______________Milli Kitabxana_______________
mın işidi. Körpə uşaq da başa düşür ki, nə isə gizlin kompaniyadı bu, qırğındı.
Qırx səkkizinci - əlli birinci illərdə Sibirə, Qazaxıstana sürülən azərbaycanlılar
ordan Moskvaya şikayət yazırlar, əvəzində burdakılar bədbəxt olurlar. Öz
aramızda qalsın ha! Siyasi məsələdi. Dilindən çıxar, səni də birtəhər eliyərlər!
Hə... Əmin susur. Heç cınqırını da çıxartmır! Niyə, bilirsən? Çünki tüpürüb hər
şeyə! Keyfindədi! Hə... Özü də yaxşı bilir ki, bu gün-sabahlıqdı. Uzaqbaşı,
konfransacandı. Bir-iki aya başlanır rayonlarda hesabat-seçki konfransları.
Bizimki oktyabrda olur həmişə. Deməli ikicə ay qalıb. Yeşikdən çıxmıyacaq
əmin o seçkidə. Tək vəzifəsi yox, özü də yeşikdə qalacaq. Bəs nə! O cür adamlar
elə vəzifəynən nəfəs almırlarmı, qadası? Nəyi var axı onun vəzifədən başqa?
Evində oturduğu stul da dövlətindi. Bəs nə! Fikir verməyibsən?! Ayağının altına
saldığı xalçanı qaldır bax astar üzünə, orda da birka var: "İnventar RKP".
1
Nə
inventar, heç o ev də özünün deyil. Revkomun
2
qəza komitəsi olurmuş vaxtıynan
o bağın içindəki binada. Yeşikdə qalan günün sabahısı təzə katib çağırıb
deyəcək: "Zəhmət çək, çıx o evdən". Ordaca yatacaq ürəyi. Bəs necə? Belədi bu
vəzifəlilər, qadası. Vəzifəsi var - adamdı, yoxdu qurtardı, tamam oldu ömrü.
Əmin təzə qanır bunu. Elə buna görə də ac canavara dönüb indi, əlinə keçəni
basır ağzına, kam alır bu dünyadan. Nədi yediyi, kimin qismətidi? Fikir vermir,
udur! Fikir versəydi, başqasının adamını arvad elərdimi özünə?! Belədi indi
əmin, qadası. Otuzca yaş kiçikdi deyirlər Özündən o gözəl. Sürüdə əmlik təki bir
şeymiş, canavar ağzına keçib, hə... Görəcəksən o gözəli. Onda biləcəksən kimdi
başına and içdiyin əmin! "Əcaib məsələ" dediyim elə o gözəlnən bağlıdı.
İndiyəcən bir kəlmə də demək olmurdu onun barəsində. Katib deyildi ha,
yarımallahıydı o teleqramdan sonra. Xudiyevi, bilirsən, elə teleqram gələn günü
qovdu rayondan, o heç. Bir töhmət Gülənova yapışdırdı, birini prokuror
Sayılova, birini də RİK Atamalıya. O vaxtdan orqan-zad yoxuydu rayonda. Bir o
teleqramıydı stolun üstə, bir də Sultan Əmirli. "Prekratite" deyib ayaqlayırdı
hamını.
Məni necə ayaqladı, bilirsən? Büro iclasına çağırdı. Getdim gördüm yeddi
nəfər büro üzvündən altısı cərgəynən oturub divarın dibində. Əlləri dizlərinin
üstə, gözləri bərələ qalıb, quruyublar, elə bilirsən nəfəs də almırlar. İstədim him-
cimnən soruşum Gülənovdan ki, məni niyə
"Rayon partiya komitəsinin əmlakı".
İnqilab komitəsi.
______________Milli Kitabxana_______________
çağırtdırıb bu "həqiqətən sultan olan Sultan"? Gördüm dirigözlü ölüb o gördüyün
heyvərə nəçənnik, mənim üzümə baxmaqdan da qorxur. RİK Atamalıya baxdım,
o da ölmüşdü dirigözlü. Həmişə Sultanın böyründə, yumşaq kresloda oturan
"fəhlə sinfinin nümayəndəsi"ndən başqa heç kəs baxmadı üzümə. O da elə qanlı-
qanlı baxdı ki, elə bil atasını öldürmüşdüm. Hə!.. Əlahəzrət "sultan olan
Sultanımız" ayaq üstəydi. Yumruqları stolun, şüşənin üstə. Pırpız qaşlar çatılı.
Gözlər qan çanağı. Başladı ki, "RİK sədriynən, milis rəisiynən əlbir olub
rayonun bütün mağazalarına gələn malları hökumət qiymətinə kürüyüb
aparırsan, bədbəxt əhaliyə iki qat artıq qiymətə sınyırsan! İş o yerə çatıb ki,
partiya komitəsinin bürosu məşğul olur sənin işinlə. Öz iştirakınla rəy
soruşuram, qulaq as" Rəyi isə, bilirsən ki, "fəhlə sinfinin nümayəndəsi" deyir
həmişə. Döşündə bir qatar dəmir-dümür, o uzun-hoqqar fəhlə "fatihə" oxudu
mənə: "Rayonumuzun müdrik və ədalətli rəhbəri Əmirli yoldaşın qısa, lakin çox
aydın məlumatı əsasında prokuraturaya verilməlidi bu iş!" Qılınc Qurban malı
yüklədi belimə, eşşək kimi saldı qabağına, milisə qədər piyada apardı: "Əmirli
yoldaş tapşırıb ki, bu eşşəyin palanını alın, özünü də qovun ticarət
sistemindən..."
