______________Milli Kitabxana_______________
nışsaq, bu gün atacam, sabah danışsaq, sabah atacam. Onda özün görəcəksən,
kimlər vururlar bu yaranı, necə vururlar, nə üçün vururlar. Bir az dedim bayaq.
Əmbə hər şeyi açmaq olmur. Zəmanə çox dəyişib, qadası. Kim qarantiya verə
bilər ki, bu plaskart vaqonun ora-burasına səs yazan şey-mey qoyulmayıb?!
Xüsusi gələcəm yanına, xəlvət bir guşədə danışaq, açım töküm sənə bu
zəmanənin iç üzünü. Hə. Əmbə, dediyim kimi, əvvəlcə Məsimgilə gedəsən
gərək. Gülbəniznən kəlmələşəndən sonra o şəkk-şübhələrin hamısını özün
çıxardıb tulluyacaqsan ürəyindən, özün axtarıb tapacaqsan məni, danışmaq
istiyəcəksən hökmən.
Kənddə olacam. Getmiyəcəm heç yana. Oturub səni gözlüyəcəm. Həm də
çax-çuxum var orda bir az. Kişinin çax-çuxu olanda köhnə arvad da xoş baxır
üzünə. Elə onun yanında qalıram indi, Badsəbanın daxmasında.
Dörd otağım var Bakıda. İyirmi səkkiz aprel küçəsində. Qismət olacaq,
inşallah, görəcəksən. Qonşum da elə Məhərrəm Abbasoviçdi. Köməkləşib şərait
düzəltmişik ikimizə də. Əmbə Badsəbanın o cırıq daxmasını min elə şəraitə
dəyişmərəm. Ağzımın dadı da ordadı, can rahatlığım da. Sehv eləmirəmsə, sən
özün də meylliydin o cırıq daxmaya. Görürdüm, qadası, görürdüm hər şeyi.
Bizim Gülbəniz çox istəyirdi sənin xətrini. Nə danım, açığı, mən özüm də ayrı
göznən baxırdım sənə. Sonra o cığalı qız gəldi ortalığa. Əlləzoğlunun Gülgəzi,
qaraçı gözəli. Bir dəfə istədim risq eləyim açım sənə ki, o Göbələk Məmiş
deyilənə yazmaq, oxumaq öyrədiblər "mekbez"də - savad kursunda, donos
yazandı, ev yıxandı o cırtdan kişiciyəz, alma onun qızını. Sonra gördüm lap pis
çıxır axı, - ata qızına elçilik eləyir. Danışmadım onda. Nə isə... Bağışla, çox
açıqlıq eləyirəm. Məcburam da, neyləyim! Hə!.. Oturub gözlüyəcəm. Bax, bir də
deyirəm, Gülbəniznən danışandan sonra özün başa düşəcəksən ki, mənnən də
danışmalısan hökmən. Təkrar eləyirəm, çox şey deyəcəm mən sənə, qadası.
Sirnən doludu bu sinə. Əslində, bir də elə buna görə qaçırdım səndən. Çünki
əminə aiddi sirrin çoxu, əmin də ki, elə yanmallahıydı. Nə qədər səndən
qorxurdum, hesab elə ki, beş o qədər ondan qorxurdum. Sənə sirr açsaydım, o
saat gedəcəydin onun üstünə, çünki çox dəhşətli sirrdi, qadası. Açsaydım, əmin
yapışacaydı yaxamdan ki, de görüm Səməd hardan bilir qəsd işidi?! Odu ki,
qaçırdım, qadası. Hə!..
Mayda o iş olanda birinci elə mən bildim ki, başqasının istəklisini gətirib
evinə o yarımallah, başa düşdüm ki, axırı çatıb daha, sənnən gö-
______________Milli Kitabxana_______________
rüşmək olar indi. Hə. O vaxtdan bu günü gözləyirdim. Avqustun iyirmi üçüdü bu
gün. Yadında saxla: iyirmi üç avqust, min doqquz yüz əlli dördüncü il, axşam
saat səkkiz. Stansiyada dayanhadayanda, altıncı vaqonun kupesində Çax-çux
Xalıq sənə deyir: "Gözün elə şeylər görəcək ki, bu gün, ömründə görməyibsən!
Qulağın elə sözlər eşidəcək ki, ömründə eşitməyibsən!" Falçı sözü deyil bu.
Əsasım var. Çətin gündü bu gün səndən ötrü, qadası. Ata gözündə gordüyün
əmin düşəcək gözündən, adamlıqdan çıxacaq, murdar əskiyə dönəcək nəzərində.
Dözümlü olmalısan bugün. Çox dözümlü!.. Bir dəfə sınıbsan. Bir də sınsan
düzəlməzsən. Odu ki, unutma məsləhətimi: qabaqca, deməli, Məsimgilə
getməlisən, Gülbəniznən görüşməlisən hökmən. Sonra da, deməli, məni
görməlisən. Gözlüyəcəm ha!..
Trubkanın qətran iyi və qatı tüstüsü ilə birgə, kupeyə anlaşılmaz və
anlaşılmaz olduğu qədər də dəhşətli xof dolub, Səmədin sinəsini tutub nəfəsini
daraltmışdı. İllərlə səndən gizlənən, şəksiz-şübhəsiz qatil, belə birdən-birə, belə
sərbəstcə üzə çıxıb, atasının müsibətindən sonra ata əvəzi əziz əmini də böyük
müsibətlər gözlədiyini xəbər verib, "gözün elə şeylər görəcək ki bu gün,
ömründə görməyibsən" deyirdisə, "falçı sözü deyil bu, əsasım var" deyirdisə və
sən bu adamın doğrudan da nəyəsə əsaslandığını duyurdunsa, bundan necə
xoflanmayasan?!
