədi - oğulluğunu

mühacirlərin  ailələrində "Cənubun  ab-havasına  alışdırıb",  gah  rayonun  inqilab

veteranları  cəmiyyəti  üzvləri,  "qəlyanlı qocalar"dan  Qılınc  Qurbanın,  gah  da

"Məhərrəmovun  çekistlərinin  qanadlarının  altına  ötürə-ötürə",  "xüsusi  təlim-

tərbiyə"  ilə böyüdüb,  universiteti  qurtarandan  sonra  bir  müddət  Daxili  İşlər

Nazirliyinin  şöbələrindən  birində işlədib,  nəhayət,  aspiranturaya  aparmışdı  ki,

Mədəd  də ömrünü  yeddi  yüz əlli  cildlik  "Vərəsə"nin,  daha  doğrusu, əzik-üzük

səhifələri təxmini nömrələnmiş axırıncı cildlərdəki "Sirli dastanlar" adlandırılan

"OdƏs OdÜn'Mərdə rəmzlərin tədqiqinə - şərhinə həsr eləsin. Nə olmuşdu, ölüm

ayağında,  son  nəfəsdə nə baş  vermişdi  ki,  Sultan Əmirli  "Bircə balam"  deyə-

deyə ömrü  boyu əzizlədiyi  SafAğ  Elmi  Varisinə birdən-birə düşmən  kəsilib  elə

sözlər  yazmışdı?  Heç  düşünməmişdimi  ki,  Bezobraziye  mühitində dostdan  çox

düşmən vardı, günlərin birində kim isə əlini kitelin cibinə salıb o qorxunc kağızı

ortalığa çıxara bilərdi.

Sual çoxdu. Cavab yoxdu.

Yaşları yüzü  çoxdan  aşmış,  saysız-hesabsız  ölüm-itim  görsələr  də,  hələ də

dünyanın  gərdişindən  heyrətlənən  qocaları dəhşətə gətirən  bir  də bu  idi  ki,

atasının  vəfatının  otuz  beş  ili  tamam  olan  günü,  yəni  1988-ci  ilin  avqustunda

kağızı  kitelin  cibindən  çıxarıb  onlara - Abı  ilə Çürüyə oxutdurandan  sonra

Mədəd,  Abının əlindən  yerə düşən  kağızı  tamamilə sakitcə götürüb,  sakitcə də

dörd qatlayıb penceyinin döş cibinə qoyub, qalınaraq, cod səslə "Bakıya ayağım

dəymiyəcək  daha.  Aspiranturaya  da  tüpürdüm,  "Vərəsə"  kitaxanamıza  da,

tədqiqatçısına  da" - demişdi  və o  gündən  üstündə gəzdirdiyi  o  qorxunc  sənəd

barədə bir kəlmə də danışmadan, səsləri çıxmasa da saz çalmağa hələ əlləri




______________Milli Kitabxana_______________

tutan  köhnə saz-söz  ustadlarına  qoşulub,  aşıqlığa  qurşanmışdı.  Harda,  nə

münasibətlə çalıb  oxuduğuna  qətiyyən  fikir  vermədən,  ustadlarının  "Zarıncı",

"Dilqəm",  "Mənsuri"  və sair  bu  qəbildən  qəm-kədər,  dərd-ələm  havaları  üstə,

cəmaatı  ağlada-ağlada  toyları da  yasa  döndərirdi.  "Badamlı"  suyu  şüşəsində

"levi" araq

1

verən Gülenoğludan araq alıb içib, yenə də ustadlarının qəm-kədər,



dərd-ələm havaları üstə çalıb oxuya-oxuya yasa batıb, tez-tez "Şüşəli" pavilyona

yığışan cavanları da yasa batmrdı. Ən kədərlisi isə bu idi ki, "adı ƏlifBey olanın"

- Abının "uca göylərə", Sahibə - EySara yalvarışlarından da bir nəticə çıxmırdı.

OdAğÜzdə kim  isə,  hətta  səsini  gizləyib  pıçıltı  ilə eyni  sözləri  təkrar  edirdi:

"Mədəd

Əmirlinin  doxsan  illiyində



biləcəksiniz.  Biləcəksiniz!  Gizlin

"Muğanna"larla - Əmirlilərlə yaxınları,  uzaqları da bilirdilər ki, qırx altıncı ildə

Mədəd Əmirlinin, əlli dördüncü ildə Sultan Əmirlinin faciəli ölümlərindən sonra

bu  nəsildən  heç  kəsə ad  günü -"yubiley"-filan  keçirmirdilər.  Tək  bir  dəfə - əlli

beşinci ildə Sultan Əmirliyə "illik" verilmişdi. Onda da Səməd, Qonaqlı cəmaatı

ilə birlikdə,  rayondan  gələnlərə və qonşu  kəndlərin - Tahirli  ilə Qurbanlının

cəmaatlarına  da  tapşırmışdı  ki,  daha  heç  kəs  yasa  gəlməsin.  "Çünki,  birincisi,

Sultan Əmirli ölməyib, ikincisi, körpə Mədəd öz əmisi oğlunu - Səmədi ata əvəzi

bilib yetimlik çəkməyib". "Sultan Əmirli ölməyib" sözləri bu həndəvərlərdə heç

kəsi  təəccübləndirməsə də,  cəmaat  "el  adətinə hörmətsizliyə" - ehsan

verilmədiyinə görə Səməddən incimişdi. Ata əvəzi əmioğlunun xəbərdarlığından

sonra  Qonaqlı,  Tahirli,  Qurbanlı  cəmaatları  ilə birlikdə,  mərhumu  "bu  dünyaya

tək  gəlib  tək  gedən  yeganə vətənpərvər  katib"  adlandıran  və "heç  olmasa

yubileytəhər  bir  şey eləyib  mərhumların  adlarını  anmaq"  istəyən  inqilab

veteranları cəmiyyətinin  üzvləri - köhnə bolşeviklər  də Səmədin  sözünü

təsdiqləməyə məcbur  olmuşdular.  Beləliklə,  o  birinci  və axırıncı  illikdən  sonra

heç  yerdə heç  bir  yas  və ya  yubiley əlaməti  görünməmişdi.  "Bu  dünyaya  tək

gəlib  tək  gedən  yeganə vətənpərvər  katib"in  yeganə övladı,  veteranlar

cəmiyyətinin  sədri  Qılınc  Qurbanın  ölümündən  sonra  da  orada  da - cəmiyyətdə

sədrin  katibi  işləyə-işləyə,  demək  olar  ki,  bütün  rayonun  himayəsində,

universiteti  qurtarmış,  Nazirlikdə,  Adı-Pünhan  general  Məhərrəmovun  "əlinin

altında" işləyə-işləyə aspiranturanı bitirəndən sonra isə, dissertasiyası ilə yanaşı,

"Əmirlilərin köhnə sirdaşları" gizlin "Muğ"ların köməyilə "Ağ Əmirlə Boz Əmir

Ağlar"


"Levıy" gizlin satış: dövlət standartlarından kənar mal satmaq qadağan idi.


Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə