______________Milli Kitabxana_______________
dişkar olub, kiməsə, nəyəsə tamaşa edəndə hökmən başını yana əyirdi. Bilmirdi
ki, indicə fənərin işığı üzünə düşəndə də eynilə təqlid çıxaran "Dəli Səməd" kimi
baxırdı və Gülgəz də elə bu baxışdan birdən-birə dəyişib, hamanca, ayaqları
tikanlı qızcığaz kimi, yanaqları uzunu iri-iri damlalar axıtmağa başlamışdı.
Özündən xəbərsiz Səməd indi ancaq o göz yaşlarını görürdü.
- Mən inanmıram... İnana bilmirəm, Gülgəz. Dedilər, əmim başqasının
istəklisini gətirib... arvad eləyib özünə... Ürəyimə nəsə damdı...
Kim inanar belə şeyə?!
Bu sözləri ürəyindəmi deyirdi, dilindənmi? Nə fərqi vardı? Nə dediyini və nə
üçün dediyini Səməd özü bir o qədər anlamadığı kimi, Gülgəz də bir şey
anlayana oxşamırdı, yəqin buna görə də Səməd ondan heç nə soruşmurdu, izahat
tələb eləmirdi.
Seyid kişi duruxa-duruxa, addım-addım gəlib dayandı. Bu evdə, bu ailədə baş
verən hadisə lap ilk gündən ona məlum idi. "Başqasının istəklisi"ni məhz kimin
istəklisi olduğunu Seyid kişi yaxşı bilirdi, odur ki, Səmədi tanıyar-tanımaz hay-
küyünü kəsib, səsini içinə salmışdı və yaxına gəlsə də, nə isə demək-danışmaq
fikrində deyildi. Arvadı Xeyrə arvad bağın hasarından o yana - qonaq evinin
həyətinə açılan qapının arasında əli çıraqlı durub, dönə-dönə "Nədi, a kişi? Bir
şey yoxdusa, mən gedim" desə də, kişi burda dillənməyi də münasib saymırdı.
Əmma cavanların üzlərinə baxanda dözmədi, xışıldayıb-xırıldadı:
- Dağıl, ay dünya! - dedi.
- Niyə uçmursan, niyə dağılmırsan, ay dünya?! - dedi.
Özü də elə dedi ki, əgər dünya insan sözündən təsirlənə bilən bir şey olsaydı,
"beş oğlunun beşi də müharibədə qalandan maxorkaya dəm verən" bu xışıltılı
kişinin naləsindən sonra nə isə baş verməli idi.
Əlbəttə heç nə baş vermədi. Təkcə Xeyrə arvad bayaqkı laqeydliyinin əksinə,
narahat olub irəli yeridi.
- Nədi axı yanan? Evdə bir şey dəymir gözümə, - dedi.
Bir də Seyid kişi özü doluxsundu.
- Şey-mey deyil... İnsandı yanan, arvad. İki növrəstə cavandı yanan.
Bədbəxt Sultanımızdı yanan! - dedi.
Yalnız bu sözlərdən sonra Səməd uzun müddət nəfəssiz, şüursuz qalıb aydan
adam kimi dərindən nəfəs aldı.
- Necə, necə olub bu?! Sən necə gəlib çıxmısan bu evə?!
______________Milli Kitabxana_______________
Bu ilk sualdan sonra beynində sual suala calandı. Qardaşoğlunun istəklisi
əminin evində arvad?! Düşmən işi, düşmən qurğusudursa, bu necə qurğudur?!
Gülgəzin dili yoxdumu, Sultan əmiyə deyə bilməzdimi kimdir, kimin
istəklisidir?!. Belə çıxır ki, Gülgəz susmuşdu?! Niyə?! Nə isə, kim isə məcbur
eləmişdi ki, sussun?!. Bəs kənd?! O boyda kənddə bir adam tapılmazdımı ki, bu
"bir dənə gözələ" "Bircə bala"nın münasibəti barədə söz çatdırsın, işarə vursun?
Bircə kəlmə, bircə işarə kifayət deyildimi ki, bu bədbəxtlik olmayaydı? Demək,
kənd də susmuşdu?! Cəfər əmi, Ayna bacı da, Gülbəniz də susmuşdu?!
Əlləzoğlu özü də, Hənifə arvad da?! Niyə?!
Saysız-hesabsız sualları necə yağdırdığını, nəyi soruşub, nəyi soruşmadığını
Səməd özü də bilmədi.
Cavab əvəzinə ancaq hönkürtü eşidirdi.
Gülgəz əllərini üzünə basıb hönkürtüsünü boğdu, dözülməz ağrı çəkən xəstə
kimi sızıltı ilə əyilib yerə çökdü və daha qalxmadı.
Səməd də əyilib donqarlandı və daha heç nə soruşmadı.
Dərdli qoca düz deyirdi: yanan insandı. Bu evdə həyatı, məişəti dəyişdirib,
yorğun, gərgin raykom katibini xoşbəxtliyə çıxaran o doğma, məhrəm elqızı və
evdən yenə ac gedən Sultan əminin qisməti ilə birgə Gülgəz də yanıb tüstüyə
çevrilmişdi. Bu sızıldayan, göynəyən Gülgəzin ancaq adı Gülgəzdi, özü
"başqasının istəklisi" idi... Qara həyula düz deyirmiş: Səməd bu evə gəlməməli
idi, "ömründə görmədiyi şeyiəri" görməməli, "ömründə eşitmədiyi sözləri"
eşitməməli idi, "bir dəfə sınandan sonra bir də sınmamalı" idi. O "sirlə dolu sinə"
doğrudan da sirlə doludur. İndi daha aydın görünür və təsdiq olunur ki, çoxbilən
adam bildiyinin bəlkə heç mində birini də deməyib; "ömründə görmədiyi şeyləri"
Səməd hələ bundan sonra görəcək, "ömründə eşitmədiyi sözləri" hələ bundan
sonra eşidəcək.