* * *
Çax-çuxu kupedə qoyub düşməyə tələsəndə Səmədə aydın olan bircə bu idi
ki, o əvvəlki üzü palçıqlı adam, o cinayətkar - qatil yoxa çıxmışdı, yaşıl
şlyapanın altında qara məxmər üzünün qətiyyəti ilə, dəyirmi fənər gözlərinin
cəsarəti ilə tamam başqa hisslər oyadan, "sinəsi sirlə dolu", çoxbilən bir adam
peyda olmuşdu və bu adam, bildiyinin yüzdə birini də açmayıb, hər şeyi nədənsə
sonrakı görüşə - Badsəbanın daxmasına saxlayıb, ancaq bunu lap aydın demişdi
ki, Səməd öz doğma, əziz əmisini, ata əvəzi himayədarmı heç də yaxşı tanımırdı,
əmisinin ətrafında baş verən hadisələrdən xəbərsizdi və bilmirdi ki, "Stalin ölən
günü əmisi də ölüb, stolun dalında qaraltısı qalıb", üstəlik, dörd ay bundan əvvəl
- may ayında başına nə gəlibsə, necə sarsılıbsa, "Sultan Əmirli deyiləm mən
daha, arşınmalçıyam" deyib, "Gedək axtaraq bir Gülçöhrə tapaq gətirək bu evə"
deyib, əmma uğuru xeyir ol-
______________Milli Kitabxana_______________
mayıb", "Gülçöhrə əvəzinə kiminsə - "başqasının istəklisini" gətirib!.." Qətran
iyi ilə, tüstü ilə birgə sinəsini tutub Səmədin nəfəsini daraldan da, əslində elə bu
evlənmə xəbəri idi ki, "canavara dönüb" və "dünyadan kam alır" sözləri ilə
birləşib onu tamam çaşdırmışdı.
Necə yəni "canavara dönüb?!"
Sultan əmi hara, belə bayağı sözlər hara?!
Sultan Əmirlini Sultan Əmirli eləyən elə bu deyildimi ki, "özünü fədai
sayıb", "oğul-uşaq istəməyib", "həm gözəllikdə, həm də ağılda-kamalda tayı-
bərabəri olmayan Qıymatı" da ailə səadətindən məhrum qoyandan sonra məhz
fədai kimi yaşamışdı. Bu barədə atasından eşitdiyindən əlavə Səməd özü də
yaxşı bilmirdimi ki, əmisinin ailə ilə bərabər şəxsi ev-eşikdən də imtina eləyib,
"inventar RKP" içində qalmağının böyük, ciddi səbəbi vardı?
Nə olub, nə baş verib ki, saç-saqqalının ağaran vaxtında "birdən-birə"
"dünyadan kam almaq" xəyalına düşüb?!
İnsanın "birdən-birə" bu dərəcədə metamorfozaya uğraması mümkündürmü?
Əgər metamorfoza yoxdursa, bəs Sultan Əmirlini "Sultan Əmirli deyiləm mən
daha" deməyə vadar edən nədir? Bəlkə heç deməyib? Nəyə görə təsdiq
olunmalıdır ki, Sultan əminin dilinə, təfəkkürünə bu qədər yad-yabançı
"arşınmalçı" məhz onun öz dilindən çıxıb? Bu kəlmə ilə birgə bu evlənmə
əhvalatının özündən də anekdot iyi gəlmirmi və elə anekdot iyindən məlum
deyilmi ki, Çax-çuxun dili ilə düşmən danışır? Belə çıxmırmı ki, Xudiyev rədd
olub rayondan getsə də, Xudiyevin dəstəsindəkilərin "hərəsinə bir töhmət
yapışdırılsa"da, "bezobraziye" heç də fəaliyyətdən qalmayıb, vaxtilə Əmir
məzarstarundan qəbirlərin başdaşılarının şəkilləri vasitəsilə
ittihamnamə
düzəltdiyi kimi, indi də başqa cür bir vasitə ilə - qadın filanla, "başqasının
istəklisi" ilə ittihamnamə düzəldib? Azmı olub belə şeylər? Hələ müharibədən
əvvəl Qudalıların ağsaqqalı Rəhim, Cəfər əmi - Lüt Cəfəri partkomluqdan
çıxartdırmağa çalışanda, Qudalılar Cəfəri möhkəm içirdib, otaqda tək qoyub,
yanma qarmonçu Şənbə - gəzəyən Şənbə adında bir qız salmışdılar və taxtda
Şənbə ilə yanaşı lüt-üryan yatan Cəfəri cəmaata göstərib: "Baxın görün kimdi
böyüyünüz", - deyib kişini hörmətdən salmışdılar. Doğrudur, Cəfər əminin
adının böyründəki "lüt" kəlməsi köhnə şeydi. Hələ iyirminci ildə, Bakıdan təzə
gəldiyi
vaxtlar "dünya inqilabı"ndan danışanda "proletariat"
əvəzinə
"lümbülümlüt proletariat" deyirmiş. Bir ay hər gün belə danışıb, ayın axırında -
maaşını alan günü
Dostları ilə paylaş: |