______________Milli Kitabxana_______________
düzün fərqi bilinməzmiş. Haman tozanağın içində bu yerə hardansa Qaratikan
toxumları düşüb, bu meşənin yerində əvvəlcə kom-kom Qara-tikan bitib, artıb
çoxalıb, qaratikanların dibində, ara-bərəsində ot-ələf, kol-kos bitib və bu aralara
dolan toxumlardan Qaraağac şivləri əmələ gəlib, sonra da "bu gördüyün meşə,
sel-su, əkin-tikin...". "Yel toxum gətirər, meşə bitirər", - deyirdilər. "Meşə su
götürər, su verər, çay axıdar" - deyirdilər. Belə-belə şeylər danışmaqdan nə
Çürük Aşıq usanardı, nə də Xızr Abı. Və Səməd yaxşı bilirdi ki, qocalar hər şeyi
ona -Səmədə eşitdirmək üçün danışardılar. Buna görə də bütün kənddə təkcə
"Dəli Səməd" görmüşdü ki, Qaraağac da "Gurağacdır", çünki bu da "axça" -
"qızıl" bitirir, yazın orta ayında isti yellər əsəndə Qaraağacın sarı-qızılı ləçəkləri
də kəpənək kimi uçuşub çöllərə yayılır. Əmma bu ləçəklər çox tabsızdır, quru
yerlərdə tezcə ölüşgəyir, buna görə də lap yüngül yaranıb ki, çölə düşəndə az-
maz mehdən də yenidən qanadlanıb gedib Qaratikanı tapsın, vaxtı yetişəndə o
Gurtikənliklərdə də meşə əmələ gəisin, sel-su, əkin-tikinti olsun.
"Dəli Səməd" belə şeylər görüb, gördüklərinin sevincindən demək olar ki, hər
"həftə sonu" adlanan qısa dərs gününün axırında sinif yoldaşları Xızr Abı ilə
Çürükdən saz, söz öyrənməyə gedəndə "Dəli Səməd" Ortayolda qalardı, gur,
dalğalı saçlarını dalğalandıra-dalğalandıra, yolla o baş-bu başa addımlaya-
addımlaya, bütün kəndə səs salardı: "Ey Qıllı! Korsunuz hamınız!" - deyərdi.
"Sizin aranızda bir mən bilirəm nə var-nə yox bu dünyada!" - deyərdi.
Danışmaqdan, qaynamaqdan yorulanda isə, yenə gülünün ətrini arzulayardı.
Əgər o vaxtlar o gülə qəsd eləmək, o sehrli ətri yanıq iyinə çevirmək
niyyətinə düşən olsaydı, "Dəli Səməd"də, şübhəsiz, kiməsə xətəryetirmədən,
hardasa nəyisə uçurub dağıtmadan, yandırmadan sakitlik tapa bilməzdi. İndi,
Gülgəzin yanıb tüstüyə çevrildiyini bütün aydınlığı ilə gördüyü, yanıq iyini
bütün kəskinliyi ilə duyduğu dəqiqələrdə isə Səməd ümidsizliyin son həddində
dərd yükünün ağırığından başqa heç nə hiss eləmirdi.
Yenə nə isə soruşmaq istəyirdi, soruşa bilmirdi.
Dönüb getmək istəyirdi, gedə bilmirdi.
Ovcuna nə isə soyuq, sürüşkən şey toxundu. Diksinmədən, ürpənmədən
baxdı: çamadanının qulpu idi; Xeyrə arvad birdən böyründə peyda olub,
biləyindən yapışıb silkələyirdi ki, çamadanmı alsın.
Ərinin əksinə, arvad elə sərtdi ki, elə bil onu cinayət üstündə tutmuşdu.
______________Milli Kitabxana_______________
- Söz-gap yerdən-göydən çıxıb. Sən də gəlib durubsan burda dirək təki!.. Nə
baxırsan, ay oğul?! İşdi, olub də!.. Neçə kərə çalışıb özünə qəsd eləsin bu yazıq
gəlin. Bir dəfə nöyüt qabını almışam əlindən. Başına tökürdü... Bir dəfə də
paravozun qabağından itələyib çıxartmışam. Günahı yoxdu bunun. Yoxdu! Əmin
də günahsızdı. Görüş özünnən. Görüş! İndi yox... Yara təzədi hələ. Çıx get
burdan. Elə qaranlıqlı get ha, gözə görükmə!..
Arvad onun barmaqlarını çamadanın qulpunun altında qatlayıb, hətta
qolundan çəkdi. Səməd bu kobud qadının iradəsinə tabe oldu, əmisinin arvadına
daha ötəri baxmağa da cəsarət eləməyib, nəhayət, ayağını yerdən üzdü, başını
qaldırmadan, ağır-ağır aralandı.
* * *
Hara gedirdi? Nə üçün gedirdi?
Baş verən hadisənin özü də, ürək də, ağıl da deyirdi ki, Gülgəzdən həmişəlik
ayrılıb. Gülgəzlə birgə "Gürtikənli", "Gurağaclı" dünyadan da, o sevinclərdən,
fərəhlərdən də həmişəlik ayrılıb. Dünya indi yanıq iyindən və tüstüdən ibarətdir.
