______________Milli Kitabxana_______________
biliyə də inanmaq istəmədi. Əmisinin sevincində sevinc, xoşbəxtliyində
xoşbəxtlik tapmaq, ötən illərin əzablarından birdəfəlik qurtarmaq arzusu necə
güclü idisə, hətta qapı çırpılandan sonra elqızının birdən-birə qəmli göründüyünə
də əhəmiyyət vermədi, evin gəlininə xəlvətdən tamaşa eləmək nə qədər xoş olsa
da, əmisi tələsdiyinə görə o da tələsib, nəhayət, yaxınlaşıb "salam" verdi və atası
ilə əmisindən götürdüyü cənub ləhcəsilə: - Səlam verdim, səlam almaz, belə
olmaz, belə olmaz, - deyib güldü. - Səlam, elqızı!.. Axşamın xeyir, gəlinbacı!
Sən bu evə xoş gəlmisən! Səfa gətirmisən!
Hesabla, "gəlin bacı", "doğma məhrəm elqızı" Qonaqlıda uşaqdan böyüyə,
qarıya, qocaya qədər hamının tanıdığı bu sinədən gələn qalınaraq səsi dərhal
tanımalı idi, Qudalı məhləsinin adamlarından başqa bütün kəndin ərköyünü,
istəklisi "Dəli Səmədin", "iki qardaşın bircə balası", "Əmirli yeniyetməsi"nin
qayıdıb gəlməyindən sevinib boynuna sarılmalı idi, o doğma elin bütün elqızları
kimi mehriban, açıq, səmimi ürəklə o üz-bu üzündən, alnından öpməli idi, öz
növbəsində "xoş gəlibsən, səfa gətiribsən" deyib, bəlkə iş-gücünü atıb, ərini də
sevindirmək üçün evə yüyürməli və ya elə burdan qışqırıb, "Muştuluq, Səməd
gəldi" - deməli idi. Səmədin ürəyindən keçən bu idi və hesabla, elə belə də
olmalı idi. Əmma elqızı nəinki sevinmədi və boynuna sarılmadı, heç başını da
qaldırmayıb, üzünə də baxmayıb, duruxub qaldı. Bu çox təəccüblü idi.
Qabırğaların yağı əriyib cızhacız töküldükcə ordan-burdan gur alov dilləri
püskürüb, əti qarsalayıb korlayırdı. Bayaq alov püskürdükcə elqızı şişləri tezcə
kənara çəkirdi, alov yapıxıb sönəndə yenidən yaxınlaşdırıb böyür-böyürə
söykəyirdi. İndi isə heç əlini də tərpətmirdi. Qarşısında xoşagəlməz naməhrəm
dayanmış kimi, başını endirib, elə bil hətta manqalı da unudub, qəribə gərgin,
hərəkətsiz qalıb, naməhrəmin rədd olub getməsini gözləyirdi.
Səməd canında sıxıntı duydu. Hamanca xofun köksünü tutub yavaş-yavaş
boğazına, xirtdəyinə yığıldığını, nəfəsinin daralmağa başladığını hiss etdi və
əmisinin qismətinin göz qabağındaca yanıb qismətdən çıxdığına baxmayaraq, o
da duruxub qaldı.
Elqızı anbaan uzaqlaşıb yadlaşsa da, bu qadının doğmalığını, əzizliyini
Səməd indi daha aydın görürdü. Sadəcə elqızı yox, bu qadın Səmədin ürəyinin
parçası idi. Elə ürək parçası ki, nəinki boyun-boğazının, çiyinlərinin yatımından,
onu hətta qıymaçanın altından sallanan cığa-
______________Milli Kitabxana_______________
larından da tanıya bilərdi və tanımışdı. Əmma gözünün gördüyünü beyni
görmürdü, ağlı kəsmirdi.
Öz səsi əvəzində Səməd elə bil kənardan xırıltı eşitdi:
- Sən kimsən?! Niyə üzümə baxmırsan?!
Bu xırıltı insan səsinə bənzəmirdi.
Elqızı bu xırıltıdan diksindi. Səmədin o bayaqkı gümrah, şən səsindən
tutulmuşdu, indi isə diksinib titrəməyə başladı və elə titrəyə-titrəyə ayağa qalxdı.
Alovun işığında qorxudan boyümüş gözləri parıldadı.
Səmədin çamadanı əlindən düşdü.
- Gülgəz!..
Daha heç nə deyə bilmədi.
* * *
Əslində, Səməd onu hələ bayaq darvazadan evə baxandaca tanımışdı. Əmma
Gülgəzi Sultan əminin evində görmək başqa planetin adammı Yerdə görmək
kimi bir şey idi. Buna görə də Səməd onu hansı əlamətləriləsə Qıymatı, Ayna
bacını, Gülbənizi, hətta Məleykə bacını yada salan mücərrəd bir elqızına
oxşatmışdı. İndi üçaddımlıqdan üzünə baxan "qaraçı gözəli"ni isə heç kəsə
oxşatmaq mümkün deyildi.
Onların arasında qıpqırmızı alov fışıldayırda. Yağla, ətlə birgə alışmış
közdən qəribə - mavi tüstü qalxıb tutun budaqlarını çulğalayırdı, durğun, bürkülü
havada yayılıb enib bütün bağı götürürdü.