Məsimnən Gülbənizi qoşdum bir-birinə, yolladım yanına ki, buyruq quluyam
mən, Xudiyev elə buyururdu, o ayrı cür buyursun, nə oyun açır-açsın başıma,
əmbə çörəyimi kəsməsin. Yalvardım ki, bir parça vaxtımdan daşda-tərəzidədi
əlim, ayrı şey gəlmir əlimdən... Eşitmədi. Ayaqladı!.. Bədbəxt hardan biləydi ki,
orqandanam mən, "zasekreçen-niyəm"!
1
Lazım gələndə lazımi adamlara
göstərirəm üzümü. Aydın oldumu?!
Məsələ ayrı cürdü, qadası. İcazə ver, nəzər-diqqətinə çatdırım ki, sənin
özüyün də vəziyyətin yaxşı deyil. Əmiyin evinə getməməlisən sən. Niyə?
Orasını demiyəcəm indi. Yaxşı olar ki, düşüb burdan birbaş gedəsən bizim
Məsimgilə. Mən bilirdim ki, sən bu il qurtarırsan məktəbini. Qohumum var
mənim orda. Sizin də qohumunuzdu ata tərəfdən. Hə, tanıyırsan. Professor
Məhərrəmov Məhərrəm Abbasoviç. Hə. Onu da bilirdim ki, təyinnamən öz
rayonumuzadı. Dünən partiya uçotundan çıxıbsan, ordan da gedib bilet alıbsan
bu altıncı vaqona. Gör iş nə yerdədi ki, vaqonunu da öyrənmişəm. May ayından
indiyəcən fikrim-zikrim sənnəndi, qadası. Niyə? Orasını da demiyəcəm indi.
Bircə şey deyirəm hələlik: getmə o evə!
Hərtərəfli məxfiləşdirilmiş (agent).
______________Milli Kitabxana_______________
Gülbənizə bir neçə dəfə tapşırmışam bu dörd ayda, bəzi sözlər deyəcək o
sənə. Bilirəm, şübhən var mən sarıdan, yaxşıyaman fikirləşirsən. Soruşma hardan
bilirəm. Bax, birinci kərədi belə üz-üzəyik, əmbə səni mən sənin özündən də
yaxşı tanıyıram, qadası! İçərin qaynayır sənin. Düşmən görükür gozünə. Qan
düşməni... Hesablamışam, bu gün düz yeddi il səkkiz aydı beləsən. Rəhmətlik
Mədəd maşını o cür sürüb bizim həyətdə kişmişi dağıdanda idarədəydin sən,
pəncərəni açıb baxırdın. Yaman söydü məni rəhmətlik, yaman hədələdi. Sonra da
getdi elə iş gəldi başına... Deyirlər elə o vaxtdan başlanıbmış bu qırğın - terror.
Lap belə müharibədə qırırmışlar ey bizimkiləri! Qırx səkkizinci ildə erməniləri
xaricdən bizim irəvana - Göyçəyə-zada köçürdəndə, deyirlər, planlaşdırılıb
Moskvada ki, azərbaycanlı-türk deyilənin dünyadan bir şey qananı səlamət
qalmamalıdı. Tuturlar, sürürlər, qırırlar!.. Son uşağıydın onda... Atan əmbə
qananlardan, görənlərdəniydi. Elə ona görə də elə oldu. Budu açığı. Hə!.. inan,
sevinmədim.. Həyətdəydim onda mən. Oturub, podpolkovnik Xudiyev Aron
İsayeviçə lənət deyirdim. Xudiyev çağırtdırmışdı axı onda Mədədi rayona.
Doprosamı, tutmağamı, nə bilim, allah bilir. Şübhəsiz, bilirmiş Mədəd. Çünki
hirsliydi yaman. Heç nədənsə güdaza getdi rəhmətlik. Heç nədəncə! Gülbənizi
göndərdim xəbər eləsin sənə. Getdi gəldi ki, "yatır. Qıymadım oyadım". Açığı,
çox qorxurdum səndən, qadası. Yaman dəliqanlıydın o vaxt. Nə danım, qızı da
elə ona görə göndərdim ki, gedib öz gözünnən görəsən necə olub o bədbəxtlik,
qəsd işidi, yoxsa avariyadı?.. Sən qınama məni, can şirin şeydi, qadası, o
müsibətin içində öz canımın qeydinə qaldım. Gülbəniz, deyirəm, oyatmamışdı.
Özüm getdim. O şəkilləri gördüm, qorxu aldı canımı, dabanı üstə qayıtdım. O
vaxtdan qaçırdım səndən. Yeddicə il gündə bir evdə yatdım Qudalı məhləsində.
Keşikçim olmuyanda yuxu getmirdi gözümə. Mürgülüyən kimi görürdüm
gəldin... Danışılası şey deyil. Allah heç kəsə göstərməsin mən çəkəni... Sən
Bakıya gedəndən sonra bu iki ildəcə adam sifətinə düşmüşəm. Sən də dəyişibsən,
şükür, necə deyərlər, inteligent olubsan. O Səməd hara, bu hara? indi söhbət
eləmək olar sənnən, hə. Məni sən elə "Çax-çux" təki tanıyırdm. Savadım-zadım
haqqında təsəvvürün yoxdu. Bir az dedim, vaxtı çatanda biləcəksən hər şeyi,
inşallah.
Çox şey deyəcəm mən sənə, qadası.
O avariya günü bir yaradı, bu gün yeddi il səkkiz aydı qövr eləyir o yara bu
sinədə. Vaxtı çatıb, kəsib atmalıyam daha yaranı. Bu gün da-
Dostları ilə paylaş: |