Başqalarına "kor" deyən Səməd özü indi kor olub, bu tüstünün içində hətta
əmisini də görmür. Bundan sonra Sultan əmi ilə nəinki bir evdə, bir süfrə başında
oturmayacaqlar, yəqin ki, heç üz-üzə də gəlməyəcəklər, bir vaxtkı kimi, rayonun
işlərindən, şeyx əmilərin elmi fəaliyyətini davam etdirən "Batin-gizlin",
"AdıPünhan" Ağların, yəni Ağ Əmir kimi SafAğların, "Muğ"ların Sibirə,
Qazaxıstana
sürülüb,
itib-batmağından,
Cənubda
şah
zülmündən
-
savadsızlıqdan, aclıqdan danışıb dərdləşməyəcəklər. İndi tamamilə aydındır ki,
Sultan Əmirli də "ölüb, stolun dalında qaraltısı qalıb". O qaraltının isə "axın
çatıb", tezliklə doğrudan da "yeşikdə qalacaq", "hakimiyyəti qurtaracaq". O vaxt
Xudiyev dəstəsi ilə birgə fəallar da qorxusuz-qadağasız olub daha o səkilərdə
pıçıldaşa-pıçıldaşa "konfrans"-filan gözləməyə də ehtiyac duymadan, hər gün,
hər saat Gülənovun, Sayılovun, RİK Ata-malının səslərinə səs verəcəklər,
beləliklə, qırmızı tuf daş binadakı kabinetlərdən başlamış, o kazarmasayağı
binalara, kolxoz və sovxozlara qədər, hər yerdə - ancaq "bezobraziye"nin
KeQeBe kadrları əyləşib, "bezobraziye"nin əmrlərinə "baş üstə", "göz üstə"
deyəcəklər, Səməd isə, bütöv bir rayonda hamıya, hər şeyə nifrətdən, qəzəbdən
boğula-
______________Milli Kitabxana_______________
boğula, tək-tənha qalıb, bu mühitdən baş götürüb qaçmağa, doğma yurddan,
doğma torpaqdan da həmişəlik ayrılmağa məcbur olacaq.
Belə bir aqibəti görə-görə hara gedir, nə üçün gedir? "Bezobraziye" kadrları
arasında
perspektivsiz
yaşamağa
dəyərmi?
Ümumiyyətlə,
yaşamaq
mümkündürmü? Yaxşı olmazmı ki, bu saat burdan cumub bu səhərdə az-çox
hörmət elədiyi adamlar arasında, "Dəli Səməd"in köhnə dostlarından "pyanska
Yusifi" "pyanskaların" daimi məskənində - dəmiryol restoranında tapsın, iki il
bundan əvvəl Bakıya yola düşəndə anasının sandıqçasından götürdüyü və birini
də xərcləmədiyi qədim "axça"lardan birini ofisiant Qayım Qudalının üstünə
atsın, "Bufeti köçürt bu stolun üstünə!" - deyib, Yusifin muğamlarına,
təsniflərinə, bayatılarına qulaq asa-asa nə ki var "vursun", sonra da stansiyanın
ucqar, qaranlıq bir yerində başını relsin üstünə qoysun. "Pyanıska"nın o gözəl,
köyrək səsi qulaqlarında cingildəyə-cingildəyə, bu yanıq iyindən, bu tüstüdən,
Sultansız, Gülgəzsiz dünyadan birdəfəlik yaxa qurtarmaqdan yaxşı nə ola bilər?!
Darvazaya qədər Səməd belə getdi. Sultansız, Gülgəzsiz, perspektivsiz
dünyadan yaxa qurtarmaq ehtirası birdən-birə necə güclənmişdisə, darvazada
dəmir şəbəkələrin işıltılarını seçər-seçməz dərhal özünü stansiyanın ucqar,
qaranlıq yerində, relslərin arasında gördü. Bunlardan isə tamam başqa hisslər
törədi: ölüm niyyətli ümidsizliyin dərinliyindən etiraz kükrədi, "Dəli Səməd"in
öz ətrafındakı haqsız işlərə üsyanlarına oxşayan bir üsyan dalğası qabarıq qalxdı:
"Günahsız Gülgəz"lə "günahsız Sultan Əmirli"ni və "Bircə bala"nı yandırıb
dünyanı yanıq qoxusuna bürüyən qüvvəni, qara həyulanın cəsarəti arxasındakı
"bezobraziye" dəstəsini cismən məhv etmək! Qaçaq Nəbi, Dəli Alı, Qaçaq
Kərəm, Qaçaq Ələs kimi qisasçıya çevrilmək! Öldürə-öldürə ölmək!.. Qaynar
qan sifətinə, beyninə vurub gözlərini tutdu və Səməd kükrək üsyanın belə qəti
qərarılnı necə həyata keçirəcəyini o qədər də düşünmədən, dar-vazadan geriyə,
manqal tərəfə cumdu. Bayaq orda, manqalın yanında əmisinin ət doğramaq üçün
saxladığı enli, ağdəstə xançal gözünə sataşıb, dumanlı, ötəri hiss oyadıb tüstünün
altında qalmışdı. Həmin hiss indi tamam aydın, qəti fikrə, niyyətə çevrildi:
"Hamısını tapmalısan bu gecə, hamısını məhv etməlisən, ey məhv olan
bədbəxt!.." - xançalı yerdən qapıb pencəyinin altında kəmərin altına soxdu...
Lakin bu qan-qisas ehtirasının qabağında Xızr Abı adlanan, qara qarmon qırışları
arasında açıq mavi, dərin ziyalı - alim gözləri parıldayan heybətli bir pələng
dayanmışdı.
Dostları ilə paylaş: |