______________Milli Kitabxana_______________
kəndin ortasında, yığnaqda deyib: "Kim lap lümbülümlüt proletardırsa, əlini
qaldırsın". Maaşını əllərini qaldıranların arasında tən bölüb paylayıb. Deyiblər:
"Özünə bir şey qalmadı axı". Deyib: "Sanadım. Düz otuz nəfərsiniz. Arvadım
yox, uşağım yox, hər gün birinizin evində qismət kəsəcəm, heç kəsə zor
düşmüyəcək, otuz günün tamamında təzə maaşımı yenə sizə paylıyacam". Sonra
gülüb, utananda həmişə boynunu qaşıyıb yerə baxdığı kimi, onda da boynunu
qaşıya-qaşıya: "Ayna adında bir yetim gözəliniz var burda, onu mənə alsanız,
daha hər gün birinizin qapınızda oturmaram", - deyib və elə o günü Aynadan söz
alıblar ki, "Get, ay qız. Belə insan yoxdur dünyada...". Hələ o vaxtdan partiya
özəyi katibi Cəfər Qaryağdı oğluna "Lüt Cəfər" deyirmişlər. "Aləmi bəzər, özü
lüt gəzər" deyirmişlər və Cəfər əmi özü də bu lütlüyü ilə fəxr edirmiş. Şənbə
əhvalatı "lüt" kəlməsinin mənası ilə birlikdə partkomun özünü də birdən-birə
dəyişdirmişdi. Və Səməd gözünü açıb dünyaya baxanda o dilavər kişinin
əvəzinə, tez-tez dili-dodağı əsən, susqun, sınıq, çoxuşaqlı bir adam görmüşdü.
Yadında idi ki, Şənbə əhvalatından atası da çox pozulardı: "Cəfəri yox, Qudalılar
partiya təşkilatını soyundurublar", - deyərdi. "Cəfərin adı Lüt qalandan bəri elə
bilirəm sağ əlimi kəsiblər, solaxay işləyirəm", - deyərdi.
Müharibə başlananda Lüt Cəfər hamıdan əvvəl ərizə verib, "körpələrini sədr
Mədədə tapşırıb" könüllü getdi, özünün dediyi kimi, "dörd qabırğasını qospitalda
qoyub, dörd orden-medalnan qayıtdı", əmma adı elə "Lüt" qaldı. İndi gündə bir
aşxanada qarmon çala-çala, qarmonu kimi özü də köhnələn Şənbə ilə birgə
Cəfərin "Lüt" adı da köhnəlib, cəmaat arasında saysız-hesabsız ləqəblərə qarışıb,
daha bir o qədər söz-söhbətə səbəb olmasa da, həqiqət belə idi ki, bircə "lüt"
kəlməsi Qonaqlının partkomunu ömürlük ləkələmişdi. Bu "arşınmalçı" kəlməsi
elə o "lüt"ü xatırlatmırdımı? Əgər Çax-çux Xalıq evlənmə ə'hvalatını da dildə-
ağızda olan bir əhvalat kimi danışırdısa, belə çıxmırdımı ki, bu "arşınmalçı" da
dildə-ağızda idi və indi haralardasa, kimlərsə Sultan əminin uca adı əvəzində,
"arşınmalçı" deyirdilər?! Bundan da belə çıxmırdımı ki, "bezobraziye" doğrudan
da fəaliyyətdə idi?! Qara məxmər üzün o cür qətiyyəti, dəyirmi fənər gözlərin o
cür parıltısı da açıq-aydın göstərmirdimi ki, "zasekreçenmy" Çax-çux Xalıq yenə
hamanca "KeQeBe Xudiyev" dəstəsinin
- Gülənovun, Sayılovun, RİK
Atamalının himayəsində idi, "həmişəki qaydadaca çax-çuxunu eləyə-eləyə" çax-
çux" altında hamanca işini - agentliyini davam etdirirdi? Belə olmasaydı,
______________Milli Kitabxana_______________
vaxtilə Sultan əminin qabağında diz çöküb, "Stalininə də qurban olum,
teleqramına da" deyib hönkürtü ilə aman diləyən rəzil adam indi bu qədər cürətlə
"hakimiyyətdən, hökmranlıqdan" danışardımı, Sultan Əmirlinin oğul əvəzi
yetirməsinin gözünün içinə "hökmranlığı qurtarıb", "axın çatıb" deyə bilərdimi?
Bütün bunlardan aydın deyildimi ki, metamorfozaya uğrayan Sultan əmi deyil,
onun düşmənləri idi, səbəbi isə bu idi ki, "dörd ay bundan əvvəl, mayda olan
işlə" - evlənmə əhvalatı ilə indi nə isə daha əsaslı ittihamnamə düzəltmişdilər? O
"gözəl" doğrudan da "başqasının istəklisi" idisə, üstəlik, "özündən otuzca yaş
kiçikdisə", demək, Sultan əminin adına ləkə yaxılmışdı?! Elə ləkə ki, Sultan
Əmirlinin bu dəfə mütləq "yeşikdə qalacağına" dəstə üzvlərinin hamısını, o
cümlədən Çax-çux Xalıqı da inandırmışdı? Elə bu inama görə deyildimi ki, Çax-
çux, nəhayət, üzə çıxıb qorxusuz-hürküsüz danışmağa başlamışdı?! "Axırı
çatıb?!"