Əli çıraqlı arvad da gəldi, "bıyy" eləyib heyrətlə içini çəkdi.
Seyid kişi arvadına nə isə pıçıldadı, xışıldayıb-xırıldadı:
- Yeri, yeri! -dedi.
Özü isə fənər əlində, necə dayanmışdısa, eləcə qalıb tərpənmədi. Səmədə elə
gəldi ki, kişi fənəri ancaq sarsıldığına görə yox, həm də ona görə belə tutub
durub ki, bədbəxt "növrəstə cavan" istəklisinə son dəfə baxsın, vidalaşsın, çıxıb
getsin və bir də bu tərəflərə ayaq basmasın. Başqa cür necə ola bilərdi? Əlbəttə,
çıxıb getməli idi. Xeyrə arvadın o cür "bıyy" eləməyindəncə məlumdu ki,
Səmədin bu həyətdə görünməyinin özü də yaxşı deyildi, əmisinin arvadına belə
baxmağı isə bəlkə, hətta qəbahətdi.
______________Milli Kitabxana_______________
Əmma Səməd baxmaya bilmirdi.
Əlləzoğlunun yaba ilə döyəcləyib, yapıxdırıb çəpərə qaldırdığı qara-
tikanlardan tökülüb, yağışlardan sonra da korşalmaq, çürümək bilməyib üst-üstə
yığılan sarı-qızılı tikanlardan elə bir gül bitmişdi ki, o gülün ətrini duyandan
sonra "Dəli Səməd" kəndə sığışmayıb, sinəsi, başı açıq, özünü yelə verə-verə
düzlərə düşərdi və bu vaxt bədənində qeyri-adi qüvvət, zehnində qeyri-adi itilik,
gözlərində qeyri-adi işıq hiss edərdi. Qəsdən soruşmuşdu, öyrənmişdi ki, bütün
Qonaqlıda, bütün Tahirlidə və bütün Qurbanlıda, yəni sovetliyin üç para
kəndinin üçündə də cavanlar qaratikan kolunun da vaxtı çatanda gül açdığından
xəbərsizdilər. "Sədr oğlunun" sualından təəccüblənərdilər: "Qaratikan hara, gül
hara?!" Qıllı Qeybalı isə, şaqqanaq çəkib, sonra kinli-kinli fısıldayardı:
"Biyabanda qaratikan da tabedi sədr oğluna, əmr eliyəndə gül bitirir", - deyərdi
və hətta "sədr oğlunun" cibindən çıxarıb ovcunda göstərdiyi xırda-xırda, sarı-
qızılı ləçəkləri öz gözləri ilə görəndə də inanmazdı: "Güldümü ki bu?!" - deyərdi.
Belə çıxırdı ki, çəpərə vurulmaqdan və təndirdə odunun altına yalonqu kimi
qoyulmaqdan başqa heç nəyə yaramayan qaratikan kolunda Qəlyanlı qocaların
"axça" dedikləri qədim qızıl pulsayağı sarı-qızılı ləçəklər bitdiyini təkcə "Dəli
Səməd" görmüşdü. Başqa güllərin ləçəklərinə bənzəməyən o qalın ləçəklərin
meyvə-bar kimi uzun müddət kolda qalıb getdikcə zərifləşdiyini, soğulub
yüngülləşdiyini və payızla qış arasında güclü küləklər əsməyə başlayanda
kollardan kəpənək kimi uçub çöllərə yayıldığını da təkcə "Dəli Səməd"
görmüşdü. Hər ləçəyin ortasında tək bir dənə barama toxumuna oxşayan, dəftər
vərəqində qara nöqtə kimi xırdaca toxum gizləndiyini, o toxumun ən quru-quraq
çöllərdə aylarla xarab olmayıb nə vaxtsa yağış yağanda, ləçəklə birlikdə torpağa
yapışıb cücərdiyini də, həmin quru çöllərdə qaratikan kollarıının o sap kimi
nazik cücərtilərdən qalxdığını da təkcə "Dəli Səməd" görmüşdü və gördüklərini
Qəlyanlı qocalara danışıb, "yerin altını-üstünü bilən" qəlyanlılardan "yaşı
bilinməyən "Xızr Abı" ilə yaşının çoxluğuna görə və özünün dediyi kimi,
"zəmanə ilə düz gətirmədiyinə görə" "Çürük" adlanan Çürük Aşıqdan
öyrənmişdi ki, "Qaratikan heç yerdə tək-tək bitməz, gur bitər", buna görə də
Qaratikan - "Gur-tikən" deməkdir... Bir vaxt varmış, indiki Qonaqlı meşəsindən,
Sudüşən çəmənindən, əkinlərdən, otlaqlardan əsər-əlamət də yoxmuş, quru-
qaysaq çöllərmiş, boş-boşanaq düzlərmiş. Gecə-gündüz yel əsərmiş, tozanaq
qalxarmış. Elə tozanaq ki, göyün üzünü tutarmış, gecə ilə gün-
Dostları ilə paylaş: |