Yanan Sultan əminin qisməti idi, Səməd isə Gülgəzi alov içində görürdü və
beynində Çax-çuxun sözləri səslənirdi: "Əcaib məsələ!.. Əcaib məsələ!..",
"Getmə o evə!.. Getmə o evə!.."
Alov gödəldi, yatdı. Qatı tüstü və yanıq iyi qaldı.
Gülgəz həmin yerdə, həmin qorxu içində, hələ də titrəyirdi. Əmma Səməd
daha onu görmürdü. Tüstünün içində indi Çax-çux dayanıb, gümüşlü trubkasını
tüstülədə-tüstülədə təkrar edirdi: "Getmə o evə!.. Getmə o evə!.."
Bu səsin arasında yenə qapı çırpıldı, yenə pəncərələr cingildədi. Həyətə enən
taxta pillələrdə, sonra daş cığırda çəkmələr cırıldadı -Sultan əmi getdi. Sonra
hardasa, deyəsən bağın hasarının dalında, raykomun qonaq evi səmtində Seyid
kişi hay-küy saldı:
- Bu nə tüstüdü, a başma dönüm, bu nə iy-qoxudu belə?!
______________Milli Kitabxana_______________
Hay-küy hasarın dalından bu üzə - bağa keçdi, yaxınlaşıb bəridə -həyətdə
kəsildi. Tüstüdən qatılaşmış qaranlıqda Çin fənərinin mil işığı uzanıb manqalın
dövrəsində, dəyirmi stolun, qarğı kresloların üzərində gəzdi, qalxıb, nəhayət,
tutun budaqlarının altında dayandı. Orda Səməd yenə Gülgəzi gördü, Gülgəz də
Səmədi gördü.
Seyid kişi fənəri döşü bərabərində tutub, asta-asta, addım-addım yaxınlaşırdı.
Fənərin arxasında boyunun hədsiz uzunluğundan əyilmiş donqabel qaraltısı
qaralırdı, qırxıq ağ başı ağarırdı. Səməd hər şeyi görürdü, hətta maxorkadan
tutulmuş batıq sinənin yaxınlaşdıqca necə xışıldadığını eşidirdi, əmma buna nə
görmək demək olardı, nə də eşitmək. Çünki dünyada Səməd üçün indi
Gülgəzdən başqa heç kəs və heç nə yoxdu. Seyid kişini ancaq ona görə görürdü
ki, bu kişinin hədsiz uzunluğu Gülgəzin atası Məmiş Əlləzoğlunun bircə metrlik
boyunu xatırladırdı; maxorkadan tutulmuş sinənin astmatik-sinəgir xışıltısını isə
ona görə eşidirdi ki, bu xışıltı vaxtilə Qonaqlının qəlyanlı qocalarından qəlyan
çəkmək öyrənib indi gecələr yorğan-döşəkdə də qəlyanı damağından qoymayan
Əlləzoğlunun sinəsinin xışıltısını xatırladırdı.
Bir vaxt vardı, çöldən evinə qayıdanda Əlləzoğlu hər axşam çiynində bir
yaba qaratikan gətirib, il boyu çəpərini qalınlaşdırmağa çalışırdı, odur ki, həyət-
bacasına həmişə sarı-qızılı iynəsayağı uzun-uzun tikan səpələnərdi. Günün nə
vaxtı o tərəfə getsəydin, görərdin ki, bapbalaca, ayaqyalın, başıaçıq "Qaraçı
gözəli" yerdə oturub, ayaqlarına dolmuş tikanları dırnaqları ilə dartışdıra-
dartışdıra, yanaqları uzunu iri-iri damlalar axıdır. Elə o balacalıqda, başı qızıl
əsgər papaqlı, ayaqları "əmisinin çəkməsi kimi" qara xrom çəkməli sədr oğlu da
quru yerdə orurub, "Qaraçı gözəli'nin ayağını dizinin üstünə qoyardı, "Mənim
dişim siçan dişidi", - deyib ağzını o qarayanıq, toz-torpaqlı ayağa söykəyib,
tikanları dilinin ucu ilə yaşlaya-yaşlaya bircə-bircə çıxarıb tüpürərdi: "Bu bir...
bu iki... bu üç..." - on-on beş, bəzən iyirmi tikan çıxardardı və bu işdən
usanmazdı. Çünki o bu işə başlayanda "Qaraçı gözəli" dərhal hıçqırtısını kəsərdi,
başını azca yana əyib, ayaqlarından çiyrinməyən sədr oğluna mat-mat tamaşa
edərdi... Sonralar Cığalı Gülgəzlə bir yerdə oturandı "Dəli Səməd" o balaca
"Qaraçı gözəli"nin təqlidini çıxarmaq üçün başını yana əyərdi. "Avariya" gününə
qədər belə idi. "Avariya" günü Səməd üzünü şeyx əmilərinin qəbirlərinin
şəkillərinə söykəyib yatıb daha oyanmayan "Dəli Səməd'lə birgə "Qaraçı
gözəli"lə vidalaşmışdı və bilmirdi ki, o balaca gözəlin təqlidini çıxara-çıxara özü
də vər-
Dostları ilə paylaş: |