Qatardan Səməd belə təlatümlü düşdü.
3
Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.
Vağzal meydançasından küçəyə çıxıb, şəhərin dəmiryolla paralel uzanan bu
yeganə geniş küçəsində kazarmasayağı alçaq, boz binaların -rayon idarələrinin
səkilərində
dəstə-dəstə
dayanmış çesuyça
1
kostyumlu, "səbət" şlyapalı
adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam verə-
verə keçdi.
Heç kəslə görüşmək istəmirdi. Heç kəslə danışmaq istəmirdi. Bir rayonda ki,
"bütün aktiv" Xudiyev dəstəsinin səsinə səs verib, ömürlərini mübarizələrdə
keçirmiş kommunist qardaşları "əmir törəmələri", "şeyx qardaşları" adlandırıb,
"sinfi mənsubiyyətinizi gizlədibsiniz", "xariclə
əlaqəniz var, təhlükəli
adamlarsınız" - demişdi, bir rayonda ki, hətta Stalinin teleqramından sonra da o
dəstəyə meydan verilirdi və "bezobraziye" yenidən Sultan Əmirlinin üstünə ayaq
alırdı, o rayonun hər axşam bu səkilərdə baş-başa verib saatlarla məxfi pıçıldaşan
"fəalları" ilə görüşməyin bir mənası vardımı?
Təlimatçı işlədiyi illərdə Səməd bu adamları gah kəndlərdə - təhkim
olunduqları təsərrüfat üstündə, gah iclaslarda, müşavirələrdə, gah da
Ağ ipəksayağı parça - kostyum, don - əllinci illərin kütləvi dəbi.
______________Milli Kitabxana_______________
elə bu səkilərdə müşahidə eləyib, həmişə acı təəssüf hissi ilə görmüşdü ki,
xüsusilə qırx səkkizinci ildə tutqular, sürgünlər başlananda bu adamlar "əsli o
taydan olan" raykom katibi ilə üz-üzə gələr-gəlməz nə qədər quruyub-
qapanırdılarsa, Gülənovla, Sayılovla və ya RİK Atamalı ilə rastlaşanda bir o
qədər yumşalıb-açılışırdılar, - xüsusi hörmətlə qoşa əl uzadıb görüşüb hal-əhval
tuturdular, toya-şana, xeyrə-şərə çağırıb yaxınlaşmağa, əlaqədə-ünsiyyətdə
olmağa can atırdılar. Səməd əmindi ki, bu çesuyça geyimli adamlar indi Çax-çux
Xalıqa da qoşa əl uzadırdılar, ondan "kitayski makintoş", "kitayski termos" və
sair ala-ala, şübhəsiz, "şeyx törəməsi" Sultan Əmirli barədə yeni söz-söhbətlərə
qulaq asıb, hər axşam bu səkilərdə bir-birinə ötürürdülər və yəqin ki, indinin
özündə cərgələnib Sultan Əmirlinin qardaşı oğluna tamaşa eləyəndə də elə o
barədə pıçıldaşırdılar. "Fəallar"ı Səməd belə tanıyırdı və Mədəd Əmirlini
"güdaza verib" indi də o biri qardaşı güdaza verməyə hazırlaşan çesuyçalılara
kinini heç də gizlətmək istəmirdi. Odur ki, düz keçdi.
Geridə - stansiyada parovozun qışqırtısı eşidildi. Vaqonlar dartınıb
taraqqataraq saldı. Kazarmasayağı uzun, alçaq, boz binalar boyunca əks-səda -
quru, sərt tıqqıltılar axıb uzaqlaşdı. Səməd hiss etdi ki, tüstü ilə dolu kupe
qatardan üzülməkdə, ayrılmaqdadır. Çax-çux indi də "sirlə dolu sinəsi" ilə
həyulaya çevrilib yaxınlaşır ki, sözünün axırında dediyi o müəmmalı sözləri
təkrar etsin: O evə getmə... "O evə getmə..." Gəlib çatdığı, cəmisi yüz addım
irəlidə o doğma evin üfüqdən rəng çəkib qırmızı çalan qızarttaq darvazasını
gördüyü bir vaxtda nəinki dayanmaq, azacıq tərəddüd eləmək do Sultan
Əmirlinin uca adını təhqir kimi bir şey olardı. Bütün sirlərin açan o qızarttaq
dəmir darvazanın arxasında, sərin, ətirli bağ içindəki ikimərtəbəli ağ daş evdə idi.
Odur ki, raykomun alçaq, boz binalardan kəskin seçilən qırmızı tuf daş binasının
həyətində ikinci katib Əziz Mayılovla üçüncü katib Məleykə bacını görüb,
salamlaşıb, keçən il rayonda təcrübədə olduğu aylardan indiyə qədər onlarla
görüşmədiyinə baxmayaraq, bu əziz adamların yanında da dayanmadı.
* * *
Darvazanı açıb, çaylaq daşları ilə döşənmiş, kənarlarına qırmızı kərpic
düzülmüş cığıra ayaq basar-basmaz, səbirsiz boylanıb, bağın dərinliyində fasadı
ağaran evə baxanda isə elə bir aləm gördü və elə bir səs
Dostları ilə paylaş: |